İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

Təyinat.  23  iyun  1919-cu  il.  Daxili  iĢlər  naziri  N.Yusifbəyli  

“Fərariliklə mübarizəni qüvvətləndirmək haqqında” sərəncam imza-

lamıĢdı. Onun həmin tarixli 85 nömrəli əmri ilə bu vaxtadək ġamaxı 

qəzasının  müvəqqəti  rəisi  vəzifəsini  daĢıyan  Lütvəli  (Niftəli)  bəy 

Zülqədərov  Göyçay qəzasının rəisi təyin edilmiĢdi. 

27  iyun  1919-cu  il.  Daxili  iĢlər  naziri  N.Yusifbəyli  Bakıda 

yaĢayan əcnəbilərin yoxlanılması və cinayətkar ünsürlərin müəyyən 

edilmələri ilə  əlaqədar  ev  dəftərlərinin  təftiĢ  edilməsi  haqqında bü-

tün polis pristavlarına əmr vermiĢdi. 

Təyinat.  Ġyun  1919-cu  il.Azərbaycan  hökumətinin  qərarı  və 

daxili iĢlər naziri N.Yusifbəylinin müvafiq əmri ilə Xəlil bəy Sulta-

nov Azərbaycan Cümhuriyyəti DĠN-in Həbsxana ġöbəsinin rəisi və-

zifəsinə  təyin  edilmiĢdi.  Lakin  DĠN-in  Həbsxana  ġöbəsi  Azərbay-

can  hökumətinin  qərarı  ilə  həmin  ilin  avqustunda  ləğv  edilmiĢ  və 


 

155 


həbsxana  iĢlərinə  nəzarət  səlahiyyəti  Ədliyyə  Nazirliyinə  veril-

miĢdi... 

Avqust-sentyabr 1919-cu il. Azərbaycan DĠN-in əmri ilə Bakı 

ġəhər Polismeysterliyi yanında polis qorodovoyları məktəbi   təĢkil 

olunmuĢdu. Məktəbin daimi heyəti ilk zaman 7 nəfərdən: 1 rəis, 3 

təlimatçı, 1 feldfebel  və 2 vzvod komandirindən ibarət idi. Məktəb-

də 100 nəfər hazırlanması nəzərdə tutulmuĢdu... 

Təyinat.  30  sentyabr  1919-cu  il.  Daxili  iĢlər  naziri  N.Yusif-

bəylinin  133  nömrəli  əmri  ilə  bu  vaxtadək  Gəncə  polismeysterinin 

böyük  köməkçisi  vəzifəsində  çalıĢan  Ġsgəndər  bəy  MəĢədi  Salman 

oğlu  Qəmbərəliyev Gəncə Ģəhərinin müvəqqəti polismeysteri təyin 

edilmiĢdi. 

Təyinat.  13  oktyabr  1919-cu  il.  Daxili  iĢlər  naziri  N.Yusif-

bəylinin  əmri  ilə  Bakı  qubernatoru  Əmir  bəy  Nərimanbəyovun 

böyük  köməkçisi    Əmir  xan  (əsl  adı  Əmiraslan  xan  idi)  Cahangir 

xan oğli Xoyski vəzifə xidmətində irəli çəkilərək, Qazax qəzasının 

qubernatoru  (16-cı  dərəcəli  tariflə  1-ci  dərəcə  üzrə  3.000  manat 

əmək haqqı ilə) təyin edilmiĢdi. Daxili iĢlər naziri N.Yusifbəylinin 

23 oktyabr 1919-cu il tarixli 156 nömrəli digər əmri ilə Cavad qəza 

rəisinin köməkçisi Rüstəm bəy Heybət bəy oğlu Kərimbəyov vəzifə 

xidmətində irəli çəkilərək, Lənkəran qəzasının (aylıq əmək haqqı 1-

ci dərəcə tarif üzrə 3.000 manat olmaqla) rəisi təyin edilmiĢdi. 

28 oktyabr 1919-cu il. DMK əsgər toplanması, həyətbaĢı siya-

hıyaalma keçirilməsi və partizan dəstələrinin yaradılması sahəsində 

hakimiyyət  orqanlarının  fəaliyyətinə  və  hərəkətlərinə  ciddi  nəzarət 

etməyi Daxili ĠĢlər Nazirliyinin Polis Ġnspeksiyasına həvalə etmiĢdi. 

3  noyabr  1919-cu  il.  Azərbaycan  Parlamenti  tərəfindən  “Sər-

xoĢluqla mübarizə haqqında” qanun qəbul edilmiĢ və onun icrasına 

nəzarət DĠN-ə həvalə olunmuĢdu. 

Təyinat.  Daxili  iĢlər  naziri  N.Yusifbəylinin  12  noyabr  1919-

cu il tarixli 295 nömrəli əmri ilə  Ġsgəndər bəy MəĢədi Salman bəy 

oğlu  Qəmbərəliyev  ġamxor  (ġəmkir)  qəzasının  rəis  əvəzi  təyin 

edilmiĢdi.  Nazir  N.Yusifbəyli  1919-cu  il  noyabrın  15-də  Bakı  qu-

bernatorunun 14 oktyabr 1919-cu il tarixli 14405 nömrəli təqdimatı 

üzrə  Ədliyyə  Nazirliyi  Bakı  Dairə  Məhkəməsinin  Balaxanı  Sahə-

sinin  müstəntiqi  Məmməd  bəy  Süleymanbəyovun  Cavad  qəzasının 



 

156 


rəisi təyin  edilməsi  haqqında əmrə  qol  çəkmiĢdi. Bununla əlaqədar 

nazir müavini, general-mayor Əliyar bəy HaĢımbəyovun imzası ilə 

DĠN-in  adından  M.  Süleymanbəyovun  tutduğu  vəzifəsindən  azad 

olunaraq  Daxili  ĠĢlər  Nazirliyinin  sərəncamına  keçməsi  barədə  8 

noyabr  1919-cu  il  tarixli  10980  nömrəli  xahiĢ  məktubu  göndəril-

miĢdi. 


27  noyabr  1919-cu  il.  Azərbaycan  Cümhuriyyəti  DMK  və 

DĠN-in birgə qərarı ilə Cavad (mərkəzi Salyan) və Lənkəran qəzala-

rında qarətlərlə mübarizə və sərhədçi funksiyalarını yerinə yetirmək 

məqsədilə  400  nəfərlik  xüsusi  sərhəd  gözətçiləri  dəstələri  təĢkil 

edilmiĢdi. Qərara müvafiq olaraq Azərbaycan Respublikasına xaric-

dən  təcavüz  olacağı  və  hərbi  əməliyyatlar  baĢlanacağı  təqdirdə  hə-

min dəstələr Hərbi Nazirliyin müvafiq komandanlığının sərəncamı-

na keçməli idi. 



Təyinat. 12 dekabr 1919-cu il. Daxili iĢlər naziri N.Yusifbəy-

linin 110 nömrəli əmri ilə bu vaxtadək  Bakı Mərkəzi Həbsxanası-

nın rəisi olan Ələkbər bəy Bəhrəmbəyov tutduğu vəzifəsindən azad 

olunaraq,  Cəbrayıl  qəzasının  rəisi  vəzifəsinə  təyin  edilmiĢdi.  Bu 

əmr DĠN-in 5 yanvar 1920-ci il tarixli 228 nömrəli yeni əmrilə bir 

daha təsdiqlənmiĢdi... 

17 dekabr 1919-cu il. DĠN nümayəndəsinin də iĢtirakı ilə Bakı 

Polismeysterliyi pristavlarının geniĢ toplantısı keçirilmiĢdi. 

... N.Yusifbəyli ermənilərin fitnəkarlıqlarına qarĢı da tədbirlər 

görürdü.  O,  1919-cu  ilin  yayında  Qarabağda  Qaybalı  kəndində 

daĢnakların törətdiyi qırğının (bu kənd tam yandırılmıĢ və 600-dək 

adam  öldürülmüĢdü)  günahkarlarının  mütləq  cəzalandırılacağını 

bəyan etdikdə, həmin ilin  7, 10 və 17 iyulda olan Parlamentin iclas-

larında  gedən  müzakirələrdə  Komissiya  üzvü,  deputat  Çubaryanın 

bu  hadisə  ilə bağlı ermənilərin cinayətlərini  ört-basdır etmək cəhd-

lərini  ifĢa  etmiĢ,    nəinki  göstərilən  iĢin,  həmçinin  Zəngəzur  və  ġa-

maxı  soyqırımı  hadisələrinin  də  məhz  Yerevandan  daĢnaqların  əli 

ilə  təĢkil  olunduğunu,  onların  xəyanətkar  hərəkətlərinin  də  cəzasız 

qalmayacaqlarını bildirmiĢdi. 

...Erməni    “Armenakan”,  ”Qnçak”  və  “DaĢnaksütyun”  parti-

yalarının  millətçi  liderləri  Nəsib  bəyin  Azərbaycan  Parlamentində 


 

157 


onların ftnəkarlıqlarını və dəhĢətli  “əməlləri”ni  ifĢa edən qətiyyətli 

çıxıĢlarını yaddan çıxara bilmirdilər. 



Haşiyə:  “Armenakan”  (qısa “Armenak”da yazılır) ermənilə-

rin  yaratdıqları  ilk  millətçi  partiya  idi.  Bu  partiya  hələ  1895-ci 

ildə  Türkiyənin  Van  Ģəhərində  M.Portukyan  tərəfindən  yaradıl-

mıĢdı. Mkırtıç Portukyan (bəzi ədəbiyyatda Portukalyan da yazı-

lır) varlı erməni bankiriydi. 1885-ci ildə kürəkəni və dostları ilə 

birlikdə Vanda “Armenakan” adlı millətçi partiyanın əsasını qoy-

muĢdu.  Partiyanın  mədaxilini  gizlətdiyinə  görə  1921-ci  ildə    öz  

“məsləkdaĢları”  tərəfindən  öldürülmüĢdü... 

“Qnçakyan”    (qısaça  “Qnçak”)  (“haray”,  ”zəng”,  ”səs”  de-

məkdir) ilkin olaraq 1887-cı ildə Ġsveçrənin Cenevrə Ģəhərində təh-

sil alan erməni tələbələri L.Nazarbey (A.Nazarbekyan) və qardaĢı..., 

habelə Maro Vardanyan, Qabriel Kafuyans tərəfindən yaradılmıĢdı. 

Lakin onun rəsmi baniləri və əsas ideoloqları Ruben Xanazat Xana-

zatyan (“NĢan  Karapetyan”)  (1862-1929;  o,  erməni  xalqının   “tari-

xi”nə dair iri əsərlərin müəllifidir...) və erməni sələmçi taciri, Tür-

kiyənin  maliyyə  naziri  olmuĢ  Akop  paĢa  Qazaryan  (1833-1891), 

Arkomed  (Qarancyan  Gevorq  Arutunoviç,Stepan  ġaumyanın  öyrə-

dəni)  (1861-1936)  sayılır.  ”Qnçak”  partiyası  və  onun  görkəmli 

üzvləri  (A.Nazarbekyan,  M.Ambarsumyan,  S.Qulyan,  A.Zurabyan, 

P.Sarkisyan və b.) “dənizdən-dənizə  (Aralıq dənizindən Qara dəniz 

və Xəzər dənizinə) “Böyük Ermənistan”  dövləti yaratmağı qarĢısı-

na məqsəd qoymuĢdu. 

Nazarbey  Lernts  (əslində,  Avetis  Vardanoviç  Nazarbekyan 

(1866-1939).  ”Qnçak”  partiyasının  banilərindən  və  rəhbərlərindən 

biri  idi.  Azərbaycanlılara,  bütövlükdə  türklərə  və  müsəlmanlara 

qarĢı qəddar düĢmənçilik siyasəti yeridənlərdən olmuĢdur. Möskva-

da yüksək vəzifədə çalıĢan Anastas Mikoyanın vəsatəti ilə 1934-cü 

ildə  SSRĠ-yə  dəvət  edilmiĢdi...”Qnçak”ın    görkəmli  xadimlərindən 

biri Murad-Boyacyan Ambarsumyan (1860-1915) Türkiyədə, Sasun 

bölgəsində  1883-cü  ildə  müsəlman  qətliamının  fəal  təĢkilatçısı  ol-

muĢdu.  1884-cü  ildə  məhkum  edilərək,  Trablisə  sürgün  edilmiĢdi. 

1906-cı ildə qaçmıĢdı...1908-ci ildə Osmanlı Parlamentinin deputatı 

olmuĢdu.Deputat  statusundan  istifadə  edib  erməni  “çətəçilər”in 

(quldur  dəstələrinin)  Türkiyə  hökumətinə  qarĢı  çıxıĢlarını  hazırla-



 

158 


mıĢdı. Salah Qulyan (1861-1928) da ”Qnçak”ın görkəmli xadimlə-

rindən biri idi. Əsl adı Stepan Ter-Danilyandır. ”Qnçak” və “Yerita-

sard Hayastan” (“Gənc Ermənistan” )  qəzetlərinin redaktoru olmuĢ-

du.1908-ci ildə Türkiyə Parlamentinin deputatı seçilmiĢdi.Dinc mü-

səlmanların  kütləvi  qətllərini  təĢkil  etdiyinə  görə  qiyabi  olaraq  dar 

ağacından  asılmağa  məhkum  edilmiĢdi,lakin  Konstantinopoldan 

qaça bilmiĢdi... 

A.Zurabyan  (1873-1920)  (Əsl  adı  ArĢak  Gerasimoviç  Zurab-

yandır)  ”Qnçak”ın  liderlərindən  biriydi.  Petroqrad  Soveti  Ġcraiyyə 

Komitəsinin üzvü olmuĢdu.”Türkiyə Ermənistanı haqqında “ dekretin 

müəlliflərindən  idi.  Paramaz  Matevos  Sarkisyan  (1863-1915).  ”Qn-

çak” partiyasının görkəmli funkionerlərindən biri, Türkiyədə ”erməni 

“Azadlıq  hərəkatı”nın...fəal  iĢtirakçısı  olmuĢdu.Kütləvi  iğtiĢaĢlar 

təĢkil  etdiyinə  və  dinc  əhalini  qırdığına  görə  1915-ci  ilin  iyununda 

Konistantinoplda  dar  ağacından  asılmıĢdı.  ġmavon  Qabriel  Kafan 

(Kafuyans)  (1860-1930).  ”Qnçak”ın  liderlərindən  biri  idi.  Ġkinci  Ġn-

ternasionalın tərkibinə daxil olmuĢdu. ”Böyük Ermənistan” ideyasını 

yaradanlardandı. Türkiyədə Zeytun və Sasun bölgələrindəki “erməni 

üsyan”nda  təĢkilatçılardan  biriydi.  Həmin  üsyan  zamanı  erməni  si-

lahlı dəstələrinin əməliyyatları və vəhĢilikləri nəticəsində 65 mindən 

çox əliyalın müsəlman-türk, kürd, habelə yəhudu qırılmıĢdı... 

Qeyd:  ”Qnçak”  partiasının  “ən  görkəmli”  üzvlərindən  biri 

A.Ozanyan (1865-1927) olmuşdur. Türkiyədə sənətkar ailəsində do-

ğulmuşdu.  Andronik  (tarixi  ədəbiyyatda  Andranikdə  adlandırılır) 

Torosoviç  Ozanyan  1894-cü  ildən  Türkiyə  “istibdadına”  qarşı  er-

məni  milli  azadlıq  hərəkatının  fəal  iştirakçısı  idi .Bəzi  qadın  “jest-

lərinə”  görə  “Madmuazel  Andronik”  adlandırılan  Ozanyan  hələ 

1891-ci ildə “Hnçakyan” partiasına daxil olmuşdu. Əslində o qadın 

humanistliyindən  çox  uzaq  olub  cəllad  “Andronik  paşa”  adı  ilə 

daha  məşhurdu.  Çetebaşı  Andronik  paşa  ilk  dəfə  1901-ci  ildə  öz 

quldur (çete) dəstəsi ilə Muş şəhəri yaxınlığında peyda olmuşdu. Bu 

haqda  Rusiyanın  Ərzrumdakı  baş  konsulu  Mayevski  yazmışdır... 

A.Ozanyan  1-ci  erməni  könüllü  dəstəsinin  komandiri  kimi  1912-ci 

ildən Balkan müharibələri  zamanı  Bolqarıstan  ordusunun tərkibin-

də Türkiyəyə qarşı vuruşurdu.  Birinci  Dünya müharibəsi  dövründə 

o,  1914-cü ilin  noyabrında Türkiyəyə qarşı vuruşan  Rusiya ordusu 


 

159 


tərəfinə  keçmişdi.  Andronikin  dəstəsi  həmin  andan  öz  dəstəsiylə 

general-leytenant  Çernozubovun  kamandan  olduğu  rus  qoşunla-

rının  tərkibində  türklərə  qarşı  vuruşmuşdu.  Odur  ki,  çar  ona 

general-mayor  rütbəsi  vermişdi.  1915-ci  ilin  iyulunda  Van  gölü 

bölgəsində  gedən  hərbi  əməliyyatlar  zamanı  fəallaşmış  rus 

qoşunlarının  tərkibində  Andronikin  başkəsənləri  fürsət  düşən  kimi 

türk  əhalisinə  kütləvi  divan  tutduğu  üçün  Türkiyə  hökuməti  bu 

üzdəniraq ”gneralı” qanundankənar elan edərək, həm də ingilislərə 

və  amerikanlara  “qulluq”  göstərdiyinə  görə  onların  agenti  kimi 

bəyan  etmişdi.  Sonralar  türklər  Andronik  paşanı  ələ  keçirmiş, 

Türkiyənin  “sirrıləri”ni  ingilis-amerikan  kəşfiyyatına  satdığı  üçün 

onun  qulağını  kəsib  buraxmışdılar.  Görkəmli  Rusiya  diplomatı  və 

xarici  işlər  naziri  G.V.  Çiçerin  də  Androniki  “Antantanın  cəsusu” 

adlandırmışdı. ”Qulağı kəsik Andronik” isə qaçıb İrəvana gəlmişdi. 

O,1918-ci ildən Naxçıvana hücumlar təşkil edirdi.Daşnak Ermənis-

tan  Respublikasının  xidmətindən  yararlanan  “general”  Andronuk 

Dronun,  Kerinin,  Muradın  və  b.  qaniçən  erməni  silahlı  dəstələrinə 

komandirlik edərək,  Azərbaycan Cümhuriyyətinin sərhədlərinə,  xü-

susilə, Zəngəzura və Qarabağa tez-tez hücumlar yaradır, vəhşiliklər 

törədirdi...  Qafqazda  sovet  hakimiyyəti  qurulduqdan  və  möhkəm-

ləndikdən sonra daha burada qala bilməyən A.Ozanyan tabeliyində 

qalan  680  nəfərlik  başkəsənlər  dəstəsinin  müşayiəti  ilə  xaricə  keç-

mişdi... O, Amerikada yaşayırdı. Bəzi memuarları 1921-ci ildə ABŞ-

da erməni  dilində  çapdan çıxan “Erməni  əlahiddə  zərbə hərbi  his-

səsi”  adlı  kitabda  toplanmışdır...  A.Ozanyan  1926-cı  ildə  Amerika 

qəzetlərindən birində “Mən hələ qayıdacağam” adlı müsahibə ver-

mişdi.  Ermənistanın  “milli  qəhrəmanı,  Qarribaldisi”  adlandırılan 

Andranik  Ozanyan  1962-ci  ildə,  ABŞ-da  62  yaşında  ölmüşdür. 

1965-ci ilin fevral ayında İrəvanda Andronik Ozanyanın anadan ol-

masının  100  illiyi  təntənə  ilə  qeyd  edilmişdi.2000-ci  ildə  meyidi 

ABŞ-dan Yerevana gətirilərək, yenidən dəfn edilib... 

“DaĢnaksütyun”  (“Ġttifaq” deməkdir)  burjua-millətçi partiya-

sı  –  “Erməni  inqilabi  ittifaqı”  adlanan  burjua  millətçi  partiyası 

1890-cı  ildə  Tiflisdə  yaradılmıĢdı.  Onun  yaradıcıları  və  görkəmli 

xadimləri  Xristofor  Mikaelyan  (1859-1915),  Simon  Zavaryan,  Ste-

fan  Zoryan,  Vahan  Papazyan  (1868-1923),  Armen  Qaro  (Pas-



 

160 


termasyan  Armen  Qaro)  (1873-1923).  Türkiyə  ermənisi  idi.  1908-

1914-cü  illərdə  Türkiyə  Parlamentinin  deputatı  olmuĢdur),  Karo 

Sasuni,  Aleksandr  Xatisov,  Qaregin  Njde,  Ovanes  Kaçaznuni, 

Vratsyan Simon, Akop Zavriyev,Milkael Varandyan,Knuni Malum-

yan  (1860-1915),  Qərib  və  baĢqaları  bildirirdilər  ki,  ”DaĢnak-

sütyun” Türkiyə ermənilərini Osmanlı zülmündən xilas etmək məq-

sədilə  yaradılmıĢdır.  Onlar  erməni  “genosidi”nin  əsas  təĢkilatçıları 

olan  “Ģəxslər”in  məhvi  barədə  qərar  qəbul  etmiĢdilər.  1892-ci  ildə 

Ġsveçrənin  Cenevrə Ģəhərində 32 nəfərin iĢtirakı  ilə partiyanın  1-ci 

qurultayı keçirilmiĢdi. Qurultayda ”DaĢnaksütyun”unun erməni “zi-

novarlar” adlanan əsgərlərindən ibarət dəstələrin yaradılması barədə 

qərar  qəbul  edilmiĢdi.  ”DaĢnaksütyun”un  ideloqlarından  biri  Ova-

nes  Kaçaznuni  yazırdıki,  partiyanın  ABġ,  Fransa,Yunanıstan,  Ġran 

və digər ölkələrdə filialları vardır... Bununla əlaqədar həyata keçiri-

ləcək  terror  aktları  seriyası  Ģərti  olaraq  “Nemezis”  adlandırılmıĢdır 

(yunan  ilahəsi  Nemezidanın  adından  götürülmüĢdür).  1919-cu  ilin 

oktyabrında  “DaĢnaksütyun”  partiyasının  Ġrəvanda  keçirilən  9-cu 

qurultayında  ġaan  Natalinin  təĢəbbüsü  ilə  terror  əməliyyatlarına 

baĢlamaq barədə qərar qəbul olunmuĢdu.”DaĢnaksütyun”un iclasın-

da “erməni genosidi”nin (1915-ci il) 650 günahkar Ģəxsin siyahısına 

baxılmıĢ  və  seçim  qaydasında  onlardan  41  nəfərinin  ilk  növbədə 

ləğv edilməsi qərarlaĢdırılmıĢdı. 

Stefan Zoryan (1867-1919) (Daha çox Rostov Zoryan kimi ta-

nınır)  ”DaĢnaksütyun”  pariyasının  banilərindən  və  rəhbərlərindən 

biri idi. O, 1918-ci illərdə  Bakıda, ġamaxıda, Qubada və Azərbay-

canın digər Ģəhərlərində kütləvi qətllərin, vəhĢiliklərin və iĢgəncələ-

rin  təĢkilatçısı  olmuĢdur.  Aleksandr  Ġvanoviç  Xatisov  da  (1874-

1945)  ”DaĢnaksütyun”  partiyasının  liderlərindən  biriydi.  Əvvəllər  

“Kadetlər”  partiyasının  üzvü  olmuĢdu.  1910-1917-ci  illərdə  Tiflis 

Ģəhərinin bələdiyyə rəisi vəzifəsində iĢləmiĢdi. 1918-1920-ci illərdə 

daĢnak  Ermənistan  Respublikasının  xarici  iĢlər  naziri  və  Nazirlər 

ġurasının sədri  olmuĢdu. Həmin dövrdə  Bakıda  Xalq  Komissarları 

Soveti  yarandıqda  S.ġaumyana,  Q.Melikyana,  T.Əmiryana  və 

A.Mikoyana  məsləhətlər  vermiĢdi.  Ovanes  Kaçaznuni  (1868-1937) 

”DaĢnaksütyun”  partiyasının  görkəmli  üzvlərindəni  idi.  DaĢnak 

Ermənistanının  (1918-1920)  ilk  baĢ  naziri  olmuĢdu.  Qırmızı  ordu 



 

161 


Ermənistana  gələndə  və  orada  sovet  hakimiyyəti  qurulanda  (29 

noyabr 1920-ci  il) 52  yaĢında öz baxıĢlarını  dəyiĢdirmiĢ  və  keçmiĢ 

silahdaĢları  olan  daĢnakların  siyasətini  ifĢa  etməyə  baĢlamıĢdı.  Si-

mon Vratsyan (1882-1969) ”DaĢnakstyun” partiyasının qatı ideoloq 

idi. DaĢnak Ermənistan Respublikasının (1918-1920) hökumət baĢ-

çısıydı.  1921-ci  ilin  yanvar-fevral  aylarında  Ermənistanda,  Zəngə-

zurda və Qarabağda azərbaycanlıların kütləvi qətliamının təĢkilatçı-

sı, həmçinin daĢnakların “Vətənin nicatı” Komitəsinin sədri olmuĢ-

du. Sonra xaricə qaçmıĢ və 1926-cı ildən  ABġ-ın Dövlət Departa-

mentinin Yaxın ġərq üzrə mütəxəssisi iĢləmiĢdi...Doktor Akop Zav-

riyev  (1875-1920)  (əsl  adı  Akop  Zavaryandır).  ”DaĢnaksütyunun 

liderlərindən  biri,Stepan  ġaumyanın  yaxın  məsləkdaĢı  olmuĢdur. 

Onunla  birlikdə  1905-ci  ilin  fevralında  Bakıda  törədilmiĢ  müsəl-

manların  qırğınını  hazırlayanlardan  biri  idi.  O,  Yelizavetpolda 

(Gəncə), Tiflisdə, Ġrəvanda və Qarabağda azərbaycanlılara qarĢı qır-

ğınların  törədilməsini  təĢkil  etmiĢdi.Ərzrumda  (1918-ci  il)  Rusiya 

general-qubernatorunun  köməkçisi  olmuĢdu.  Həmin  vaxt  erməni 

döyüĢ  təĢkilatı  olan  “Milli  büro”nun  tərkibinə  daxil  idi.  Mikael 

Varandyan  (əslində,  Ohanesyan)  (1884-1934).  ”DaĢnaksütyun”un 

ideoloqlarından biriydi. O, vaxtı ilə çara xəfiyyəlik etmiĢ, ”26 Bakı 

komissarı”nı satan Anastas Mikoyana qarĢı ifĢaedici sənədlərə ma-

lik  olmuĢdu.  Ġ.  Stalinin  tapĢırığı  ilə  Parisdə  öldürülmüĢdü...Qərib 

(Avetis Aqraniya Qərib)  (1866-1948). ”DaĢnaksütyun” partiyasının 

rəhbərlərindən  biri,  həm  də  Ģair  idi.Erməni  Milli  ġurasının  (1917) 

və  daĢnak  Ermənistan  Respublikası  Parlamentinin  sədri    (1919-cu 

il) olmuĢdu... 

”Nemezis”in  ilk  qurbanlarından  biri  Osmanlı  Türkiyəsinin 

daxili  iĢlər  naziri,1915-ci  ildə  qiyama  qalxmıĢ  ermənilərə  qarĢı 

tədbirlər  görmüĢ  Tələt    PaĢa  olmuĢdu.  O,  1921-ci  il  martın  15-də 

Almaniyanın  Berlin  Ģəhərində  erməni  terrorçusu,  tacir  Soqomon 

Xaçaturoviç  Tehliryan  (1896-1960)  tərəfindən  güllələnmiĢdi...“Ne-

mezis” əməliyyatının ən fəal iĢtirakçılarından biri ArĢavir ġirakyan 

isə  bildirmiĢdi  ki,  bizim  təĢkilatın  məhv  etmək  planı  yoxdur. 

Məqsəd  yalnız  “kütləvi  ölümlərin”  günahkarları  olan  “Ģəxslər”in 

cəzalandırılmasını həyata keçirməkdir. 


 

162 


Əməliyyata  rəhbərlik  üçün  məsul  orqan  (rəhbəri  daĢnak  Er-

mənistan  Respublikasının  ABġ-dakı  emissarı  Armen  Qaro  və  Xü-

susi  fond  (rəhbəri  ġaan  Satrailyan  idi)  təĢkil  olunmuĢdu.  Əməliy-

yata  operativ  rəhbərliyi  və  maddi  təminatı  ġain  Natali  və  Qriqor 

Merjanov həyata keçirməli idi. Ən vacib informasiyaların toplanma-

sında  əsas  rolu  Qraç  Papazyan  oynamalıydı.  Əməliyyatda  nəzərdə 

tutulan  qətllər  aĢağıdakı  kimi  həyata  keçirilməli  idi:  ləğvi  nəzərdə 

tutulan  Ģəxsin  (Ģəxslərin)  izlənməsi  və  təqibi  üçün  2-3  və  3-5  nə-

fərdən ibarət qruplar qətlləri həyata keçirməli idilər. 

“Nemezis”in rəhbərləri “Azərbaycan “müsavat” hökuməti”nin  

bir  neçə  liderlərinin  ləğv edilməsi haqqında da qərar qəbul etmiĢ-

di. Onların sırasında F.Xoyski, H.Ağayev, B.CavanĢir, X.Xasməm-

mədov  və  baĢqaları,  o  cümlədən  N.Yusifbəyli  də  vardı.  Erməni 

millətçi liderlərinin fikrincə, 1918-ci ilin sentyabrın 15-də Bakıdakı 

“qırğında”  güya  20  min  erməni  öldürülmüĢdü  və  həmin  Ģəxslər 

“qırğının” təĢkilatçıları və günahkarları idilər. 

N.Yusifbəylinin daxili iĢlər nazirliyi dövründə polis iĢçilərinə 

qarĢı  tələblər,  qanunçuluğa  əməl  edilməsinə  nəzarət  çox  ciddi  idi. 

Belə ki,  polis xidməti zamanı vəzifəsindən sui-istifadə  edənlər,  ya-

xud qanunçuluğu bu və ya digər formada pozanların əməlləri DĠN-

in  Xüsusi  Polis  MüfəttiĢliyi  tərəfindən  təhqiqat  aparılmaqla  sübut 

olunur,  onlar  vəzifədən  kənarlaĢdırılır  və  yaxud  aĢağı  iĢə  keçirilir-

dilər.1919-cu il əırzində Bakıdan və respublikanın qəzalarından Da-

xili ĠĢlər Nazirliyinə bəzi inzibati orqanların rəhbər iĢçiləri və ayri-

ayrı  polis  məmurları  barədə  Ģikayətlər  daxil  olmuĢdu.  Bunların 

içərisində  bəzi  qəza  rəislərinin  özbaĢınalıqları  və  cinayətkarlıqları 

himayə  etmələri  faktları  da  vardı.  Bir  sıra  faktlarda  məmurlardan 

bəzilərinin torpaqları qanunsuz ələ keçirdikləri bildirilirdi. Məsələn, 

Dəvəçi  pristavı  qardaĢları  ilə  birlikdə  ġəzərli  kəndində  qnunsuz 

olaraq torpaqlar tutmuĢdu. Qazax qəzasının sakinləri də ağır vergi-

lərin  yığılması  zamanı  qəza  inzibati  orqanlarının  bəzi  Ģəxslərindən 

Ģikayətlənirdilər.  Daxili  iĢlər  nairi  N.Yusifbəyli  ƏrəĢ  qəzasına  gə-

ləndə orada bir neçə vəzifədən sui-istifadə halları ilə tanıĢ olduqdan 

sonra qəza rəisini vəzifəsindən çıxarmıĢ,1-ci sahə polis ptistavını isə 

həbs elətdirmiĢdi. 


 

163 


N.Yusifbəyli  Daxili  ĠĢlər  Nazirliyinin  strukturlarını  peĢəkar 

kadrlarla möhkəmləndirmək iĢini ən ümdə vəzifələrindən hesab edir 

və bütün fəalyyəti boyu bunu həyata keçirirdi. Məsələn, onun 1919-

cu il 4 dekabr tarixli  əmrinə əsasən  vaxtilə  çar Rusiyası  ordusunda 

nümunəvi  xidmət  göstərməklə  general-mayor  hərbi  rütbəsinə  layiq 

görülmüĢ  Murad  Gəray  bəy  Tlexas  (1874-1920)  Bakının  general-

qubernatoru vəzifəsinə təyin edilmiĢdi. 

27  aprel  1920-ci  il.  Səhər  saat  9-dan  bütün  partiya  liderləri 

Nəsib  bəyin  mənzilinə  toplaĢıb  11-ci  ordunun  Azərbaycan  hüdudla-

rını  keçməsini  müzakirə  edirlər.  Müxtəlif  fikirlər  irəli  sürülür...ġəfi 

bəy  Rüstəmbəyli  deyirdi:  ”...Gəlin,  hökuməti  Gəncəyə  köçürək  və 

oradan bolĢeviklərə qarĢı mübarizə aparaq”. Onun təklifi qəbul olun-

madı.  Belə  qənaətə  gəldilər  ki,ən  yaxĢısı,  Bakıda  qalıb  hakimiyyəti 

qan tökmədən bolĢeviklərə verməkdir. Aprelin 27-də gündüz saat 12-

də  Parlamentin  son  iclası  oldu.”Sosialistlər”,  ”Ġttihad”  və  “Əhrar” 

partiyalarının  liderləri  açıq  Ģəkildə  hakimiyyətin  dinc  yolla  bolĢe-

viklərə verilməsi təklifini müdafiə etdilər. Hərbi nazir S. Mehmanda-

rov da açıqca bildirdi ki, Bakıda qalan cüzi qüvvə ilə düĢmənə müqa-

vimət göstərmək mümkün deyil. AxĢam saat 11-də Azərbaycan Par-

lamentinin  sədri  Məmməd  Yusif  Cəfərov  və  general  Vəkilov  (Ġdarə 

direktoru) hakimiyyətin  bolĢeviklərə verilməsi aktını  imzaladılar. 

Mürəkkəb, ziddiyyətli həyat yolu keçmiĢ, lakin xalqının Ġstiq-

laliyyəti  yolunda  böyük  zəhmətlər  çəkmiĢ  N.Yusifbəylinin  aqibəti 

çox  təəssüf  ki,  faciə  ilə  sona  yetmiĢdir...Azərbaycanda  sovet  haki-

miyyəti  qurulduqdan  sonra  bolĢeviklərin,  xüsusilə,  Bakını  iĢğal 

edən 11-ci ordunun Xüsusi  ġöbəsinin rəisi, cəllad Semyon Pankra-

tovun  qanlı  pəncəsindən  qurtularaq  Gəncəyə  gəlmiĢ,  bir  müddət 

orada yaĢamıĢ və 1920-ci ilin mayın axırlarında general-mayor, Ģah-

zadə  Əmir  Kazım  Məhəmməd  Mirzə  Qacaqrın  (1853-1920),  Azər-

baycan  Ordusunun  Birinci  piyada  diviziyasının  komandiri  general-

mayor Cavad bəy ġıxlınski (1874, Qazax qəzası, ġıxlı kəndi - 1959, 

Türkiyə),  Gəncə  alayının  komandiri  Cahangir  bəy  Kazımbəyovun, 

Sarı  Ələkbərin,  Gəncənin  sabiq  polis  rəisi,  balabağmanlı  qaçaq 

Qənbər  Qəni  oğlu Bəhmənlinin,  samuxlu  qaçaq Məmməd Qasımın 

(1898,  Samux-1967,  Elaziqi  Ģəhəri,  Türkiyə,  69  yaĢ)  baĢçılığı  ilə 

baĢ  vermiĢ  Gəncə  üsyanında  iĢtirak  etmiĢdi...Qeyri-bərabər 



 

164 


mübarizədə  üsyan  11-ci  ordu  tərəfindən  yatırıldıqdan  sonra  bir 

müddət  gizlənmək  üçün  Kürdəmir  qəzasına  gələn  Nəsib  bəyi  Kür 

çayının qırağında naməlum Ģəxslər...xaincəsinə qətlə yetirmiĢdilər... 

Bu  hadisə  1920-ci  il  mayın  31-də  baĢ  vermiĢdi...  Qatillər  Nəsib 

bəyin meyitini Kür çayına atmıĢdılar...Bu zaman Nəsib bəyin  cəmi 

39 yaĢı vardı. 

N.N.Yusifbəylinin  xidmətlərini  həmmüasirləri  və  silahdaĢları 

yüksək qiymətləndirirdilər. M.Ə. Rəsulzadə onun ölüm xəbərindən 

çox  mütəəssirlənərək  bildirmiĢdi:  ”Azərbaycan  ideyasını  siyasi  bir 

tələb  maddəsi  Ģəkilində  formula  etmək  Ģərəfi  mərhum  Nəsibbə-

yindir”. 

N.Yusifbəylinin  faciəli  sonluğu  barədə  müxtəlif  fərziyələr 

mövcuddur.  Son  illərin  dövri  mətbuatında  Nəsib  bəyin  müəamalı 

ölümü ilə bağlı fərziyələr də öz əksini tapıb, onlardan birinin müəl-

lifi tədqiqatçı alim, filologoya elmləri doktoru, professor Aydın Da-

daĢovdur. Aydın  müəllimin  fikrincə,  Nəsib  bəy  Ceyrançöldəki  Qu-

ruçay dərəsində qətlə yetirilmiĢdir... 

Filologiya  üzrə  fəlsəfə  doktoru  Asif  Rüstəmli  və  tanınmıĢ 

yazıçı-jurnalist ġəmistan Nəzirlinin fikrincə, N.Yusifbəyli 1920-ci il 

iyunun  19-da  Tiflisdə  Fətəli  xan  Xoyski  ilə  birlikdə  qətlə  yetiril-

miĢdir və onu arxadan güllə ilə erməni muzdlu qatili Aram Yevkan-

yan vurmuĢdur...Asif müəllim 1995-ci ildə Azərbaycan Milli Dövlət 

Arxivində araĢdırmalar apararkən Gürcüstan hökumətinin Azərbay-

can  hökumətinə  göndərdiyi  rəsmi  sənədə  rast  gəlmiĢdir.  O,  həmin 

sənədin  üzünü  köçürmüĢdür.  Orada  yazılmıĢdır:  ”Tiflisdə,  Ģənbə 

günü,  1920-ci  il  iyunun  19-da  axĢam  saat  9-a  yaxın  Olginski  kü-

çəsinin baĢlanğıcında mauzerdən atılan atəĢlə Fətəli xan Xoyski və 

Nəsib bəy Yusifbəyli öldürülmüĢdür.Qətldə günahlandırılan 8 nəfər 

Ģübhəli Ģəxs Gürcüstan hökuməti tərəfindən saxlanılmıĢdır”. 

Mövcud  tarixi  ədəbiyyatdakı  fərziyələrdən  birinin  müəllifi 

tədqiqatçı  alim,  elmlər  doktoru    Xaləddin    Ġbrahimlidir.  O,  ”Azər-

baycanın  siyasi  mühacirəti”  kitabında  yazmıĢdır:  ”...Azərbaycan 

Demokratik Respublikasının ikinci baĢ naziri Nəsib bəy Yusifbəyli 

müəmmalı  Ģəkildə  yoxa  çıxdı.  Azərbaycan  SSR-in  rəhbər  vəzifəli 

Ģəxslərindən  Əliheydər  Qarayev  ictimaiyyəti  aldadaraq,  onun  98 

milyon manat  pulla  birlikdə  Bakı  dəmiryol  vağzalında həbs  edildi-



 

165 


yini  bəyan  etmiĢdir.  Lakin  həqiqətdə  baĢ  nazir  Kürdəmirdə  Azər-

baycan  Fövqəladə  Komissiyasının  əməkdaĢı  tərəfindən xüsusi qəd-

darlıqla  öldürülmüĢdür.  Nəsib  bəyin  rus  sürücüsü  salamat  qalaraq 

aradan  çıxıb  Türkiyəyə  qaça  bilmiĢdi...Sonralar  o,  hadisəni  Nəsib 

Yusifbəylinin  həyat  yoldaĢı  ġəfiqə  Sultan  xanıma  danıĢaraq,  mər-

humun  cənazəsinin  dəfn  olunduğu  yeri  də  niĢan  vermiĢdi.  Gəncə 

camaatı  Nəsib  bəyin  çöllükdəki  məzarını  sovet  hökumətindən  xə-

bərsiz, xəlvəti  Gəncəyə  köçürmüĢlər”. 

Fərziyələrdən birinin müəllifi fililogiya elmləri doktoru, profes-

sor Vilayət Quliyevdir (V.Quliyev Azərbaycan Respublikasının sabiq 

xarici  iĢlər  naziridir.  Hazırda  Azərbaycan  Respublikasının  Macarıs-

tandakı  fövqəladə  və  səlahiyyətli  səfiridir).Vilayət  müəllimin  “Yad-

daĢ” rubrikasından “525-ci qəzet”in 31 dekabr 2010-cu il tarixli nöm-

rəsində  N.Yusifbəylinin  faciəli  sonluğuyla  bağlı  dərc  etdirdiyi  mə-

qalədən bəzi seĢmələri diqqətinizə çatdırırıq. Professor yazmıĢdır: 

-  “...ġəfiqə  xanım  od  içində  yanan  Krımdan  Azərbaycana  ilk 

növbədə  iki  körpəsini  xilas  etmək  üçün  gəlmiĢdi.  Bunun  xatirinə 

Nəsib bəylə aralarındakı soyuqluq və anlaĢılmazlığı qismən də olsa, 

unutmağa, keçmiĢ acıların üzərindən xətt çəkməyə razılıq vermiĢdi. 

Amma  nisbətən  sakit  və  təmin  olunmuĢ  həyat  çox  da  uzun  sürmə-

miĢdi. Azərbaycan Cümhuriyyətinin süqutu, Nəsib bəyin müəamalı 

ölümü, ölkədə gündən-günə geniĢlənən bolĢevik terroru gənc qadını 

yenidən  ciddi  təhlükələr,  sınaq  və  çətinliklər  qarĢısında  qoymuĢdu. 

Xüsusilə,  Nəsib  bəyin  faciəli  sonluğu  ilə  bağlı  səhih  məlumat  ala 

bilməməsi  həyatının  axırınadək  onun  sinəsində  qövr  edən  yaraya 

çevrilmiĢdi... 

Hər halda, Nəsib bəy “məchulluğa” son səfərindən öncə ġəfi-

qə xanımla görüĢə bilmiĢ, eyni zamanda ilk fürsət yaranan kimi onu 

məlumatlandırmıĢdı.  ġəfiqə  xanımın  xatirələr  üçün  nəzərdə  tutul-

muĢ qeydlərindən birində oxuyuruq: ”1920-ci il mayın ilk günlərin-

də təbdili-qiyafət  edərək  (yəni  paltarını  dəyiĢərək)  ata minib  qərar-

laĢdırılan səmtə  yollanan Nəsib  Kürdəmir  yaxınlığında  yoxa çıxdı. 

Kürdəmirdən  kiçik  bir  məktubunu  aldım.Gətirən  məndən,  mən  də 

ondan qorxa-qorxa açıb oxudum. Sağ-salamat gəlib Kürdəmirə çat-

dığını  xəbər  verir,  Kürü  keçmək  üçün  gözlədiyini  yazırdı.  Ondan 

sonra nə bir səs,  nə də bir nəfəs gəldi...”. 



 

166 


“ġəhadəti haqqında bir neçə rəvayət var, – deyə ġəfiqə xanım 

baĢqa bir qeydində öyrənə bildiyi  ehtimalları sadalamıĢdı. Biri bu-

dur ki, Kür çayı sahilində Əyricə kəndinin sakinləri tərəfindən Bakı 

milyonçularından  zənn  edilərək  öldülrmüĢdür.Bu  rəvayəti  mənə 

qarxunlu  ƏĢrəf adlı bir Ģəxs  söyləmiĢdir...  (Azərbaycan Cümhuriy-

yəti  Parlamentinin  üzvü,  ƏĢrəf  bəy    “Qarxunlu)  Tağıyev  (1867-

1930) nəzərdə tutulur). 

BaĢqa rəvayətə  görə  yenə Kür sahilindəki  bir kənddə, əvvəl-

cədən hazırlanmıĢ evdə gecələyirmiĢ,Salla nəhrin (Kür çayı nəzərdə 

tutulur;  ”nəhr”  ərəb  sözüdür,  ”axar  çay”  deməkdir)  qarĢı  tərəfinə 

keçməli  imiĢ.  Nəhayət,  sal  hazırlanmıĢ,  gecənin  qaranlığında  yola 

çıxmıĢlar.  Amma  çayın  o  biri  sahilində  dayananlar  salı  görməmiĢ-

dilər.  Üçüncü  rəvayət  də  cinayətin  elə  qarxunlu    ƏĢrəfin  öz  əli  ilə 

törədilmiĢdir. Amma bunların hamısı sadəcə soz-söhbətdir. Yeganə 

doğru  olan  Ģey  yalnız  Kürdəmirə  sağ-salamat  çatması  haqqında 

aldığım o kiçik məktubdur. BaĢqa bir xəbər də eĢitmiĢəm. Güya bö-

yük qardaĢı  deyib  ki, hətta məzarını da tapıb. Amma həmin məlu-

matın doğruluğu ilə bağlı Ģübhələrim çox böyükdür”. ġəfiqə xanım 

bu  qeydləri  çox  gümanki,  50-ci  illərdə  aparıb.  Qeydlərin  sonunda 

ġəfiqə xanım iri hərflərlə: ”Sudamısan, Torpaqdamısan, Nəsib?! Ət-

rafın Nurla Dolsun!”, - sözlərini yazmıĢ və uzun olnilliklərdən sonra 

ilk  dəfə  gənclik  illərində  sevə-sevə  istifadə  etdiyi  soyadı  ilə:  

”ġəfiqə Qaspıralı - Yusifbəyli” imzasını atmıĢdı. 

Nəhayət,Nəsib  bəyin  həyatının  sonluğu  ilə  bağlı  ġəfiqə 

xanımın  daha bir qeydi.  Qeydin  mətnində deyilir:  ”Mərhum Nəsib 

bəyə  talehsiz  səfərində  yoldaĢlıq  edən  Ġbrahimli  Yusif  Bakı  ətra-

fındakı  KeĢlə  kəndindən  idi.  Yusif  əfəndi  fəhlə  içərisindən  çıxmıĢ 

bir  firqə  adamı  idi.  ”Müsavat”  firqəsinin  Bakı  Komitəsinə  mənsub 

olan bu vətəndaĢ təĢkilatçılığı ilə tanınan, fəhlələr arasında sözü ke-

çən  zəhmətkeĢ  bir  iĢçi  idi”.  Qeydin  üzərində  “M.E.”  insialı  yazıl-

mıĢdı. Bu, çox gümanki, Mehmet Emin (13 may 1869, Ġstanbul -14 

yanvar 1944, Ġstanbul) bəy idi (V.Q). 

1920-ci  ilin  apreli  on  minlərlə  Azərbaycan  milli  təəəsübkeĢi 

kimi ġəfiqə xanımı da son dərəcə böyük çətinliklər qarĢısında qoy-

muĢdu...  Qıtlığın,  ehtiyacın  hökm  sürdüyü  Bakıda  heç  bir  arxası, 

güman və istinad yeri olmayan gənc bir qadının özünü, iki övladını 



 

167 


dolandırması asan məsələ deyildi. Ġsmayıl Qaspralının qızı və Nəsib 

bəy  Yusifbəylinin  xanımı  imicləri  isə  onu  təhdid  edən  daha  böyük 

təhlükə  idi.  BolĢeviklər  həm  Cümhuriyyət  liderlərinə,  onların  ailə 

üzvlərinə,  yaxınlarına,  həm  də  “burjua  millətçilərinə”  qarĢı  geniĢ 

miqyaslı mübarizəyə baĢlamıĢdılar. Doğrudur, ilk zaman özünün də 

gözləmədiyi halda yeni sovet rejimi onun bilik və təcrübəsinə ehti-

yac duyaraq, ġəfiqə xanıma Xalq Maarif Komissarlığının ana mək-

təbləri” (çox gümanki məktəbəqədər tərbiyə müəssisələri-V.Q.) Ģö-

bəsində  təlimatçı  təyin  olunmuĢ,  eyni  zamanda  komissarlığın  dərs-

liklərlə bağlı “tərcümə və nəĢr” komissiyasının tərkibində fəaliyyət 

göstərməyə  baĢlamıĢdı.  Lakin  ġəfiqə  xanım  baĢa  düĢürdü  ki,  bu, 

müvəqqətidir  və  hər  Ģey  növbəti  “təmizləmə”  zamanı  tez  dəyiĢə 

bilər. 

ġəfiqə xanıma Gəncədən Nəsib bəyin qardaĢı bacardığı maddi 



köməyi göndərirdi. Nəsib bəyin sabiq dostlarından da ara-bir ona kö-

məklik  göstərənlər  tapılırdı.Onlardan  biri  vaxtı  ilə,Nəsib  bəy  Yusif-

bəylinin rəhbərlik etdiyi 5-ci hökumət kabinetində (24 dekabr 1919 - 

30  mart  1920-ci  il)  maarif  və  dini  etiqad  naziri  vəzifəsini  tutmuĢ, 

sovet  hakimiyyəti  qurulduqdan  sonra  da  məsul  vəzifələrdə  çalıĢan 

Həmid bəy ġahtaxtinski (12 mart 1880, Naxçıvan qəzasının ġahtaxtı 

kəndi -3 fevral 1944, Arxangelsk vilayəti, 64 yaĢ) olmuĢdur. 

ġəfiqə xanım Bakıda çöz səksəkəli və həyacanlı günlər yaĢa-

yırdı. O, özündən daha çox Nəsib bəyin əmanəti olan iki övladının 

taleyi üçün narahat idi. Günlərin birində həbs olunacağından, uĢaq-

larının yad Ģəhərdə tamamilə tənha və baĢsıız qalacaqlarından qor-

xurdu. Bu, əslində, hər an gözlənilən reallıq idi. Onu və övladlarını 

bolĢeviklər  Filarmoniya  ilə  üzbəüzdəki  mənzilindən  bayıra  atmıĢ-

dılar... Lakin xeyirxah insanların köməyilə Ģəhərin kənarında kasıb 

bir daxmada, çətin Ģəraitdə yaĢayırdılar... 

ÇıxıĢ  yolu  gözlənilmədən  açılmıĢdı.Beləki,Türkiyə  Böyük 

Millət Məclisi (TBMM) Hökumətinin 1920-ci ilin sentyabrında Ba-

kıya  təyin  olunmuĢ  təmsilçisi  Məmduh  ġövket  Esandal  Ġsmayıl 

Qaspralının  qızının və  Ģəhid  baĢ  nazir Nəsib  bəy  Yusifbəylinin  xa-

nımının Bakıda iki övladı ilə çətin durumda qaldığını öyrənən kimi 

onların Türkiyəyə aparılması üçün yollar və vasitələr aramağa baĢ-

lamıĢdı.  Həmin  dövrdə  TBMM  Hökuməti  ilə  Sovet  Rusiyası  ara-



 

168 


sında  imzalanmıĢ  Moskva  müqaviləsinə  (16  mart  1921-ci  il)  görə 

türk hərbi əsirləri, habelə müxtəlif vasitələrlə Azərbaycana gələn və 

Bakıda sovet hakimiyyəti elan olunduqdan sonra geri qayıda bilmə-

yən  türk  ailələri  Türkiyənin  Bakı  təmsilçiliyindən  müvafiq  rəsmi 

sənədlər  alaraq,  Vətənə  dönürdülər.  Bu  iĢ  sovet  orqanlarlnln  ciddi 

nəzarətində icra olunurdu. Lakin Məmduh ġövkət (diplomat, yazıçı. 

28  mart  1884  -  cü  ildə  Esendalda  anadan  olmuĢ,  16  may  1952-ci 

ildə Ankarada 69 yaĢında vəfat etmiĢdir. Bakıya səfir təyin edilənə-

dək Tehranda (Ġran) və Kabildə (Əfqanıstan) iĢləmiĢdi) Azərbaycan 

XKS-in  sədri  N.  Nərimanovla  məsləhətləĢərək,  risq  etməyi  qərara 

alıb, ġəfiqə xanımla övladlarını müharibənin Azərbaycana gətirdiyi 

Türkiyə vətəndaĢları kimi qeydiyyata götürtmüĢdü. 1922-ci ildə isə 

onlara  türk  pasportu  verərək  Türkiyəyə  keçmələrinə  və  bolĢevik 

təqiblərindən  və  əzablarından  xilas  olmalarına  yardım  göstərmiĢdi. 

ġəfiqə  xanım,  qızı  Zöhrə  xanım  və  oğlu  Niyazi  Bakıdan  kiçik  bir 

gəmidə türk hərbçilərilə birlikdə Batuma yola salınmıĢdı... 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin