İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə9/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

 

XƏLİL BƏY  XASMƏMMƏDOV 

(XASMƏMMƏDLI) 

(1873 – 1947 (1945) 

 

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi. Azər-



baycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin baĢçılıq 

etdiyi  3-cü  hökumət  kabineti  zamanı  (26  dekabr  1918-ci  il  –  14 

mart 1919-cu il...) Azərbaycan Respublikasının daxili iĢlər naziri ol-

muĢdur. 


Xəlil bəy Hacıbaba bəy oğlu Xasməmmədov (Xasməmmədli) 

1873-cü il oktyabrın 25-də Gəncədə əsilzadə  ailədə  anadan olmuĢ-

du.  Atası  Hacıbababa  bəy  Gəncəbasarın  nüfuzlu  Ģəxslərindən  sa-

yılırdı. Xəlil bəy ixtisasca peĢəkar hüquqĢünas idi.Vaxtı ilə 1906-cı 

il fevralın 20-də Yelizavetpol qəzasından  Rusiyanın III Dövlət Du-

masına deputat seçilmiĢ, Fətəli xan Xoyski və digər deputatlarla bir-

likdə  xalqımızın  mənafeyini  orada  müdafiə  etmiĢdi.  X.Xasməm-

mədov  III  Dumada  hüquq  komissiyasının  üzvü  idi.  Xəlil  bəy 



 

106 


sonralar  Zaqafqaziya  Seyminin  də  üz-

vü seçilmiĢdi. O, ”Müsavat” partiyası-

nın fəal üzvü və rəhbərlərindən biri ol-

muĢdu... 

X.  Xasməmmədov  1918-ci  il 

mayın  28-də  Azərbaycan  Xalq  Cüm-

huriyyətinin  təsis  iclasında  Milli  ġu-

ranın  üzvü  kimi  Azərbaycanın  istiqla-

liyyəti  ilə  bağlı  məruzə  edərək,  onun 

müstəqil  respublika  elan  edilməsinin 

zəruriliyini  əsaslandırmıĢdı...  X.Xas-

məmmədov  F.Xoyskinin  sədr  olduğu 

birinci hökumət kabinetində (28 may - 

17  iyun  1918-ci  il)  ədliyyə  naziri  ol-

muĢdu. F.Xoyskinin baĢçılığı ilə Gəncədə yaradılıb fəaliyyət göstər-

miĢ 2-ci hökumət kabineti zamanı (17 iyun – 12 dekabr 1918-ci il) 

”Müsavat”ı  təmsil  edən  X.Xasməmmədov  portfelsiz  (mülki)  nazir 

postunu tutmuĢdu. Bitərəf F.Xoyskinin rəhbərlik etdiyi ikinci höku-

mətin  mövcudluğu  dövründə,  1918-ci  il  oktyabrın  6-da  aparılan 

kabinədaxili dəyiĢikliklərdən  sonra  X.Xasməmmədov  yollar  nazi-

ri  təyin  edilmiĢdi. 

1918-ci  il  sentayabrın  6-da  Türkiyədə  yeni  hakimiyyətə 

gəlmiĢ  Sultan  Əbdül  Məcidin  (1839-1861)  (“məcid”  ərəbcə  “əzə-

mətli”,  ”görkəmli”  deməkdir)  oğlu  axırıncı  (8-ci)  Osmanlı  padĢahı  

Sultan  Altıncı Vahiddin Mehmed  (2 fevral 1861, Ġstanbul - 15 may 

1926,  Ġstanbul)  Ġstanbula  təĢrif  buyurmuĢ  Azərbaycan  nümayəndə 

heyətini  qəbul  etmiĢdi.  Onları  Türkiyənin  hərbi  naziri  Ənvər  paĢa 

(1881-1922)  qarĢılayıb  sultana  təqdim  etmiĢdi.  Bu  görüĢ  müstəqil 

Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmə vəsiqə qazanmasın-

da və onun tanınmasında müsbət rol oynamıĢ və sürətləndirici təsir 

göstərmiĢdi.  Həmin  gün    Sultan  Altıncı  Mehmed  tərəfindən  qəbul 

edilən  3  nəfərdən  ibarət  nümayəndə  heyətində  M.Ə.Rəsulzadə, 

A.Səfikürdski ilə bir sırada X.Xasməmmədov da vardı . 

F.Xoyskinin  yenidən  sədr  olduğu  3-cü  hökumət  kabinetində 

(26  dekabr  1918-ci  il  -  14  mart  1919-cu  il)  müsavatçı  X.Xasməm-

mədov o zaman ən çətin və həm də çox mühüm vəzifə sayılan daxili 



 

107 


iĢlər naziri vəzifəsində çalıĢmıĢdı. O, bu vəzifədə 26 dekabr 1918-ci 

ildən  14  mart  1919-cu  ilədək  iĢləmiĢdi.  Xəlil  bəy  nazir  iĢlədiyi 

dövrdə  müstəqil  Azərbaycan  polisinin  möhkəmləndirilməsində  və 

inkiĢafında  böyük  xidmətlər  göstərmiĢdi.  Ona  bu  iĢdə  vitse-nazir, 

general-mayor  M.S.  Ağabəyzadə  xüsusilə  yaxından  köməklik  et-

miĢdi... 

X.Xasməmmədovun nazirliyi dövründə onun əmri ilə 14 fev-

ral 1919-cu ildə baĢ verən cinayətləri təhqiq etmək və xidməti vəzi-

fəsindən  sui-istifadəyə  qarĢı  mübarizə  aparmaq  məqsədilə  Daxili 

ĠĢlər  Nazirliyinin  TəftiĢ  Ġstintaq  Komissiyası  yaradılmıĢdı.  Onun 

təklifi və təqdimatı ilə Azərbaycan Parlamenti 18 fevral  1919-cu il 

tarixli  iclasında    “Parlamenti  Mühafizə  Polisi  Dəstəsinin    təĢkili 

haqqında”  qanun  layihəsinə  baxmıĢdı.  (Parlamenti  Mühafizə  Dəs-

təsi  sonra  alaya  çevrilmiĢdi).  Bunun  zəruri  olduğunu  Parlamentin 

üzvü,  Sosialistlər  fraksiyasından  deputat  Qasım  bəy  Camalbəyov 

(1881-1938)  sonralar  yazırdı  ki,  Azərbaycan  Məclisi-Məbusanının 

(Azərbaycan  Parlamentinin)  açıldığı  gün  onun  Nikolayev  (indiki 

Ġstiqlaliyyət)  küçəsində  yerləĢən  binasını  azərbaycanlılar  yox,  hər 

iki  tərəfdən  ingilis  əsgərləri  zirehli  maĢının  müĢayiəti  ilə  qoruyur-

dular və diqqətli yoxlama keçirməklə bir nəfər belə kənar adamı ora 

buraxmırdılar.Odur ki, Azərbaycan Parlamentinin 18 fevral 1919-cu 

il  tarixli  həmin  iclasında  4  maddədən  ibarət  qanun  layihəsi  qəbul 

edilərək, 200 nəfərlik polis dəstəsi yaradılmıĢdı. Onun təsis edilmə-

sində  Parlamentin  üzvü,  Azərbaycanın  görkəmli  ictimai-aiyasi  xa-

dimi,ixtisasca həkim olan Qarabəy Qarabəyovun (27 sentyabr 1873-

1953,  Səmərqənd,  Özbəkistan,  80  yaĢ)  səmərəli  təklifləri  xüsusilə 

bəyənilmiĢdi. 

M.Ə.Rəsulzadənin  təklifi  ilə  yeni  yaradılan  polis  qurumu 

“Parlamenti  Mühafizə  Dəstəsi”  adlandırılmıĢdı  (Sənədlərdə  Parla-

mentin  Qoruyucu  Bölüyü  də  yazılmıĢdır...).  Yeni  yaranan  “Polis 

Mühafizə  Dəstəsi”nin  rəisi  vəzifəsinə  podpolkovnik  Nağı  bəy  Əli-

yev  (Əlizadə)  (1897-1920),  onun  köməkçisi  (müavini)  vəzifəsinə 

isə rotmistr HaĢımbəyov təyin olunmuĢdu. Altı nəfərdən ibarət Ģtat 

vahidi üzrə təsis olumuĢ Parlamenti Mühafizə Polisi əməkdaĢlarının 

– zabit və digər komanda heyətinin vəzifə dərəcələri üzrə aylıq mə-

vacibi aĢagıdakı kimi idi: 



 

108 


1.  Rəis podpolkovnik Nağı bəy  Əliyev  - 4.500 rubl.  2.  Onun 

köməkçisi,  rotmistr  HaĢımbəyov  -  3.800  rubl.  3.Ġki  yüzlük  polis 

dəstəsinin  (bölüyün)  komandiri  Kərim  bəy  Cövdətov  -  3.600  rubl.          

4.  Parlamenti  Mühafizə  Polisi  Dəstəsi  rəisinin  adyutantı  (yavəri)  -

3.600  rubl.  5.Kargüzar–registrator.Məmməd  bəy  Fərzəlibəyov-

1.110 rubl. 6.Reminqtenistika (makinaçı, katibə və s.dəftərxana-yazı 

iĢlərini yerinə yetirən) Q.Baqdasarova  - 1387 rubl 50 qəpik (Qeyd

bu  statistik  faktları  arxivdən  araşdırma  zamanı  Bakı  Avrasiya 

Universitetinin  professoru  Ə.  Tahirzadə  aşkar  edib  bizə  təqdim 

etmişdir...). Parlamenti  Mühafizə  Polisinin 200 nəfərindən 192 nə-

fər sıravi polis əməkdaĢının hər biri 200 rubl, onlardan bir rütbə yu-

xarı olan 8 nəfər feldfebelin hər biri isə 250 rubl alırdı... Ümumiy-

yətlə, bu yeni milli polis növünün təĢkilinə hökumətin qərarı ilə ildə 

dövlət  xəzinəsindən  2.200.000  manat  pul  ayrılırdı...  ”Parlamenti 

Mühafizə  Dəstəsi”  Parlamentin  Rəyasət  Heyətinə  tabe  olub,  onun 

tərəfindən  də  formalaĢdırılır  və  vaxtaĢırı  da  ona  hesabatlar  verirdi. 

Lakin o, bəzi məsələlərdə... Azərbaycan Cümhuriyyəti  DĠN-ə tabe 

idi və zəruri hallarda onun tədbirlərinə də cəlb oluna bilirdi... 

... X. Xasməmədovun baĢçılıq etdiyi Daxili  ĠĢlər Nazirliyi öz 

fəaliyyətində  Milli  Ordu  ilə  qarĢılıqlı  fəaliyyət  göstərirdi.Bunu 

Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, tam artillriya gene-

ralı  S.  Mehmandarovun  1918-ci  ilin  dekabrında  daxili  iĢlər  naziri  

X. Xasməmmədova göndərdiyi məlumatlardan da bilmək olardı... 

X.Xasməmmədovun nazirliyi zamanı Daxili ĠĢlər Nazirliyinin 

məlumatına görə 1 yanvar 1919-cu ildə Azərbaycan müstəqil polisi-

nin  sayı  rəsmən  9661  nəfərə  çatmıĢdı...  Həmin  vaxtdan  əvvəllər 

ləğv  edilmiĢ  Bakı  Qradonaçalnikliyinin  faəliyyəti  də  bərpa  olun-

muĢdu. Bu qurum birbaĢa  Azərbaycan  DĠN-ə tabe idi... 

3-5  yanvar  1919-cu  il.  Bakıdakı  Böyük  Britaniya  Müvəqqəti 

Polis Komissarlığı və Azərbaycan Cümhuriyyəti DĠN-in birgə əmə-

liyyatları  nəticəsində  milli  hökumətimizə  qarĢı  yönəlmiĢ  Ġrandakı 

sabiq rus ordusunun generalı, ermənipərəst L.Biçeraxovun  qəsdinin 

üstü  açılmıĢdı...  (Biçeraxov  Lazar  Fyodroviç.  1882-ci  ildə  Sankt-

Peterburqda anadan olmuĢ, 22 iyun 1952-ci ildə Qərbi Almaniyanın 

DornĢtadt Ģəhərində ölmüĢdür...)... 



 

109 


6  yanvar  1919-cu  il.Bakıdakı  Böyük  Britaniya  Müvəqqəti 

Polis Komissarlığı tərəfindən  Azərbaycan Cümhuriyyəti və müttə-

fiq qoĢunların komandanlığı əleyhinə təbliğatla məĢğul olan sağ və 

sol  eserlərin,  həmçinin  menĢeviklərin  liderləri  həbs  edilərək  Ġrana 

və Hindistana  “sürgün” edilmiĢdilər. 

10 yanvar 1919-cu il. Bakının general-qubernatoru V. Tomso-

nun əmri ilə Bakı Polismeysterliyinin Xəfiyyə hissəsinin rəisi Həsən 

bəy  Fətəlibəyova  uğurlu  fəaliyyətinə  görə  təĢəkkür  elan  olun-

muĢdu... 

13-15  yanvar  1919-cu  il.  Azərbaycan  hökumətinin  qərarı  ilə 

mərkəzi  ġuĢa  Ģəhəri  olmaqla  birbaĢa  DĠN-ə  tabe  olan  Müvəqqəti 

Qarabağ General-Qubernatorluğu yaradılmıĢ, görkəmli ictimai-siya-

si  xadim  Xosrov  bəy  PaĢa  bəy  oğlu  Sultanov  general-qubernator 

təyin edilmiĢdi. Qeyd etmək lazımdır ki, Azərbaycan Cümhuriyyəti 

elan  edildikdən  sonra  Cənubi  Qafqazda  sülh  və  əmin-amanlıq  ya-

ratmaq  məqsədilə  Azərbaycan  hökuməti  hələ  1918-ci  il  mayın  29-

da hətta Ġrəvanı  ermənilərə güzəĢtə getmiĢdi (Ġrəvan Zəngi çayının 

sahilində  yerləĢir.  Əsası  16-cı  əsrin  əvvəlində  Səfəvi  Birinci  ġah 

Ġsmayılın  (17  iyul  1487,  Ərdəbil  –  23  may  1524,  Sərab,  37  yaĢ  ) 

tapĢırığı  ilə  onun  qızılbaĢ  əmirlərindən  biri  -  vəzir  Rəvanqulu 

tərəfindən  510-517-ci  illərdə  tikilmiĢ  və  onun  adıyla  Rəvanqulu 

adlanmıĢdır. Lakin xalq arasında qalanın adı zaman-zaman tədricən 

“Ġrəvanqulu”  kimi  deyilməyə  baĢlanmıĢdı...Ġrəvan  1747-1828-ci 

illərdə Ġrəvan xanlığının, 1828-ci ilin martından Ermənistan Vilayə-

tinin  və 1850-ci ildən Ġrəvan quberniyasının, 1918 – ci il mayın 29-

dan 1920-ci il noyabrın 28-dək daĢnak Ermənistan Respublikasının, 

1920-ci  il  noyabrın  29-dan  Ermənistan  SSR-in  paytaxtı  olmuĢdu. 

Ermənistan SSR Ali Sovetinin qərarı ilə 1936-cı ildə Ġrəvan adı də-

yiĢdirilib  Yerevan  adlandırılmıĢdır...).  Lakin  ermənilər  bundan  Ģir-

nikənərək, Qarabağı da almaq üçün fəallıqlarını azaltmadılar. Odur 

ki, Qarabağ General-Qubernatorluğunun təĢkili zəruri addım idi. 

Haşiyə: “Qarabağ” sözü 7-ci əsrdən baĢlayaraq,oz əksini mən-

bələrdə tapır... Lakin 12-ci əsrdən daha tez-tez adı çəkilir... Qa-

rabağ adı “qara” və “bağ” sözlərindən ibarətir. ”Qara” ”böyük”, 

”bağ”  “meyvə ağacı əkilmiĢ sahə”  deməksdir. ”Qarabağ”  sözü 

tayfa  adından  törənmiĢ  etnotponimdir.  Qara  həm  də  rəng  an-


 

110 


lamındadır.Onaltıncı əsrdə Qarabağ Azəbaycanın dörd bəylərbə-

yiliyindən  biri  idi.  Onsəkkizinci  əsrdə,1747-ci  ildə  əsası  Pəna-

həli xan Sarıcalı CavanĢir tərəfindən qoyulmuĢ Qarabağ  xanlıığı 

Azərbaycanın  ən  güclü  və  aparıcı  feodal  xanlıqlarından  biriydi. 

1805-ci  il 14 may tarixli  Kürəkçay müqaviləsindən sonra Qara-

bağ  xanlığı  Rusiyanın  tərkibinə  keçmiĢdi...1822-ci  il  noyabrın 

21-də Qarabağ xanlığı ləğv edilmiĢ və Rusiyanın tərkibində Qa-

rabağ  əyalətinə  çevrilmiĢdi.1840-cı  il  aprelin  10-da  Qarabağ 

əyaləti ləğv olunaraq əvəzində ġuĢa qəzası yaradılmıĢ (ġuĢa qə-

zası sovet dövründə bir qəza kimi 1921-ci ildə ləğv edilmiĢdi...) 

və  Kasapi  vilayətinin  tərkibində  olmuĢdu.  Mərkəzi  ġuĢa  olan 

Qarabağ  çar  hökumətinin  inzibati  islahatlar  haqqında  verdiyi  9 

dekabr  1867-ci  il  tarixli  fərmanına  əsasən  1868-ci  il  yanvarın    

1-dən  təsis  olunmuĢ  Yelizavetpol  (Gəncə)  quberniyasının  tərki-

binə daxil edilmiĢdi... 

...  15  yanvar  1919-cu  il.  Azərbaycan  hökumətinin  qərarı  ilə 

Bakı  Ģəhəri  və  rayonlarının  mühafizəsini  gücləndirmək  məqsədilə 

birbaĢa  DĠN-ə  tabe  olan  AbĢeron  Yarmadası  Xüsusi  General-

Qubernatorluğu yaradılmıĢdı... 

Statistika. Azərbaycan Cümhuriyyəti DĠN-in məlumatına görə 

Bakıdakı müttəfiq dövlətlərin qoĢunlarının hərbi kontingentinin sayı 

5 min nəfərə çatmıĢdı ki, bunun da  2 min nəfəri hərbi polisdən iba-

rət idi. Məlumatda bildirilirdi ki, hərbi polis müvəqqəti olaraq mül-

ki-inzibati polisin funksiyalarınıda yerinə yetirirdi. 

18  yanvar  1919-cu  il.  Bakıdakı  müttəfiq  dövlətlərin  Müvəq-

qəti Polis Komissarlığının razılığı və təĢəbbüsü ilə Bakı Polismeys-

terliyinin  yeni Ģtatlar üzrə Xəfiyyə Polisi təsis olunmuĢdu. Bu vax-

tadək  həmin  Polismeysterliyin  Xəfiyyə  hissəsinin  rəisi  olan  Həsən 

bəy  Fətəlibəyov  Bakı  Xəfiyyə  Polisinin  rəisi  vəzifəsinə  təyin 

edilmiĢdi... 

...Həmin  vaxt  Azərbaycan  hökumətinin  qərarı  və  daxili  iĢlər 

naziri  X.  Xasməmmədovun  əmri  ilə  mərkəzi  ġuĢa  Ģəhəri  olan, 

tərkibinə  ġuĢa,  Zəngəzur,  Cəbrayıl  və  CavanĢir  qəzalarının  daxil 

olduğu  Qarabağ  Ggeneral-Qubernatorluğu  təsis  edilmiĢdi.Gəncə 

quberniyasından  ayrılaraq  1919-cu  il  yanvarın  13-də  təsis  edilən 

Qarabağın general-qubernatoru vəzifəsinə həmin il yanvarın 29-dan 


 

111 


Xosrov bəy Sultanov  (1879-1947) təyin edilmiĢ,general-qubernator 

vəzifəsinin  faktiki  icrasına  12  gün  sonra,fevralın  12  dən  baĢlamıĢ-

dı... Onun köməkçiləri (müavinləri) Hüseyn bəy Mahmudbəyov və 

Qriqori Kələntərov, məsləhətçiləri Xosrov bəy Folatov (səhvdir, əs-

lində Poladovdur), Ġbrahim bəy, Levon Vartapetyan  və Akop Bala-

sanyan  idilər.  General  Tomsonun  baĢçılıq  etdiyi  Bakıdakı  müttəfiq 

dövlətlərin  komandanlığı  Qarabağ  General-Qubernatorluğunu  rəs-

mən  yalnız  1919-cu  il  aprelin  3-də  tanımıĢdı...  Elə  həmin  dövrdən 

də  baĢlayaraq,  Azərbaycan  hökuməti  Bakıda  Ġngiltərə  general-

qubernatorluğunun ləğv edilməsi uğrunda fəaliyyətini artırmıĢdı... 

Azərbaycan  hökumətinin  15  yanvar  1919-cu  il  tarixli  icla-

sında müzakirələr zamanı Qarabağın general-qubernatoru vəzifəsinə 

namizəd də təklif olunmuĢdu. Daxili iĢlər naziri X. Xəsməmmədov 

tərəfindən  irəli  sürülmüĢ  namizəd  Bakının  polismeysteri  və  qrado-

naçalnki  vəzifəsində  çalıĢmıĢ  Quda  Əliyeviç  Qudiyev  (bəzi  mən-

bədə Puda,Qud yazılır.Lakin əslində Qudadır) Daxili ĠĢlər Nazirliyi 

Q.Qudiyevi  təcrübəli,  müxtəlif  hərbi  xidmətin  pillələrini  bir-bir 

keçmiĢ məmur kimi müsbət xarakerizə edərək, namizədliyini müda-

fiə edirdi. Lakin Q.Qudiyevin yeganə və həmdə əsas çatıĢmayan cə-

həti Azərbaycan dilini bilməməsiydi. Üstəlik, o, Qarabağ bölgəsinə 

də  çox  yaxından  bələd  deyildi.  Çünki,  Q.  Qudiyev  Dağıstanın  Ter 

Vilayətinin  Nazran  dairəsində  anadan  olmuĢdu,  milliyyətcə  isə 

inquĢ idi (bu faktı ilk dəfə dövriyyəyə BDU-nun  professoru  Ġsma-

yıl  Musyev  daxill etmiĢdir). 

28 fevral 1919-cu il.Azərbaycan hökumətinin qərarı ilə ermə-

ni-daĢnakların hücumlarını mütəĢəkkil surətdə dəf etmək və bölgədə 

qayda-qanunu  yaxĢılaĢdırmaq  məqsədilə  paytaxtı  Naxçıvan  olan 

Cənub-Qərbi Azərbaycan General-Qubernatorluğu yaradılmıĢ, Bəh-

ram xan Naxçıvanski general-qubernator vəzifəsinə təyin edilmiĢdi. 

B. Naxçıvanski bu vəzifədə 1919-cu il martın 16-dək xidmət etmiĢ-

di.  Sonuncu  tarixdən  onu  həmin  vaxtadək  Zaqatalanın  qubernatoru 

vəzifəsində  çalıĢan,  general-mayor  Əliyar  bəy  HaĢımbəyov  əvəz 

etmiĢdi... 

Mənbələr və sənədlər göstərir ki,Azərbaycan Xalq Cümhuriy-

yətinin  3-cü  hökumət  kabineti  zamanı  daxili  iĢlər  naziri  iĢləmiĢ      

X.  Xasməmmədov çox fəaliyyətli,  yorulmaz və  barıĢmaz  Ģəxsiyyət 



 

112 


olmuĢdur.  Xəlil  bəy  qanunun  aliliyini  ilk  növbədə  rəhbər  tutur  və 

bunu  tabeliyində  olanlardanda  tələb  edirdi.Onun  ölkədə  ictimai 

təhlükəsizliyin təmin edilməsində və cinayətkarlıqla mübarizə sahə-

sində  tutduğu  sərt  mövqe  və  tələbləri  hamı  bilir  və  qəbul  edirdi. 

Azərbaycan Parlamentinin 1919-cu il 4 fevral tarixli geniĢ iclasında 

çıxıĢ edən daxili iĢlər naziri X. Xasməmmədov demiĢdi: 

-  ”...Qanunlarımız  dəqiq,  həm  möhkəm  və  həm  də  yerinə 

yetirilən  olmalıdır.  Onlar  dəqiq  olmayan  yerlərdə  qanunsuz  fəaliy-

yət üçün imkan yaranır. Bu, əhalinin taxıl yığımındakı iĢtirakına da 

aiddir”.Xəlil  bəy  Parlamentdəki  həmin  çıxıĢında  Quba,Göyçay, 

Gəncə və daha bəzi baĢqa yerlərdə taxıl ehtiyatının saxlanılması ilə 

yanaĢı,  mövcud  olan  oğurluq  faktları  və  onlarla  mübarizə  yolla-

rından  da  bəhs  etmiĢdi.  Nazir  Qazax  qəzasında  polisin  istintaq  or-

qanlarının dövlət əmlakının mənimsənilmə faktlarını üzə çıxardığını 

bildirmiĢ,  həmçinin  Ağstafa  stansiyası  vasitəsilə  qonĢu  Gürcüstan 

və  Ermənistana  daĢınıb  1  pudunun  20  manata  satıldığı  (“pud”  fars 

sözü,  ölçü  vahididir;  bir  pud  16  kq-dır)  neft  alverindən  bəhs  edib 

bununla mübarizə üçün  bütün tədbirlərin artıq  görüldüyünü nəzərə 

çatdırmıĢdı... 

Təyinat.  Daxili  iĢlər  naziri  X.  Xasməmmədovun  təqdimatı, 

Azərbaycan  Nazirlər  ġurasının  5  fevral  1919-cu  il  tarixli  qərarı  ilə 

bu  vaxtadək  Azərbaycan  hökumətinin  ĠĢlər  Ġdarəsinin  müdiri  vəzi-

fəsində iĢləyən RəĢid  bəy Axund  Əbdüssalam oğlu Axundzadə irə-

li çəkilərək 1919-ci il  yanvar ayının 1-dən sayılmaqla Bakı Ģəhəri-

nin qubenatoru təyin edilmiĢdi. R. Axundzadə bu vəzifədə 1919-cu 

il avqustun 25-dək iĢləmiĢdi. RəĢid bəy Axundzadəyədək həmin və-

zifəni    Azərbaycan  Parlamentinin  üzvü    Müseyib    bəy      Əxıcanov 

icra edirdi... 

10 fevral 1919-cu il. Bakının yeni qubernatoru təyin olunmuĢ 

R. Axundzadənin yanında Bakı və Balaxanı Sabunçu Polismeyster-

liyi  əməkdaĢlarının  müĢavirəsi  keçirilmiĢdi.  MüĢavirədə  polis  iĢçi-

lərinin  paltarla  təmin  edilməsi,  nizam-intizamın  daha  da  möhkəm-

ləndirilməsi və s. barədə məsələlər müzakirə olunmuĢdu. 

10 fevral 1919-cu il. Azərbaycan hökuməti tərəfindən “Bakını 

cinayətkarlardan  və  heç  bir  məĢğuliyyəti  olmayan  ünsürlərdən  tə-



 

113 


mizləmək  haqqında”  Daxili  ĠĢlər  Nazirliyinə  sərəncam  verilmiĢdi. 

Sərəncam dövrü  mətbuatda  dərc olunmuĢdu. 

Parlamentin  1919-cu  il  6  fevral  tarixli  növbəti  iclasında  res-

publikanın  o  zamankı  çətin  durumunda  ziyan  vuran  möhtəkirliklə 

mübarizə məsələsi   də müzakirə edilmiĢdi. Parlament hələ 1918-ci 

ilin dekabrında bahalığa bais olan möhtəkirliklə bərabər rüĢvətxor-

ları da məsuliyyətə cəlb etməyi nəzərdə tutan qanun layihəsinin təs-

diq edildiyini bir daha qeyd edərək, möhtəkirliklə mübarizənin güc-

ləndirilməsini, ərzaq məhsullarının gündəlik daĢındığı Biləcəri stan-

siyasından  keçən  vaqonlara  xüsusi  nəzarət  etməyi  X.  Xasməmmə-

dovun  rəhbəri  olduğu  DĠN-ə  həvalə emiĢdi. 

Azərbaycan hökumətinin 1919-cu il 10 fevral tarixli qərarı ilə 

Daxili ĠĢlər Nazirliyinə Bakıdan cinayətkarları və heç bir məĢğuliy-

yəti olmayan ünsürləri və Ģəxsləri təmizləmək əmri verilmiĢdi. Bu-

nunla bərabər, qeyd etmək lazımdır ki, polis müntəzəm olaraq iĢsiz 

və tüfeyli həyat keçirən Ģəxsləri toplayır və onlarla proflaktiki söh-

bətlər də aparırdı... 

Milli-müstəqil  dövlətimiz  əleyhinə  fəalyyət  göstərən  qüv-

vələrə  qarĢı  barıĢmaz  mübarizəni  Xəlil  bəy  ən  önəmli  vəzifə  kimi 

diqqətdə  saxlayır  və  əməli  tədbirlər  görürdü...O,  bununla  əlaqədar 

qəzalara da göndərilmiĢ bütün DĠN sistemi üzrə xüsusi əmr də im-

zalamıĢdı. 1919-cu il fevralın 23-25-də Gəncə qubernatoru Ġbrahim 

ağa  Vəkilovun  daxili  iĢlər  naziri  X.  Xasməmmədova  göndərdiyi 

raportlarda  bildirilirdi  ki,  Nuxa  qəzasında  (o  zaman  Nuxa  qəzası 

Gəncə  quberniyasının  tərkibində  idi)  Azərbaycan  hökumətinə  qarĢı 

qarıĢıqlıq  törətməyə  çalıĢan,  xüsusu  məqsədlər  güdən  türk  çavuĢu 

Ġsmayılın  dəstəsi  darmadağın  edilmiĢ,  dəstənin  39  nəfər  üzvü 

tutulmuĢ və silahları müsadirə olunmuĢdur.Tutulan 39 nəfərdən 21-i 

hərbçi  fərari,  18-isə  Nuxanın  Bideiz  kəndinin  yoldan  çıxarılmıĢ 

sakinləri idi.  Raportda daha sonra bildirilirdi ki, Paziqzid kəndində 

də  ictimai  asayiĢi  pozanlar  da  tutulmuĢlar.  Buradakı  günahkarlar 

yerli  gənclərin  hərbi  xidmətə  getməmələri  üçün  təbliğat  aparan 

Ģəxslər  idi.  Onların  iĢi  Gəncə  Dairə  Prokurorluğuna  verilmiĢdir. 

Təəssüki, Ġsmayıl adlı həmin türk çavuĢu 9 nəfər tərəfdarı ilə qaçıb  

Dağıstan  dağlarında  gizlənə  bilmiĢdi... 


 

114 


...  Gəncə  Ģəhərində,  onun  ətrafında  daim  çıxıĢlar  baĢ  verir, 

tətillər,  nümayiĢlər  keçirilirdi.  Bu  çlxıĢaların  əksəriyyəti  mövcud 

hakimiyyəti  yıxmağa  çalıĢan  və  sovet  Rusiyasından  idarə  edilən 

bolĢevik  qüvvələri  tərəfindən  təĢkil  olunurdu.  Onların  əksəriyyəti 

erməni  ünsürlər  idi.Osepyan,Murovyan  kimi  fitnəkarlar  Gəncə 

Ģəhəri və onun ətraf rayonlarında Azərbaycan Xalq Cümhuriyyətinə 

qarĢı hər cür fitnə-fəsadlar törədirdilər. Gəncə qubernatoru Ġbrahim 

ağa  Vəkilov  tərəfindən  bu  çıxıĢlar  yatırılır,  onlar  tərəfdən  irəli 

sürülən uydurma tələblər çox zaman cavabsız buraxılırdı. 

1919-cu ilin fevral ayında Gəncə qubernaroru Ġ.Vəkilov Azər-

baycan Cümhuriyyətinin daxili iĢlər naziri X. Xasməmmədova gön-

dərdiyi  yeni  teleqramda  Ģəhərin  rabitə  iĢçıilərinin  tətili  barədə 

məlumat verirdi. Bu tətili də bolĢeviklər təĢkil etmiĢdi... 

11  mart  1919-cu  il.  Bakıdakı  Böyük  Britaniya  Müvəqqəti 

Polis  Komissarlığı  və  Azərbaycan  Cümhuriyyəti  DĠN-in  qüvvələri 

milli hökumətimizə qarĢı siyasi məqsədlərlə çıxıĢ edən Ģəxsləri həbs 

edərək Ənzəliyə, Tehrana və Krasnovodskiyə (indiki TürkmənbaĢı, 

Türkmənistan)” göndərmiĢdilər”. 

14 mart 1919-cu il.Daxili iĢlər naziri X. Xasməmmədov istefa 

haqqında ərizə vermiĢ, bununla əlaqədar Azərbaycan hökuməti vit-

se-nazir, general-mayor M.S. Ağabəyzadəyə daxili iĢlər naziri vəzi-

fəsini ifa etmək barədə sərəncam vermiĢdi.Lakin X.Xasməmmədov 

hələ mart ayının sonunadək bu vəzifədə qalırdı... 1919-cu il aprelin 

16-dan  Azərbaycan  Cümhuriyyətinin  daxili  iĢlər  naziri  vəzifəsini 

eyni zamanda baĢ nazir  olan N.Yusifbəyli aparmağa baĢlamıĢdı... 

1919-cu  ilin  martı.  Gəncənin  general-qubernatoru  Ġ.Vəkilov 

Azərbaycan Cümhuriyyətinin daxili iĢlər naziri X. Xasməmmədova 

raportunda ona müraciətlə bildirirdi: ”CavanĢir qəza rəisi və Ağdam 

pristavı  teleqram  göndəriblər  ki,  ermənilər  hücum  ediblər.Əsas 

hücum Əskəranadır. ġuĢa Ģəhərinin yolunun qarĢısını kəsiblər. Hə-

ləlik,yalnız Əskəranda Ģiddətli döyüĢlər gedir. Bu barədə bilməyiniz 

və  göstəriĢləriniz  üçün  məlimat  verirəm.Yeni  Bayazid  erməniləri 

ġiĢqaya  kəndinə  doğru  yeriyib  ucdantutma  bütün  əhalini  qırıblar. 

Gədəbəyə  yaralılar  gətirilib.Hazırda  Cil  kəndində  döyüĢ  gedir. 

Azərbaycanlıların və müsəlmanların vəziyyəti mürəkkəbdir. Kömək 


 

115 


gözləyirlər.Bu  barədə  bilməyiniz  və  müvafiq  sərəncam  verməniz 

üçün məlumat gözləyirəm”. 

...  Bakıdan.  Daxili  iĢlər  naziri  Xəlil  bəy  Xasməmmədovdan. 

Təcili teleqram. 

...1894-1899-cu  illər  arasında  anadan  olmuĢ  gənclərin  hərbi 

mükəlləfiyyətə cəlb olunması haqqında əmr”.  

Azərbaycan Ordusunun formalaĢması üçün çox vacib olan bu 

əmr Ġ.Vəkilov tərəfindən mütəĢəkkil surətdə yerinə yetirilmiĢdi... 

Gəncə  qubernatoru  polkovnik  Ġ.Vəkilov  1919-cu  ill  martında  

daxili  iĢlər  naziri  X.  Xasməmədova  göndərdiyi  raportda  bildirirdi 

ki,  Gəncə  qəzasında  daĢnak  irticasının  və  xarici  müdaxiləçilərin 

törətdiyi  “fitnə-fəsadlar”  aĢkar  edilmiĢdir.Yerli  bolĢeviklərlə  birlə-

Ģən ermənilər azərbaycanlılar və müsəlmanlar arasında qırğın törət-

mək  istərkən  yaxalanmıĢlar.  Onların  baĢçısı  qolçomaq  CümĢüd 

Voskanov həbs edilmiĢdir... 

...1919-cu ilin martında Novruz  Bayramı münasibəti ilə Milli 

Ordunun paradı keçirilmiĢdi. Respublika hərbi naziri, tam artillerya 

genereı    S.  Mehmandarov,  bir  qrup  Parlament  üzvü  (onların  içəri-

sində X. Xasməmmədov da vardı) paradda iĢtirak etmək üçün Gən-

cəyə  gəlmiĢdilər.  Gəncə  qarnizonundakı  səliqə-sahmana  və  nümu-

nəvi  qayda-qanuna  görə  hərbi  nazir  S.  Mehmandarov  Daxili  ĠĢlər 

Nazirliyinin  vəzifə  daĢıyan  yüksək  rütbəli  məmuru  -  qubernator, 

polkovnik Ġ.Vəkilova səmimi təĢəkkürünü bildirmiĢdi. Bununla bə-

rabər, daxili iĢlər naziri X. Xasməmmədovun  verdiyi təqdimatlar və 

Azərbaycan  hökumətinin  1919-cu  il  30  mart  tarixli  qərarı  ilə  uzun 

illər  nümunəvi  xidmətinə  görə  Ġbrahim  ağa  PaĢa  oğlu  Vəkilova 

general-mayor  ali  hərbi  rütbəsi,  onun  müavini  Hüseynqulu  xan 

Xoyskiyə isə polkovnik rütbəsi verilmiĢdi. 

...  X.Xasməmmədov  Azərbaycan  Ordusunun  komplektləĢdi-

rilməsinə  yönəldilmiĢ  tədbirin:  1894-1899-cu  illər  arasında  anadan 

olmuĢ  gənclərin  hərbi  mükəlləfiyyətin  yerinə  yetirilməsinə  cəlb 

olunması  haqqında  qərarın  mütəĢəkkil  qaydada  icra  edilməsi  üçün 

qubernatorlara xüsusi əmr göndərmiĢdi.Lakin Azərbaycan Ordusun-

da bolĢeviklərin dövətçiliyimiz əleyhinə apardıqları qızğın təbliğat, 

respublikanın  bütün  ərazisində  yaratdıqları  gərginlik  onu  bərk 

narahat edirdi.Azərbaycan Cümhuriyyətinin hərbi naziri, tam artille-



 

116 


riya  generalı  S.  Mehmandorovun  1919-cu  ilin  martında  bu  haqda 

ona göndərdiyi 418 nömrəli məxvi məlumat bu narahtçılığı dahada 

artırmıĢdı... 

Hərbi nazir S.Mehmandarovun daxili iĢlər naziri X. Xasməm-

mədova  verdiyi  gizli  məlumatda  bildirilirdi:  ”...”Hümmət”  müsəl-

man  bolĢevik  təĢkilatı  gəncləri  əsgərlikdən  qaçmağa  təhrik  etmək 

məqsədilə  hərbi  komissiya  yaratmıĢdır.Ġndi  Azərbaycanın  bütün 

ərazisində həm xalq, həm də əsgərlər arasında təbliğat aparılır. Təb-

liğatçılar  xalqın  uĢaqlarını  əsgərliyə  verməməyə,  əsgərləri  isə  or-

dudan qaçmağa təhrik  edirlər. Xüsusilə, Qazax qəzasında bu təbli-

ğat güclü aparılır. Belə təbliğatın nəticəsi olduqca ciddir. Gəncə qu-

bernatorunun  dediyinə  görə,  bütün  Qazax  uĢaqlarını  əsgərliyə  ver-

məkdən  imtina  edir”.  S.  Mehmandarov  axırda  bolĢeviklər  barədə 

ciddi tədbir görməyi xahiĢ etmiĢdi... 

Qocaman  generaldan  aldığı  məlumatdan  sonra  Xəlil  bəy 

orduda  fəal  təbliğat  aparılmasını  təĢkil  edən  bolĢeviklərin  N.  Nəri-

manov, M.D.Hüseynov, Ə.H. Qarayev, Əhmədov, Sanıyev (Yazıçı, 

bolĢevik  Hacı  Kərim  Sanılı  (1878,  Qazax  qəzası,  Çaylı-Kəsəmən 

kəndi - 1937;yazıçı H. Sanılı Azərbaycan Parlamentində  “Sosialist-

lər fraksiyası”nın nümayəndəsi idi. Qazax qəzasının general-quber-

natoru da olmuĢdu... Otuzuncu illərdə repressiyaya məruz qalmıĢ, 4 

dəfə  həbs  edilmiĢ,  16  sentyabr  1937-ci  ildə  həbsxanada  dünyasını 

dəyiĢmiĢdi...)  və  baĢqalarının  olduqlarını  müəyyənləĢdirmiĢ,  Azər-

baycan  hökumətinin  rəhbərliyinə  bu  haqda  məruzə  etmiĢdi.  Höku-

mət  rəhbərliyi  isə  bu  cür    “bolĢevikləĢmiĢ”  adamlara  qarĢı  qəti  və 

kəskin mübarizə aparmağı Daxili ĠĢlər Nazirliyinə, Ģəxsən daxili iĢ-

lər naziri X. Xasməmmədova tapĢırmıĢdı. Odur ki, daxili iĢlər naziri 

kimi  Xəlil  bəy  xüsusi  qərar  qəbul  etmiĢ  və  buna  müvafiq  əmr 

vermiĢdi. Həmin əmrdə deyilirdi: 

- ġuĢa  Ģəhərinin müvəqqəti  general-qubernatoruna. 

N. Nərimanovun  həbs  edilməsi  haqqında. 

Müvəqqəti general-qubernator Xosrov bəy bəy Sultanova: 

“Hərbi  nazirin  aldığı  cəsusluq  məlumatlarına  görə,  bolĢevik 

Nərimanov  Bakıya  gəlib,  orada  “Hümmət”  partiyasının  Parlament 

üzvləri ilə, baĢlıcası isə Sanıyev və Qarayevlə görüĢmüĢdür ki, ġuĢa 

və Qazax qəzalarında camaat  arasında,  habelə imkan daxilində qo-



 

117 


Ģun  arasında  bolĢevizmi  yaysın.  Hərbi  nazir  təsdiq  edir  ki,  bu  cür 

təbliğat nəticəsində hazırda orduya çağırlanların sayı xeyli azalmıĢ-

dır və qorxur ki, tamam heçə enə bilər. 

Məlumat  üçün  bunu  bildirməklə  Siz  cənablarınızdan  xahiĢ 

edirəm  ki,  Nərimanov  Sizin  general-qubernatorluğunuzda  peyda 

olsa, onun tutulması  barədə  sərəncam  verəsiniz. 

Bu  barədə  Gəncə  qubernatoruna  da  mənim  tərəfimdən  teleq-

rafla məlumat verilmiĢdir. 

 Daxili iĢlər naziri:  Xasməmmədov”. 

X.  Xasməmmədov  daxili  iĢlər  naziri  iĢlədiyi  dövrdə  bir  isla-

hatçı kimi Azərbaycan polisinin fəaliyyətinin təĢkilinin planauyğun 

Ģəkildə gücləndirilməsinin konsepsiyasını irəli sürmüĢdü.Onun döv-

ründə  Azərbaycan  Xalq  Cümhuriyyəti  DĠN-in  və  orqanlarının  for-

malaĢmasının ikinci mərhələsi baĢlanmıĢdı. Xəlil bəy polis məmurl-

arının  özbaĢınalığı  və  sui-istifadə  hallarına  qarĢı  sərt  tədbirlər 

görürdü... 

O,  qatı,  siyasi  və  transmilli  cinayətkarlıqla  mübarizədə  Bakı-

dakı  müttəfiq  dövlətlərin  Müvəqqəti  Polis  Komissarlığı  ilə  birgə 

fəaliyyətin  və  əməkdaĢlığın  həyata  keçirilməsinə  çalıĢırdı.Onun 

1918-ci il dekabrın 9-da Bakıdakı müttəfiq dövlətlərin qoĢunlarının 

komandanı, general-mayor V. Tomsona raportunda “DaĢnaksütyun” 

partiyasının fəal üzvləri Stepan Lalayan, Türkiyədə çetebaĢı (quldur 

baĢçısı),”qulağı  kəsik”,  ”qanlı”  Andronik  Ozanyan  Torosi  (1865-

1927);  ermənilər  onu  “erməni    Harribaldisi”    kimi  qələmə  verir-

dilər),  Dro  (Drastamat)  Kanayan,  Qaregin  Njde,  Tatevos  Əmirov, 

Amazasp və digərlərinin baĢçılığı ilə erməni cəza (bandit) dəstələri-

nin  Azərbaycan  ərazisində  törətdikləri  cinayətkar  fəaliyyətindən 

bəhs  edir  və  onlara  qarĢı  mübarizədə  müttəfiqlərin  polis  qüvvələ-

rinin də cəlb olunmasını, Azərbaycan polisi ilə birgə mübarizəsinin 

təĢkilində kömək göstərilməsini zəruri hesab edirdi. 

X.Xasməmmədov Parlamentdəki çıxıĢılarından birində bildir-

miĢdi  ki,  hazırda  polisdə  faktiki  mövcud  olan  digər  köməkçi 

vəzifələri və xidmətləri qanuniləĢdirmək lazımdır. Xəlil bəy keçmiĢ 

çar  Rusiyası  DĠN-in  tipində  yaradılmıĢ  Azərbaycan  polisinin  ayrı-

ayrı xidmət sahələrinin saxlanılmasının tərəfdarı idi... 


 

118 


...Azərbaycan  DĠN-in  maliyyə  durumu  heç  də  ürəkaçan 

deyildi. Belə ki, 1919-cu ilin yanvarına olan məlumata görə, DĠN-ə 

dövlət  büdcəsindən  ayrılan  maliyyə  vəsaiti  cəmi  114.634.614  rubl 

təĢkil edirdiki, buda digər nazirliklərlə müqayisədə ən aĢağı məbləğ 

idi.Məsələn,  əgər  hökumət  1919-cu  ilin  dövlət  büdcəsində  Yollar 

Nazirliyinə  515.318.578  rubl,  Hərbi  Nazirliyə  399.454.242  rubl, 

Maarif Nazirliyinə 103.055.150 rubl,Ticarət Nazirliyinə 51.314.981 

rubl,  Ədliyyə  Nazirliyinə  34.381.059  rubl,  hətta  Poçt    və  Teleqraf 

Nazirliyinə 22.051.524 rubl ayırmıĢdı.Odur ki, X.Xasməmmədovun 

təqdimatı və  təklifləri əsasında   Azərbaycan  hökuməti 1919-cu ilin 

əvvəlində  həmin  il  üçün  Daxili  ĠĢlər  Nazirliyinin  illik  büdcə  xərc-

lərini artıraraq 20 milyon manat miqdarında  müəyyən  etmiĢdi. 

X.Xasməmmədovun  rəhbərliyi  altında  DĠN  xətti  ilə  həyata 

keçirilən,  keçmiĢin  müsbət  təcrübəsi  nəzərə  alınmaqla  və  dövrün 

tələblərinə  uyğun  yenidən  sağlam  əsaslarla  davam  etdirilən  zəruri 

dəyiĢikliklər idi. Xəlil bəyin əmri ilə əvvəllərdən mövcud olan qoro-

dovoy,  pristavlıq  və  qəza  rəisliyi  institutları,  qubernatorluq  və  qu-

berniya  inzibati  idarəçiliyi,  o  cümlədən  Bakı  və  Balaxanı-Sabunçu 

Polismeysterliyi  saxlanmıĢdı.  1919-cu ilin  əvvəllərində Daxili  ĠĢlər 

Nazirliyinə tabe olmaqla Bakı Qradonaçalnikliyi də bərpa olunmuĢ-

du.Ümumiyyətlə,bütün  ölkədə  xalis  polis  xidmətinə  keçilmiĢdi. 

Xəfiyyə  mühafizə  xidmətində  də  heç  bir  dəyiĢiklik  edilməmiĢdi. 

Bakı Ehtiyat polisi və qorodovoylar məktəbinə qəbul da bərpa olun-

muĢdu. AbĢeron yarımadası hüdudlarını əhatə edən xüsusi general-

qubernatorluq yaradılmıĢdı. 

1919-cu il martın 20-də  Azərbaycan Xalq  Cümhuriyyəti Par-

lamentinin  iclasında  Daxili  ĠĢlər  Nazirliyi  iĢçilərinin  əmək  haqları-

nın artırılması məsələsi müzakirə olunmuĢdu. Bu vaxt Parlamentdə 

6 nəfərlə təmsil olunan  “DaĢnaksütyun”  fraksiyasının lideri ArĢak 

Malxazyan (“DaĢnaksütyun”dan  əlavə Parlamentdə “Erməni fraksi-

yası” da vardı, lideri ArĢak Paronyan idi) söz alıb yeni Ģtatlar layi-

həsinin iclasın gündəliyinə salınmasına eirazını bildirərək,bunu belə 

əsaslandırmıĢdı ki, güya bu, Parlamentin  Əsasnaməsinin 86, 87 və 

103-cü  maddələrinə  ziddir,  həm  də  bunun  hələ  vaxtı  çatmayıb.Bu  

yerdə  Xəlil  bəy  söz  alaraq  söyləmiĢdi: 


 

119 


-  Daxili  ĠĢlər  Nazirlyi  tərəfindən  Parlamentin  iclasına  təqdim 

olunan  Ģtatların  təsdiq  edilməsi  barədə  qanun  layihəsi  üç  məqsəd 

güdür:  1-cisi,  qulluqçuların  əmək  haqqını  artırmaq;  2-cisi,  bir  sıra 

yerlərdə  qulluqçuların  sayını  çoxaltmaq  və  3-cüsü,  bir  sıra  idarələr 

və  vəzifələr  var  ki,  hazırda    faktiki    fəaliyyət  göstərirlər,  onların  

fəaliyyətini qanunla təsdiq etmək”. O, daha  sonra  demiĢdi: ”Biz bu 

layihədə Nazirliyin gələcək quruluĢunu təqdim etmiĢik. Bundan əla-

və mütləq ləğvedici  komissiya yaratmaq  lazımdır ki, o 2 ay ərzində 

Gəncədə  və  digər  yerlərdə  ləğv edilmiĢ  polis strukturlarının  sənəd-

lərini nəzərdən keçirib onlara xitam verilməsini baĢa çatdırsın”. 

Layihənin  təsdiqi  növbəti  iclasa  keçirilmiĢdi.Azərbaycan 

Parlamentinin 1919-cu il 3 aprel tarixli növbəti iclasında çıxıĢ edən 

müsavatçı  Ağa  Əminov (1888-1921)  ununla  əlaqədar bildirmiĢdi: 

”Daxili  ĠĢlər  Nazirliyi  ən  iri  təĢkilatdır  və  o,  böyük  iĢ  aparır. 

Əlbəttə,onun fəaliyyətindədə çatıĢmazlıqlar var. Lakin hesab edirəm 

ki,  biz  təqdim  olunan  bu  qanun  layihəsini  indi  qəbul  etməliyik”. 

Onun  təklifindən  sonra  Azərbaycan  hökumətinin  Büdcə-Maliyyə 

Komissiyası    tərəfindən  Daxili  ĠĢlər  Nazirliyinin  yeni  Ģtatları  üzrə 

aĢağıdakı  yeniliklər  bəyan  olundu: 

1. Zaqatala Ģəhərində pristav vəzifəsi polismeyster vəzifəsi ilə 

əvəz  edilir.Zaqatala  pristavı  Nuxa  və  ġuĢa  pristavları  ilə  eyni 

miqdarda maaĢ alacaqdır. 

3.  1)  Bakı  polismeysternin  əmək  haqqı  2.300,  qulluqçuların 

maaĢı isə ayda 1800 manata çatdırılır. 

4.Yeni maaĢlar bu il yanvarın 1-dən qüvvədə sayılır. 

5.Əmək  haqlarının  qaldırılması  haqqında  hazırkı  qanun  hü-

quq-mühafizə orqanlarında öz xidmətlərini tərk edən Ģəxslərə Ģamil 

edilmir. 

6.Atlar üçün yem pulunun miqdarı  Bakı və Balaxanı-Sabunçu 

polismeysterlikəri üzrə ayda 600 manat (ildə 7.200 manat)... müəy-

yən edilir. 

9. Qəza rəislərinin yol pulu ildə 8.400 manat, onların kömək-

çiləri  üçün  4.200  manat,  sahə  pristavları  üçün  3.000  və  onların 

köməkçiləri  üçün  1800  manat  müəyyən  edilir. 

...Azərbaycan    Parlamentinin    9  aprel  1919-cu  il  tarixli  icla-

sında Daxili ĠĢlər Nazirliyinin həmin müzakirə edilən 14 maddədən 



 

120 


ibarət  yeni  Ģtatları  8  nəfər  əleyhinə  və  44  nəfər  lehinə  olmaqla  

qəbul  edilmiĢdi. 

N.Yusifbəylinin  baĢçılığı  altında  təĢkil  olunub  fəaliyyət  gös-

tərmiĢ  4-cü  hökumət  kabineti  dövründə  X.Xasməmmədov  yenə 

qısamüddətdə daxili iĢlər, Nəsib bəyin rəhbərlik etdiyi axırıncı, 5-ci 

hökumət  kabineti dövründə  (24 dekabr 1919-cu il–30 mart 1920-ci 

il) isə “Müsavat”ı təmsil etməklə ədliyyə naziri vəzifələrində fəaliy-

yət göstərmiĢdi. Ədliyyə naziri vəzifəsində iĢlərkən də X. Xasməm-

mədov Azərbaycanda ədliyyə iĢinin təĢkilatçısı idi. 

...Azərbaycanda  sovet  hakimiyyətinin  qurulması  və  milli 

müstəqil  Cümhuriyyətimizin  süqutu  xəbərini  Xəlil  bəy  Ġstanbulda 

eĢitmiĢdi.  Çünki  o,  1920-ci  il  aprelin  əvvəlində  Türkiyəyə  səfir 

təyin  olunmuĢdu.  Buna  baxmayaraq,  bir  çox  silahdaĢlarının  -          

F.  Xoyskinin,  H.Ağayevin,  M.Vəkilovun,  ġ.  Rüstəmbəylinin  və 

baĢqalarının o zaman Tiflisə gələrək orada yaĢadıqlarını bilən Xəlil 

bəy də bu Ģəhərə gəlmiĢ, bir müddət orada yaĢamıĢdı. Lakin duyur-

du ki, sabiq müsavatçıları təqib edən XI ordunun Xüsusi ġöbəsinin 

rəisi, cəllad Semyon Pankratovun “qırmızı terrorundan” yaxa qurta-

ra  bilməyəcək.  Odur  ki,  1920-ci  il  iyunun  19-da  Tiflisdə  Azərbay-

can    hökumətinin  sabiq  baĢ  naziri  və  daxili  iĢlər  naziri  Fətəli  xan 

Xoyskinin  muzdlu  erməni  terrorçuları  tərəfindən  qətlə  yetirilmə-

sindən sonra (həmin hadisə zamanı Fətəli xanın yanında olan Xəlil 

bəy  erməni  terrorçusu  ilə  atıĢmada  özü  də  yaralanmıĢdı.  Xəlil  bəy 

boynuna dəyən həmin gülləni 1946-cı ilə qədər gəzdirmiĢdi...) daha 

Tiflisdə qalmayıb Türkiyəyə, Ġstanbula mühacirət etmiĢ və ömrünün 

sonunadək  orada  yaĢamıĢdı.  X.Xasməmmədovun  yaĢadığı  Ġstanbul 

Ģəhərində Azərbaycan Cümhuriyyətinin  keçmiĢ 8 naziri məskunlaĢ-

mıĢdı...  Siyasi  mühacir  həyatında  da  fəaliyyətini  dayandırmayan     

X. Xasməmmədov daim xalqını unutmurdu.O, sovet hakimiyyəti ilə 

barıĢmaz mövqeyində qalmıĢdı... 1942-ci ilin yazında Almaniyanın 

Xarici ĠĢlər Nazirliyi xətti ilə Berlinə görüĢə dəvət edilmiĢ tanınmıĢ 

Qafqaz  siyasi  mühacirləri  arasında  X.Xasməmmədov  da  vardı. 

1943-cü il noyabrın 6-da Almaniyanın Berlin Ģəhərində  “Kayserof”  

Ģəhərində keçirilən Milli Azərbaycan mühacirlərinin qurultayı keçi-

rilmiĢdi. Konqresdə o, Rəyasət Heyətinin fəxri üzvü seçilmiĢdi. Hə-

min  konqresdə  “Azərbaycan    Milli  Birlik  Məclisi”  yaradılmıĢdı. 



 

121 


”Milli  Birlik  Məclisi”  təĢkilatını  Amerika  Konqresi  maliyyələĢdi-

rirdi...  TəĢkilatın  Parisdə  “Azərbaycan”  adlı  və  “Milli  Birlik”  adlı 

jurnalları  çıxırdı.  1953-cü  ildə  isə  “Azadlıq”  radiosunun  Azərbay-

can  Ģöbəsi  də  yaradılmıĢdı . 

X.  Xasməmmədov  1947-ci  ildə  74  yaĢında  Ġstanbulda  vəfat 

etmiĢ və orada “Fəri köy” məzarlığında dəfn olunmuĢdu. Ġstanbulda 

azərbaycanlı    mühacirlərin    ən    çox    dəfn    olunduğu  məhz  “Fəri 

köy”  qəbristanlığıdır.  Bu  qəbristanlıqda  20  görkəmli  soydaĢımız 

dəfn  olunmuĢdur.  Hamısıda:  ”Vətən!  “Vətən”  ,-  deyə-deyə  dünya-

sını  dəyiĢmiĢlər.  Xəlil  bəy  Xasməmmədovun  məzarının  üstündə 

“Gurgörən”  soyadı  yazılıb.Mərhum  jurnalist  Xanlar  Bayramov  

(1948  -  2010)  hələ  1992-ci  ildə  Ġstanbulda  olarkən  orada  yaĢayan 

Nağı bəy ġeyxzamanovun (Keykur) oğlu (ġeyxzamnovların əcdadı 

dahi  Ģair  ġeyx  Nizami  sayılır...)  Yavuz  bəylə  və  Xəlil  bəyin  kiçik 

qardaĢı  Nağı  bəy  Xasməmədovun  oğlu  Toğrul  Cuvarlı  ilə  birlikdə  

“Fəri  köy”    qəbristanlığına  gedib  orada  uyuyan  görkəmli  mərhum 

istiqlal  xadimlərimizin  məzarlarını  ziyarət  etmiĢ  və  xatirə  Ģəklidə 

çəkdirmiĢdir.  Toğrul  bəy  söyləyib  ki,  əmisi  Xəlil  bəy  Ġstanbulda 

özünə  “Gurgörən”  təxəllüsünü  götürmüĢdü...Qəbristan  rəhbərliyi 

bildirmiĢdir  ki,  qeydiyyat    kitabı  üzrə  Xəlil  bəyin  məzarı  qəbirlər 

sırasında sayca 22-cidir...Özüdə qəbrinin üzərində vəfat tarixi heçdə 

tarixi  ədəbiyyatlarda  və  rəsmi  jurnallarda  göstərildiyi  kimi  

(məsələn,  bax:  Parlamant-90.  Xüsusi  buraxılıĢ.  Milli  Məclis.  Bakı, 

2008, səh.78 ) 1947-ci il deyil, 1945-ci il yazılmıĢdır. Deməli, Xəlil  

bəy  bəlkədə  1945-ci  ildə  fəvat  etmiĢ,  ancaq  onun  bu  tarixini  qeyri 

dəqiq olaraq 1947-ci il yazmıĢlar. Yaxud, əksinədir... 

Xəlil bəy Xasməmmədovun xatirəsinin əbədiləĢdirilməsi üçün 

addımlar atılmıĢdır. 1992-ci il iyunun 22-də Azərbaycan Respubli-

kasının  Prezidenti  Hüquq  Kadırlarının  TəkmilləĢdirilməsi  Ġnstitu-

tuna Xəlil bəy Xasməmmədovun adının verilməsi haqında sərəncam 

imzalamıĢdı... Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Xəlil 

bəy Xasməmədovun adını daĢıyan muzey təĢkil olunmuĢdur. Azər-

baycan Respublikasının  ikinci  Ģəhəri olan Gəncədə Xəlil  bəy Xas-

məmmədovun adına küçə vardır... 

 

 


 

122 


 

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin