İxtisas: Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi Fənn: İnformasiya texnologiyaları Kurs: I qrup: 162a4 Tələbə: Əhmədzadə Nicat



Yüklə 0,58 Mb.
səhifə6/7
tarix12.11.2022
ölçüsü0,58 Mb.
#68713
1   2   3   4   5   6   7
Əhmədzadə Nicat - İnformasiya texnologiyaları

Viruslar müxtəlif vasitələtlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.

Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Asembler proqram dilində yazılır.

Bəs antivirus proqramları nədir?

Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür:

Proqram-həkim – tapır və müalicə edir: Dr. Solomon, Norton AntiVirus, Doctor Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner, Antivirus Kaspersky Personal, Nod 32, Panda, Avista , Avast Antivirus

Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Manitor.

Detektor proqramlar – yalnız onlara məlum virusları tapır.

Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqayisə edilir. Faylların kontrol cəmi yoxlanılır.

Antivirus proqramlarının növləri və iş prinsipləri:

  • Skanerlər> Antivirus skanerlərin iş prinsipi faylların və sistem yaddaşının yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə məlum olmayan) virusların axtarışına əsaslanır. Məlum virusların axtarışı üçün "maska"lardan istifadə edilir. Virusun maskası konkret virus üçün spesifik olan müəyyən sabit kodlar ardıcıllığıdır. Bir çox skanerlərdə həmçinin "evristik skanlama" alqoritmlərindən istifadə edilir, yəni yoxlanan obyektdə komandalar ardıcıllığı analiz edilir, müəyyən statistika toplanır və hər bir yoxlanan obyekt üçün qərar qəbul edilir ("ola bilsin yoluxub" və ya "yoluxmayıb").

Antivirus proqramlarının növləri və iş prinsipləri:

  • Disk müfəttişləri>Disk müfəttişlərinin (CRC-skanerlərin) iş prinsipi diskdə olan fayllar və sistem sektorları üçün CRC-cəmlərin (nəzarət cəmlərinin) hesablanmasına əsaslanıb.
  • Rezident monitorlar>rezident monitorlar - daim operativ yaddaşda yerləşən və disklə və operativ yaddaşla aparılan əməliyyatlara nəzarət edən proqramlardır. Məhz bu proqramlar sistemin real yoluxma anına kimi virusu aşkarlamağa imkan verir (əvvəlki ikisindən fərqli olaraq).

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin