Qeyd: Sultan İbrahim İsmayıl bəy oğlu Hüseynzadə. 1897-ci
il yanvarın 13-də Salyan şəhərində anadan olmuşdu. Atası İsmayıl
bəy (1868-1943) görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin yega-
nə qardaşı idi.General-mayor Məhəmməd Sadıx bəy Ağabəyzadə də
Əli bəy və İsmayıl bəy Hüseynzadələr ilə əmiuşağı idi. Görkəmli
Azərbaycan şairi M.Ə .Sabirin (1862-1911) də Əli bəy Hüseynzadə
ilə qohumluq əlaqəsi vardı. Belə ki, Sabir Əli bəyin xalası Fatmanın
qızı Naib xanımın qaynatası idi. Əli bəy Hüseynzadə özü 24 fevral
1864-cü ildə Kür sahilində Salyan şəhərində anadan olmuşdu. Atası
Tiflis Müsəlman Məktəbinin riyaziyyat müəllimi Molla Hüseyn Hü-
seynzadə, anası Qafqazın seyxülislamı Axund Əhməd Hüseynza-
dənin qızı Xədicə xanım idi. Əli bəy 1911-ci ildə İstanbulda əslən
milliyyətcə çərkəz olan süvari zabiti Şəmsəddin Sami bəyin (Hü-
seynzadənin) qızı Əthiyə xanımla evlənmişdi. Onların 3 övladı dün-
yaya gəlmişdi: qızı Saida bəyim (6 aprel 1914), oğlu Səlim Turan (9
iyun 1915-oktyabr 1994) və kiçik qızı Feyzavər xanım (31 dekabr
1920) idi. Saida Fransada ali təhsil almış, riyaziyyat müəllimi
işləmişdi. Oğlu Turan Səlim rəssam idi.Turan Səlim 1994-cü ilin
oktyabrında Parisdə, 79 yaşında vəfat etmiş və oradakı müsəlman
qəbristanlığında dəfn olunmuşdu. Əli bəy Hüseynzadənin övladları-
nın uşaqları olmayıb.
Hərbi təhsil almıĢ Sultan Hüseynzadə əvvəllər poruçik (baĢ
leytenant) rütbəsində çar ordusunda xidmət etmiĢ, zaman-zaman
rütbəsi artmıĢdı. Hərbi ordenidə vardı. O, Azərbaycan Xalq Cümhu-
riyyəti dövründə Mill Ordumuzun zabiti kimi müstəqilliyimizin
müdafiəçilərindən, 1918-ci ildə Kürüstü kəndlərimizi talan edən
erməni daĢnak silahlı qüvvələrinə qarĢı döyüĢlərdə türk ordusu əs-
gərləri ilə birlikdə vuruĢlarda hərbi əməliyyatlara baĢçılıq edən
cəsur komandirlərdən biri kim özünü göstərmiĢdi. Sovet hakimiyyə-
ti qurulduqdan sonra bir peĢəkar hərbçi kadr kimi Azərbaycan SSR-
in hərbi hissələrində xidmətini davam etdirirdi. Lakin o, Azərbay-
can FK-nın nəzarətə götürdüyü 141 nəfər “Ģübhəli Ģəxsdən” biri idi.
259
1925-ci ilin yanvarında ġimali Qafqazda xidmət göstərirdi. Həmin
il fürsət tapıb təqibdən yaxa qurtarmaq üçün Ġrana keçən Sultan
Hüseynzadə orada orduda xidmət göstərmiĢ və mirpənc (general-
leytenant) rütbəsinə yüksəlmiĢdi...
Otuzuncu illərdə repressiyaya məruz qalmıĢ Xədicə Qayıbo-
vanın istintaq materiallarında S.Hüseynzadənin adı çəkilirdi. Ġstinta-
qı aparan leytenant Tevosyanın hazırladığı 16 mart 1938-ci il tarixli
arayıĢda Azərbaycan Dövlət Konservatoriyasının müəllimi X. Qayı-
bovanın “cinayətlərindən” biri kimi onun evində türk ordusunun
azərbaycanlı zabiti S. Hüseynzadənin gizləndiyi və onun Ġrana məhz
X.Qayıbovanın köməkliyi ilə getdiyi bildirilirdi. 1938-ci il martın
23-də ikinci dindirilməsində yazdığı ifadədə Xədicə xanım S. Hü-
seynzadənin bir zaman ona aĢiq olduğunu, hərdənbir onu teatra də-
vət etdiyini bildirmiĢdi. Xədicə xanımın mənzili Sultan bəyin yaĢa-
dığı evə baxırdı. Bu ev indiki Azərbaycan Akademik Milli Teat-
rının arxasında, ġah döngəsində idi. Milyonçu AĢurbəyova məxsus
həmin evdə Sultan bəyin atası Ġsmayıl Hüseynzadə yaĢamıĢdı...
Xədicə xanımın ifadəsindən məlum olur ki, Sultan bəy Ġrana qaç-
mazdan əvvəl Bakıda həbs olunmuĢ və onun azad edilməsi üçün
Xədicə xanım Ə.H.Qarayev və M. D. Hüseynova müraciət etməli
olmuĢdu...
Sultan bəyə görə ailə üzvləri də repressiyaya məruz qalmıĢ-
dılar. Atası Ġsmayıl bəy Əli bəy Hüseynzadənin də qardaĢı olduğuna
görə sovet hakimiyyəti tərəfindən 1941-ci ildə həbs olunaraq, uzaq
Qazaxıstana sürgün edilmiĢdi. O, elə sürgündəcə 1943-cü ildə 75
yaĢında dünyasını dəyiĢmiĢdi. Ömrünün bir hissəsini Türkiyədə və
Ġranda yaĢayan general Sultan bəy Hüseynzadə haqqında sonuncu
məlumat dayısı Əziz bəyin arvadı Səlma xanımla 1962-ci ildə Ġstan-
bulda görüĢməsi barədədir. Sultan bəyin varisi olmadığından o,
varidatını məhz dayısı arvadı Səlma xanıma miras buraxmıĢdı.
General Sultan Hüseynzadənin məzarı Təbrizdədir...
...1920-ci ilin dekabrında M.Vəkilov Müseyib Bədəlbəyov va-
sitəsilə Bakıdan partiya üçün pul və siyasi ədəbiyyat almıĢdı. Ancaq
bolĢeviklərin artıq onu tezliklə yaxalayacağını duyaraq, 1920-ci ilin
dekabr ayının sonunda Tiflisdən Ġstanbula getməyə məcbur olmuĢdu.
260
Ġstanbulda “Müsavat”ın Xarici Bürosunda fəaliyyətini da-
vam etdirən M. Vəkilov 1924-cü ildə M.Ə. Rəsulzadənin rəhbərliyi
altında mühacir Azərbaycan Milli Mərkəzinin (əslində Milli Birlik)
yaradılmasında yaxından iĢtirak etmiĢ, onun üzvü olmuĢdu.
TəĢkilatın əsas məqsədi bütün siyasi mühacirləri birləĢdirmək idi.
O, Azərbaycanda gizli fəaliyyəti davam etdirən milli qüvvələrimizlə
əlaqələr yaratmaq üçün çox səylər göstərirdi.
1925-ci ildə Azərbaycan Milli Mərkəzində bir qədər fikir ayrı-
lığı yaranmıĢdı. Mustafa bəy ġəfi bəy Rüstəmbəyli (Aran) ilə bir-
likdə M.Ə. Rəsulzadəni və “Müsavat”ın Xarici Bürosunun digər
rəhbərlərini tənqid edərək, onları öz fəaliyyətlərini yalnız Türkiyə
ilə məhdudlaĢdırdıqlarına görə günahlandırırdı. O, hesab edirdi ki,
bu iĢi daha geniĢ miqyasa-Qərbi Avropa ölkələrinə keçirmək
lazımdır. Bu, öz təsirini göstərmiĢ, M.Ə.Rəsulzadə 1929-cu ildə
xüsusi nümayəndə heyəti ilə Qərbi Avropaya yola düĢmüĢdü.
Lakin sovet hökuməti də yatmamıĢdı... Xalq Daxili ĠĢlər Ko-
missarlığının agentləri hər yerdə siyasi mühacirləri güdür, onların
hətta Ģəxsi həyatda belə fəaliyyətlərini fasiləsiz izləyir və nəzarətdə
saxlayırdılar. Siyasi mühacirlərin Azərbaycanda qalmıĢ qohumları
da nəzarətdə saxlanılır və onlar vasitəsilə xaricdəki əlaqələrinin öy-
rənilməsinə cəhdlər göstərilir, Azərbaycan Milli Mərkəzinə yol
tapmağa çalıĢırdılar. Mustafa bəy bunu təbii-sövq hisslə duyur və
ehtiyatı əldən vermirdi. O, Bakını subay tərk etmiĢdi. Mühacirətdə
Ġstanbul Universitetinin tələbəsi Sürəyya xanım Talıbxanlı ilə tanıĢ
olaraq onunla evlənmiĢdi. Sürəyya xanım Mustafa bəyin hələ
Bakıdan tanıdığı Talıb xan Talıbxanovun (O, ġamaxı qəzasının rəisi
olmuĢdu) qızı idi. Lakin M. Vəkilovun PolĢaya gedib uzun müddət
orada qalmasından sonra Sürəyya xanımla ilə yolları ayrılmıĢdı...
M.Vəkilov 1929-cu ildə Azərbaycan Milli Mərkəzindən çıx-
mıĢ və PolĢaya getmiĢdi. Səbəbi isə Türkiyədə yaĢayan azərbaycanlı
siyasi mühacirlər arasında ziddiyyətlərin güclənməsiydi. Məhz buna
etiraz kimi Mustafa bəy Lehistanın (PolĢa) baĢçısı, marĢal Yuzef
Pilsudskinin yanına getmiĢdi. M. Vəkilov Azərbaycan Milli Mərkə-
zindən çıxsa da, siyasi fəaliyyətini dayandırmamıĢdı... O, azərbay-
canlı mühacirlərin Parisdə yaratdıqları “Prometey” təĢkilatında da
fəal surətdə iĢtirak edirdi. Bu təĢkilat 1926-cı ildə Fransada “Ko-
261
mintern”ə qarĢı mübarizə məqsədilə yaradılmıĢdı. ”Gənc prometey-
çilər” Kommunist Ġnternasionalı gənclərinə qarĢı fəaliyyət göstərir-
dilər. TəĢkilat əslində, siyasi mühacirlərin qurumu idi. 1928-ci ildə
PolĢada da onun mərkəzi yaranmıĢdı. ”Prometey”in əsas məqsədi
sovet hakimiyyətini devirmək idi.”Prometey”in yaradılmasının əsas
təĢəbbüsçülərindən biri M.Ə. Rəsulzadə idi.TəĢkilatı PolĢa
hökuməti maliyyələĢdirirdi. Azərbaycan “Prometey”də M.Ə.Rəsul-
zadə və Mir Yaqub Mehdiyevlə (Mirmehdiyev) (1891, Xırdalan,
Bakı-1952, Türkiyə) təmsil olunurdu. M.Vəkilov ilk vaxtlar
S.Əhmədov, M.Çokayev, Osman Xoca və B.Mirski ilə birlikdə
“Promotey”in Ġstanbul Komitəsinə daxil idi.
... MarĢal Yuzev Pilsudski vaxtı ilə rus çarı III Aleksandra
(1881-1894) qarĢı sui-qəsddə iĢtirak etmiĢ və buna görə həbsdə
yatmıĢdı. Birinci Dünya müharibəsi zamanı Avstriya-Macarıstan
ordusunun tərkibində polyak hərbi hissəsinin komandiri kimi Rusi-
yaya qarĢı vuruĢmuĢdu. Həm çar və həm də sovet Rusiyasına qarĢı
döyüĢmüĢdü. O, əliboĢ oturmayaraq, sovet hakimiyyəti əleyhdarla-
rını öz ətrafına cəlb edir və gələcək planlarında onlardan istifadə et-
məyi düĢünürdü. 1926-cı ildə PolĢada hakimiyyət onun əlinə keç-
dikdən sonra Y.Pilsudski, bir-birinin ardınca Qafqazın (o cümlədən
Azərbaycanın) və Ukraynanın görkəmli siyasi mühacirlərini yanına
dəvət etməyə baĢlamıĢdı. Azərbaycanlı mühacirlər Türkiyədən “qo-
vulandan”...sonra məhz PolĢada, onun yanında sığınacaq tapmıĢ-
dılar. M.Ə Rəsulzadə Pilsudskinin vəfatını eĢidəndə (1935) onun
ölümünə bərk ağrımıĢ, Berlində çıxan ”QurtuluĢ” məcmuəsində
çıxıĢ edərək, polyak xalqının öz böyük oğlunu itirməsi
münasibətilə dərdinə Ģərik çıxmıĢdı. VarĢavada Mustafa bəy faktiki
olaraq “Promotey” siyasi klubunda ikinci Ģəxs idi. Kluba isə
məĢhur ukraynalı professor Roman Snal-Stotski baĢçılıq edirdi.
Klub Ġkinci Dünya müharibəsinə qədər mövcud olmuĢdu.
M.Vəkilov həm də jurnalist idi. Hələ Ġstanbulda fəaliyyət gös-
tərərkən orada nəĢr olunan “Yeni Qafqasiya” (1923-1927), ”Azəri
türkü” (1928-1930), ”Odlu yurd” (1920-1930), ”Azərbaycan yurd
bilgisi” (1932) jurnallarında Azərbaycan tarixinə və ədəbiyyatına dair
məqalələr yazmıĢdı. Mustafa bəy Parisdə fransızca çıxan “Prometey”
(1927-1938), rusca “Kafkaz” (1934-1938) və Berlində nəĢr edilən
262
“QurtuluĢ” (1934-1938) jurnallarında siyasi mövzularda da bir çox
yazılar dərc etdirmiĢdi. Ġkinci Dünya müharibəsindən (1 sentyabr
1939-2 sentyabr 1945-ci il) sonra da Ankarada yaĢayarkən Mustafa
bəyin “Azərbaycan”,”Mücahid” və digər jurnallarda da Azərbaycanın
ən yeni tarixi ilə bağlı siyasi memuarları çap olunmuĢdu.
Tez-tez Avropa ölkələrinin paytaxtlarında olan M. Vəkilovu
siyasi dairələrdə yaxĢı tanıyır və qiymətləndirirdilər. Ancaq gözü
götürməyənlər və mühacirlər arasında onun müvəffəqiyyətlərinə
Ģayiələr qoĢanlar da tapılırdı... Mustafa bəy azərbaycanlı mühacirlər
içərisində ən qapalı Ģəxs sayılırdı. Odur ki, belə Ģayiələrə əhəmiyyət
vermədən öz iĢləri ilə məĢğul olurdu.
1938-ci ilin noyabrın 10-da M. Atatürk vəfat etmiĢdi.
M. Vəkilov M.Ə. Rəsulzadə ilə birlikdə Ankarada onun dəfnində
iĢtirak etməyə getmiĢdi. Türklər Sovetlər Ġttifaqı ilə münasibətləri
mürəkkəbləĢdirmək istəməyərək M.Ə. Rəsulzadədən xahiĢ etmiĢdi-
lər ki, Atatürklə bağlı vida nitqi ilə çıxıĢ etməsin. O, bundan incimiĢ
və çıxıb getmiĢdi. Mustafa bəy isə getməmiĢ və öz istəyinə nail ol-
muĢdu. Həmin hadisənin Ģahidi olanlar söyləyirdilər ki, Atatürkün
qəbri üzərinə ən bahalı əklil azərbaycanlılar adından qoyulmuĢdu.
Həmin əklili Mustafa bəy qoymuĢ və dəfn mərasimində təsirli və
yaddaqalan nitq ilə də çıxıĢ etmiĢdi.
Ġkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almani-
yanın PolĢa üzərinə hücumu ilə baĢlanmıĢdı. PolĢanın almanlar tərə-
findən iĢğalı ərəfəsində M. Vəkilov VarĢavanı tərk edib Fransaya
getməyə macal tapmıĢdı. Lakin 1940-cı ildə hitlerçillərin Fransaya
hücumları baĢlandlqda daha orada da qalmaq olmazdı. Axı, heç
nədən həlak ola bilərdi. Odur ki, oranı tərk etmək qərarına gəlib
neytral ölkəyə - Ġsveçrəyə keçmiĢ və orada 1944-cü ilədək yaĢamıĢ-
dı. 1943-cü il noyabrın 6-da Almaniyanın Berlin Ģəhərində azər-
baycanlı siyasi mühacirlərin Milli Azərbaycan Qurultayı keçiril-
miĢdi. Həmin qurultayda M. Vəkilov onun Rəyasət Heyətinin fəxri
üzvü seçilmiĢdi. Qurultayda “Azərbaycan Milli Birlik Məclisi”
yaradılmıĢdı ki, onun da təsisçilərindən biri Mustafa bəy olmuĢdu...
Ġsveçrədə M. Vəkilov türk Ģəhəri Amasiyada çoxdan yaĢayan
mühacir qohumlarının təkidi ilə yenidən ailə qurmuĢdu. Bu dəfə o,
Firdovsi xanımla evlənmiĢdi. Həmin izdivacdan 2 övladı - qızı
263
Serpil və oğlu Nadir dünyaya gəlmiĢdi. Bundan sonra, Mustafa bəy
ailəsi ilə Ankaraya köçmüĢ və ömrünün sonunadək orada
yaĢamıĢdı.
M.Vəkilov gözəl və hərtərəfli Ģəxsiyyət kimi yaddaĢlarda qal-
mıĢdır. O, Azərbaycan musiqisinə və poeziyasına qəlbən bağlı bir
Ģəxsiyyət idi. Güclü ədəbiyyat həvəskarı olan Mustafa bəy xalqımı-
zın iftixarı, xalq Ģairi Səməd Vəkilovun (Vurğunun) (21 mart 1906,
Qazax qəzasının Yuxarı Salahlı kəndi - 27 may 1956, Bakı Ģəhəri)
yaxın qohumu idi. Məhz S. Vurğun və böyük satirik Ģairimiz M.Ə
Sabir onun ən çox sevdiyi Ģairlər idilər. M.Ə . Sabirin ölümündən
sonra onun seçilmiĢ əsərlərinin- “Hop-hopnamə”nin nəĢr etdiril-
məsinin əsas təĢkilatçılarından biri Mustafa bəyin əmisi professor
Məmməd Rza Hacı Mansur oğlu Vəkilov (8 mart 1864, Qazax
qəzası, Salahlı kəndi - 1944, Bakı) olmuĢdur.
Öz dövrünün görkəmli ictimai-siyasi xadimi, xalqımızın istiq-
laliyyəti uğrunda var qüvvəsini əsirgəməyən, cəlayi-vətən düĢərək,
mürəkkəb və keĢməkeĢli həyat yolu keçmiĢ M. Vəkilov inanırdı ki,
vaxt gələcək uğrunda yorulmadan mübarizə apardığı Azərbaycanın
yenidən müstəqilliyə qovuĢması gerçəkləĢəcək. Onun inamı bu gün
həyata keçmiĢ, özünü doğrultmuĢdur.
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, sabiq daxili
iĢlər naziri Mustafa bəy Nadir bəy oğlu Vəkilov 1965-ci il
noyabrın 1-də 69 yaĢında Türkiyənin Amasiya Ģəhərində vəfat
etmiĢ, Ankarada dəfn olunmuĢdur...Qəbri nurla dolsun!
264
İKİNCİ FƏSİL
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
DAXİLİ İŞLƏR NAZİRLƏRİNİN SİLAHDAŞLARI
Azərbaycan Xalq Cümhuriyyəti daxili iĢlər nazirlərinin silah-
daĢları (nazir müavinləri, general-qubernatorlar, qubernatorlar, qəza
rəisləri, polismeysterlər, pristavlar və s.) arasında milli istiqlalımız
yolunda canlarını fəda etmiĢ, repressiyalara məruz qalmıĢ, güllələn-
miĢ, sürgünlərdə olmazın əzab-əziyyətlərə düçar olmuĢ, lakin öz
əqidələrindən dönməyən Ģəxsiyyətlər çox idi. Onlardan bir qisminin
həyat və fəaliyyəti, aqibətləri ilə Sizləri tanıĢ edirik.
NAZİR MÜAVİNLƏRİ
MEHDİ bəy HACINSKİ
(1879-1941)
TanınmıĢ ictimai-siyasi xadim, publisist, teatr xadimi və tən-
qidçisi, aktyor olan Mehdi bəy Hacınski o zaman zərurət olduğu
üçün DĠN-də xidmət göstərməyə cəlb olunmuĢ və 1918-ci ilin sen-
tyabrından daxili iĢlər nazirinin müavini vəzifəsinə təyin edilmiĢdi...
265
Mehdi bəy Süleyman bəy oğlu
Hacınski 1879-cu il may ayının 24-də
Qubada əsilli ailədə anadan olmuĢdu.
Bakıdakı realnı məktəb və ġərq dilləri
kurslarını bitirən M. Hacınski 1896-cı
ildə Bakıda müsəlman teatr truppasının
təĢkilində yaxından iĢtirak etmiĢdi. O,
1905-ci ildə Bakı ġəhər Dumasının üz-
vü seçilmiĢdi. M. Hacınski “Cəmyəti
xeyriyyə”, ”Nicat” və “ġəfa” xeyriyyə
cəmiyyətlərinin təĢkilatçılarından, ”Ni-
cat”ın teatr bölməsinin rəhbəri olmuĢ-
du.Dövrü mətbuatda Azərbaycan teatrı
və aktyorlarına dair məqalə, oçerk, he-
kayə və felyetonlarla “Avara”, ”Dəm-
dəməki”, ”Ürufzadə”, ”Estet” imzaları ilə çıxıĢlar etmiĢdi.
1906-1907-ci illərdə bir müddət “Hümmət” müsəlman bolĢe-
vik təĢkilatının orqanı olan “Təkamül” qəzetinin naĢiri iĢləmiĢ, Ba-
kının teatrlarında aktyor kimi də fəaliyyət göstərmiĢdi. Azərbaycan
xalq yaradıcılıq nümunələrinin toplanıb doğma dildə və rus dilində
nəĢr edilməsində də onun xidmətləri vardı. Mehdi bəy M. Ə. Sabirlə
yaxın olmuĢ, onun ölümündən sonra əsərlərinin nəĢrində fəal
iĢtirak etmiĢdi.
M.Hacınski 1917-ci ildən “Müsavat“ partiyasının, Zaqafqazi-
ya Seyminin, Müsəlman fraksiyasının üzvü olmuĢdu. O, Milli
ġuranın Azərbaycanın Ġstiqlal Bəyannaməsini qəbul etmiĢ 24+2 üz-
vündən biri idi. 1918-ci ilin payızından (sentyabrından) Azərbaycan
Cümhuriyyətinin daxili iĢlər naziri B.CavanĢirin müavini vəzifəsin-
də çalıĢırdı. M. Hacınski 1918-ci il dekabrın 7-də Azərbaycan Parla-
mentinin tərkibinə daxil edilmiĢ, Parlamentin Rəyasət Heyətinin
katibi seçilmiĢdi.
M. Hacınski 1918-ci il oktyabrın 26-da Gəncədə gizir məktə-
binin buraxılıĢ mərasimində DĠN-in rəsmi nümayəndəsi kimi iĢtirak
və çıxıĢ etmiĢdi. O, öz çıxıĢında bildirmiĢdi ki, bu günlərdə Bakıda
da 1200 nəfərlik DĠN-in qorodovoylar (polis nəfərləri) hazırlayan
266
məktəbi açılacaq, onun müdavimləri də gizirlər kimi parlaq nailiy-
yətlər əldə edəcəklər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra M. Ha-
cınski bir peĢəkar milli kadr kimi məsul vəzifələrdə çalıĢsada, onun
vaxtıilə Azərbaycan Xalq Cümhuriyyəti daxili iĢlər nazirinin müa-
vini vəzifəsində xidmət göstərdiyini unutmamıĢdılar. Azərbaycan
SSR-in cəza orqanlarının sərt baxıĢları ondanda yan keçməmiĢdi...
Yeri gəlmiĢkən, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü və 5-ci
hökumət kabinetlərində poçt və teleqraf naziri olmuĢ Camo bəy
Hacınski (14 iyun 1888, Quba - 1942,Vyatka, Sibir) M. Hacınskinin
kiçik qardaĢı idi və repressiyanın qurbanlarından biri olmuĢdur... M.
Hacınski də repressiyaya məruz qalırdı... Bu isə onun səhhətində öz
təsirini göstərmiĢdi. Xalqını ürəkdən sevən və onun istiqlalı yolunda
var qüvvəsini əsirgəməyən bu milli təəssübkeĢ Ģəxs xəstələnmiĢ,
uzun müddət yataqda yatmıĢdı...Mehdi bəy Süleyman bəy oğlu
Hacınski 1941-ci ilin iyun ayında Bakıda 62 yaĢında vəfat
etmiĢdir...
ƏLİYAR bəy HAŞIMBƏYOV
(1856 – 1920)
Əliyar bəy Mehdi bəy oğlu HaĢım-
bəyov 1856-cı il martın 8-də Bakı Ģəhərin-
də anadan olmuĢdu... Çar Rusiyası ordu-
sunda xidmət etmiĢ, 1908-ci ildə general-
mayor hərbi rütbəsinə layiq görülmüĢdü.
Qafqaz araba-karvan briqadasının koman-
diri idi. 1917-ci ildə istefaya çıxan Əliyar
bəy Azərbaycan Xalq Cümhuriyyəti ya-
randıqda könüllü olaraq onun xidmətinə
keçmiĢdi. O, əvvəlcə 1918-ci il iyununun
28-də təsis olunan Zaqatala quberniyasının
qubernatoru təyin edilmiĢ və bu vəzifədə
1919-cu il martın 16-dək iĢləmiĢdi. Ə. HaĢımbəyov Zaqatalanın 1-ci
qubernatoru olmuĢdur. Cümhuriyyət hökumətinin qərarı və daxili
267
iĢlər naziri X. Xasməmmədovun müvafiq əmri ilə general-mayor Ə.
HaĢımbəyov 1919-cu il martın 16-dan Cənub-Qərbi Azəbaycan
(Naxçıvan) general-qubernatorluğunun general-qubernatoru təyin
edilmiĢdi... Ə. HaĢımbəyov bu vəzifədə 1919-cu ilin avqustunadək
fəaliyyət göstərmiĢdi. Sonuncu tarixdən tutduğu vəzifəsindən azad
olunan general Ə. HaĢımbəyovu Azərbaycan Xalq Cümhuriyyəti
daxili iĢlər nazirinin müavini vəzifəsinə irəli çəkmiĢdilər. Ə. HaĢım-
bəyov nazir müavini kimi (o vaxt iki müavin vardı) DĠN-in in-
tendant sahəsini həyat keçirən funksioner - məmur idi. Ə. HaĢım-
bəyov DĠN-in təsərrüfat və təchizat iĢlərinin tələb olunan səviyyədə
həyata keçirilməsini təmin edən Ģəxs kimi var qüvvəsini əsirgəmir-
di. Sənədlərdən Ə. HaĢımbəyovun o zaman çox vacib strukturlardan
sayılan BaĢ Ġdarə hüquqlu DĠN-in Dəftərxanasının direktoru əvəzinə
imza atdığı da bəlli olur...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan dərhal sonra
bolĢeviklər tərəfindən həbs olunan general-mayor Ə. HaĢımbəyov
Azərbaycan SSR Ali Ġnqilabi Tribunalının 29 may 1920-ci il tarixli
hökmü ilə güllələnmiĢdi. Bu zaman onun 55 yaĢı vardı. General
Əliyar bəy HaĢımbəyov Nargin (Böyük Zirə) adasında sübutsuz və
məhkəməsiz güllələnən 79 nəfər, o cümlədən 13 nəfər yüksək rüt-
bəli azərbaycanlı hərbiçidən biri idi...Ümumiyyətlə,1920-ci il Gəncə
üsyanından (24 may - 4 iyun 1920-ci il) sonra Azərbaycan Ordusu-
nun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı və
hərbi qulluqçusu bolĢeviklər tərəfindən güllələnmiĢdi... Onların sır-
asında istiqlal fədaisi, general-mayor Əliyar bəy Mehdi bəy oğlu
HaĢımbəyovda vardı....
268
İBRAHİM bəy HEYDƏROV
(1879-1949)
Ġbrahim bəy Ġsa bəy oğlu Heydərov
(Heydəroğlu) 1879-cu il avqustun 3-də
indi Dağıstan ərazisində olan Azər-
baycanın qədim Dərbənd Ģəhərində (rus-
lar Dərbənd Ģəhərini 1806-cı ildə iĢğal et-
miĢdilər) zadəgan ailəsində dünyaya
gəlmiĢdi. Ġbrahim bəyin mənsub olduğu
soyun nümayəndələri dəfələrlə Dərbənd
Ģəhərinin baĢçıları olmuĢlar. Ġbrahim
Heydərov ilk təhsilini 1897-ci ildə Tey-
murxan ġurada (sovet dönəmində bu
Ģəhər Buynaksk adlanırdı) baĢa vurmuĢ-
du. 1907-ci ildə isə o zaman çox nüfuzlu
sayılan Sankt-Peterburq Yol Mühəndisləri Ġnstitutunu bitirmiĢdi.
Ali təhsilini baĢa vuran Ġbrahim bəy Bakıya gəlib müxtəlif
sahələrdə yol mühəndisi iĢləmiĢdi.
Ġ. Heydərov çox ağıllı və enerjili bir Ģəxs idi və bunu xalqının
tərəqqisinə sərf etməyə çalıĢırdı. O, 1907-ci ildə Bakıda “NəĢri-
Maarif” Cəmiyyətinin Ġdarə heyətinin üzvü seçilmiĢdi. Artıq cəmiy-
yətdə yetərincə nüfuzlu bir Ģəxs kimi tanınan Ġ. Heydərov 1907-ci il
oktyabrın 14-də 28 yaĢında Dağıstan Vilayəti və Zaqatala Dairəsin-
dən Rusiyanın Üçüncü Dövlət Dumasına (1907-1912) deputat seçil-
miĢ və Sankt-Peterburqa yollanmıĢdı. O, bu Ģəhərdə Podolsk küçəsi,
ev 31, mənzil 11-də yaĢayırdı.
Ġbrahgim bəy əqidəcə əvvəl sosial-demokrat idi. RSDF(b)P-
nin Dərbənd təĢkilatını Müslüm Ġsrafilov və baĢqaları ilə yaradan-
lardan biri olan Ġ. Heydərov Dumada Sosial-Demokrat (bolĢevik)
fraksiyasına daxil olmuĢdu. Lakin Dumada millətçi rus bolĢevikləri-
nin velikorus Ģovinizmi yürütdüklərini, milli azlıqların hüquqlarına
tam etinasızlıqla yanaĢdəqlarına görərək, bu partiyanı tərk etmiĢ və
3-cü sessiyada Müsəlman fraksiyasına keçmiĢdi. Ġ. Heydərov müba-
rizədən-mübarizəyə bərkiyərək, bundan sonra öz seçicilərinin ehti-
yac və tələblərini daha qəti surətdə müdafiə etməyə baĢlamıĢdı...
269
Faktlar və dövrü sənədlər sübut edir ki, Ġbrahim bəyin deputat
kimi fəaliyyəti səmərəli olmuĢdur. Onun Dumadakı qətiyyətli,
alovlu, tutarlı, əsaslandırılmıĢ çıxıĢları, xüsusilə, xalqın inkiĢafı və
tərəqqisində mühüm olan təhsil və maarrifçilik məsələlərini ön
plana çəkməsi bir qayda olaraq, müzakirələr zamanı mübahisələrə
səbəb olurdu. Onun ibtidai məktəblərdə ana dilinin qeyri millətlərə
məcburi öyrədilməsinin özünü doğrultmadığı ilə bağlı fikirləri, bu
layihənin həyata keçirilməsinin əslində, qeyri-xalqların dili və mə-
dəniyyətinə qarĢı yönəldiyini isbat etməsi birmənalı qarĢılanmırdı...
Zaqafqaziyadan Üçüncü Dumayaya seçilmiĢ deputatlar X. Xas-
məmmədov, N. Çxeidze və baĢqalarıda onu müdafiə edirdilər. Onlar
Rusiyada dini təhsilin də durumunu kəskin tənqid esdərək, məktəb-
lərdə dini təhsil proqramlarında bərabərlik yaradılmasını tələb edir-
dilər. Ġ. Heydərov “böyük dövlətçilik” kimi imperiya siyasətini də
tənqid edirdi. O, Dumada “Rusiya ruslar üçündür!”, - çağırıĢı ilə çı-
xıĢ edən rus Ģovinist monarxiyaçı qrupuna qarĢı mübarizə aparanla-
rın sırasında idi.
1909-cu ildə Üçüncü Dumanın kürsüsündən çıxıĢ edən Ġ. Hey-
dərov çarizmin Rusiyanın mərkəzi quberniyalarından “köçürmə si-
yasəti”ni də real faktlar və həyati missallar gətirməklə tənqid edir,
bu siyasətin Qafqazdada sabitliyin pozulmasına və millətlərarası
qarĢıdurmaya səbəb olduğunu söyləyirdi.
1913-cü ildə Rusiyanın Daxili ĠĢlər Nazirliyi “Ucqarlarda
yerli özünüidarənin yaradılması haqqında” qanun layihəsi iĢləyib
hazırlamıĢdı. Vaxtıilə Dumada həmin məsələni qaldıranlardan biri
məhz Ġ. Heydərov idi.
Ġbrahim bəy Heydərovun Dumadan sonrakı həyatı və fəaliy-
yəti yenidən Bakıyla bağlı olmuĢdu. O, 1913-cü il martın 27-dən
Bakı ġəhər Ġdarəsinin üzvü, Ġdarənin təsərrüfüt bölməsinin rəisi,
həmçinin sorğu qiymətlərinin toplanması üzrə Ģəhər komissarı vəzi-
fələrində iĢləmiĢdi. Ġ. Heydərov 1913-cü ildə “Dəyanət” və “ġə-
rakət” adlı neft-sənaye cəmiyyətlərini təĢkil etmiĢ, 1914-cü ildə
yaradılan qeyri-maarrifçi “ġəfa” Cəmiyyətinin (sədri Tağı Nağıyev
idi) Ġdarə Heyətinin üzvü seçilmiĢdi. Ġ. Heydərov 1914-cü ildə Mə-
həmməd Həsən Hacınski ilə birlikdə “Qafqazı Öyrənən Cəmiyyət”
270
yaratmağa təĢəbbüs göstərmiĢ, onun Nizamnaməsini Bakı ġəhər
Qradonaçalnikliyinə təqdim etmiĢdi.
1916-cı ildə “Nicat” Cəmyəti sədrinin müavini seçilən
Ġ. Heydərov artıq o dövrün ən nüfuzlu ictimai-siyasi xadimlərindən
sayılırdı. Bunu onun görkəmli Ģəxsiyyətlər - M.Ə.Rəsulzadə,
Ə.M.TopçubaĢov, M.H.Hacınski, X.H. Xasməmmədov və baĢqaları
ilə birgə fəaliyyəti sübut edirdi.
Rusiyada 1917-ci ililn fevralında Romanovlar sülaləsinin 300
illik hakimiyyətinə (1613-1917) son qoyan burjua-demokratik inqi-
labından sonra yaranmıĢ əlveriĢli tarixi Ģəraitdə Ġ. Heydərovun do-
ğulduğu Dağıstanda da yeni müvəqqəti hakimiyyət qurumu - Mü-
səlman Komitəsi yarandıqda məhz Ġbrahim Heydərovu onun sədri
seçmiĢdilər. Bunu nəzərə alan Rusiya Müvəqqəti hökumətinin pay-
taxtı Tiflisdə yerləĢən, Zaqafqaziyada səlahiyyətli hakimiyyəti olan
Zaqafqaziya Xüsusi Komitəsi 1917-ci il martın 9-da Ġ. Heydərovu
Dağıstan Vilayəti Müvəqqəti Ġcraiyyə Komitəsinin sədri təyin et-
miĢdi. Ġ. Heydərov 1917-ci il martın 22-də Bakıda yaradılmıĢ Mü-
səlman Ġctimai TəĢkilatları Komitəsinin Müvəqqəti Ġcraiyyə Komi-
təsinin Milli Bürosunun tərkibinə seçilmiĢdi. Büronun sədri
M.H. Hacınski idi.
1917-ci il aprelin 5-də Zaqafqaziya Xüsusi Komitəsi öz sərən-
camıyla Ġ. Heydərovu Dağıstan Vilayətinin komissarı təyin etmiĢdi.
Həmin ilin noyabrında Rusiyanın hər yerində Müəssisələr Məclisinə
seçkilər keçirildi. Müəsisələr Məclisinə Dağıstandan olan namizəd-
lər içərisində Ġ. Heydərov da vardı. Noyabrın 12-də Ġ. Heydərov Ru-
siya Müəssisələr Məclisinə üzv seçilmiĢdi. Lakin 1918-ci ilin yan-
var ayında RSFSR hökumətinin baĢçısı V. Ġ. Lenin (10 aprel 1870,
Simbirsk - 21 yanvar 1924, Nijni-Novqorod) Müəssisələr Məclisini
qovduqdan və bu ali qanunverici orqanını müdafiə edən nümayiĢ-
çilər güllələndikdən sonra Zaqafqaziya Xüsusi Komitəsi də bolĢe-
viklərin hakimiyyətini tanımadı. Bu cür kəskinləĢmiĢ ictimai Ģərait-
də sosialistlər (Mahaç Dahadayev və digərləri) Ġ. Heydərovun
yerinə baĢqa komissar seçilməsinə nail oldular. Dağıstanda daha
qalmağın faydasız olduğunu görən Ġ. Heydərov Bakıya gəlmiĢdi.
1918-ci ilin əvvəllərində Tiflisdə Rusiyanın sabiq Müəssiələr
Məclisinə seçilmiĢ deputatlardan ibarət Zaqafqaziya Seymi yaradıl-
271
dı. Ġ . Heydərov da Dağıstandan olan təmsilçi kimi Seymdəki Mü-
səlman Sosialist blokunun üzvü olmuĢdu. O elə ilk gündən Seymin
iĢində fəal iĢtirak etmiĢdi. Onun 15 fevral 1918-ci ildə Seymin Mü-
səlman Sosialist bloku adından söylədiyi geniĢ nitqi (müharibə,
sülh, torpaq, sosial və əmək qanunvericiliyi, milli məsələ və s.
barədə) diqqətəlayiq olub alqıĢlarla qarĢılanmıĢdı. Ġ . Heydərov Za-
qafqaziya Seyminin qərarı ilə 1918-ci ilin fevral-martında keçirilən
Trabzon konfransında iĢtirak edən nümayəndə heyətinin tərkibinə
daxil edilmiĢdi. O, Trabzon konfransında iĢtirak etdiyi müddətdə,
Zaqafqaziya Seyminin 1918-ci il martın 17-dəki iclasında Zaqaf-
qaziya hökumətinin heyəti təsdiq olunmuĢdu. Y.P. Gegeçkorinin
(1891-1954) baĢçılıq etdiyi həmin hökumətdə Ġ. Heydərova ümumi
müfəttiĢ (dövlət nəzarəti naziri) vəzifəsi tapĢırılmıĢdı. 1918-ci il
martın 26-da Y. Gegeçkorinin baĢ nazir olduğu 2-ci hökumət kabi-
netində də Ġ . Heydərov həmin vəzifədə saxlanmıĢdı.
1918-ci il martın 31-də V.Leninin birbaĢa göstəriĢi ilə S. ġa-
umyanın daĢnak bandasının Bakıda törətdiyi qanlı qırğınlardan
sonra Zaqafqaziya seymi 2 aprel 1918-ci il tarixli iclasında Ġbrahim
bəy Heydərov, Mustafa bəy Mahmudov (1878,Göyçay qəzasının
Kürdəmir kəndi - noyabr 1937, repressiya olunub və güllələnib) və
Cavad bəy Məlik-Yeqanovdan (1878, ġuĢa qəzası, Tuğ kəndi - 14
may 1942, Kareliya MSSR, Medvejskaya Qori Ģəhəri, sürgündə
vəfat edib) ibarət nümayəndə heyəti yaratmıĢ və Bakıya yola
salmıĢdı. Buraya 1 gürcü və 1 erməni, həmçinin daha baĢqa 2 depu-
tatda əlavə olunmuĢdu. Bakıdakı mart soyqrımından sonra Trabzon
konfransındakı iĢtirakını yarımçıq qoyub Tiflisə dönən M.Ə. Rəsul-
zadə Seymin rəhbərliyi qarĢısında qəti Ģərt qoymuĢdu ki, əgər Seym
bolĢevikləri Bakıdan çıxarmağa çalıĢmasa,Müsəlman fraksiyası
onun tərkibindən çıxacaq. Bundan sonra Seym Bakıya 6 min nə-
fərlik hərbi qüvvə yola salmıĢdı...
Bakıya gəlmiĢ Ġ. Heydərovu bolĢeviklər həbs etmiĢdilər (1918-
ci ilin ortaları). Onu yalnız 1918-ci il mayında azad etmiĢdilər. Həbs-
də olmasına baxmayaraq, o, 1918-ci il mayın 11-də Qafqazın Dağlı
Xalqlarının Birliyi Cəmiyyətinin (Dağlılar Cəmiyyətinin) “Tapa”
ləqəbli Əbdül Məcid Çermoyevin (15 mart 1882, Qroznı, Çeçenistan
- 28 avqust 1936, Paris) təĢkil etdiyi 2-ci hökumət kabinetində (11
272
may 1918-15 dekabr 1918) nəqliyyat, poçt və teleqraf naziri vəzifə-
sinə təyin edilmiĢdi. Hökumət baĢçısı Ə.Çermoyevin rəhbərlik etdiyi
Qafqaz Dağlılar Birliyinin nümayəndə heyəti 1918-ci il noyabrın
sonunda Bakıya gələndə, Azərbaycan Cümhuriyyəti hökuməti ilə bir
sıra müqavilələr imzalanan zaman müqavilələrdən birinə nəqliyyat,
poçt və teleqraf naziri kimi Ġ. Heydərov qol çəkmiĢdi.
1918-ci il dekabrın 15-də Dağıstanın Ġttifaq ġurası (Qafqazın
Dağlı Xalqlarının Birliyi Cəmiyyətinin Parlamenti) təsis olundu.
ġura Ə. Çermoyevin istefasını qəbul etdi. Yeni hökumətin təĢkili
daxili iĢlər naziri PĢimaxo Kotsevə həvalə olundu. P. Kotsevin yeni
hökumət kabinetində (15 dekabr 1918-23 mart 1919) Ġ. Heydərova
yollar naziri vəzifəsi verilmiĢdi.
Ġbrahim bəy Heydərov 1919-cu ilin yazında Fransanın paytax-
tı Parisdə keçirilən beynəlxalq Sülh Konfransında Avropa dövlətləri
ilə danıĢıqlar aparmaq üçün Dağıstandan göndərilən nümayəndə
heyətinin tərkibində idi... Payızda oradan geri qayıdanda artıq gene-
ral Denikin Dağıstanı tutmuĢdu. Ġ. Heydərov əldə silah denikinçilərə
qarĢı vuruĢmuĢdu...
1920-ci ilin əvvəllərində 11-ci ordu Dağıstanı denikinçilərdən
təmizlədikdən və orada sovet hakimiyyəti qurulduqdan sonra
Ġ. Heydərov Bakıya gəlmiĢdi. Burada ictimai-siyasi, habelə mədəni
tədbirlərdə fəal iĢtirak edərək,”Əhrar” partiyasının üzvü Ağa Kərim
Əminovla (1888,Bakı- 1921, Bakı) birlikdə xeyriyyə konsertlərinin,
teatr tamaĢalarının, həmçinin Üzeyr bəy Hacıbəylinin (18 sentyabr
1885, ġuĢa qəzasının Ağcabədi kəndi - 23 noyabr 1948, Bakı)
“Leyli və Məcnun” operasının, habelə “Azərbaycan gecələri”nin
təĢkilində fəal iĢtirak etmiĢdi.
1920-ci ilin əvvəlində Ġbrahim bəy Heydərovu çətin bir
sahəyə, yeni bir məsul vəzifəyə təyin etmiĢdilər. Belə ki, o, Azər-
baycan hökumətinin qərarı ilə 1920-ci il yanvarın 6-da Azərbaycan
Cümhuriyyəti daxili iĢlər nazirinin müavini vəzifəsinə təyin edil-
miĢdi. Həmin vaxt daxili iĢlər naziri Məhəmməd Həsən Hacınski
idi. Hərtərəfli, təcrübəli, peĢəkar kadr olan Ġbrahim bəy Heydərov
daxili iĢlər nazirinin müavini vəzifəsində 1920-ci il martın 10-dək
fəaliyyət göstərmiĢ, bu vəzifədə həmin sahənin inkiĢafı üçün, o
273
cümlədən respublikada ictimai asayiĢin mühafizəsi və cinayətkar-
lıqla mübarizədə var qüvvəsini sərf etmiĢdi...
... Daxili iĢlər nazirinin müavini Ġbrahim bəy Heydərovun
1920-ci il yanvarın 23-də Bakıdan Qarabağ General-Qubernatorlu-
ğuna məxfi qrif altında göndərdiyi teleqramda deyilirdi:
”ġuĢa. Hüseyn bəy Mahmudbəyova. Səlim bəyə çatdırınki,
(rotmistr Səlim bəy Qarabağdakı kürd süvari divizionunun
komandiri idi) Xəlil paĢa Xosrov bəy Sultanovun sərəncamında
olmasını əmr edir. Nömrə 423.
Daxili iĢlər naziri əvəzi Heydərov”.
Bir gün sonra, yanvarın 24-də Xəlil paĢanın bu gün axĢam
qatarla ġuĢaya salınacağını, onun üçün Yevlax stansiyasına
avtomobil göndərməyi əmr edirdi .
...Daxili iĢlər nazirinin müavini Ġbrahim bəy Heydərov türk
generalı Xəlil paĢanın Azərbaycandakı fəaliyyətindən...xəbərdar idi.
Azərbaycanın istiqlal fədailərindən biri Ġsa bəy AĢurbəyli (1878-
1938) bir çox milli təəssübkeĢlərimiz kimi otuzuncu illərdə həbs
olunduqdan sonra XDĠK-in müstəntiqinə verdiyi ifadələrində Ġb-
rahim bəy Heydərovun kommunistlərlə “əməkdaĢlığı”nı bildirmiĢdi.
Bu, general Mustafa Faruq Nuru paĢa ilə əlaqədardı.Belə ki,
bolĢeviklər tərəfindən Batumda həbs edilmiĢ Nuru paĢanı xilas et-
mək lazım idi. Ġ. Heydərov və silahdaĢları Nuru paĢanın xilasını çə-
tinliklə də olsa təĢkil etməyi bacarmıĢ (bu iĢi əslən göyçaylı, Azər-
baycan Parlamentinin üzvü Yusif Yaqub oğlu Əhmədov (Əhməd-
zadə). Otuzuncu illərdə repressiyaya məruz qalmıĢ, həbs olunaraq,
1938-ci il iyulun 26-da güllələnmiĢdi) və onu azad etdirib Bakıya
gətirmiĢdi. Bakıda sabiq daxili iĢlər naziri Behbud xan CavanĢirin
yanında Nuru paĢa, Həmid Sultanov, Əli Heydər Qarayev, Ġbrahim
bəy Heydərov, Ġsa bəy AĢurbəyli və Zaqafqaziya Diyar Komitəsi
nümayəndəsinin iĢtirakı ilə yığıncaq olmuĢdu. Ġclasda qəbul edilən
qərara əsasən Nuru paĢa təhlükəsizlik nöqteyi-nəzərdən daha etibar-
lı hesab olunan Dağıstana yola salınmıĢdı...Sonra onun ardınca Tür-
kiyədən general Xəlil paĢa da Bakıya gəlmiĢdi...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Ġ. Heydə-
rov lazımlı bir mütəxəssis kimi Azərbaycan SSR yollar, poçt və te-
leqraf naziri Cəmil bəy Vəzirovun (1886, ġuĢa qəzası, Zümürxaç
274
kəndi - 1943, Oryol Ģəhəri, Rusiya) müavini təyin edilmiĢdi. Ancaq
heç bir ay keçməmiĢdi ki, Azərbaycan FK tərəfindən həbs olunmuĢ-
du. Onu Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin həbsdə yatan
görkəmli xadimlərinin azad olunmasına yardım göstərməsində suç-
layırdılar. Ġ. Heydərov yalnız, Azərbaycan SSR XKS-in sədri, köhnə
dostu N. Nərimanovun iĢə qarıĢmasından sonra 1920-ci ilin sonunda
həbsdən azad edilmiĢ və daha Bakıda qalmayıb Gürcüstana getmiĢdi.
Orada hələ sovet hakimiyyəti qurulmamıĢdı. MenĢevik hökuməti onu
köhnə dostu kimi səmimi qarĢılamıĢdı. Lakin 1921-ci il fevralın 25-
də Gürcüstan sovetləĢəndən sonra Ġ. Heydərov Fransaya mühacirət
etməyə məcbur olmuĢ və ailəsi ilə 1925-ci ilədək orada yaĢamıĢdı.
Ġbrahim bəy Fransada siyasi fəaliyyətlə məĢğul olaraq, xarici ölkələr-
də aparılan diaspor iĢini birləĢdirmək, Qafqaz xalqlarının azadlıq mü-
barizəsinə rəhbərlik məqsədilə Parisdə yaĢayan Ə. TopçubaĢov, Ə.
Çermoyev, Ceyhun Hacıbəyli (2 fevral 1891, ġuĢa - 22 oktyabr 1962
Paris), Heydər Bammatov (1890, Dağıstan – 1965, Fransa, milliy-
yətcə kumık idi) daxil olduğu Konfedarasiya təsis etmiĢdi.
1925-ci ildə Türkiyə hökuməti Ġbrahim bəy Heydərovu Ġstan-
bula dəvət etmiĢdi. Ġbrahim bəy Türkiyəyə köçdükdən sonra “Hey-
dəroğlu” soyadını qəbul etmiĢdi. Ġbrahim Heydəroğlu Türkiyədə
Kayseri dəmir yolu xəttində, Türkiyənin Yollar Nazirliyində və axı-
rıncı iĢ yeri olan AbadlaĢdırma Nazirliyində müxtəlif məsul vəzifə-
lərdə çalıĢmıĢ, yüksək elmi heyətin üzvü olmuĢdu. O, 1949-cu ildə
70 yaĢında vəfat etmiĢ və Ankaradakı Cəbəçi məzarıstanlığında
dəfn olunmuĢdur...
Ġbrahim bəy Heydəroğlunun nəsil və ailəsi barədə də bir qədər
bəhs etmək yerinə düĢər. Onun nəslinin baĢçısı Hacı Osman bəy
Heydərov Dərbəndin köklü sakinlərindən idi. O, Dərbənd Ģəhərinin
də baĢçısı olmuĢdu. Hacı Qasım bəyin Nemətulla və Minətulla adlı
2 oğlu vardı. Nemətulla (4 oktyabr 1827 - 20 yanvar 1901) hərbçi
olmuĢ, çar Rusiyasının general-mayoru (1844) rütbəsinədək yüksəl-
miĢ, 3-cü dərəcəli “Müqəddəs Georgi” ordeninə layiq görülmüĢ və
Rusiyada bu ordeni alan ilk müsəlman idi. Ġkinci oğul Minətulla
bəyin 3 oğlu dünyaya gəlmiĢdi: Ġsa bəy, Musa bəy və Qasım bəy.
1822-ci il təvəllüdlü Ġsa bəy Heydərov Ġbrahim bəyin atasıydı. O,
275
hərbçi vəzifəsində xidmət göstərmiĢ, xüsusi polis konvoyunun pra-
porĢiki olmuĢdu.
Ġ. Heydərov hələ 1915-ci ildə Dərbənddə general-leytenant
BalakiĢi bəy Ərəblinskinin (1828 Tala kəndi, Zaqatala - 3 yanvar
1905, Dərbənd) oğlu Cahangir bəyin qızı Nisə xanımla (1900-1943)
ailə qurmuĢdu. (Qeyd: B.Ərəblinski Qafqazın müsəlman əhalisin-
dən Rusiyada ali hərbi təhsil almış ilk azərbaycanlı idi. O, düz 50 il
çar Rusiyasının ordusunda nümunəvi xidmət göstərmiş, çoxlu orden
və medallarla təltif olunmuşdu. General-leytenant B. Ərəblinskinin
Azərbaycan milyonçularının lideri Hacı Zeynalabdin Tağıyevlə qo-
humluğu vardı. Belə ki, hacı general B. Ərəblinskinin kiçik qızı
Sona xanımı almışdı. Üçüncü Dumaya Azərbaycandan deputat
seçilmiş oğlu Ağa İsmayıl bunun üstündə atasından birdəfəlik
küsmüş, heç Dumaya da getməmişdi).
Ġbrahim bəy Heydərovun generai-leytenant B. Ərəblinskinin
nəvəsi Nisə xanımla izdivacından 4 övladı dünyay gəlmiĢdi. Bunun
3-ü qız, 1-i isə oğlan idi. Oğlanın adını Minnətullah qoymuĢdular.
Minnətullah 5 sentyabr 1918-ci ildə Bakıda doğulmuĢdu. Sonralar
ali hüquq təhsili almıĢ vəkil Minnətullah Heydəroğlu Türkiyənin
tanınmıĢ Ģəxslərindən, hüquqĢünaslarından və siyasətçilərindən biri
olmuĢdu. Minnətullah bəy hələ uĢaq ikən atasından mükəmməl öy-
rəndiyi Ģahmatı 80 yaĢından sonrada oynayır, hətta turnirlərədə qatı-
lırdı. Bu gündə Ġzmirdə onun adına Ģahmat turnirləri düzənlənir.
Minnətullah bəy Heydəroğlu 88 illik ömrünün son 15 ilini Ġzmir Ģə-
hərində yaĢayıb, ancaq 16 avqust 2006-cı ildə Bürhanədə yay evin-
də dünyasını dəyiĢib.
Ġbrahim bəy Heydəroğlunun böyük qızı Leyla xanım Heydə-
roğlu 1920-ci ildə Dərbənddə anadan olmuĢ və 1955-ci ildə Ġstan-
bulda vaxtsız, cəmi 35 yaĢında vəfat etmiĢdi... Ortancıl qızı Fatma
xanım Alpenqin 21 noyabr 1921-ci ildə Tiflisdə doğulmuĢ, Ankara-
da yaĢamıĢ və indi də orada qəzet sahəsində çalıĢan qızı Mina xa-
nım Tansellə yaĢamaqdadır... Kiçik qızı ġermin xanım Özgen 22
aprel 1926-cı ildə Ġstanbulda anadan olmuĢ, 85 il ömür sürmüĢdü.
O, 24 yanvar 2011-ci ildə Ġstanbulda vəfat etmiĢdir...
|