İxtisas: Biologiya Fənn: Biologiyada informasiya texnologiyalarının tətbiqi Kurs: 2 Qrup: 338


Əlavə məlumatların əlavə edilməsi



Yüklə 152,29 Kb.
səhifə23/24
tarix31.12.2021
ölçüsü152,29 Kb.
#50144
1   ...   16   17   18   19   20   21   22   23   24
M.Fidan Biotex sərbəst iş

Əlavə məlumatların əlavə edilməsi

Əlavə məlumatın, yəni doğum tarixi və yeri ; evlilik, təhsil və peşə haqqında məlumatlar; fotoşəkillər və s. daxil edilməsi üçün , diaqramda seçilmiş obyektin üzərinə gəlib siçanın sol düyməsini iki dəfə vurmaq lazımdır.



5. MS PAİNT qrafiki redaktorunun işi.

Qrafik redaktorlar — informatikanın xüsusi bölməsi olub yeni şəkillər çəkmək, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər etmək üçün istifadə edilir. Belə proqramlara Paint, Adobe Photoshop, Picture Publisher, Photostiller, Corel Draw, Macromedia Flash, Paint.net ,Macromedia Freehand, Macromedia Fotographer, Macromedia DreamWeaver, Ulead Gif Animator və s. missal göstərmək olar. Kompüterin diskində saxlanılan şəkillər rəqəmsal təsvirlər adlanırlar. Belə ki, kompüterin yaddaşında bütün şəkillər rəqəm şəklində (0 və1) saxlanılır.

Qrafik redaktorlar üç qrupa bolünürlər: rastr (piksel), vektor və fraktal.

Rastr qrafika

Rastr qrafika, başqa sözlə piksel qrafikası şəkillərin skanerləşdirilməsi, rəqəmli fotoaparat, videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastr qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır. Rastr qrafika termini İngilis dilində “Bitmap-qrafika” termininə uyğun gəlir və mənası – bit ölçüsünün yerləşdiyi xəritə deməkdir. Rastr qrafik redaktoruna Paint, Adobe Photoshop, Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint proqramları daxildir. Rastr təsvirlərin mənfi cəhəti kompüterin yaddaşında iri həcmli yer tutmasıdır, bu da təsvirin hər bir nöqtəsinin yaddaşda özünəməxsus həcm ayırması ilə izah olunur.



Vektor qrafika

Vektor qrafika redaktorlarında bütün xətlər başlanğıc nöqtə ilə və bu xətti riyazi əks etdirən tənliklərlə təyin olunur. Burada əsas element xətt nəzərdə tutulduğundan qrafiki əks olunma daha sadə və asandir. Vektor qrafik redaktorlarına Adobe İllusrator, Macrpmedia Freehand və Corel Draw proqramları daxildir.



Fraktal qrafika

Fraktal qrafika vektor qrafikası kimi riyazi hesablamalara əsaslanır, onun baza elementlərini isə riyazi düsturların özləri təşkil edir. Bu düsturların köməyilə üçölçülü obyektlərin, süxur laylarının və s. imitasiyaları yaradılır. Şəkillər tənliklərlə yazılır, tənliklərin əmsalları dəyişildikdə şəkillərdə dəyişir. Ona görə də informasiyalar yaddaşda tənlik kimi saxlanılır. Adi fraktal üçbucaq fraktal qrafikaya missal ola bilər.

Qrafik şəkillərdən istifadə edərkən nəzərə almaq lazımdır ki, onlar kompüter yaddaşında GIF, JPEG, PNG, BMP formatlarında saxlanılmalıdırlar.


Yüklə 152,29 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin