İxtisas: Məktəbəqədər Təhsil Müəllim: p.ü. f d. dosent Sadıqova Təranə


X. Müəllimin aktyorluq qabiliyyəti



Yüklə 297,92 Kb.
səhifə5/5
tarix22.10.2023
ölçüsü297,92 Kb.
#159821
1   2   3   4   5
Terbiyeci muellimin pedaqoji qabiliyyetleri

X. Müəllimin aktyorluq qabiliyyəti. Aktyor və müəllimin fəaliyyətində oxşar cəhətlər çoxdur. Hər ikisinə tərbiyəçi desək, olar. Müəllim məktəbdə, aktyor isə teatrda tərbiyə işi ilə məşğul olur. Aktyor səhnədən dinləyicilərə, tamaşaçılara, onların hisslərinə və şüuruna təsir göstərir. Müəllim isə bu vəzifəni sinif otaqlarından ye­rinə yetirir.
Həm aktyor, həm də müəllim insanlar qarşısında çıxış edir. Hər ikisinin özünəməxsus auditoriyası vardır. Aktyor da, müəllim də başlıca olaraq söz vasitəsilə öz dinləyicilərinin şüuruna, qəlbinə yol tapmağa çalışır.
Müəllim də bir aktyor məharəti ilə onu dinləyənləri müəyyən haldan – hala sala bilir, onlara müəyyən emosional təsir göstərir. Beləliklə, deyə bilərik ki, müəllim aktyorluq qabiliyyətinə malik olmalıdır. Aktyorluq qabiliyyətinə malik olmadan uğurlu müəllim­lik fəaliyyətini yerinə yetirmək olmaz. 


XI. Müəllimin tədqiqatçılıq qabiliyyəti-pedaqoji situasiyaları və pro­ses­ləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü gös­tərir. 
XII. Müəllimin elmi-idraki qabiliyyətləri (akademik qabi­liyyət) - seçdiyi sahə üzrə elmi bilikləri mə­nimsəmə qabiliyyətidir.
Müəllimin praktik fəaliyyəti üçün bu qabiliyyətlərin hamısı ey­ni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində "aparıcı” və "köməkçi” qabiliyyətlər var­dır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşki­lat­çı­lıq qabiliyyətləri aparıcıdır, qalanları isə köməkçi hesab olunur 
Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur.

Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur.


Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir.


Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur.


Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur.


İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur.


Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.


Pedaqoji texnologiyada müəllimin fəaliyyətini aşağıdakı funksional komponentlərə ayırmaq olar:
1) Qnostik (idraki) komponent
2) Layihələşdirici komponent
3) Konstruktiv komponent
4) Təşkilatçılıq komponenti
5) Kommunikativ (ünsiyyət) component
Məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha səmərəli qurulması tələb olunur. Bu zaman psixologiya, pedaqogika, sosiologiya, biologiya və digər elmlərin nailiyyətlərinə, milli mədəniyyətə, adət-ənənələrə, eləcə də müasir dünya təcrübəsinə istinad olunması zəruri hesab edilir.
Təhsil sisteminin ilkin pilləsi olan məktəbəqədər təhsil uşaqların fiziki, psixolo­ji, intellektual inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazır­lan­masında xüsusi əhəmiyyət kəsb edir. Məktəbəqədər yaşlı uşaqların tərbiyəsi qarşısında duran başlıca məqsəd mütərəqqi dünyagörüşə, milli, ümumbəşəri əxlaqa, mənəvi və mədəni dəyərlərə yiyələnən şəxsiyyət formalaşdırmaq, cəmiyyətimiz üçün layiqli vətəndaşlar yetişdirmək olduğundan məktəbəqədər təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.
Yüklə 297,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin