İxtisas: Ekologiya Fakültə: Ekologiya və torpaqşünaslıq Fənn



Yüklə 24,27 Kb.
tarix02.01.2022
ölçüsü24,27 Kb.
#42025
Sərbəst iş 5 ekspertiza


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Univertsiteti

İxtisas: Ekologiya

Fakültə:Ekologiya və torpaqşünaslıq

Fənn: Ekoloji ekspertiza

Mövzu: İşğal nəticəsində təbii ehtiyatlara vurulan ziyan (mineral sular, faydalı qazıntılar vəs.)

Müəllimə: Hicran Rəfiyeva

Tələbə: Nəzrin Əliyeva

Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu dövrdə ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti, döyüş əməliyyatlarının aparılması ətraf mühitə ciddi ziyan vurmuşdur. 
Qarabağ ərazisində Yer qabığının geoloji-tektonik quruluşunun son dərəcə mürəkkəbliyi və müxtəlifliyi burada geniş spektrə malik istər endogen, istərsə də ekzogen mənşəli faydalı qazıntıların yayılmasına səbəb olmuşdur. Onlar şərti olaraq metal (filiz), qeyri-metalvə yanar faydalı qazıntılara bölünür.

XX əsr ərzində, xüsusən də onun ikinci yarısında Azərbaycan geoloqları tərəfindən Qarabağın işğal edilmiş ərazisində bir sıra qara, əlvan və nəcib metal, karbohidrogen (daşkömür), habelə müxtəlif növ tikinti materialı yataqları aşkar və kəşf edilmişdir. Sənaye əhəmiyyətli yataqlar siyahısının artırılma potensialı keçmiş müddət ərzində aşkar edilmiş və “P” kateqoriyası ilə proqnoz resursları qiymətləndirilmiş çoxsaylı filiz və qeyri-filiz mineral xammal təzahürləri ilə müəyyən edilir.

Metal faydalı qazıntılar xrom, mis, polimetal, qızıl, civə və sürmə yataqları ilə təmsil edilir. Filizlərin tərkibində əsas metallarla yanaşı həmçinin gümüş, molibden, nikel, vismut, tellur, selen, kadmium və s. qiymətli metallar müşahidə edilir. Adı çəkilən filiz yığımlarından ən çox əhəmiyyət kəsb edən qızıl yataqlarıdır ki, bunlardan da Söyüdlü (Zod), Ağdüzdağ, Ağzabir-Qızılitən, Qızılbulaq və Vejnəli yataqları işğal dövründə xarici şirkətlərlə birlikdə ermənilər tərəfindən qanunsuz olaraq istismar edilmiş, bununla da iqtisadi və ekoloji baxımdan ölkəmizə əhəmiyyətli dərəcədə ziyan vurulmuşdur.

Bir sıra xromit, mis, qızıl, civə, molibden və mərgümüş təzahürləri əhəmiyyətli sənaye potensialına malik olub əlavə dəqiq tədqiqatlar tələb edir.  

Ehtiyatları təsdiq edilmiş qeyri-metal faydalı qazıntı yataqları  işğal edilmiş Qarabağ ərazisində dağ-kimyəvi (kükürd kolçedanı, soda xammalı, litoqraf daşı), xammal, qiymətli-ziynət (jadeit, əqiq, obsidian (dəvə gözü), nefritoidlər) və ziynət (yəşəm, mərmər oniksi, felzit tufu, listvenit) daşları, həmçinin ümumi ehtiyatları on milyon kub metrlərlə ölçülən mişar, üzlük və inşaat daşları, sement xammalı, büzücü maddələr, mineral boyalar, inşaat kərpici üçün xammal, beton doldurucuları və yol-tikinti xammalı kimi inşaat materialları ilə təmsil edilir. Bunlardan bir çoxu (Şahbulaq əhəngdaşı yatağı, Əsgəran mergel yatağı, Ağçay, Harov, Zərinbax, Yemişcan və Gülablı mərmələşmiş əhəngdaşı yataqları, Çıldıran felzit tufu yatağı, Edişə qabbro-teşenit yatağı, hər iki Çiləbürt gəc yataqları və s.) hazırda intensiv olaraq ermənilər tərəfindən istismar edilmiş, alınan məhsulların əksəriyyəti isə regiondan kənara çıxarılmışdır. Yanar faydalı qazıntılardan dağlıq ərazidə kiçik miqyaslı Çardaqlı daş kömür yatağı kəşf edilmişdir.

Qeyri-metal xammal ehtiyatlarının potensialı sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı xalsedon, yəşəm, mərmər oniksi, kopal, mərmər, serpentinit, İslandiya şpatı, pyezokvars, müxtəlif inşaat materialları və digər faydalı qazıntı təzahürləri ilə artırılır.  

 1990-cı illərin sonlarına qədər işğal edilmiş yaşayış məntəqələrindən azərbaycanlılara aid mülkiyyəti talan etməklə dolanan ermənilər bu “ehtiyatların” tükənməsindən sonra təbii sərvətlərin daha intensiv talan edilməsinə girişmişdilər.. İşğal edilmiş ərazilərdə təbii sərvətlərin talan edilməsi təkcə separatçı erməni rejiminin əsas dolanışıq mənbəyi olmayıb, həm də Ermənistan iqtisadiyyatının da əsas gəlir mənbələrindən birinə çevrilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir. Bu ehtiyatlar Azərbaycanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi və şübhəsiz ki, Ermənistanın təcavüzü olmasaydı, onların istismarına iri investorlar cəlb edilmişdi. Lakin indi ermənilər bu ehtiyatları necə gəldi talamağa girişiblər. Çünki qondarma rejimi ayaq üstə saxlaya bilmək üçün başqa imkanlar tükənir. Ermənistanın apardığı bütün təbliğata baxmayaraq, faktlar göstərir ki, Qarabağda ermənilər ancaq xaricdəki erməni diasporunun göndərdiyi vəsaitlər, hər il keçirilən və pul dilənməkdən başqa adı olmayan xeyriyyə marafonlarından toplanan pullar, İrəvanın ayırdığı vəsaitlərlə dolanır. Bölgədə işsizlik kifayət qədər yüksək həddədir, işləyən əhalinin yarıdan çoxu işğalçı qüvvələrdə xidmət edən hərbçilərdən ibarətdir. Üstəlik, son illər Ermənistan iqtisadiyyatının daha bərbad duruma düşməsi nəticəsində qondarma rejimi dolandırmaq İrəvan üçün getdikcə çətinləşir.

Ermənilər işğal edilmiş ərazilərdən qiymətli təbii sərvətləri talamağa əsasən 90-cı illərin sonlarında - 2000-ci illərin əvvəllərində başlayıblar. Kəlbəcərin Ermənistanla sərhəd bölgələrindəki zəngin qızıl yataqlarında qanunsuz istismar aparılıb və bu proses indi də davam edir. Sonradan Ağdərə və Zəngilanda da qızıl yataqlarının talan edilməsi başlayıb.Tanınmamış Dağlıq Qarabağ “hökuməti” də dağ filiz sənayesini ən çox gəlir gətirən perspektivli sahə hesab edir. 2002-ci ilin avqust ayında yaradılmış “Base Metals” MMC şirkəti artıq 2 ildir ki, Ağdərə rayonunun Qızılbulaq (Drambon) kəndindəki mis-qızıl mədənlərini işlədir. Məlumata görə, Qızılbulaq yatağında qızıl ehtiyatı 13,5 ton təşkil edir. Mədəndə hər ay 12 min ton filiz çıxarılır və saflaşdırma kombinatında emal edilir.Konsentrat Ermənistana aparılır, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılır. Bu şirkət Avstraliyanın “İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub.

İşğal edilmiş ərazilərdə faydalı qazıntıların hasilatı ilə “Maneks və Valeks” adlı şirkət də məşğuldur. Bu şirkət Qarabağda işlətmək üçün 2005-ci ildə əsasən Cənubi Amerika ərazilərindən (Braziliyadan və Argentinadan) 146 nəfər işçi gətirib.

1997-ci ilin sentyabr ayında Kəlbəcərdə filizçıxarma işlərinin aparılması üçün Ermənistanın Sənaye və Ticarət Nazirliyi ilə Kanadanın “First Dynasty Mines” (“FDM”) şirkəti arasında müqavilə imzalanıb. “FDM”-in aktivləri “STERLİTE GOLD LTD” Şirkətinə məxsusdur. Şirkətin baş qərargahı Böyük Britaniyanın London şəhərində, səhmləri isə Toronto fond birjasında hərraca çıxarılır. Erməni mənbələrində yer alan statistikaya əsasən 2001-2003-cü illər ərzində qondarma “respublikanın” iqtisadiyyatının dirçəldilməsinə 35 milyon ABŞ dolları məbləğində investisiya qoyulub. Bu məbləğin 25 mln dolları xarici, 5 mln. dolları Ermənistanın və bu qədər də Qarabağda yaşayan iş adamlarının payına düşür. Həmin vəsait də əsasən mineral ehtiyatların istismarına yönəldilib. Son illər isə ABŞ, Kanada, Fransa, Avstraliya, İsveçrə, Livan, Rusiya və Ermənistanda yaşayan Qarabağ erməniləri tərəfindən Dağlıq Qarabağa investisiyalar daxil olmaqdadır. Bu investisiyaların bir qayda olaraq hamısı təbii sərvətlərin və faydalı qazıntıların talan edilməsinə sərf olunur. İşğal edilmiş bölgələrdə qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətlər meşələr hesab oluna bilər. Belə ki, Ermənistandan və xaricdən axın edən ermənilər Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq yarımfabrikat şəklində xarici ölkələrə satırlar. Ermənistan mətbuatından götürülmüş faktlara əsasən, bu talançılıqda inhisarçı mövqe düşmən ölkənin hakim siyasi elitasına aiddir. Belə ki, keçmiş prezident Robert Köçəryan Qarabağda ağac emalı, qızıl hasilatı və digər biznes sahələrinə nəzarət edir. İndiki prezident Serj Sərkisyan isə Dağlıq Qarabağda bütün üzüm emalı və mineral su istehsalını əlində cəmləyib.Sərkisyan, Köçəryan və Ermənistanı idarə edən “Qarabağ klanın” digər üzvləri milyarderlər statusundadır və onların bu cür varlanmasında Azərbaycan sərvətlərinin talan edilməsinin də əhəmiyyətli payı var.

Ermənilər tərəfindən talan edilən Vejnəli qızıl yatağı isə Zəngilan rayonu ərazisində yerləşir. Burada qızıl ehtiyatları 6,5 ton təşkil edir. Qara mis istehsalı ilə məşğul olan “Armenian Copper Proqramme” (ACP) QSC-i 2004-cü ildə 40 min ton konsentrat emal edərək 9,5 min ton qara mis əldə edib. 2003-cü ildə isə 24 min ton konsentratdan 6,3 min ton mis emal edilib. Əldə edilən məhsul Avropanın mis əritmə zavodlarına göndərilib. Son məlumatlara görə, Qarabağda təbii ehtiyatların istismarına 30-a yaxın şirkət cəlb edilib. Bir neçə il əvvəl isə Dağlıq Qarabağda “GF” firması və Kuba şirkəti qiymətli daşlarından istifadə etməklə kiçik suvenirlərin hazırlanması işlərinin başlanması üçün razılıq da əldə etmişdi və bu layihəyə 20 milyon dollar yatırmaq nəzərdə tutulmuşdu.

Rəsmi Bakı işğal edilmiş ərazilərdə xarici şirkətlərin fəaliyyəti ilə bağlı faktları toplayaraq diplomatik kanallarla onların fəaliyyətini dayandırmağa çalışır. Məsələn, 2007-ci ildə Azərbaycan XİN-in etirazından sonra Dağlıq Qarabağda təbii sərvətlərin istismarı ilə məşğul olan Rusiya şirkətlərinin fəaliyyətini dayandırmaq mümkün olub. Son vaxtlar isə Azərbaycan dövləti işğal edilmiş ərazilərdə qurulan oyuncaq rejimi iqtisadi baxımdan təcrid etmək üçün daha çevik iş aparmağa çalışır. Qarabağa gələn xarici vətəndaşlar və şirkətlər XİN-in xüsusi “qara siyahı ”sına daxil edilir. Lakin qeyd etmək lazımdır ki, işğal altındakı bölgələrdə sərvətlərimizin talanmasına qarşı Azərbaycanın əlində olan vasitələr məhduddur.Bu qanunsuz iqtisadi fəaliyyətlə bağlı əsasən diplomatik kanallardan istifadə edilir ki, o da bir çox hallarda effekt vermir. Məsələn, hansısa xarici ölkədə qeydiyyatdan keçmiş şirkətin işğal edilmiş bölgələrdə fəaliyyəti qeydə alındıqdan sonra bu ölkəyə verilən notaya belə cavab gəlir ki, söhbət özəl şirkətdən getdiyi üçün onların fəaliyyətinə müdaxilə mümkün deyil. Bununla belə, rəsmi Bakı işğal edilmiş ərazilərdə sərvətlərimizin talanmasına qarşı səyləri gücləndirərək bu şirkətlərlə bağlı sübutları toplamalı və beynəlxalq məhkəmə instansiyalarına müraciət etməlidir. Eyni zamanda həmin şirkətlərə xəbərdarlıq olunmalıdır ki, onlar Azərbaycanın iqtisadi sanksiyaları ilə üzləşəcəklər. Bir çox xarici şirkətlər məhz rəsmi Bakının xəbərdarlığından sonra Dağlıq Qarabağla əməkdaşlığı dayandırıblar və geri çəkiliblər.

Ermənistan təcavüzkar siyasəti üzündən iri regional layihələrdən kənarda qalıb, Türkiyə ilə sərhədləri bağlıdır və iqtisadiyyatı bərbad durumdadır. Bu səbəbdən Dağlıq Qarabağdakı oyuncaq rejimi saxlamaq da iqtisadi baxımdan asan deyil. Belə vəziyyətdə Azərbaycan işğal edilmiş ərazilərə birbaşa investisiyaların yatırılmasını nə qədər çox əngəlləyə bilsə ermənilər üçün dolanışıq o qədər çətinləşəcək.

Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39.6%-i işğaldan azad olunmuş rayonların payına düşür.

 

Azadlığa qovuşmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Digər ölçü ilə bu 7805 m3/gün mineral su təchizatı deməkdir.



 

Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşarayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər.

 

Kəlbəcər rayonu ərazisində yerləşən İstisumineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənir. İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.



 

Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur, kəmər vasitəsi ilə Şuşa şəhərinə su verilirdi.


Geoloq alimlərimiz tam əmindirlər ki, işğaldan tam azad edilən Qarabağ ərazisinin yeraltı sərvətləri də digər maddi və mənəvi nemətlər kimi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, müdrik siyasəti və qətiyyəti sayəsində tezliklə əsl sahibinə qaytarılacaq.
Yüklə 24,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin