Stefan - bolsman qanunu Bu qanuna əsasən inteqral şüalanma selinin sıxlığı mütləq temperaturunun 4-cü dərəcəsi ilə düz mütənasibdir.
Burada c0 = 5.67 - mütləq qara cismin şüalanma əmsalıdır.
Boz cisimlər üçün bu qanun aşağıdakı kimi yazılır
Burada Exüs – xüsusi şüalanma selinin sıxlığı (T 0 olduqda bütün cisimlər enerji şüalandırır). Bu kəmiyyət cismin özünün təbiəti ilə təyin olunur və yaxınlıqda başqa temperaturlu cisimlərin olmasından asılı deyil.
Kirhof qanunu Bu qanuna əsasən eyni temperaturda cisimlərin şüalandırma qabiliyyətinin, onların şüaudma qabiliyyətinə olan nisbəti eynidir, yalnız mütləq temperaturdan asılıdır və mütləq qara cismin şüalandırma qabiliyyətinə bərabərdir:
A0=1 – mütləq qara cismin şüaudma qabiliyyətidir. Kirhof qanununa əsasən yaza bilərik (boz cisimlər üçün)