İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə14/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

Qeyd:  Lavrenti  Pavloviç  Beriya  29  mart  1899-cu  ildə 

Gürcüstanda, Minqireliyada, Kutaisi qəzasının Merkhxeli kəndində 

anadan olmuşdu.1919-cu ildə “Hümmət” müsəlman bolşevik təşki-

latının təqdimatı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Əks İnqilab-

la Mübarizə Təşkilatının (11 iyun 1919-cu ildə yaradılmışdı) Senzu-

ra Şöbəsinin rəisi vəzifəsində işləmişdi.L. Beriya daha sonra, 1921-

ci  ildə  M.C.Bağırov  Azərbaycan  Fövqəladə  Komissiyasının  sədri 

olanda həmin xüsusi xidmət orqanında Məxfi Şöbənin rəisi, eyni za-

manda  FK  sədrinin  müavini  vəzifəsində  də  işləmişdi.  Sonra  Za-

qafqaziya Partiya Komitəsinin İ katibi olmuşdu. L. Beriya 1938-ci il 

noyabrın  25-dən  1945-ci  il  dekabrın  25-dək  SSRİ-nin  xalq  daxili 

işlər komissarı, 5 mart-26 iyun 1953-cü il də isə xalq dövlət təhlükə-

sizlik  naziri  vəzifələrində  işləmiş,  marşal  rütbəsinə  yüksəlmişdi. 

İ.Stalinin  ölümündən  (5  mart  1953)  sonra  partiya  rəhbərliyini  ələ 

keçirən N.Xruşşov (15 aprel 1894, Kursk vilayəti, Kalinovka kəndi-

11  sentyabr  1971,  Moskva;77  yaşında  orada  vəfat  etmişdir)  11  il 

(13  sentyabr  1953-14  oktyabr  1964-cü  illər)  SSRİ-nin  başçısı-

ÜİK(b)P  MK-nın  və  Sov.İKP  MK-nın  birinci  katibi  (1952-ci  ilin 

oktyabrından)  vəzifələrində  işləmişdi.  O,  hakimiyyətə  keçən  kimi 

İ.Stalinin  yaxınlarından  və  ətrafındakılardan  qisas  almağa  və  on-

lara  divan  tutmağa  başlamışdı.  Onların  içərisində  L.Beriya  və 

M.C.Bağırov da vardı. N.Xruşşovun göstərişi ilə ÜİK (b)P MK-nın 

Siyasi  Bürosunun  üzvü,  marşal  L.Beriya  Büronun  1953-cü  il  26 

iyun  tarixli  iclasının  gedişində  həbs  edilmiş  və  müəmmalı  şəkildə 

yox çıxmışdı... Tarixi  ədəbiyyatda  L.Beriyanın  1953-cü il dekabrın 

23-də güllələndiyi bildirilir... 

 

183 


1923-cü    ildə  Zaqafqaziya  Dövlət  Plan  Komitəsi  sədrinin 

müavini, 1927-cü il oktyabrın 10-dan Zaqafqaziya Xalq Komissar-

lığının Dövlət Plan Komitəsi sədrinin birinci müavini vəzifələrində 

çalıĢarkən M.H. Hacınski həbs edildiyi tarixədək - (3 dekabr 1930-

cu il) daim Azərbaycanın mənafeyini önə çəkmiĢdi.O,Azərbaycanda 

Ģəhərlərin  abadlaĢması  barədə  bir  çox  təĢəbbüslərin  müəllifi  idi. 

Hələ  o  vaxt  Gəncənin  və  yeni  salınacaq  DaĢkəsənin  (DaĢkəsən  ra-

yonu 1930-cu ildə təĢkil olunmuĢdu...1956-cı ilədək Dəstəfur rayo-

nu adlanmıĢdı. Dəstəfur indi orada kənddir.1963-cü ilin yanvarın 4-

də  ləğv  edilərək  ərazisi  Xanlar  rayonuna  verilmiĢdi.  1965-ci  ildə 

yanidən müstəqil rayondur...) Azərbaycan sənayesi üçün  gələcəkdə 

böyük  əhəmiyyət  daĢıyacağını  yazdığı  məqalələrində  göstərirdi 

(M.H. Hacınskinin 20-ci illər mətbuatında Azərbaycanın tikinti qu-

ruculuq  həyatına  dair  dərc  etdirdiyi  çoxlu  məqalələri  vardı).        

M.H.  Hacınski  əvvəllər  olduğu  kimi  Zaqafqaziyanın    təchizat    ko-

missarının    müavini    və  ticarət  komissarı    vəzifələrində  də  xidmət 

göstərmiĢdi. Lakin o, repressiya və təqiblərə  məruz  qalmıĢ, həyatı  

faciə  ilə qurtarmıĢdı. 

Beləki,L.Beriyanın göstəriĢilə M.H.Hacınski 1930-cu il deka-

brın 3-da gecə yaĢadığı Maçabeli (keçmiĢ Sergiyevski) küçəsindəki 

15 nömrəli evində aparılan axtarıĢdan sonra Zaqafqaziya Dövlət Si-

yasi Ġdarəsinjin (DSĠ) əməkdaĢları tərəfindən həbs edilmiĢdi. Onun 

həbs orderinə   (233 nömrəli)   Tatyan soyadlı erməni qol  çəkmiĢdi. 

M.H.  Hacınskiyə  “xalq  düĢməni”  damğası  vurmuĢdular...Güya  o, 

Zaqafqaziya  Dövlət  Plan  Komitəsində  iĢləyərkən,  ”əksinqilabi 

”Azərbaycan  Milli  Mərkəzi”  adlı  gizli  təĢkilat    yaratmıĢ,  mühaci-

rətdə  olan  müsavatçılarla  əlaqə  saxlamıĢ  və    “proletar  dövləti”nə 

qarĢı yönəlmiĢ digər “cinayətlər törətmiĢdi”.M.H. Hacınskiyə qarĢı 

irəli sürülən əsas ittihamlardan biri onun üzünə duran  Ə. Bəylərbə-

yov adlı bir mühəndisin ifadəsi idi (Ələsgər bəy Bəylərbəyov. 1882, 

ġuĢa-1949, Bakı. Əvvəllər Azərbaycan SSR XKS yanında ġosse və 

Qrunt  Yolları  Ġdarəsinin  rəisi  olmuĢdu.  Sonra  Bakıda  AzərSu 

Təsərrüfatında  mühəndis  iĢləmiĢdi.1937-ci  ildə  repressiya  olunmuĢ 

və  tutulmuĢdu...).  Ə.Bəylərbəyov  bildirirdi  ki,  güya  1928-ci  ilin 

payızında  Tiflisdən  Bakıya  gəldiyi  zaman  M.H.  Hacınski  Dövlət 

Plan  Komitəsi  sədrinin  kabinetində  Ġngiltərə  və  Fransanın 



 

184 


maraqları... Ə. TopçubaĢovla bağlanmıĢ  gizli  müqavilədə  öz  ək-

sini tapmıĢdır... 

M.H.  Hacınskinin  qızı    “Mira”  xanım    (M.H.  Hacınskinin  8 

övladı vardı. BeĢ oğlundan böyüyü ġamil, qızlarındn böyüyü Minu-

rə idi ki, ona “Mira” deyirdilər. ġamil istedadlı inĢaat mühəndisiydi. 

Almaniyada    təhsil  almıĢdı.  Sonralar  tikinti  sahəsində  rəhbər  vəzi-

fəyə yüksəlmiĢdi. ”Mira” isə həm də yaxĢı pianoçu idi)  sonralar  bu  

hadisəni  belə  xatırlayırdı: 

- “Atam tutduğu vəzifəsi ilə əlaqədar Bakıdan Tiflisə köçəndə 

iĢ  elə  gətirmiĢdi  ki,  biz  L.Beriya  ilə  bi  binada  yaĢayırdıq.  Bizim 

ailəmiz  birinci,  onun  ailəsi  isə  ikinci  mərtəbədə  yaĢayırdı.  Tiflisdə 

atamın layihəsi  üzrə  “Zarya Vostoka”    (Zaqafqaziya Federasiyası-

nın orqanı. 1923-1937-ci illərdə çıxmıĢdır) qəzeti üçün bina tikmiĢ-

di. Bina L. Beriyanın “xoĢuna” gəlməmiĢdi və o, iclaslardan birində 

bunu  “burjua  üslubunda”  tikili  adlandırıb  atamı  günahlandırmıĢdı. 

Onda atam elə birbaĢa qəzetdə L. Beriyaya kəskin cavab yazmıĢdı. 

Bununla da, hər Ģey qurtardı.Vəziyyət dözülməz xarakter aldı. Atam 

Beriya  ilə  hətta  evin  girəcəyində  görüĢmək  belə  istəmirdi.Və  biz 

Beriya yaĢayan binadan baĢqa binaya köçdük.L.Beriya ilə münaqiĢə  

ailəmiz  üçün  faciəli  nəticəyə  gətirib  çıxardı.  Atamın  taleyi  bir  növ 

“niĢanlanmıĢdı”.  1930-cu    ilin    sonunda    atamı    birbaĢa    evdən  

götürdülər”. 

Ərinin  nahaqdan  həbs  olunmasını  yəqin  bilən  Səadət  xanım 

1928-ci  il dekabrın  28-də  oğlu  ġamillə  birlikdə  Moskvaya  gedərək 

vaxtı ilə M.H. Hacınski ilə yaxın münasibətdə olmuĢ, həmin  zaman 

Sov.ĠKP  MK və  Siyasi  Büronun üzvü olan Serqo  Orconikidze  ilə  

onun Kremldəki  mənzilində  görüĢmüĢdü. 

Haşiyə:  “Serqo”  və  “Nikolay”  onun  ləqəbi  idi.  Əslində,  Qri-

qori  Orconikidzedir.O, 24 oktyabr 1886-cı ildə Gürcüstanın Ku-

taisi    Ģəhərində    anadan  olmuĢ,  sonralar,18  fevral  1937-ci  ildə 

Moskvada  özünü  öldürmüĢdü.  Q.  Orconikidzeni  qəddarlıqda 

“yeni Sisianov” adlandırırdılar... Bəli, onu vaxtıilə Qafqaz cani-

Ģini olmuĢ, azərbaycanlılara qan uddurmuĢ, Azərbaycanda müs-

təmləkəni  qılınc  güçünə  bərqərar  etmiĢ,  o  cümlədən  Gəncənin  

sonuncu    mərd    xanı,  Ziyadoğlu    Qacar    nəslindən  olan  Cavad 

xanın (1786-1804) (“cavad” ərəb sözüdür, ”comərd”, ”səxavətli” 


 

185 


deməkdir)  qatili  olmuĢ,  rus  qoĢunlarının  komandanı,  feldmarĢal 

knyaz  Pavel  Dmitriyeviç  Sisianovla  (SisianiĢvili)  (1754-1806)  

müqayisə   edirdilər... 

Q.  Orconikidze    Səadət  xanımı  hörmətlə  qarĢılayıb  dinləmiĢ 

və sonra bildirmiĢdi: ”Bəzi yoldaĢlar məni onun günahgar olmasına 

inandırmaq istəsələr də, mən inanmıram. Siz evinizə qayıdın. AraĢ-

dıraraıq. Əminəm ki, o, evinə qayıdacaq. ”Bu sözlər Səadət xanıma 

ümid vermiĢdi... Lakin heç nə alınmamıĢdı... Hətta Azərbaycan KP 

MK-nın  o  vaxtkı  birinci  katibi  Mir  Cəfər  Bağırov  (17  sentyabr 

1895,  Quba-27  may  1956,  Bakı...)  da  kömək  edə  bilməmiĢdi 

(M.H.Hacınski hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxi-

li iĢlər naziri iĢləyəndə o vaxt L.Beriya və M.C.Bağırov DĠN-ə tabe 

olan  Azərbaycan  Əks-KəĢfiyat  Ġdarəsində  bir  yerdə  çalıĢmıĢdılar). 

Üstəlik, onların ailələri də çox zaman bir yerdə olardı. M.H.Hacın-

skinin  oğlanları  ġamil,  NuĢirəvan,  Murad,  Tofiq  uĢaqlıqdan 

M.C.Bağırovun  böyük  oğlu  Cahangirlə  (Cahangirə  öz  aralarında 

“Volodya  -  Vladimir  də  deyirdilər)  bir  yersdə  böyümüĢ,  onunla 

dostluq  etmiĢdilər... 

...Həbsxanada karserdə saxlanılan M.H.Hacınski fasiləsiz din-

dirmələrdən,  əzablardan  yorulmuĢdu.  O,  nəhayət,  ailəsinə  məktub 

göndərə  bilmiĢdi...Məktubda  deyilirdi:  ”  Mənim  yazıq  yetimlərim, 

ananızı  incitməyin,  ona  qulluq  edin.Mənə  heç  nə  göndərməyin, 

burada hamısı  var. Pianonu satın,  ac qalmayın”.  Bu sözlər 8 fevral 

1931-ci ildə yazılmıĢdı və onun intiharqabağı (ağır həbsxana həyatı-

na  və  iĢgəncələrə  dözməyərək,  ürək  xəstəliyinə  və  vərəmə  tutulan 

M.H. Hacınski o dövrün istintaq sənədlərinə görə “özünü asmaqla” 

intihar etmiĢdi...) maddi-sıxıntı içərisində yaĢayan ailəsinin gələcək 

taleyinə  yanan bir  atanın ruhi vəziyyətini  əks  etdirirdi.  Ölümündən 

bir gün qabaq yazdığı son məktubunda ailəsi ilə vidalaĢan M.H. Ha-

cınski onu qınamamağı xahiĢ edir və özünün təmiz olduğunu bildi-

rən ata: ”Mən sizə heç bir dövlət qoymuram, çünki yoxumdur. Mə-

nim  dövlətim  elə  sizsiniz.QardaĢlarınız,bacınız,qardaĢınnız  üçün 

dövlətdir”. 

... 1931-ci il fevralın 9-da M.H.Hacınski artıq həyatda yox idi. 

Dövlət  Siyasi  Ġdarəsinin  divarları  arasında  nə  olmuĢdu,  heç  kəsə 

bəlli deyildi. Tarixi ədəbiyyatda belə bir məlumat var ki, L.Beriya-



 

186 


nın  göstəriĢi  ilə  həbs  olunan  M.H.Hacınski  1931-ci  il  martın  8-də 

Tiflis  həbsxanasında  həlak  olmuĢdur.  Hərçənd,onun  L.Beriyanın 

göstəriĢi  ilə  öldürüldüyü  (boğulub,  zəhərlənib  və  s.)  ehtimalı  da 

vardır... 

M.H. Hacınskinin meyitini görən olmayıb, onun dəqiq harada 

basdırıldığı  da  məlum  deyil.  Hər  halda,  Tiflisdə  basdırılması  ehti-

malı  üstündür...  Tarixi  ədəbiyyatda  belə  bir  məlumat  vardır  ki, 

1931-ci il fevralın 9-da “həbsxanada ”intihar etmiĢ” M.H. Hacınski-

nin  Ģəxsi  əĢyaları  onun  həyat  yoldaĢı  Səadət  xanıma  təqdim  olun-

muĢdu.  Göz  yaĢları  içərisində  olan  Səadət  xanım  həmin  əĢyaların 

qablaĢdırıldığı  xırda  çemodanı  götürüb  evə  gətirib  açdıqda  onun 

içərisindən  mərhum  ərinin  “güya”  həbsxana  kamerasında özünü 

asdığı  mələfədən  doğranıb  hazırladığı  kəndir  qırıntıları  çıxmıĢdı. 

M.H.  Haçınskinin  qızları  bunu  vay-həĢirlə  qarĢılamıĢdılar.  QardaĢ-

ları isə həmin gecə kəndiri aparıb F.Xoyski və H. Ağayevin yanında 

dəfn edilmiĢ  M.F. Axundovun məzarının  ayaq tərəfində basdırmıĢ-

dılar... Bu, simolik qəbir idi... 

M.H.  Hacınskinin  iki  qızı  və  oğlu  anaları  ilə  birlikdə  “xalq 

düĢməni”nin  ailəsi  kimi  1941-ci  ilin  qıĢında  Qazaxıstana  sürgün 

olunmuĢ, Bakıdakı ata evləri əllərindən alınaraq, nələri vardısa ha-

mısı  müsadirə  edilmiĢdi.  M.H.  Hacınski  haqqında  kiçik  bir  arayıĢ 

var. Orada deyilir ki, Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı 

özünün 29 may  1959-cu il tarixli qərarı ilə M.H. Hacınskiyə qarĢı 

çıxarılmıĢ  30  sentyabr  1931-ci  il,  2  fevral  və  13  mart  1932-ci  il 

tarixli  “ədalətsiz” qərarları  ləğv etmiĢ və o,ölümündən sonra kasas-

siya  qaydasında  reablitasiya  olinmuĢdu.  Bundan  baĢqa,  onun  öz 

varislərinə kiçik bir vəsiyyətnaməsi də qalmıĢdır... 

M.H. Hacınskinin ölümü ilə əlaqədar bir ehtimal da var ki, o, 

ona atılan böhtanlara və haqsızlığa dözməyərək, həbsxana kamera-

sında özünə qəsd etmiĢ və həlak olmuĢdur. Bu zaman onun 55 yaĢı 

vardı.  Həmin    hadisə  ilə  əlaqədar  arxivdən  tapılmıĢ  və  rus  dilində 

yazılmıĢ  2  məktubu  oxuculara  təqdim  edirik.  Məktublardan  biri  o 

zaman Zaqafqaziya Federativ Respublikasının rəhbərləri Q. Orconi-

kidzeyə  və  ġ.  Eliavaya  (ġalva  Zuraboviç  Eliava  18  sentyabr  1883-

cü ildə Gürcüstanın Kutaisi quberniyasının Qaniri kəndində anadan 

olmuĢ,  otuzuncu  illərdə  repressiya  olunmuĢ  və  1937-ci  il  dekabrın 



 

187 


3-də güllələnmiĢdir), digəri isə ona qarĢı qaldırılmıĢ “cinayət iĢi”nin 

istintaqını aparan müstəntiq Ġvan Purnisə ünvanlanmıĢdır: 



Г. Орджоникидзе, Ш. Елиаве. 

Умирая,  я  скажу  вам  правду.  Я  был  врагом  вашим  с 

постоянным  колебанием.  Но  я  был  врагом  на  языке,  являлся, 

выслушивал, сам говорил враждебные речи, но ни одним своим 

действием  я  не  вредил  Советской  власти.  Здесь  я  начал 

нанизывать  на  себя  обвинения  за  обвинениями,но  когда  мне 

начали  показывать  показания,  ужасающе  ложные,  бутдо  я 

связан  с  заграницей,  с  Московским  центром  в  Азербайджане, 

что я устраивал восстания, что организацию в Закгосплане. Я 

понял,  что  спросить  их  не  сумею  и  должен  буду  остаток 

жизни позорство и мучится, я был жертвой своего колебания, 

своей  аполитичности,  своего  болтливого  языка.  Обвинять 

никого  не  обвиняю,  даже  тех,  кто  сочинил  показания,  Все 

приходит ко мне. 

Из гроба буду умолять Вас, пролейте свет на мое дело и 

снимите хоть часть моего позора. 

М. Гаджинский”. 

 

Ивану Яковлевичу Пурнису 



Я не мог вынести позора ни морально, ни физически. 

Все  же  уходя  с  этого  мира,я  продолжаю  настаивать, 

что  вся  моя  вина  была  в  болтающем  языке.  Поступком  и 

делом я пролетариату не изменял. Но кого винить. 

Вас,как  следователю,  не  могу,  ибо  Вы  не  обязаны  врать 

душе.  Душа  фотографического  снимка  не  дает.  Умоляю  Вас, 

после  более  тщательно  проверьте,анализируя  все  показания 

против меня. Вы убедитесь,что в предполагаемых грехах я не 

виновен. 

М. Гаджинский”. 

Bir  qədər  də  Hacınskilər  nəslinin  sonrkı  aqibətləri  üzərində 

dayanaq.  Yeri  gəlmiĢkən,  Hacınskilər  nəsli  haqqında  Azərbaycan 

Xalq  Cümhuriyyətinin Varisləri TəĢkilatının fəaliyyəti və məlumat-

ları çox maraqlıdır... 


 

188 


Q. Orconikidzenin tapĢırığı ilə M.H. Hacınskiyə kəsilmiĢ cüzi 

təqaüd  1940-cı  ilə  qədər  verilsə  də,  ailə  üzvlərinin  təqib  olunması 

dayanmamıĢdı.  Nəticədə  onlar  “xalq  düĢməni”nin  övladları  kimi 

təhsil aldıqları məktəblərdən xaric olunmuĢ, iĢ yerlərini də itirmiĢdi-

lər.  M.H.  Hacınskinin  müəmmalı,  faciəli  ölümündən  sonra  Səadət 

xanım Almaniyada olan oğlanları ġamilə və NuĢirəvana məktub ya-

zıb onların Vətənə qayıtmalarını bildirmiĢdi. ġamil qayıtsada, atası-

nın taleyini yaĢamaq istəməyən NuĢirəvan (o, Almaniyanın Kotsput 

Universitetinin yüngül sənaye mühəndisliyi fakultəsini 1932-ci ildə 

baĢa  vurmuĢ,  ali  təhsilə  yiyəlınmiĢdi)  ömürlük  qürbətdə  qalmağı 

üstün  tutmuĢdu.  SSRĠ  hökuməti  tərəfindən  Ġranda  da  təqib  olunan 

Tofiq  və  Murad  Hacınskilər  hərbi  xidmətlərini  baĢa  vurub  evə 

qayıtmaq ərəfəsində Ġkinci Dünya müharibəsi baĢlanmıĢdı. Bakıda 2 

illik  pedaqoji  kursu  bitirərk,  təyinatla  Qubada  ibtidai  sinfdə  dərs 

deyən Minurə xanım məktəbin dil-ədəbiyyat müəllimi idi. O, ”xalq 

düĢməni”nin  qızı  ilə  evlənməyə  cəsarət  etmiĢ  Əziz  adlı  bakılı 

oğlanla ailə həyatı qurmuĢdu... 

1941-ci il oktyabrın 4-də Hacınskilər ailəsinin sürgün edilmə-

si  haqqında  qərar  çıxdıqda  artıq  döyüĢ  cəbhəsinə  getməyə  hazırla-

Ģan Muxtar anası  və bacıları ilə birlikdə sürgün olunmuĢdu. Qaza-

xıstanda ağır sürgün həyatının izlərini daim üzərində yaĢadan Mux-

tar ali təhsilli maliyyəçi, Ukraynadan sürgün edilmiĢ, türk əsilli Ko-

çubəylər nəslindən olan Anna xanımla evlənmiĢdi. Onların hər ikisi 

maliyyə  idarəsində  birgə  çalıĢmıĢ,  Anna  xanım  maliyyə  Ģöbəsinə 

rəhbərlik  etmiĢ,  Muxtar  isə  baĢ  mühəndis  vəzifəsində  çalıĢmıĢdı. 

Lakin  ailənin  xoĢbəxtliyi uzun sürməmiĢ,  iĢdə  süni  yolla dolaĢdırı-

laraq  həbs  olunan  Muxtardan  sonra  güclü  mənəvi  sarsıntı  keçirən 

Anna Alma-Atadakı monastra gedib, orada ömürlük rahibə həyatını 

qəbul  etmiĢdi.Həbsxana  həyatından  sonra  ciyər  xəstəliyi  tapan 

Muxtar isə, həyatının son günlərini Bakıda, bacıları Minurə və Ley-

lanın  (ailənin sonuncusu)  yanında  yaĢamıĢdı. 

Sürgün haqqında qərara əsasən “xalq düĢməni”nin ailəsi kimi 

Bakıdakı  evləri  əllərindən  alınaraq  1941-ci  il  oktyabrın  5-də  gəmi 

ilə Krasnovodska (Türkmənistan.  Ġndiki TürkmənbaĢı)  yola salınan 

Səadət xanım üç qızı, kiçik oğlu Tofiqlə oradan da yük vaqonunda 

ġimali Qazaxıstana göndərilmiĢdilər. Onları sərt qıĢı ilə ad çıxarmıĢ 



 

189 


Semi-Palatinski  vilayətinin  Jarmin  rayonundakı  Balacar  qızıl  Ģax-

tasının ərazisində məskunlaĢdırmıĢdılar. Əzablı sürgün həyatı  belə  

baĢlanmıĢdı... 

M.H.Hacinskinin böyük oğlu ġamil hələ 1927-ci ildə Almani-

yaya təhsil almağa getmiĢ, atasının yolunu tutaraq, DarmĢtadt Uni-

versitetinin inĢaat fakultəsinə daxil olmuĢ, 1932-ci ildə oranı bitirib 

Tiflisə  qayıtmıĢdı.  Almaniyada  mükəmməl  təhsil  almıĢ,  bir  neçə 

xarici dil bilən ġamili yaxĢı mütəxəssis kimi Ġran Sənaye Nazirliyi-

nin  texniki    nümayəndəsi  kimi  çalıĢırdı...Sonra  onu  Berlində  iĢ-

ləməyə göndərmiĢdilər... Lakin birdən, 1942-ci il noyabrın 9-da onu 

təcili  Moskvaya  çağırmıĢ  və  həbs  etmiĢdilər...  Altı  ay  Moskvadakı 

məĢhur  Lefortovo  həbsxanasında  saxlanıldıqdan  sonra  ġamili 

KuybıĢev  Ģəhərindəki  islah-əmək  düĢərgəsinə  köçürmüĢdülər... 

Sonralar gec də olsa, Suriyyə adlı qızla ailə qurmuĢ ġamil dünyaya 

gəlmiĢ yeganə oğluna atasının adını qoymuĢdu. ġamil Hacınski özü 

1969-cu il iyunun 9-da, 61 yaĢında dünyasını dəyiĢmiĢdir... 

M.H. Hacınskinin həyat yoldaĢı Səadət xanım 1972-ci il yanva-

rın 9-da Bakıda vəfat etmiĢdir. Qızı Minurə də Bakıda  2004-cü ildə 

vəfat etmiĢdir. M.H. Hacınskinin 8 övladından sonuncu qızı, 1922-ci 

il  təvəllüdülü  Leyla  xanım  Hacınskaya  düz  40  il  Bakıda  N.  Nə-

rimanov adına Toxuculuq Fabrikində calıĢmıĢdı. Fərdi təqaüdə çıxıb 

tənha yaĢayırdı. 2004-cü il iyunun 23-də 82 yaĢında vəfat etmiĢdir. 

 

 

 

MUSTAFA  BƏY  VƏKİLOV 

 (1896-1965) 

 

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi. Azər-



baycan  Xalq  Cümhuriyyəti  dövründə  N.Yusifbəylinin  sədr  olduğu 

5-ci hökumət kabinetində  daxili  iĢlər  naziri  olmuĢdur. 

Mustafabəy  Nadir  bəy  (ağa)  oğlu  Vəkilov  1896-cı  ilin  sen-

tyabr ayında Qazax qəzasının Salahlı kəndində dünyaya göz açmıĢ-

dı.  O,  Bakı  gimnaziyasını  bitirərək  1912-ci  ildə  Moskva  Univer-

sitetinin hüquq fakültəsinə daxil olmuĢ və elə həmin dövrdən də öz 

xalqının  milli-azadlıq  mübarizəsinə  qoĢulmuĢdu.  Mustafa  bəyin 


 

190 


gələcək  siyasi  dünyagörüĢünün  for-

malaĢmasında  əmisi,  doktor  Məm-

məd  Rza  Vəkilovun  (8  mart  1864, 

Qazax  qəzası,  Salahlı  kəndi-  1944, 

Bakı)  və  yaxın  qohumu,  Azərbay-

can  Parlamentinin  ilk  sədri  Əli-

mərdan  bəy  TopçubaĢovun  (4  may 

1863,  Tiflis-5  noyabr  1934,  Paris) 

böyük  təsiri  olmuĢdu.  Mustafa  bəy 

Moskva  Universitetində  azərbay-

canlı tələbələrin həmyerlilər təĢkila-

tının rəhbərlərindən biri idi. 

1917-ci  ilin  martında  Univer-

siteti  bitirərək  Bakıya  qayıdan      

M. Vəkilov coĢqun siyasi fəaliyyətə 

baĢlamıĢdı.  O,  apreldə  Bakıda  çağırılmıĢ  Qafqaz  müsəlmanlarının 

qurultayında,  Kiyevdə  ukraynalı  professor  QruĢevskinin  rəhbərliyi 

altında keçirilmiĢ qeyri-rus millətlərin qurultayında,mayda isə Rusi-

ya  müsəlmanlarının  Moskvada  keçirilən  qurultayında  iĢtirak 

etmiĢdi. Onun Bakı mətbuatında aktual siyasi və ictimai hadisələrlə 

bağlı  xeyli  məqaləsi  çap  olunmuĢdu.  M.Vəkilov  rus,  fransız  və 

alman dillərini bilirdi. O, 1917-ci ildə açılması nəzərdə tutulan Ru-

siya Müəssisələr Məclisinə Azərbaycandan millət vəkili seçilmiĢdi. 

M. Vəkilov “Türk ədəmi-mərkəziyyət partiyası” – “Müsavat”-

ın 1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən Ġ qurultayında par-

tiyanın  Mərkəzi  Komitəsinin  də  üzvü  seçilmiĢdi.  Bu  qurultaydan 

sonra M.Ə. Rəsulzadənin rəhbərliyi altında Bakıda və qəzalarda ge-

niĢ xalq hərəkatı baĢlanmıĢdı. Çarizmin müstəmləkə zülmünə qarĢı 

yönələn  və  milli-azadlıq  qayəsi  daĢıyan  bu  mübarizə  tarixə  milli 

Azərbaycan  hərəkatı  kimi  daxil  olmuĢdur.  M.Ə.  Rəsulzadənin, 

Ə.M. TopçubaĢovun  yaxın silahdaĢlarından olan M.Vəkilov həmin 

hərəkatın rəhbərlərindən biri idi. 

M. Vəkilov 1917-ci il noyabrın 15-də Tiflisdə yaranan Zaqaf-

qaziya  Komissarlığı  hökumətində  daxili  iĢlər  komissarı  A.Ġ.  Çxen-

gelinin  məsləhətçisi  vəzifəsini  icra  etmiĢdi.  O,  bundan  əlavə,  həm 


 

191 


də Zaqafqaziya Seymində Müsəlman fraksiyasının fəal üzvlərindən 

biri idi. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandıqdan  sonra  1918-ci 

ilin  sentyabrından  Daxili  ĠĢlər  Nazirliyində  iĢləyən  M  Vəkilov 

“Müsavat”  partiyasından  həmin  il  dekabrın  7-də  Bakıda  təntənəli 

surətdə  açılan  Azərbaycan  Parlamentinə  üzvü  olmuĢ,  Parlamentin 

sədri Ə.M. TopçubaĢovun iki katibindən biri seçilmiĢdi (digər katib 

Ə.M.TopçubaĢovun  oğlu  RəĢid  bəy  seçilmiĢdi  (H.Zərdabinin 

(1842-1907)  kürəkəni  Ə.M.  TopçubaĢovun  oğlu,  RəĢid  bəy  26 

oktyabr  1909-cu  ildə  Tiflisdə  anadan  olmuĢ,  1926-cı  ildə,  Parisdə 

vəfat etmiĢ, həmin Ģəhərin yaxınlığında Sent-Kloud adlanan qəbris-

tanlıqda  bacısı  Pəri  xanımın  yanında  dəfn  olunmuĢdur.  RəĢid  bəy 

Bakı  realnı  məktəbini  bitirmiĢdi.Azərbaycan  Parlamentində  katib 

vəzifəsində çalıĢmıĢdı. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qə-

rarı ilə hüquq təhsili almaq üçün Paris Univeritetinə göndərilmiĢdi. 

Cümhuriyyətin  süqutundan  sovet  hökumətinin  verdiyi  təqaüddən 

imtina  etmiĢdi...).  Hələ  1918-ci  ilin  oktyabr  ayında  M.Ə.  Rəsul-

zadənin  baĢçılığı  altında  Azərbaycan  Respublikasının  nümayəndə 

heyəti  Ġstanbula,  beynəlxalq  konfransda  iĢtirak  etməyə  gedərkən, 

Mustafa bəy onun tərkibinə məsləhətçi kimi daxil edilmiĢdi. Həmin 

konfransa Almaniya, Avstriya, Macarıstan, Bolqarıstan, Türkiyə və 

Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan, Ermənistan, habelə Dağlı 

Ġttifaqının nümayəndələri qatılmıĢdı. Bizim nümayəndə heyətimizin 

konfrans iĢtirakçıları ilə danıĢıqlar aparmaq və müqavilə bağlamaq 

səlahiyyəti  vardı.  Bir  qədər  sonra  Ə.M.  TopçubaĢov  da  gəlib  çıx-

mıĢdı... 

Mustafa  bəy  1919-cu  il  dekabrın  2-11-də  Bakıda  keĢirilən 

“Müsavat”ın  II  qurultayında  yenidən  partiyanın  Mərkəzi  Komitə-

sinin üzvü seçilmiĢdi. O, 1919-cu il dekabrın 24-də Nazirlər ġurası-

nın sədri N. Yusifbəylinin təĢkil etdiyi beĢinci hökumət kabinetində 

daxili iĢlər naziri vəzifəsində iĢləmiĢdi (Qeyd: N. Yusifbəylinin 5-ci 

hökumət kabineti 1920-ci il martın 30-da istefa versədə, Daxili İşlər 

Nazirliyinin həmin dövrdə müstəsna əhəmiyyətli ali inzibati hüquq-

mühafizə orqanı olduğunu nəzərə alan Azərbaycan Parlamenti yeni 

hökumət  kabinetinin  formalaşmasınadək  (bu  iş  1920-ci  il  aprelin    

1-də  M.H.Hacınskiyə  həvalə  olunmuşdu)  M.  Vəkilovun  öz  vəzifə-


 

192 


sini icra etməsini məqsədəuyğun saymıĢdı.Odurki,M.Vəkilov daxili 

iĢlər naziri vəzifəsini faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyəti-

nin süqutuna qədər, yəni 27 aprel 1920-ci ilədək yerinə yetirmiĢdi... 

Bunu  həmin  dövrdə  daxili  iĢlər  naziri  M.Vəkilovun  verdiyi  əmrlər 

və  DĠN-lə  əlaqədar  tarixi  ədəbiyyatlarda  bəhs  olunan  hadisələr  və 

xarakterik  faktlar da sübut edir. 

Gənc  M.Vəkilov  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Parla-

menti və Hökumətinin birgə qərarı ilə daxili naziri təyin edilənədək 

əvvəlcə daxili iĢlər nazirinin müavini vəzifəsini icra etmiĢdi. Onun 

həmin vaxt, 1920-ci il fevralın 4-də Qarabağın general-qubernatoru 

Xosrov bəy Sultanova  göndərdiyi  teleqramda  Zəngəzura hərbi  yar-

dım üçün DĠN-in təĢkilatçılığı ilə digər yerlərin əhalisindən yaradıl-

mıĢ 1000 nəfərlik partizan dəstəsinin hazırkı mürəkkəb vəziyyətdə 

bölgəyə göndərilməsinin zəruruliyi bildirilirdi. Bundan baĢqa, DĠN-

in  tĢkilatçılığı  ilə tələbələrdən ibarət  könüllülər dəstəsi  də Bakıdan 

Qarabağa-general-qubernator  X.  Sultanovun  sərəncamına  yola  sa-

lınmıĢdı. Bu  haqda X.Sultanovun sədrliyi ilə 1920-ci il fevralın 9-

da general-qubernatorluqda keçirilən iclasda məlumat bildirilmiĢdi. 

1920-ci il fevralın 18-də isə o, 23 yaĢında  Azərbaycan  Cüm-

huriyyətinin  daxili  iĢlər  naziri  təyin  olunmuĢdu.  M.Vəkilov  höku-

mətin ən gənc naziri idi. HəmiĢə əsarətə, köləliyə, milli, mənəvi və 

fiziki zülmün müxtəlif təzahür formalarına qarĢı barıĢmaz mübarizə 

aparan Mustafa bəy baĢçılıq etdiyi Daxili ĠĢlər Nazirliyini mütərəq-

qi siyasi  əqidəyə malik peĢəkar hüquqĢünaslarla, pak və təmiz mə-

nəviyyatlı kadrlarla möhkəmləndirməyə çalıĢırdı. M. Vəkilovun elə 

nazir təyin olunduğu gün - onun 1920-ci il 18 fevral tarixli 34 nöm-

rəli əmriylə buna qədər  ġəmkir Qəza Ġdarəsinin rəis əvəzi olan Ġs-

gəndər  bəy  MəĢədi  Salman  oğlu  Qəmbərəliyev    ġamaxı  Qəzasının 

rəisi (12 noyabr 1919-cu ildən sayılmaqla)  təyin  edilmiĢdi. 

M. Vəkilov həmiĢə obyektivlik, haqq-ədalət üçün çalıĢır, fərq 

qoymurdu.  Məsələn,  hətta  1920-ci  il  aprelin  əvvəlində  Azərbaycan 

Xalq  Cümhuriyyətinə    qarĢı  mübarizə  aparan  bolĢevik  Əli  Bayra-

movu qətlə yetirmiĢ cinayətkarların aĢkar olunub həbs edilməsi, on-

lar haqqında cinayət  iĢi  qaldırılması  barədə Ģəxsən  göstəriĢ vermiĢ 

və bunu daim nəzarətdə saxlamıĢdı.Həmin hadisə belə baĢ vermiĢdi: 


 

193 


–  ...Hələ  1919-cu  ilin  əvvəlində  Ģəhərdə  belə  bir  söz-söhbət 

gəzirdi  ki,  Ģimalda  ağqvardiyaĢı  general  Denikinin  ordusunu  əzən 

11-ci ordunun  Azərbaycan sərhədlərinə yaxınlaĢmasından ruhlanan 

Bakı bolĢevikləri Azərbaycan hökumətini yıxmaq üçün üsyan planı 

hazırlamıĢlar.  Azərbaycan    Daxili  ĠĢlər  Nazirliyi,  Bakı  Polismey-

sterliyinin  qüvvələri həmin bolĢeviklərədən xüsusilə  Ə.Bayramovu 

və  H.Cəbiyevi  fəal  surətdə  axtarırdı.Lakin  Azərbaycan  Parlamenti-

nin üzvü  Ə. H. Qarayev özünün toxunulmazlıq hüququndan  istifa-

də  edərək,  onları  əvvəlcə    öz    mənzilində  gizlətmiĢ,  polisə  onun 

mənzilində  əsaslı  axtarıĢ  aparmasına  yol  verməmiĢ,  onların    hər 

ikisinin Bakıdan çıxmasına  Ģərait yaratmıĢdı. DĠN Ə. Bayramovun 

Salyan qəzasında gizləndiyini öyrənib qəza  rəisi  Əli Heydər Yusi-

fova  onu  aĢkar  ediib  həbs  etməyi  tapĢırmıĢdı.  Lakin  həmin  vaxt 

Ə.Bayramov  Salyanda  yox,  bir    müddətdən  sonra  -  1920-ci    ilin 

martında  Bakıda  Bakı  Polismeysterliyinin  (Birja  küĢəsi  21-də,  in-

diki  Üzeyir  HaĢıbəyov  küçəsi  21-də  yerləĢirdi)  2-ci  və  4-cü  sahə  

polis pristavlıqları  əməkdaĢlarının  birgə  həyata keçirdilkəri əməli-

yyat-axtarıĢ tədbirləri nəticəsində  həbs  olunmuĢdu. 

Onun  tutulmasına  polislərə  Bakıda  çox  məĢhur  olan  “qoçu” 

Əjdər (Əjdər Əminov) kömək  etmiĢdi . Ə. Bayramovu Bakı Gene-

ral-Qubernatorluğunun yerləĢdiyi Birja küçəsindəki binasında (indi-

ki  Üzeyir  Hacıbəyov  küçəsi,  8  nömrəli  evdə)  Bakı  polismeysteri  

Rüstəm bəy Mirzəyev özü dindirmiĢdi. Bu xüsusda Ə. Bayramovun 

arvadı, məĢhur bolĢevik Ceyran Bayramova (22 mart 1896-cı il, Ba-

kı-1987, Bakı) Azərbaycanda  sovet  hakimiyyəti qurulduqdan son-

ra  AK  (b)  P  MK-da  Qadın  ġöbəsinin  müdiri  iĢləmiĢdi...)  sonralar  

xatirələrində  belə  bəhs  etmiĢdir: 

-Bakı  Polismeystrliyinin Ġnformasiya ġöbəsinin rəisi Ələkbər 

xan  ġahsuvarov  (1879-1920. Ələkbər xan Kərim xan oğlu ġahsu-

varov  Qarabağda  anadan  olmuĢdu.  Ġxtisasca  həkim  idi.  Odessada  

“Novorossiysk” Universitetinin tibb fakultəsini bitirmiĢdi. Azərbay-

can  Xalq  Cümhuriyyəti  dövründə  ali  təhsilli  milli  kadrlardan  biri 

kimi Bakı Polismeysterliyində xidmətə cəlb olunmuĢdu.Sovet  haki-

miyyəti  qurulduqda  onu  keçmiĢinə  görə  həbs  etmiĢ  və  güllələmiĢ-

dilər...) onun könəkçisi, baĢ qorodovoy Məmməd Ġbrahim Babayev 

mənə  dedilər  ki,Ə.Bayramov  və  yoldaĢları  hökuməti  devirmək 



 

194 


istəyirlər, ona görə siyasi məhbus kimi tutulublar. Onların tutulma-

ğından  daxili  iĢlər nazirinin (həmin vaxt daxili iĢlər naziri M.Və-

kilov idi) müavini ġ.Rüstəmbəylinin də xəbəri var.Bununla əlaqədar 

Ə.H.Qarayev Parlamentdə kəskin çıxıĢ edib Ə.Bayramovun buraxıl-

masını tələb etmiĢdi. O, həmçinin  tanınmıĢ bolĢeviklərdən Mir Fət-

tah  Musəvinin  (1891-1919)  və  HaĢım  Əliyevin  (1892-1919)  ölü-

mündə də  hökuməti  günahlandırmıĢdı”. 

-

 



Bu hadisə  əslində, Ə.H.  Qarayevin dediyi kimi deyil,  aĢa-

ğıdakı kimi baĢ vermiĢdi: 

-

 

1919-cu  il  sentyabrın  5-də  cümə  günü,  gecə  saat  12-yə 



yaxın  “Novıy  svet”  (“Yeni  dünya”(indiki  “Sahil”  metrosunun  ya-

xınlığında    yerləĢirdi)    restoranında    bir stolun arxasında mühəndis  

Hacıbəy  Seyidbəyov  öz  tanıĢ  qadını  ilə  Ģam  edirdi.  QonĢu  stolun 

arxasında isə bolĢeviklər Mir Fəttah Musəvi, Bakı Fəhlə Konfransı-

nın sədri Levon Qoqoberidze və HaĢım Əliyev əyləĢmiĢdi. Onlar öz 

aralarında  siyasi  mövzuda  söhbət  edirdilər.  Birdən  M.  Musəvi        

H.  Seyidbəyova  müraciət  edərək:“Yeri  gəlmiĢkən,biz  indiki  Azər-

baycan  hökumətinin  sədrini  (N.Yusifbəyli  nəzərdə  tutulurdu  )  və 

üzvlərini  “Parapetdə”  (indiki  Fontanlar  bağı  )  asacağıq,  BaĢ  nazir 

isə  Qoqoberidzeni  təyin  edəcəyik”,  –  demiĢdi.  H.  Seyidbəyov        

M.  Musəviyə  çox  kəskin  cavab  vermiĢdi.M.Musəvi  isə  revolveri 

çıxarıb H.Seyidbəyova tuĢlamıĢdı. H.Seyidbəyov da revolveri çıxa-

rıb  salondan  çıxıĢ  yoluna  tərəf  geri  çəkilməyə  baĢlamıĢ  və  özünü 

müdafiə məqsədilə bir neçə dəfə atəĢ açmıĢdı. Nəticədə M. Musəvi 

və  H.  Əliyev  yerindəcə  ölmüĢ,  Levon  Qoqoberidze  isə  qarnından 

ağır yaralanmıĢdı. AtıĢma davam edrərkən bundan xəbər tutan Bakı 

polismeysteri  Rüstəm bəy Mirzəyev və 5-ci sahə polis pristavı Mi-

xail Vakula  özlərini  hadisə  yerinə  yetirmiĢdilər. 

-

 

Restoran  və  ətrafı  bütünlüklə  mühasirəyə  alınmıĢ,  H.  Se-



yidbəyov  isə  dərhal  həbs  olunmuĢdu.  Ġstintaq  zamanı  onun  Ģəxsiy-

yəti müəyyənləĢdirilmiĢ, aydın olmuĢdu ki, o, ixtisasca mühəndisdir 

və Azərbaycan Dəmiryol Ġdarəsində Teleqraf ġöbəsinin  rəisi  iĢlə-

yir. ġəxsi  iĢi  araĢdırıldıqda  iĢ yerində  onu çox ciddi  və  iĢgüzar  

qulluqçu  kimi  xarakterizə  etmiĢdilər. 

-

 



Bu  hadisə  kəskin  əks-sədaya  səbəb  olmuĢ  və  hətta  Parla-

mentdə  müzakirə  edilmiĢdi.Parlamentdə  çıxıĢ  edən  “Sosialistlər 



 

195 


fraksiyası”nın  nümayəndəsi Ə.H. Qarayev qəzəbli halda Azərbay-

can  hökumətini  günahlandırmıĢ  və  demiĢdi:  ”Biz  qırmızı  ordu  ilə 

ciddi  danıĢığa  girməliyik.  Bu  hökumət  isə  bunu  bacarmayacaqdır. 

Onun əli Əli Bayramovun qanına boyanmıĢdır. Sovet  Rusiyası  ilə  

danıĢığa  girmək  lazımdır”. 

-

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin