İxtisas: Muhasibat uçotu Qrup: 579 Tələbə:Ələkbərova Aycan Fənn:İkt-baza komputer bilikleri



Yüklə 312,91 Kb.
səhifə2/6
tarix19.05.2022
ölçüsü312,91 Kb.
#58735
1   2   3   4   5   6
AYCAN-İKT

LINUX- UNİX-ə texniki mənada bənzəyən redaktə qabiliyyətli, açıq kodlu, sərbəst paylanan, müstəqil bir əməliyyat sistemidir. Linux hər hansı bir kompüter sistemində problemsiz işləmə qabiliyyətinə malikdir. Linux adətən iş stansiyalarında istifadə olunsa da onu səxsi kompüterdə də istifadə edənlər çoxluq təşkil edir. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayımladığı bir mesajda Linus Torvalds işlədilib. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb. Əslində Linux əməliyyat sistemi nüvəsidir. Linux-un əsl adı GNU/Linux-dur. Deyilməsi rahat olduğundan hamı GNU/Linux yox, məhz Linux kimi təfəffüz edir. Linux superkompüterlərdə, masaüstü kompüterlərdə,dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s. kimi bütün platformalarda işləyir. Dünyanın 10 ən sürətli superkompüterində Linux istifadə olunur.
LINUX-in versiyaları:
Linux əvvəllər Unixin müstəqil yayılan versiyası kimi işlənmişdir. 1991-ci ildə Helsinki universitetinin tələbəsi Linus Torvalds Linuxun ilk versiyasını təqdim edir. O, Linuxu Minix ƏS-nin əsasında yaratmışdır. Minix – Unixin fərdi kompüterlər üçün yaradılmış məhdud analoqudur. Linus Torvalds Linux haqqında ilk məlumatı 1991-ci il avqustun 25-də dünyaya çatdırdı. 1991-ci ilin oktyabrında Linux 0.02 versiyası yarandı. 1992-ci ilin martında ilk “demək olar ki, səhvsiz” versiyanın buraxılmasından sonra dünyanın əksər proqramçıları bu əməliyyat sisteminin üzərində işləməyəbaşladılar və Linux əməliyyat sistemi inkişaf etməyə başladı.
MACINTOSH - personal kompüterlər istehsal edən Apple Computer İnc. şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Macintosh qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır. Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır. Macintosh seriyalı kompüterlər Apple şirkətinin öz məhsulu olan Mac OS əməliyyat sistemindən istifadə edirlər. İlk qrafik interfeysə malik olan sistemdir.
Mac-ın versiyaları:
Mac OS X 2002-ci ildə satışa çıxarıldı. Mac OS X Unix üzərində yaradıldığı üçün çox stabil və təhlükəsizdir. 2009-cu ildə Mac OS X-in versiyası Snow Leopard satışa çıxarıldı. 2015-ci ildə Mac OS X-in son versiyası olan El Capitano satışa çıxarıldı.


Yüklə 312,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin