Mülkiyyətçi haqq almaq hüququndan istifadə etməyib, tikintiyə vərəsəlik hüququnu əvəzsiz olaraq istədiyi şəxsə verə bilər. Lakin tikintiyə vərəsəlik hüququndan əvəzli olaraq verildiyi halda mülkiyyətçinin haqq almaq hüququ çox ciddi surətdə təmin edilir. Tikintiyə vəsərəlik hüququ üçün müəyyən edilmiş haqqın iki il ərzində ödənilməməsi müqavilənin birtərəfli qaydada mülkiyyətçi tərəfindən xitam edilməsinə əsas verir.
Tikintiyə vəsərəlik hüququ olan şəxsin torpaq sahəsini satın almaqda üstünlük hüququ
Torpaq sahəsi satılan zaman onu binaya vərəsəlik hüququ olan şəxsə deyil, hansısa üçüncü bir şəxsə satılması onun mənafeyini əhəmiyyətli dərəcədə pozmuş olardı. Buna görə də tikintiyə vərəsəlik hüququ olan şəxsə həmin torpaq sahəsini satın almaqda üstünlük hüququ verilir.
Nəticə :
1. Mülki Məcəllənin “Əşya istifadə hüquqları” adlanan 11-ci fəsilinin “Tikintiyə vərəsəlik hüququ” və “Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ” paraqraflarına ayrılmasnıı düzgün hesab etmək olmaz. Çünki tikintiyə vərəsəlik hüququ ilə bağlı münasibətlərdə də mülkiyyətçi olmayan şəxsin özgəsinin mülkiyyətində olan torpağından öz mənafeyi üçün istifadə etməsi nəticəsində əmələ gələn ictimai münasibətlərdən söhbət gedir.
2. MM-nin 11-ci fəsilinin 1-ci paraqrafı “Tikintiyə vərəsəlik hüququ” adlanır və bu paraqrafda tikintiyə vərəsəlik hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar öz əksini tapmışdır. Həmin fəsilin normaları ilə tanış olmadan, paraqrafın yalnız adnı oxuduqda ilkin olaraq belə bir təsəvvür yaranır ki, həmin fəsildə tikintiyə vərəsəlik ilə bağlı münasibətlərdən söhbət gedəcəkdir.