İxtisas: Sənayenin təşkili və idarə olunması Kurs: II qrup: 919s Tələbə: Həsənov Sevər Fənn: İctimaiyyətlə əlaqələr


İctimaiyyətlə əlaqələrdə asudə vaxtdan səmərəli istifadənin əhəmiyyəti



Yüklə 420,5 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü420,5 Kb.
#42596
1   2   3   4   5   6
1İctimaiyyətlə əlaqələrdə ənənəvi ünsiyyət formaları və onların cəmiyyətdə rolu

2. İctimaiyyətlə əlaqələrdə asudə vaxtdan səmərəli istifadənin əhəmiyyəti
“İctimaiyyətlə əlaqələr” elmi əsasən insanların sosial-mədəni problemlərinin həlli ilə məşğul olduğuna görə, bütün mədəni-əyləncəli fəaliyyət və asudə vaxt sahəsi məhz müəyyən iqtisadi əsaslar zəminində proqramlaşdırılır. Yəni, “İctimaiyyətlə əlaqələr” elmi insanların işdən sonrakı vaxtlarının mənalandırılmasına, hər bir fərdin özü üçün bu vaxtın daha səmərəli istifadə olunmasına xidmət etməyin vasitələri haqqında fıkir yürüdür, yeni konsepsiyalar hazırlayır və onları ictimai həyata tətbiq edir. Bu da bir həqiqətdir ki, müasir dövrdə ictimai münasibətlər insanların mədəni həyatına güclü təsir göstərmək və onların asudə vaxt balanslarını daha səmərəli şəkildə tənzimləmək, müxtəlif fəaliyyət istiqamətləri üzrə bölüşdürmək imkanına malikdir. Məhz bu baxımdan cəmiyyət elmlərindən biri kimi “İctımaiyyətlə əlaqələr” insan və şəxsiyyət amilini ön plana çəkir, hər bir fərdin mənəvi həyatını asudə vaxt sferasında daha çox zənginləşdirmək funksiyasını yerinə yetirir. Bu prosesdə mənəvihəyatın müxtəlif sahələrində fəaliyyət göstərən dövlət təşkilatları, ictimai-sosial institutlar və eyni zamanda ayrıayrı şəxsiyyətlər ictimaiyyətlə əlaqələrin əsas subyektlərinə çevrilirlər. Qeyd edək ki, hazırda asudə vaxtın təşkili elmi problem olmaqla yanaşı, həm də ictimai, siyasi problemdir. Bu problem bütün dünyada qloballaşdırılmışdır. Öz vətəndaşının sağlamlığının qayğısına qalan, onun istedad və bacarığının inkişafını istəyən hər bir dövlət asudə vaxtı insan mənəviyyatını cəmiyyətə uyğunlaşdıran, onu mənən kamilləşdirən vaxt sərvəti kimi qiymətləndirir. Təbii ki, asudə vaxt sərvətindən ictimaiyyətlə əlaqələrin tədqiqat və fəaliyyət obyekti olan mədəniyyət müəssisələrində daha geniş istifadə olunur. Bu müəssisələrdə insan amili daima diqqət mərkəzində dayanır və asudə vaxtın məzmunlu və səmərəli keçirilməsi üçün sistemli iş aparılır. Öncə cəmiyyətin ayrı-ayrı təbəqələrinin intellektual dərəcəsi, maddi təminat səviyyəsi öyrənilir. Bundan sonra mənəvi tələbat araşdırılır, hər bir fərdin yaradıcılıq meylləri, ünsiyyətə girmək maraqları öyrənilir, pedaqoji, psixoloji təhlillər və sistemləşdirmələr aparılır. Asudə vaxt büdcəsi fiziki, əqli, sosial, estetik və başqa istiqamətlərə yönəldilir. Çünki asudə vaxt ümumi vaxtın işdən azad məqamlarını əhatə edir və həmin müddətdə insanların mənəvi və fıziki məşğuliyyətləri kulturoloqlar tərəfindən qruplaşdırılır. Eyni zamanda fıziki, psixi və intellektual qüvvələrin bərpa olunması, onların sosial şərtlərinin müəyyənləşdirilməsi amilləri elmi əsaslarla təhlil olunur, proqramlaşdırılır. “İctimaiyyətlə əlaqələr”elmi həm də asudə vaxtın sosial problemini üç əsas cəhət üzrə müəyyənləşdirir:

Birinci cəhət, asudə vaxt reallığı yaradan konkret ictimai və şəxsi şəraitin mövcudluğudur. Bu şərait tarixiictimai və fərdi-bioqrafik xarakter daşıyır. Yəni hər iki vəziyyətdə asudə vaxtın miqdarı ictimai-siyasi mühitdən, fərdin həyat mövqeyindən asılı olaraq az və ya çox ola bilər. Bu vəziyyət asudə vaxtın qeyri-ahəngdar olduğunu təsdiqləyir və ondan məqsədli şəkildə istifadə olunmasını çətinləşdirir. Daha dəqiq desək, ağır həyat tərzi çox zaman asudə vaxtı sıxışdırıb onu minimum həddə qədər azaldır. İnkişaf etmiş ictimai quruluşdakı həyat təızi isə asudə vaxt müddətinin artmasına sosial zəmin yaradır. Lakin, buna baxmayaraq hər bir ictimai mühitdə insanları asudə vaxt ərzində konkret məqsədlər üçün fəallaşdırmaq mümkündür. Bunun üçün hər bir fərdin istəyini, mənəvi maraqlarını müəyyənləşdirmək lazım gəlir. Məhz asudə vaxtın qeyri-ahəngdar olmasına görə ictimaiyyətlə əlaqələr əhalinin müxtəlif sosial kateqoriyalara bölündüyünü nəzərə alır və hər bir sosial qrupun tələbatını ödəmək üçün mövcud vəziyyət və şəraitə uyğun gələn yeni stimullar axtarıb tapır. İkinci cəhət, mədəniyyətin məkan sisteminə, bu məkanın rəngarəngliyinə və müvafiq şəraitinə aiddir. Məlumdur ki, mədəniyyət müəssisələri hər bir fərdə marağını, istedadını formalaşdırmaq, yaradıcılıq potensialının inkişaf etdirmək imkanı verir. Mühit nə qədər mədənidirsə imkanlar diapazonu bir o qədər genişdir. Belə şəraitdə mənəvi meyarlar da rəngarəngdir. Bunları nəzərə alaraq “İctimaiyyətlə əlaqələr” mədəniyyət müəssisələrinin optimal modelini işləyib hazırlayır, onlarda insanların asudə vaxtlarının səmərəli keçməsi üçün rasional və empirik bilgilər toplusu yaradır. . Üçüncü cəhət, mədəni asudə vaxtdan istfadə edilməsinə şəxsiyyətin fərdi münasibətindən ibarətdir. Yəni, hər bir fərdin öz seçim müstəqilliyi vardır. Fərdi seçim ümumi tərbiyə prosesinə uyğun gələ də, gəlməyə də bilər. Məhz bu məsələdə xüsusilə çoxlu mənəvi-estetik, psixoloji problemlər mövcuddur. Bəllidir ki, mədəni mühitdə yaşayıb bilavasitə mədəni sərvətlərin əhatəsində olmaq məhdud və fəaliyyətsiz insan kimi qalmaq, öz asudə vaxtından israfçılıqla istifadə etmək də mümkündür. “İctimaiyyətlə əlaqələr” elminin apardığı tədqiqatların nəticələrinə görə məhdud fəaliyyət insanları mədəniyyət müəssisələrindən uzaqlaşdırır və onların asudə vaxtlarından məqsədyönlü şəkildə istifadə olunmasını çətinləşdirir. Lakin bu hal fərdin mənəvi həyatının intensivliyinə nəzərə çarpan dərəcədə təsir göstərə bilmir. Aparılan təcrübələr və eksperimentlər göstərir ki, adamların əməli fəaliyyəti nə qədər az planlaşdırılıbsa və ya rəsmiləşdirilibsə onda pedaqoji baxımdan təsir göstərmək də bir o qədər çətin olur. Məsələn, müasir bazar iqtisadiyyatı şəraitində, işsizlər istisna olunmaqla, demək olar ki, adamların bütün fəaliyyətləri iqtisadi stimullar üzərində planlaşdırılıb. Hər bir fərd öz vaxtını daha çox iqtisadi maraqlara həsr etməyə çalışır. Mövcud olan ictimai proses insanların asudə vaxt büdcəsini azaldır, onların istirahət və əyləncəyə, harmonik mədəni inkişafa yönələn vaxtlarını məhdudlaşdırır. Təbii ki, belə bir vəziyyətdə mədəni asudə vaxtın təşkili çətinləşir və ictimaiyyətlə əlaqələr məkanında problemlər baş verir. İndiki şəraitdə mədəni inkişafa ideoloji baxımdan da heç bir təsir yoxdur. Buna görə də, adamların mədəni sərvətlərə yiyələnmək marağı əsasən


Yüklə 420,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin