Generatorların faza dolaqlarındakı e.h.q.-lərin eyni qiymətlərdən (məsələn maksimal) müəyyən ardıcıllıqla keçmə sırasına faza ardıcıllığı deyilir Üçfazalı generatorun dolaqlarındakı e.h.q.-lərin baxılan vəhdətinə üçfazalı e.h.q. sistemi deyilir. Çoxfazalı dövrələrdə e.h.q.-lərin (gərginliklərin, cərəyanların) vəhdətinə çoxfazlı e.h.q. (gərginlik, cərəyan) sistemi deyilir. Əgər bütün e.h.q.-lər (gərginliklər, cərəyanlar) qiymətcə bir-birinə bərabərdirsə və əgər hər bir e.h.q. (gərginlik,cərəyan) özündən əvvəlki e.h.q.- dən (gərginlikdən, cərəyandan) m 2π -ə bərabər olan (burada m − fazaların sayıdır) eyni bir faza bucağı qədər geri qalırsa, onda belə sistemə m-fazalı simmetrik sistem deyilir.

Generator dolaqlarının ulduz və üçbucaq birləşdirilməsi mənbə ilə işlədicini birləşdirən məftillərin sayını azaltmağa imkan verir. Belə ki,əlaqələri olmayan üç müstəqil birfazalı dövrələrlə müqayisədə, bu halda məftillərin sayı altıdan dördədək yaxud üçədək azalır. Ulduz birləşmədə (şək.11.3 ) generatorun dolaqlarının A, B, C başlanğıc uclarına üç xətti naqil (və ya sadəcə olaraq «xətt») birləşdirilmişdir ki, bunlar da işlədiciyə qoşmaq üçün nəzərdə tutulur. Şək.11.3,b-də həmin birləşmənin qısa sxematik təsviri verilmişdir. Generator dolaqlarının X ,Y ,Z son ucları bir düyün nöqtəsində birləşdirirlir ki, ona da generatorun neytral nöqtəsi ( N ) deyilir. Dördməftilli sistemdə generatorun neytral nöqtəsinə neytral xət birləşdirilir (üçməftilli sistemdə bu xətt olmur).