İxtisas: Sənayenin təşkili və idarə olunması Kurs: II qrup: 919s Tələbə: Həsənov Sevər Fənn: İctimaiyyətlə əlaqələr


Tarixi-ənənəvi ünsiyyət formaları və onların sosial-kulturoloji mahiyyəti



Yüklə 420,5 Kb.
səhifə4/6
tarix02.01.2022
ölçüsü420,5 Kb.
#42596
1   2   3   4   5   6
1İctimaiyyətlə əlaqələrdə ənənəvi ünsiyyət formaları və onların cəmiyyətdə rolu

3. Tarixi-ənənəvi ünsiyyət formaları və onların sosial-kulturoloji mahiyyəti

İnsan öz varlığının elə ilk günündən başlayaraq təbiətlə daima canlı ünsiyyətdə olmuş, təbiət onun evi, yaşamaq üçün qida mənbəyi olmuşdur. Lakin illər keçdikcə, insanlar təbiətin isti və soyuğunu dərk etməklə bərabər, təbiətin flora və faunasından da istifadənin səmərəli yolla- rını müəyyən etmiş, mənəvi keyfiyyətləri və əxlaqi dəyərləri qoruyaraq, nəsildən-nəslə ötürülməsinə müvəffəq olmuşlar. Əlbəttə ki, bu onların bilavasitə həyat və məişət, yaşayış və davranış tərzinin nisbətən yaxşı olması zərurətindən irəli gəlirdi. Ona görə də, insanlar yaşadıqları ərazinin flora və faunasından qidalanmaqla bərabər, onlardan həm də faydalanmaq vasitəsi kimi də istifadə edirdilər. Beləliklə də, insanlarda təbiətin flora və faunasına qayğı, təbiətə isə “övlad” münasibəti yaranmağa başladı. Doğrudur, bəzən təbiət “çılğınlıq” göstərmiş, insanların başına olmazın sayda müsibətlər və fəlakətlər gətirmişdir. Fırtınalar, leysanlar, daşqınlar, zəlzələlər, insanların illərlə, böyük zəhmətlər bahasına yaratdıqları maddi və mənəvi mədəniyyəti dağıtmış, yerlə yeksan etmiş, minlərlə insan həyatına qəsd etmişdir. Lakin təbiətin bütün fəlakətləri insanı dəhşətə gətirib qorxutsa da, insanlar təbiətdən ayrı düşməmiş, yenə də təbiətə pənah gətirmiş onun şıltaqlıqlarına dözməli olmuşlar. İllər keçdikcə insanın təbiət gözəlliklərinə olan meyli artmış, təbiətlə qarşılıqlı ünsiyyət yaradaraq öz həyat və məişətini daha yeni məzmunda qurmağa çalışmışdır. Məhz elə buna görə də, ictimai varlıq hesab edilən insan canlı təbiətin şah əsəri, dünyanın əşrəfi, yaranışların tacı olmuşdur. Dil xalqın ən böyük sərvətidir. Dil...hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil xalqın ən qiymətli neməti, tükənməz mədəniyyət xəzinəsidir. Tarix təsdiq edir ki, hər bir xalq öz istiqlaliyyət və azadlığını qorumaq üçün ana dilindən istifadə edir. Dil şəxsiyyətin qabiliyyət və ağıl dərəcəsini göstərən əsas və başlıca meyar hesab edilir. Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də xalqın bütün çoxəsrlik mənəvi həyatının ən dolğun və ən düzgün tarix, cəmiyyətin mübarizə və inkişaf vasitəsidir. O, xalqın tarixi qədər qədim köklərə malikdir. Belə ki, hər bir xalq öz dili ilə tanınır və ümumbəşər mədəniyyətinə daxil olur. Bu halda əvvəl hər bir şəxs öz ana dilinə daha dərindən yiyələnməli, mədəniyyəti, tarixi, adət-ənənələri mükəmməl şəkildə bilməli və sonradan bunu dil vasitəsi ilə tamam başqa yadelli adətənənələrə, mədəniyyətə sahib olan xalqlara tanıtdırmalıdır. Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Belə ki, ən qədim insanlar ilk zamanlar sürü halında yaşayırdılar. Onlar sərbəst danışa bilmədiyi üçün qırıq-qırıq səslər çıxarmaqla bir-biri ilə ünsiyyət yaradırdılar. Təhlükə zamanı isə onlar qorxu bildirən səslər çıxararaq, bir-birini xəbərdar edir və ya köməyə çağırırdılar. Daha sonralar üst paleolit dövründə danışıq mədəniyyəti yəni, səsli nitq meydana gəldi. Səsli nitq ilk vaxtlar ibtidai insanların yaratdığı və tələffuz etdiyi ilk sözlərdən, təsərrüfat həyatı ilə bağlı tək-tək sadə ifadələrdən ibarət olmuşdur. Tədricən belə ifadələrin birləşməsindən nisbətən mürəkkəb fikri ifadə edən danışıq ünsiyyət vasitəsi yaranmışdır. Lakin zaman keçdikcə ictimai tarixi hadisə olan dil ictimai hadisələrlə qarşılıqlı şəkildə inkişaf edərək zənginləşə-zənginləşə bir ictimai iqtisadi formasiyadan digər bir ictimai formasiyaya keçə bilmişdir. Nəticədə xalqın milli şüuru, mədəni səviyyəsi inkişaf etmiş və onun dili də mənsub olduğu xalqın həyatı ilə bağlı olaraq təkmilləşərək formalaşmışdır. Belə ki, insanın təkamül prosesi, eyni zamanda . onun ünsiyyət mədəniyyətindən də bilavasitə asılı olmuşdur. Ünsiyyət mədəniyyəti bu və ya digər formada ictimai şüurun başqa sahələrinə də təsir etmiş, dünyagörüşünün, yaradıcılıq vərdişlərinin, əxlaqi cəhətlərin, davranış normalarının, ictimai mühiti əhatə edən bütün amillərin hərəkət və inkişaf rüşeyminə çevrilmişdir. İnsan təbiət və cəmiyyətdəki hadisələrlə daha yaxın və emosional ünsiyyət yaratdıqca onun baxışları və zövqü də müəyyən istiqamətdə formalaşır, onu yeniləşməyə doğru çəkib aparırdı. Bəllidir ki, ünsiyyət həmişə duyğular vasitəsilə müşayiət olunur. Duyğularımız isə, müşayiət olunan obyektin xassələri haqqında bilgilər yaradır. Bu isə obyektin xassələrini öyrənməyə, ona bu və ya digər formada təsir göstərməyə yardımçı olur. Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi kimi yalnız müəyyən şəraitdə − insan cəmiyyətində yaranır və fəaliyyət göstərir. Buna görə də dil insan cəmiyyətində meydana gəldiyi üçün ictimai hadisə sayılır. Dilin varlığı üçün isə, bəşər cəmiyyətinin olması ən başlıca şərt hesab edilir. İnsan cəmiyyəti olmayan yerdə isə, dil heç vaxt mövcud ola bilməz. Böyük rus tənqidçisi V.Q.Belinskinin təbirincə desək, “cəmiyyətdə hadisə insana hökm etmir, əksinə olaraq insan hər bir hadisəyə hökm edir”.48 Dil ünsiyyət vasitəsi kimi yalnız insana məxsusdur. Dil mənsub olduğu xalqın mədəni həyatı ilə, düşüncə və təfəkkürü ilə sıx şəkildə bağlıdır. Hər hansı bir xalqın mədəni kulturoloji səviyyəsi əgər inkişaf edirsə, deməli onun dili də qarşılıqlı əlaqədə inkişaf edib təkmilləşir. Dil orqanizmdə ikinci siqnal sisteminin nəticəsidir ki, bu da canlılardan ancaq insana aiddir. Həzrəti Əlinin dil haqqında dediyi kəlam daha əhəmiyyətlidir: “İnsan öz dilinin altında gizlənmişdir. Danışmağa başlayandan sonra onun ağıllı və ya ağılsız olduğu bilinir.” Azərbaycan dili özünün lüğət ehtiyatı zənginliyi, ifadə büllurluğu və məzmun gözəlliyi ilə dünya dillərinin yarış meydanına cəsarətlə gedə bilər. Bu baxımdan hər hansı bir xalqı, milləti başqa xalqlara tanıtdıran və sevdirən məhz onun öz doğma ana dilidir. Bizim də varlığımız məhz elə öz dilimizin varlığı və saflığı ilə bağlıdır. Bu bağlılığı möhkəmləndirmək, özümüzü bir sivil xalq kimi dünyada yaşatmaq və tanıtmaq istəyiriksə, dilimizi möhkəm qorumalı və hərtərəfli inkişaf etdirməliyik. Dilimizin ahəngdar arxitektonikasından, ayarlı musiqisindən, elastik quruluşundan vəcdə gələn, “Azərbaycan dili, Şərqin fransız dilidir” - deyən M.Y.Lermontov öz fikrini belə ifadə etmişdir: “Mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum. Azərbaycan dilini öyrənməyə başladım. Həmin dil burada və ümumiyyətlə Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri bir dildir”. Dil hər bir xalqın varlığının təzahürü, onun milli, mənəvi sərvətidir. İnsanın təkamülündə ana dilinin rolu misilsizdir. Dünyanın müxtəlif yerlərində yaşayan xalqlar üçün dil faktoru millətin tarixi mədəniyyətinin və digər özunəməxsus xüsusiyyətlərinin vahid bir kompleks halında birləşdiyi unikal hadisə kimi səciyyələndirilir. Dilin universal xarakterə malik olduğunu təsdiqləyən əsas əlamətlərdən biri də odur ki, o istənilən xalq və ya etnos üçün ən ümdə fərqlənmə etalonu kimi qəbul edilir. Belə ki, insan kimliyini, soykökünü ilk növbədə məhz dil vasitəsilə tapır və dərk edir. Mütəxəssislər dilə müxtəlif cür tərif verirlər. “Fəlsəfə lüğəti”ndə dilin ən ümumiləşdirilmiş tərifı belə ifadə edilmişdir: “Dil − insanın fəaliyyət prosesində idrak və kommunikasiya (ünsiyyət) fiınksiyalarını yerinə yetirən istənilən fiziki təbiətli işarələr sistemidir”. Dilin əsasını, onun spesifikasının mahiyyətini qrammatik quruluşu və əsas lüğət fondu təşkil edir. Sözlər, cümlələr və onlardan təşkil edilmiş mətnlər dilin struktur vahidləridir. Bu gün dünyada 2500-dən çox müxtəlif təbii dil və çoxsaylı süni dillər, məsələn, proqramlaşdırma dilləri və ya 1887-ci ildə varşavalı həkim Lüdviq Zamenqof tərəfindən yaradılmış esperanto dili mövcuddur. Türklərin ən böyük dilçisi XI yüzillikdə yaşamış Mahmud Kaşğarı türk dilinin öyrənilməsini dövlətin ən vacib məsələlərindən biri hesab edirdi. O, 1072-1074-cü ildə ərəbcə yazdığı, “Divani-luğətit-türk” əsərini Həzrəti Peyğəmbərin kəlamı ilə başlayaraq demişdir: “Türk dilini öyrənin, onların uzun sürən hakimiyyəti vardır. Mənim böyük bir ordum vardır, ona türk adını verdim”. Dil çox mühüm mədəniyyət fenomenidir. Dilsiz mədəniyyət yoxdur. Mədəniyyət dildə mövcuddur, dil isə mədəniyyətin mövcudluq üsuludur. Mədəniyyətlər dillərin köməyilə bəşəriyyətə məlum olur. Konstitusiyamızın (1995-ci il noyabrın 12-si) 21-ci maddəsində yazılır: “Azərbaycan Respubhkasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respubhkası Azərbaycan dilinin inkişafını təmin edir” Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Respublikası gənclərinin I Forumunda demişdir: “Öz . dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər heç vaxt vətəninə, xalqına ögey münasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər.

Yüklə 420,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin