VEKTORLARIN HASİLİ A və B vektorlarının iki növ hasili vardır: iki vektorun skalyar və vektorial hasili. İki vektorun skalyar hasili. A və B vektorlarının skalyar hasili dedikdə həmin vektorların modulları ilə onlar arasındakı bucağın kosinusunun hasili başa düşülür. A və B –nin skalyar hasili (AB) kimi işarə olunur. Tərifə görə
(AB)= AB cos . (1) Burada - hasil vektorlar, yəni A və B vektorları arasındakı bucaqdır.
İki vektorun skalyar hasilini müəyyən edən (1) düsturuna əsaslanaraq koordinat oxları üzrə yönələn vahid (ort) vektorların skalyar hasilinin
= = = 1
= = = 0
Olduğunu görürük.
İki vektorun vektorial hasili. İki vekktorun (məsələn, A və B) vektorial hasili elə üçüncü vektor verir ki, həmin vektorun modulu vurulan vektorların modulları ilə onlar arasındakı bucağın sinusu hasilinə bərabərdir. İki vektorun vektorial hasilini C ilə işarə etsək
= = AB sin .
bucağı A və B vektorları arasındakı bucaqdır. Vektorial hasil AxB və ya kimi işarə olunur. Onda
C = AxB = .
Üç vektorun ikiqat vektorial hasili. A, B və C vektorlarının ikiqat vektorial hasili aşağıdakı kimi ifadə olunur: