İxtisas: Məktəbəqədər təhsil Qrup: mt-101 Fənn: Psixologiya Müəllim: Sevda Mansurova



Yüklə 77,71 Kb.
səhifə2/3
tarix05.05.2023
ölçüsü77,71 Kb.
#107842
1   2   3
Psixoloji müdafiə

1. "Basdırma":
İnsan, özünü hədələyən hər hansı bir siqnalı, ya da həyatına girən və ona travma yaşadan hər hansı birini tamamən unuda bilər.Məsələn: Fobiyalar.İnsan səbəbsiz bir qorxu keçirsə də, bu qorxunun qaynağını xatırlamır.
2. Rəddetmə: Basdırmanın əksinə, gerçəyə dair hər hansı bir məlumata sahib olsa da, bu siqnalin varlığını rədd edərək yox sayır. Məsələn: imtahan nəticələri açıqlandı ve nəticə ürəkaçan olmadı. Bu pis qiymətin alınmış olmadığını hesab edərəkk, müəllimin balları toplayarkən səhvə yol verdiyini düşünmək.
3. Yönəltmə:
İnsan qəbul edə bilmədiyi bir istəyi başqa bir obyektə yönəldir. Məsələn: İş yerində müdürlə bir mübahisə edib əsəbini evə dönəndən sonra həyat yoldaşından çıxır.
4. Hadisələri intelektuallaşdırma: İnsan hər hansı bir hadisənin duyğusal yönünü görməzlikdən gələrək, onun intelektual aspektdən gözə çarpan xüsusiyyətlərinə diqqətini yönəldir.Məsələn: Hər hansı bir yaxının itkisində qəmlənmək, kədərlənmək əvəzinə başını matəm işləri ilə qatmaq.
5. Yansıtma:
Daxili bir həqiqətin yaratdığı qayğı səbəbilə insan şəxsi fəaliyyətlə əlaqəli bir vəziyyəti çöldəki bir qıcığa bağlayır.Məsələn: Kimsə mübahisədə məğlub olursa, mübahisədə haqsız görsənməmək üçün qarşıdakının "ağılsız" olduğunu demək.
6. Məntiqi nəticələr:
Hadisələrin əsl səbəblərinə uyğun olmayan məntiqi nəticələrə gəlmək.Məsələn: Bəyəndiyi qadın tərəfindən rədde dilən bir kişi "Elə də çox xoşum gəlmirdi" - deyə bilər. "Pişiyin əli ətə çatmayanda "iylənib" - deyər.
7. Tərsinə göstərmək:
Tərsinə göstərmək mexanizmində insan istəmədiyi düşüncə və davranışları rədd etməklə kifayətlənmir, özünün bu düşüncə və davranışları qəbul edən qrupdan olmadığını nümayiş etdirir.Məsələn: Hər hansı bir dostundan nifrət edən bir insan ona, əksinə, daha çox sevgi nümayiş etdirir.
8. Geri çəkilmə:
İnsan keçmişdə özünü arxayın hiss etdiyi bir dövrə qayıdır. Məsələn: Yaşca böyük bir uşağın stresli olduğu bir dönəmdə yenidən yatağını islatmağa başlaması.
9. Sublimasiya:
Dağıdıcılığın arxasında yatan itici qüvvə.Məsələn: Bir gəncin içindəki dağıdıcılıq duyğularını futbol oynayaraq atması.

Yüklə 77,71 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin