İstənilən qeyri-simmetrik rejimdə üçfazalı dövrənin aktiv gücünün ölçülməsi üçün neçə vattmetrin qoşulmasının lazım olduğunu müəyyən edək. Şək.11.14-də düzbucaqlı şəklində istənilən mürəkkəbliyə malik olan və neytral məftili üçfazalı xətlərlə qidalanan hər hansı dövrə göstərilmişdir. Xəttin başlanğıcındakı faza gərginliklərini həmişə üç gərginlik mənbəyi ilə göstərmək olar (onlar şəkildə qırıq xətlərlə göstərilmişdir). Buradan belə bir nəticə alınır ki, neytral məftili olan üçfazalı sistemlərdə aktiv gücü ölçmək üçün şək.11.14-də göstərilən kimi üç vattmetr qoşmaq lazımdır. Bu üsul qeyrisimmetrik gərginlik mənbələrinin aktiv gücünü ölçməyə imkan verir. Dördməftilli simmetrik üçfazalı dövrələrin aktiv gücünü ölçmək üçün isə bir vattmetrdən istifadə edib, nəticənin üç mislini götürmək kifayətdir.

Əgər simmetrik sistem üçməftillidirsə, yaxud yük üçbucaq sxem üzrə birləşmişsə, onda şək.11.15-də verilmiş ölçmə üsulundan istifadə etmək olar. Burada vattmetrin paralel dövrəsi və qiymətləri vattmetrin paralel dövrəsinin müqavimətinə bərabər olan iki əlavə r əl müqavimətləri süni neytral nöqtə yaratmış olur.

(11.14) ifadəsi qeyri-simmetrik üçfazalı dövrənin gücünün, yuxarıda göstərilmiş üç vattmetr vasitəsilə ölçülməsini (şək.11.14) riyazi cəhətdən əsaslandırır. Belə sistemdə neytral xətt olmadıqda, üçfazalı dövrənin gücünü iki vattmetr vasitəsilə (Aron sxemi) ölçmək olar (şək.11.16,a). Bu halda (11.13) düsturu aşağıdakı kimi çevrilir: cərəyanını