İxtisas: Məktəbəqədər təhsil Qrup: mt-101 Fənn: Psixologiya Müəllim: Sevda Mansurova



Yüklə 77,71 Kb.
səhifə1/3
tarix05.05.2023
ölçüsü77,71 Kb.
#107842
  1   2   3
Psixoloji müdafiə


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Slavyan Universiteti



İxtisas: Məktəbəqədər təhsil
Qrup: MT-101
Fənn: Psixologiya
Müəllim: Sevda Mansurova
Tələbə: Günay Abdullazadə
Mövzu: Psixoloji müdafiə


BAKI-2023
Psixoloji müdafiə
Psixoloji müdafiə terminin adinda onun mənası da bu və ya digər dərəcədə öz əksini tapmışdır. Müdafiə hərbi, idman və s. sahələrdə geniş tətbiq olunur. Müdafiə həm də psixoloji xarakter daşıya bilər: bu cəhəti ifadə etmək üçün alimlər «psixoloji müdafiə» söz birləşməsindən istifadə etdilər.
Psixoloji müdafiənin geniş yayılmış formalarından biri iddia səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır. Lakin dəqiq müəyyən edilmişdir ki, psixoloji müdafiəni təkcə iddia səviyyəsinin aşağı düşməsi ilə məhdudlaşdırmaq olmaz. Psixoloji müdafiə xüsusi təminedici sistem kimi özünü göstərir. Bir çox hallarda insan situasiyani sadəcə olaraq dəyişə bilmir: İnsanın vəziyyətini təsəvvür edoə bilirsinizmi? O, bu şəraitdə nə etməli idi? Müəyyən edilmişdir ki, «Мәn - obraz» üçün təhlükəli olan şəraiti, hiss və həyəcanları neytrallaşdırmaq zərurəti mey­dana çıxdıqda, şəxsiyyət psixoloji yollarla özünümüdafiə etməyə başlayır.
О, bir halda özünə təsəlli verir və ya haqq qazandırır, öz səhvlərini etiraf edir və ya şəri özgənin üstünə atır, başqa bir halda hadisələri rasionallaşdırır, «Ağzı ətə çatmır, deyir ki, iy verir.», üçüncü bir halda, özünəməxsus motivləri, əməlləri, əlamətləri və xassəlori başqasının adına çıxır («Adımı sənə qoyum, səni yana-уаnа qoyum»), özünü sadəcə olaraq rastlaşdığı adamlarla eyniləşdirir (identifikasiya) və yaxud onu ələ salmaq, dolamaq məqsədilə sözlərin mənasını dəyişir, «sözün doğrusunu zarafatla deyir», bəzən isə nəyi isə, kimi isə inkar edir.
Frustratsiya şəraitində psixoloji müdafiənin xarakteri dəyişir. İnsan belə hallarda adətən müxtəlif çətinliklərlə rastlaşır, onu aradan qaldıra bilmir, özünün düşdüyü bu vəziyyətə görə kimisə günahkar sayır, kimisə hədələyir («görsün onun başına nə oyun açacağam»), bu və ya digər adama qarşı kobudluq etməyə, ona düşməncəsinə yanaşmağa başlayır. Bir çox hallarda isə o, öz rəqibini təxəyyülündə canlandırır və «ürəyindən tikan çıxana qədər ondan intiqam alır. Bəzən isə frustratsiya şəraitində insan özünə qarşı aqressiv münasibət bəsləyir: özünü döyür, paltarını cırır və s.
Qeyd etmək lazimdir ki, psixoloji müdafiə heç də həmişə adekvat formalarda ifadə olunmur. Biz elə hallara rast gəlirik ki, insan ya psixoloji müdafiənin formalarından düzgün istifadə etmir, ya da özünü qeyri-adi şəkildə müdafiə edir, bu zaman onun davranışında nevrotik və bızi başqa simptomlar müşahidə olunur. Bu isə təsadüfi deyildir. Psixoloji müdafiənin məzmunu və forması insanin sosi­al yetkinliyi ilə bilavasitə əlaqədardır.
Beləliklə, aydın olur ki, insan psixoloji müdafiə vasitəsilə, bir tərəfdən, özünün davranış və rəftarını, digər tərəfdən isə qarşılıqlı münasibətlərini tənzim edir. Bu, psixoloji müdafiənin əsas funksiyasıdır. Onun mahiyyətini də ancaq bu baximdan təhlil etmək la­zimdir. Z. Freyd psixoloji müdafıəni də biolojiləşdirirdi. О, psixo­loji müdafiənin mahiyyətini əslindəo insanin şüursuz instinktləri ilə izah edirdi.
Ziqmund Freydin fikrincə, insanda əsas iki instinkt var ki, bunlardan da biri cinsəllik, digəri isə təzyiqdir (şiddət).Hər iki instinkt doyum axtarışındadır, lakin ətrafdakıların fikri, "mentalitet" və s. kimi amillər bu doyumun təmin olunmasına mane olduqda, insanda mudafiə mexanizmi özünü biruzə verir. Mexanizm insanın öz istəklərini cəmiyyət tərəfindən qəbul olunacaq "şəklə salmağa" xidmət edir.
Keçək mexanizmlərin izahatına:

Yüklə 77,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin