İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   2   3   4   5   6   7   8   9   10   ...   36

Xəlil bəy Xasməmmədov. 

1919-cu  il  yanvarın  11-də  Bakıda  Sanitar  Büro  Mərkəzi  yar-

adılmıĢdı. Onun rəhbəri ingilis həkimi idi. Həmin Büroya Azərbay-

can Respublikasının Daxili ĠĢlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, 

Bakı ġəhər Ġdarəsinin, Neft Sənayeçiləri Ġttifaqının və Bakı Mərkəzi 

Evinin nümayəndələri də daxil olmuĢdular... 

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti döv-

ründə polis orqanlarında həmkarlar ittifaqları fəaliyyət göstərmirdi. 

Çünki  bu  qurumlar  bolĢeviklərin,  eser-menĢeviklərin  təsiri  altında 

idi... 


...Cinayətkarlıqla mübarizənin metodları və formaları müxtəlif 

idi.  Mübarizə  əsasən  üç  istiqamətdə:  kriminal,  siyasi  və  trnsmilli 

(ölkədən  kənar)  cinayətkarlığa  qarĢı  aparılırdı.  Bu  mübarizədə 

ingilis polisi ilə əməkdaĢlıq da mövcud idi... 

1 fevral 1919-cu il. Əmr nömrə 37. 

Gəncə quberniyasından qayıdan general-mayor Ağabəyov öz 



vəzifəsinin icrasına başlasın”. 

Daxili iĢlər naziri 



Xəlil bəy Xasməmmədov

1919-cu  il  fevralın  6-da  Azərbaycan  Parlamentinin  növbəti 

iclası  keçirilmiĢdi.  Ġclas  ölkənin  o  zamankiı  cətin  vəziyyətində  ge-

niĢlənən möhtəkirliyə qarĢı mübarizənin gücləndirilməsi zəruriliyini 

qeyd  edərək,  Daxili  ĠĢlər  Nazirliyinə  ərzaq  məhsullarının  gündəlik 

daĢındığı  Biləcəri  stansiyasından  keçən  vaqonlara  xüsusi  nəzarət 

etməyi həvalə etmiĢdi. 

1919-cu il martın 14-də X. Xasməmədov daxili iĢlər naziri və-

zifəsindən  istefa  verdiyi  üçün  Bakıdakı  müttəfiq  qoĢunların  Polis 

Komissarlığı  bütün  iĢləri  milli  polisimizin  nümayəndəsinə  təhvil 

verməli  idi.  Bu  Ģəxs  o  zaman  vitse-ministr  olan  general-mayor       


 

81 


M.  Ağabəyzadə  olmuĢdur.  Hərçənd,  Azərbaycan  hökuməti  elə  hə-

min vaxt onu diplomatik iĢə keçirmək ərəfəsində idi... 

21  mart  1919-cu  il.  General  V.Tomson  və  ingilis  baĢ  polis 

komissarı F.P. Kökkerelin təklifi ilə daĢnakların 1918-ci ildə xalqı-

mıza  qarĢı  törətdiyi  soyqrımlarını  və  etnik  təmizləmə  üzrə  hələ 

1918-ci  il  iyulun  15-də  yaradılmıĢ  Fövqəladə  Ġstintaq  Komissiya-

sının  iĢi  Azərbaycan  Cümhuriyyəti  DĠN-in  4-cü  ġöbəsinə  həvalə 

edilmiĢdi. Həmin Ģöbənin rəisi  Sonazır Taprov  idi. 

21-30  mart  1919-cu  il.  Qarabağda  Azərbaycan  hökumətinə 

qarĢı çıxan erməni daĢnakların dəstələri (onlara Ġrəvandan gizli gəl-

miĢ  Dro  (Drostamat)  Kanayan  və  Dəli  Qazar)  baĢçılıq  edirdilər) 

Əsgəran  (Əsgəran  sonralar  DQMV-nin  ayrıca  inzibati  ərazi  vahidi 

kimi  gəaliyyət  göstərmiĢ, 1930-cu  ildə müstəqil rayona çevrilmiĢ, 

1978-ci  ilədək  Stepanakert  rayonu  adlandırılmıĢdı...)  yaxınlığında 

general-mayor  Həbib  bəy  Səlimovun  (1881-1920)  komandanlıq 

etdiyi  Milli  Silahlı  Qüvvələrimiz  tərəfindən  darmadağın  edilmiĢdi. 

Həmin  qüvvələrin  tərkibində  düĢmənə  qarĢı  Daxili  ĠĢlər  Nazirliyi-

nin  srutukru  olan  Xosrov  bəy  Sultanovun  (1879-1947)  rəhbərlik 

etdiyi  Qarabağ General-Qubernatorluğunun  Ģəxsi heyəti və DĠN-in 

digər bölükləri də vuruĢmuĢdular... 

30  mart  1919-cu  il.  Bakıda  müttəfiq  dövlətlərin  Müvəqqəti 

Polis Komissarlığı öz fəaliyyətini dayandırmıĢ, onun rəisi, polis baĢ 

komissarı,  polkovnik  F.P.  Kökkerel  səlahiyyətlərini  tərk  edərək, 

yenidən  Ģefi  olduğu  Xüsusi  Müstəmləkə  Polisinə  baĢçılıq  etmək 

üçün Ġrana yola düĢmüĢdü... 

30  mart  1919-cu  il.  General–mayor  M.  Ağazadə  tərəfindən 

“Vəzifəli Ģəxslərin cinayətlərinin təhqiqatı və təhqiqatların səviyyə-

sinin yaxĢılaĢdırılması haqqında” təmimnamə (əmr)  verilmiĢdi. 

1919-cu il aprelin 5-də Azərbaycan hökuməti Daxili ĠĢlər Na-

zirliyinə, Ģəxsən vitse-ministr M.S.Ağabəyzadəyə sərəncam vermiĢ-

di  ki,  Bakı  Ģəhərində  təhlükəsizliyi  və  sakitliyi  bərpa etsin. Bu, Ģə-

hərə Azərbaycan Ordusunun 1 batalyon piyada, 400 nəfər süvari və 

1 batareya hissəsinin gətirilməsi ilə əlaqədar idi. Hərbi hissə qüvvə-

lərinin  Ģəhərə  gətirilməsi  polisin  vəzifəsini  çətinləĢdirmiĢdi.  Çünki 

hərbi  nazir,  tam  artilleriya  generalı  S.  Mehmandarov  Azərbaycan 

Nazirlər  ġurasının  sədri  N.Yusifbəyliyə  yazdığı  raportda  bildir-



 

82 


miĢdi: ”... Mən Bakı hərbi qarnizonunda bolĢevizm əhval-ruhiyyəsi-

nin geniĢlənən təsirindən qorxuram”. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  müttəfiq  qoĢunların 

komandanı, general V.Tomson hələ 1918-ci il dekabrın 18-də ġima-

li  Qafqaz  xalqlarına  müraciətində  bəyan  etmiĢdi:  ”...  bolĢevizmi 

məhv  etmək  bizim  ümumi  iĢimizdir.  Müttəfiqlər  bolĢevizmin  düĢ-

mənidirlər”. 

Azərbaycan Respublikasının Daxili ĠĢlr Nazirliyi öz fəaliyyəti 

ilə  müstəqil  dövlətimizin  demokratik  mahiyyəytini  təmsil  edirdi. 

Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin daxili iĢlər naziri vəzi-

fəsini ifa edən general-mayor  M. Ağabəyzadənin 28 aprel 1919-cu 

il  tarixli  əmrində  vətəndaĢlara  müraciətlə  deyilirdi:  ”...  Arzu  edən 

hər kəs, o cümlədən siyasətlə məĢğul olanlar Azərbaycanın hüdud-

larından heç bir əlavə vizaya ehtiyac olmadan kənara gedə bilərlər. 

Bu  cür  imtiyaz  o  zamankı  siyasi  partiyalara  və  ictimai  təĢkilatlara 

da Ģamil olunur...”. 

28 aprel 1919-cu il.  

Cənab  daxili  işlər  naziri  əvəzi  general-mayor  Ağabəyova. 



Əlahəzrətlərinizdən xahiş edirəm ki,Bakı quberniyasının qəzalarını 

təftiş edəsiniz. Təftişi Göyçay qəzasından başlamaq məqsədəuyğun-

dur.  Təftiş  zamanı  səhlənkarlıqda  təqsirli  bilinən  vəzifəli  şəxsləri 

işdən azd etmək üçün Sizə geniş səlahiyyətlər verirəm”. 

Daxili iĢlər naziri 



Nəsib bəy Yusifbəyli

8 may 1919-cu il.  

Daxili iĢlər naziri əvəzi, general-mayor S. Ağabəyzadə Göyçay 

və Cavad (Salyan) qəzalarının, Bakı quberniyasının yoxlanması üzrə 

əmrin yetirilməsi barədə sərəncam vermiĢdir. 

14 may 1919-cu il.  

Daxili iĢlər nazirinə raport. 

Əlahəzrətlərinizin  nəzərinə  çatdırıram  ki,  8  may  xidməti 



ezamiyyətindən qayıdıb xidməti vəzifəmə başladım”. 

Daxili iĢlər naziri əvəzi 

general-mayor Ağabəyov


 

83 


20 may 1919-cu il.  

Cənab daxili işlər naziri əvəzi general-mayor Ağabəyova. 28 



aprel  tarixli  2977  saylı  sərəncamıma  əlavə  olaraq  əvvəl  verdiyim 

səlahiyyətlər  saxlanılmaqla  Əlahəzrətlərinizdən  Bakı  quberniyası-

nın  təftiş  edilməsini  xahiş  edirəm.  Sizin  istəyinizlə  Dəftərxanamın 

şöbə  rəhbərlərindən  birini  və  xüsusi  tapşırıqlar  üçün  bir  məmuru 

özünüzlə  götürməyinizi  təklf  edirəm.  Xərclər  üçün  Sizə  100  minlik 

kreditdən 8 min rubl veriləcək”. 

Daxili iĢlər naziri 



Nəsib bəy Yusifbəyli

1 iyul 1919-cu il. 

 Gəncə general-qubernatoruna  (Xudadat bəy Rəfibəyli). 

Sizin nəzərinizə çatdırırıq ki, Daxili İşlər Nazirliyinin hər bir 



zabiti xüsusi formada və çində olmalıdır ”. 

Daxili iĢlər naziri əvəzi 

general-mayor Ağabəyov

30 sentyabr 1919-cu il.  

Daxili iĢlər naziri əvəzi general-mayor S. Ağabəyzadə  “ Zabit 

heyətinin  paltarla  təmin  edilməsi  haqqında”  Gəncə  qubernatoru      

X.  Rəfibəyliyə  və  “Hərbi  iĢ,  hərbi  forma,  paqonlar  barədə”  Azər-

baycan  Resüpublikasının  hərbi  naziri,  tam  artilleriya  generalı          

S. Mehmandarova məktub göndərmiĢdir. 

1 oktyabr 1919-cu il.  

 Cənab daxili iĢlər naziri əvəzi Ağabəyova. 

Əlahəzrətlərinizə təklif edirəm ki, Amerika xidmətinin gene-



ralı cənab Harbortu müşayiət etmək üçün Batuma yola düşəsiniz”. 

Daxili iĢlər naziri 



N. Yusifbəyli

23 oktyabr 1919-cu il. 

 Cənab daxili iĢlər nazirinə. 

Sizin  təkliflərə  əsasən  Amerika  xidmətinin  generalı  cənab 



Harbortu qarşılamış, müşayiət etmiş və vəzifəmin icrasına başlamı-

şam“. 

Daxili iĢlər naziri əvəzi 

general-mayor Ağabəyov


 

84 


Daxili ĠĢlər Nazirliyinə vits-ministr vəzifəsinə təyin olunduğu 

ilk  gündən  Sadıq  bəy  təĢkilat-səfərbərlik  məsələləri,  polisin  bütün 

strukturlarının  maddi-texniki  təchizatı ilə  məĢğul  olmağa baĢlamıĢ-

dı. Onun ilk təkliflərindən biri Azərbaycan Xalq Cümhuriyyəti  DĠN 

üçün dövlər büdcəsindən ayrılan maliyyə vəsaitinin artrılması barə-

də idi. 


Təyinat. 2 sentyabr 1919-cu il. Daxili iĢlər naziri əvəzi-vitse-

nazir, general-mayor M. Ağabəyzadənin əmri ilə ixtisasca hüquqĢü-

nas olan  Əmir bəy Nəriman bəy oğlu Nərimanbəyov   Bakının qu-

bernatoru,  Əmir  xan    Cahangir  xan  oğlu  Xöysaki  isə  onun  böyük 

köməkçisi vəzifələrinə təyin edilmiĢdi. 

1919-cu  ilin  payızında  Bakı  quberniyasının  təftiĢ  edilməsi 

haqqında  məxfi  məlumatları  dinlədikdən  sonra  nazir  əvəzi  (vitse-

ministr) general-mayor    M.  Ağabəyzadə  icarəyə  verilən dövlət  tor-

paqlarının  xüsusi  möhtəkirlərin  əlinə  düĢdüyünü,  bu  cür  adamların 

kənd təsərrüfatı ilə  heç bir ümumi  əlaqəsi  olmadığını DĠN-in  adın-

dan  bəyan  etmiĢ  və  həmin  torpaqların  ilk  növbədə  azərbaycanlı 

kəndlilərə verilməsi təklifini irəli sürmüĢdü. 

Məhəmməd  Sadıq  bəyin  yaxından  iĢtirakı  ilə  DĠN-in  yeni 

Ģtatları  təsdiq  edilmiĢ,  əməkdaĢların  maaĢları  artırılmıĢdı.  Belə  ki, 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu il 20 mart tarixli 

iclasında Daxili ĠĢlər Nazirliyinin Ģtatlarının təsdiqi məsələsinə bax-

mıĢ və onu geniĢ müzakirə etmiĢdi. Bu məsələ ilə çıxıĢ edən höku-

mətin  Büdcə-Maliyyə  Komissiyasının  sədri  Musa  bəy  Hacı  Məm-

mədhüseyn  oğlu  Rəfibəyli  (Rəfiyev)  (Gəncə  1888  -  Təbriz  1938) 

bildirmiĢdi: ”1917-ci il fevral inqilabından sonra baĢ verən dəyiĢik-

liklər ilk növbədə Daxili ĠĢlər Nazirliyinə toxunub. Zaqafqaziya Ko-

missarlığı və sonrakı dövrlərdə də bir sıra dəyiĢikliklər olub, ancaq 

DĠN-in Ģtatları indiyədək qnunveicilik qaydasında təsdiq edilməyib 

ki, bu da onun öz iĢini normal davam etdirməsinə mane olur. Bakı-

da  əvvəllər  qubernatorun,  qradonaçalnikin  və  quberniya  Ġdarəsinin 

dəftərxanaları ayrı-ayrılıqda mövcud idi. Sonra bu dəftərxanalar bir 

dəftərxanada  birləĢdirildi.  Qubernator  və  qradonaçalnik  əvvəllər 

hərəsi  bir  köməkçiyə  malik  idilər.  Ġndi  Qradonaçalnikdə  köməkçi-

nin  əvəzinə  qubernatorun  kiçik  köməkçisi  vəzifəsi  təsis  olunur  və 

onun  üzərinə  gələcəkgə  polisə  rəhbərlik  iĢi  həvalə  edilir.  Dəftər-



 

85 


xananın  yanında  quberniya  Ġdarəsinin  3  məsləhətçisi,  Arxitektura 

ġöbəsinin  rəisi,  1  katib,  2  köməkçi,1  mühafizə  inspektoru,  11  gö-

zətçi və kuryerlər olacaq. Beləliklə, Qradonaçalnikliyin yanında xü-

susi tapĢırıqlar üzrə 4 məmurun əvəzinə 2 nəfər, 8 kargüzar əvəzinə 

4-6 kargüzar köməkçisi əvəzinə 3 və 30 dəftərxana məmuru əvəzinə 

20-si qalacaq. 

ĠĢ həcminin böyüməsi ilə əlaqədar olaraq, polismeysterin ikin-

ci  köməkçisi  vəzifəsi  təsis  olunur.  Əvvəllərdə  bu  vəzifəni  pristav-

lardan  biri  icra  edirdi  ki,  bu  da  onun  birbaĢa  öz  vəzifəsinin  icra 

etməsini  çətinləĢdirirdi.  ġəxsi  heyət  320  nəfər  artırılır.Bunlardan 

225  nəfəri  piyada  və  95-i  süvari  qorodovoydur.Bakı  qəza  rəisi 

vəzifəsi də ləğv edilir və bu qəzanın bütün ərazisi Balaxanı-Sabunçu 

Polismeysterliyinə birləĢdirilir, orada 1 köməkçi olacaqdır. Qorodo-

voyların  sayı  da  artırılır,150-dən  200-ə  çatdırılır.Bir  sıra  qəzalarda 

bu  zəruri  deyildi,  çünki  onları  mühafizə  polisinin  zabitləri  əvəz 

edirdi. Ġndi bu vəzifə də ləğv edilir. 

Cavad  qəzası  (Mərkəzi  Salyan  idi)  (indiki  Salyan,  Neftçala, 

ġirvan,  Biləsuvar,  Sabirabad,  Saatlı,  ĠmiĢli,  Beyləqan  əraziləri)  və 

Göyçay qəzalarında 2  yeni  sahə pristavlığı  təsis olunur. Sahə pris-

tavlıqları  yanında  pristav  köməkçisi  vəzifəsi  də  təsis  edilir.Bir  sıra 

Ģəhərlərdə, məsələn, Quba, Salyan və Lənkəranda indiyə kimi cəmi 

1 pristav var.Ġndi yeni layihə üzrə 2-ci pristav vəzifəsi də təsis olu-

nur. Bakı Cinayət–Xəfiyyə ġöbəsi nəzarətçilərinin sayı 10 nəfərdən 

15 nəfərə qaidırılır. Agentlərin sayı isə, əksinə, 50 nəfərdən 30 nəfə-

rədək endirilir. ġuĢa qəzasının iri Ağdam kəndində pristav vəzifələri 

təsis edilir”. 

M.  Rəfibəyli  sonra  sözünə  davam  edərək,demiĢdi:  ”  KeçmiĢ 

Zaqatala  Dairəsi  ləğv  edilir  və  quberniya  yaradılır.  Orada  inzibati 

idarəçiik  qubernatordan,  onun  1  köməkçisindən,  1  məsləhətçidən, 

xüsusi  tapĢırıqlar  üzrə  1  köməkçidən,  1  mühəndisdən,  2  kargüzar-

dan, 6 dəftərxana qulluqçusundan, 6 kuryerdən, 6 sahə pristavından 

və onların 6 köməkçisindən, 6 dəftərxana məmurundan və 6 gözət-

çidən ibarət  olaraq təĢkil  edilir. Qaxda  əvvəllər mövcud olan kənd 

starĢinaları qalır.  Zaqatala  Ģəhərinin  özündə  pristav  və  2  nəzarətçi, 

15  qorodovoy  və  2  kuryer  var.  ġəriət  məhkəməsi  də  var  ki,  bu  da 

məhkəmənin sədrindən, 6 üzvdən, 1 kargüzardan, 3 dəftərxana mə-



 

86 


murundan və  2 kuryerdən ibarətdir.  Quberniyada 1 gözətçi inspek-

toru,  20  böyük  gözətçi  və  15  kiçik  gözətçi  heyəti  var  (gözətçilər 

yəni,  polis  strajnikləri;  çar  Rusiyası  dövründə  19-cu  əsrin  90-cı  il-

lərində Azərbaycan ərazisində qaçaqçılıq və kəndli hərəkatı geniĢlə-

nən zaman onunla mübarizə, habelə inqilabı hərəkatı yatırtmaq üçün 

ayrıca  polis  komandası  -  polis  strajası  (strajnikləri)  yaradılmıĢdı. 

Polis strajası 1899-cu il avqustun 1-dən fəaliyyətə baĢlamıĢdı. Polis 

strajnkləri  uryadniklərə  tabe  idilər.  Srajniklər  1918-1920-ci  illərdə 

əsasən Azərbaycanın sərhədlərini qoruyan polis qüvvəsi idi). Hesab 

olunur  ki,  Azərbaycan  kimi  çoxda  böyuk  olmayan  ölkədə  quber-

natorların  vəzifələrinə...  ehtiyac  yoxdur.  Onların  ləğvi  vasitəçiliyi 

aradan götürər və Daxili ĠĢləır Nazirliyinin xalqa daha yaxın olma-

sını asanlaĢdırar... 

Əmək haqlarının artırılmasına da ehtiyac var. Çünki əməkdaĢ-

ların maaĢı digər nazirliklərlə (məsələn, maliyyə, ədliyyə və s.) mü-

qayisədə çox aĢağıdır. Buna görə DĠN qulluqçularının maaĢları yeni 

Ģtat üzrə 16 dərəcəyə bölünməklə aĢağıdakı kimi olacaqdır : 

1-ci  dərəcə.  Bakı  qubernatorunun  əmək  haqqı  ayda  3.  600 

manat, digər qəzaların qubernatorlrı üçün 3. 000 manat; 

2-ci  dərəcə.  Bakı  vitse-qubernatorunun  maaĢı-ayda  2.  700 

manat, digər yerlərdə 2. 500 manat; 

3-cü  dərəcə.  Bakı  qubernatorunun  kiçik  köməkçisinin  maaĢı-

ayda 2. 500 manat; 

4-cü dərəcə. Bakı polismeysterinin maaĢı-ayda 2. 300 manat; 

5-ci  dərəcə.  Bakı  polismeysterinin  böyük  köməkçisinin  və 

Xəfiyyə ġöbəsi rəisinin maaĢı – ayda 1800 manat; 

6-cı  dərəcə.  Qulluqçular  –  Bakıda  1600,  Bakıdan  kənarda 

1500 manat; 

7-ci  dərəcə.  Qulluqçular  –Bakıda  1500,  Bakıdan  kənar  1400 

manat; 


8-ci  dərəcə.  Qulluqçular  -  Bakıda  1400,  Bakıdan  kənar  1200 

manat; 


9-cu dərəcə. Qulluqçular -  Bakıda 1300, Bakıdan kənar 1200 

manat; 


10-cu dərəcə. Qulluqçular - Bakıda 1200, Bakıdan kənar 1100 

manat; 


 

87 


11-ci  dərəcə.  Qulluqçular  -  Bakıda  110,  Bakıdan  kənar  1000 

manat; 


12-ci  dərəcə.  Qulluqçular  -  Bakıda  1000,  Bakıdan  kənar  800 

manat; 


13-cü  dərəcə.  Qulluqçular  –  Bakıda  900,  Bakıdan  kənar  800 

manat; 


14-cü  dərəcə.  Qulluqçular  –  Bakıda  800,  Bakıdan  kənar  700 

manat; 


15-ci  dərəcə.  Qqulluqçular – Bakıda 550,  Bakıdan kənar 600 

manat; 


16-cı  dərəcə.  Qulluqçular  –  Bakıda  550,  Bakıdan  kənar  500 

manat. 


M.  Rəfibəylinin  məruzəsindən  dərhal  sonra  Parlamentdə 

“DaĢnaksütyun”  fraksiyasının  təmsilçisi  ArĢak  Malxazyan  söz  ala-

raq  Daxili  ĠĢlər  Nazirliyinin  müzakirəyə  çıxarılmıĢ  yeni  Ģtatlarının 

təsdiq  edilməsinin  iclasın  gündəliyinə  salınmasına  etirazını  bildir-

miĢdi  ki,  güya  bunun  hələ  vaxtı  çatmayıb).  Güya  bu  Parlamentin 

Əsasnaməsinin  86,  87  və  103-cü  maddələrinə  ziddir  və  s.  Zatən 

burada bir erməni qısqanclığı vardı ... 

General-mayor  M.S.  Ağabəyzadə  kabinet  adamı  deyildi.  O, 

tez-tez  yerlərə  gedir,  ərazi polis orqanlarının təftiĢində  (...M.S. Ağa-

bəyzadə həm də Parlament tərəfindən yaradılmıĢ hərbi hissələri yox-

layan  komissiyanın  sədri  idi)  iĢtirak  edir  və  onlara  əməli  köməklik 

göstərirdi. Ümumiyyətlə, general-mayor M.S. Ağabəyzadənin 1918-

1920-ci  illərdə  gənc,  müstəqil  respublikamızın  polis  orqanlarının 

təĢəkkülü və inkiĢaf etdirilməsində müstəsna xidmətləri olmuĢdur. 

O zamankı çətin və mürəkkəb vəziyyətdə ölkədə sabitliyi qo-

ruya,  dövlətçiliyə  sədaqətli,  cinayətkarlıqla  uğurla  mübarizə  apara 

biləcək polis orqanları üçün ixtisaslı kadrların hazırlanması Məhəm-

məd  Sadıq  bəyi  çox  düĢündürürdü.  General  Məhəmməd  Sadıq  bəy 

islahatçı, yenilikçi idi. Məhz onun təĢkilatçılığı ilə hələ 1918-ci ilin 

payızında  Bakıda  Ġçəri  Ģəhərdə  qorodovoylar  hazırlayan  məktəb 

açılıb fəaliyyət göstərməyə baĢlamıĢdı... 

1918-ci il noyabrın 15-də daxili iĢlər naziri vəzifəsini ifa edən 

M.S. Ağabəyzadə əmr vermiĢdi ki, Rusiyanın müxtəlif quberniyala-

rından  Azərbaycana  gəlib  milli  hökumətimizə  qarĢı  əks-təbliğat 



 

88 


aparmaqla məĢğul olmaq üstündə polis tərəfindən həbs olunmuĢ si-

yasi dustaqlar – Z.N.Dosser (1882-1938), M.N.MandelĢtamm (Lya-

dov)  və  F.Aqapov  (milliyyətcə  erməni  idi)  həbsdən  azad  edilib, 

onların  bir  daha  Azərbaycana  qayıtmayacağı  Ģərti  ilə  noyabrın      

17-də  Poylu  (Ağstafa)  stansiyasından  öz  yerlərinə  yola  salınĢınlar. 

Əmr  icra  olunmuĢ  və  DĠN-in  Məhkəmə-Ġnzibati  ġöbəsi  bu    haqda  

Məhəmməd  Sadıq bəyə ayrıca məruzə hazırlamıĢdı... 

Artıq  yuxarıda  qeyd  olunduğu  kimi  1918-ci  il  noyabrın       

17-dən 1919-cu il martın 30-dək Azərbaycan ərazisində polis orqan-

larının  idarəçiliyində  ikili  tabeçilik  sistemu  vardı.  Bu,  Bakıda 

yerləĢən  müttəfiq  qoĢin  komandılığı  və  onların  Bakıda  yaratdığı 

Müvəqqəti  Polis  Komissarlığıına  tabeçilikə  əlaqədar  idi.  Belə  ki, 

Azərbaycan  polisi  Respublika  DĠN-lə  bərabər  Bakının  general-

qubernatoru  V.Tomsona  və  Müvəqqəti  Polis  Komissarlığının  rəisi, 

polkovnik  F.  Kokkerelə  də  hesabat  verirdi...Vitse-nazir,  general 

mayor M.S. Ağabəyzadə  yazırdı ki, Müvəqqəti Polis Komissarlığı-

nın,  Ģəxsən  komissar  F.P.Kökerelin  əmr  və  göstəriĢlərindən  birini 

yerinə  yetirmədikdə,  o,  telefonda  zəng  edib  hətta    Azərbaycan 

Cümhuriyyətinin daxili iĢlər nazirini həbs edəcəyi ilə hədələmiĢdi. 

1919-cu  il  martın  29-da  müttəfiq  qoĢunların  Bakıdakı  Polis 

Komissarlığı  öz  fəaliyyətinə  xitam  vermiĢ,  komissar,  polkovnik 

F.P.Kokkerel öz səlahiyyətlərini bitirərək Ġrana getmiĢ və orada ya-

radılan    Xüsusi  Müstəmləkə  Polisinin  Ģefi  vəzifəsinə  təyin  edilib 

fəaliyyətini  davam  etdirməyə  baĢlamıĢdı.  Müvəqqəti  Polis  Komis-

sarlığının  ləğv  edilməsi  Bakı  Ģəhərində  vəziyyətin  müsbət  təma-

yüldə  dəyiĢməsinə  təsir  göstərmiĢ,  ümumilikdə  bütün  Azərbaycan 

polisinə  tam  nəzarət  Azərbaycan  Cümhuriyyətinin  Daxili  ĠĢlər  Na-

zirliyinin səlahiyyətinə keçmiĢdi.Hərçənd, yuxarıda göstərilən dövr-

də  Azərbaycan  və  ingilis  polisi  arasında  əməkdaĢlıq  təcrübəsi  də 

vardı... 

PeĢəkar hərbçi general Məhəmməd Sadıq bəy Milli Ordumuz-

la  sıx  əlaqədə  fəaliyyət  göstərir,  Azərbaycan  Ordusunun  formalaĢ-

masında  səylərini  əsirgəmirdi.  O,  ordudan  fərarilik  edənlərə,  Milli 

Silahlı  Qüvvələrimizdə  pozuntu  törədənlərə  qarĢı  xüsusilə  amansız 

idi. Məhəmməd Sadıq bəy Milli Ordumuzda yaranan belə vəziyyət-

lərə  qarĢı  qəti  tədbirlər  görürdü.  Bunu  1918-ci  ilin  noyabrında  



 

89 


Azərbaycan  Respublikasının  hərbi  naziri,  tam  artilleriya  generalı 

Səməd  bəy  Mehmandarovun  (“səməd”  ərəb  sözüdür,  ”əbədi”, 

”daimi”,  ”əbədiuyaĢar”,  ”əbədi  mövcud  olan”  deməkdir.  Səməd 

Allahın  99  gözəl  adından  biridir)  daxili  iĢlər  nazirinə  ünvanladığı 

aĢağıdakı  müraciət  də  sübut  edir.  (Həmin  vaxt  M.S.  Ağabəyzadə 

hökumətin qərarı ilə rəsmən daxili iĢlər naziri vəzifəsində sayılan B. 

CavanĢirin əvəzinə daxili iĢlər vəzifəsini daĢıyırdı. B. CavanĢir isə 

yaranmıĢ  zərurətlə  əlaqədar  olaraq,  ancaq  sənaye  və  ticarət  naziri 

vəzifəsini aparırdı).Məktub-müraciətdə deyilirdi: 

- Zati-Aliləri Azərbaycan Respublikasının  Daxili  ĠĢlər 

Naziri  Cənablarına! 

Noyabr, 1918-ci il. 



Hərbi  xidmətə  yeni  çağırılmış  əsgərlər  arasında,  hələ  türk 

komandanlığı vaxtından başlanmış fərarilik indi də davam edir. 

Əvvəllər  buna  əsaslı  səbəblər  var  idi:-məsələn,  pis  qida,  ge-

yim və ayaqqabının verilməməsi, ən başlıcası isə, türk rəisləri gənc 

əsgərləri  amansızcasına  döyürdülər.İndi-Silahlı  Qüvvələrə  koman-

danlıq  mənə  taqşırıldığı  bir  vaxtda,  hərbi  hissələrdə  xidmət  şəraiti 

əhəmiyyətli  dərəcədə  dəyişilmişdir,  qida  yaxşılaşmış,  geyim  və 

ayaqqabı  verilir,  döyülməyə  gəldikdə  isə,  türk  komandanlığı  vax-

tında tətbiq olunan döymələrin qanun qarşısında bütün möhkəmliyi 

ilə məsuliyyət daşımaq qorxusu altında gələcəkdə təkrar olunmama-

sı  barədə  ciddi  sərəncam  verilmişdir    və  buna  hissə  komandirləri 

nəzarət  edir.  Lakin  bütün  bunlara  baxmayaraq,  yuxarıda  qeyd  et-

diyimiz  kimi,fərarilik  davam  edir.  Mənim  aydınlaşdırdığıma  görə, 

bunun başlıca səbəbləri aşağıdakılardır: 

-  Birincisi,  türk hərbi rəislərinin orduya yeni  əsgərləri  qeyri-

düzgün  və  qeyri-bərabər  qəbul  etməsidir.  Onlar  çəkinmədən,  açıq 

surətdə rəhbərlik tərəfindən yeni əsgərləri qəbul etmək üçün verilən 

təlimatlara  məhəl  qoymur,  orduya  öz  istədikləri  kimi,  xüsusilə,  pul 

verib qurtula bilməyənləri yığırdılar. Heç bir varlı, tacir oğlu hərbi 

xidmətə  çağırılmamışdır.  Hərbi  hissələrdə  bəy  uşaqları  da  yoxdur. 

Onlardan  bəzisi  praporşiklər  məktəbində  oxuyurlar,  buraya  isə  öz 

arzuları ilə daxil olmuşlar. 

İkincisi,  beləliklə,  hərbi  mükəlləfiyyətin  bütün  ağırlığı  kasıb-

ların çoxluğuna görə kənd cavanlarının üzərinə düşmüşdü, vəzifəli 

 

90 


şəxsləri  çağırışçıların  siyahısını  tərtb  edərkən  buraya  çox  kiçik 

yaşlıları, ya da artıq yaşı  keçmişləri salırdılar ki, bu da hərbi ida-

rələr tərəfindən yeni əsgərlərin çağırışı zamanı müəyyən edilmişdir. 

Üçüncüsü, çağırışçıların siyahılarının düzgün tərtib edilməsi-

nə  nəzarət  etməyə  borclu  şəhər  və  qəza  polis  məmurları  bu  vəzifə 

borclarına  başdansovdu  yanaşmış  və  bu  cəhətdən  cinayət  işlətmiş-

lər.Fərarilik, Quberniya İdarəsi tərəfindən bir neçə dəfə  xatırladıl-

masına  baxmayaraq,  polis  məmurları  tərəfindən  təqib  edilmir.  Bu-

nun  nəticəsində  fərarilər  açıqca  küçədə  görünür,  evlərində  sakitcə 

yaşayırlar.Onların  sırasına  Yelizavetpol  (Gəncə)  quberniyasından 

xidmətə  çağırılmış,  türk  hökumət  orqanları  tərəfindən  hərbi  hissə-

lərdən buraxılanları da daxil etmək lazımdır. Onlar könüllü olaraq 

hərbi rəislərin qəbuluna gəlmək istəmirlər.Nəhayət, məndə olan mə-

lumatlara  görə,  polis  keşikçi  dəstələrində  və  qorodovoyluqda  xid-

mətdə  çoxlu  çağırış  yaşlı  gənclər  var  ki,  bunlar  isə  buraya  yalnız 

üzərlərinə  düşən  hərbi  mükəlləfiyyətləri  yerinə  yetirməkdən  boyun 

qaçırmaq  məqsədilə  daxil  olmuşlar.  Bundan  başqa,  polis 

xidmətində hətta fərarilər də vardır. 

Bütün  bu  təəssüf  ediləcək  hallar  çağırışçılara  ziyanlı  təsir 

göstərir,  onlar  hərbi  rəislərin,  kəndin  vəzifəli  şəxslərinin  və  polis 

məmurlarının  qanunsuz  hərəkətlərindən  qəzəblənir  və  fərariliyin 

təqib  olunmadığını  gördüklərindən  xidmətdən  qaçırlar.  Hissələrdə 

məişətin  yaxşılaşdırılması  üçün  görülən  tədbirlər  fərarilik 

axınınının qarşısını ala bilmir. 

Yuxarıda qeyd etdiklərimi bildirməklə, Zati-aliləri, Sizdən xid-

mətə  yeni  əsgərlərin  çağırışı  zamanı  buraxılan  bütün  nöqsanların 

aradan  qaldırılması  üçün,  fərarilərin  tutulub  saxlanılmasında  polis 

məmurlarının  qəti  tədbirlər  görülməsini  onların  üzərinə  qoyan,  bu 

xidməti  borcundan  boyun  qaçıranları  məhkəməyə  vermək  kimi  təsir 

vasitələrindən istifadə etməyə imkan verən təcili sərəncam vermənizi 

xahiş  edirəm.  Əvvəllər  tərtib  olunmuş  siyahıların,  onlarda  səhvlər 

aşkar edildiyinə görə, yenidən tərtib olunması vacibdir və yeni - yox-

lama çağırış zamanı qeyri-bərabər qəbula, siniflər və əhalinin maddi 

cəhətdən vəziyyəti arasında fərq  qoyulmasına  yol vermək olmaz. 

Yaranmış vəziyyətin aradan qaldırılması üçün əgər təcili təd-

birlər  görülməzsə,  hərbi  hissələrin  komplektləşdirilməsini  qeyri-

 

91 


müəyyən  vaxtadək  ləngidə  bilər  ki,  bu  da  tezliklə  öz  ordusunun 

yaranması ehtiyacında olan, təşviqat xarakterli çıxışlarla daxili sa-

bitliyin qərəzli şəxslər tərəfindən pozulduğu, quldur dəstələrinin ya-

randığı bir ölkəyə böyük bədbəxtliklər gətirə bilər. 

Sizdən  sonrakı  sərəncamınız  haqda  məni  xəbərdar  etmənizi 

xahiş edirəm. 

Tam artilleriya generalı 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin