İxtisas: Sosial İş Kurs: I qrup: 823 Fənn: Sosiologiya Mövzu


SOSİAL MOBİLLİYİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ



Yüklə 40,85 Kb.
səhifə2/3
tarix27.12.2023
ölçüsü40,85 Kb.
#199096
növüReferat
1   2   3
Elminaz Sosiologiya

2. SOSİAL MOBİLLİYİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Sosial mobilliyin 2 əsas tipi vardır: üfüqi və şaquli.Üfüqi sosial mobillik və ya yerdəyişmə fərdin, yaxud qrupun bir sosial strukturdan statusu (sosiıl mövqeyi) itirmədən başqasına keçməsi deməkdir. Üfüqi mobili iyə nümunə işçinin bir firmadan başqasına eyni vəzifəyə keçməsini gö-stərmək olar.Şaquli sosial mobillik fərdin və ya sosial qrupun (təbəqənin, sinfin) ictimai ierarxiyanm bir səviyyəsindən başqasına keçməsini göstərir.Yerdəyişmənin istiqamətindən asılı olaraq şaquli sosial mobilliyin iki tipini ayırd etmək olar : yüksələn və enən. Öz növbəsində, yüksələn mobillik iki əsas formada olur: 1) fərdin ierarxiyanm aşağı səviyyəsindən daha yüksək səviyyəsinə nüfuz etməsi - fərdi yüksələn mobillik; 2) fərdlərin yeni qrup yaratması və bütün qrupun sosial strukturun daha yüksək səviyyəsinə nüfuz etməsi - qrup halında yüksələn mobillik.Buna müvafiq olaraq enən mobilliyin də iki forması vardır: 1) fərdin daha yüksək sosial mövqedən onun əvvəllər mənsub olduğu qrupu dağıtmadan daha aşağı səviyyəyə enməsi - fərdi enən mobillikdir; 2) müəyyən bir qrupun birliyinin dağılması və onun başqa qrupların fonunda rütbəsinin enməsi qrup halında enən mobillikdir.Nəzəri cəhətdən şaquli sosial mobilliyi sıfra bərabər olan stratifikasiyalı cəmiyyət mövcud ola bilər. Bu o deməkdir ki, belə cəmiyyətin daxilində yüksəlmə və enmə yoxdur; bu cəmiyyət üzvlərinin heç bir yerdəyişməsi mövcud deyildir aparılmır, hər bir fərd doğulduğu sosial təbəqəyə həmişəlik təhkim edilib. Belə cəmiyyətdə bir təbəqəni o birindən ayıran hüdud tamamilə müdaxilə edilməzdir. Onlarda hər hansı təbəqə nümayəndələrinin digərinə keçə biləcəyi heç bir imkan yoxdur. Belə cəmiyyəti tam qapalı cəmiyyət kimi müəyyən etmək olar.Daxili strukturun nəzəri cəhətdən əks tipi şaquli mobilliyin olduqca intensiv və ümumi xarakter daşıyan tipidir. Burada bir pillədən digərinə keçmə imkanları böyükdür. Adamlar eyni bir «sosial pillədə» uzun müddət dayanmadan «yuxarı və aşağı» hərəkət edirlər. Bu tip cəmiyyəti açıq cəmiyyət kimi müəyyən etmək olar. Cəmiyyətin hər iki tipi - qapalı və açıq elmi abstraksiya, ideal modeldir: müxtəlif tarixi dövrlərdə real surətdə olan raövcud cəmiyyətdə şaquli mobilliyin intensivliyi və ümumiliyi dəyişir. Belə ki, Qədim Hindistanda kastalar quruluşu qapalı cəmiyyət, Fransa isə sosial inqilablar dövründə açıq cəmiyyət tipinə daha yaxındır.Şaquli mobillik cəmiyyətdə müəyyən dərəcədə mövcud olduğuna görə ictimai ierarxiyanın səviyyələri arasında fərdələrin bir təbəqədən başqasına yuxarı və ya aşağı yerdəyişməsinin yollan olmalıdır. Sosiologiyada onlar «sosial mobillik kanalları» adlanır. Bu, insanın ictimai ierarxiyada öz vəziyyətini dəyişdirdiyi sosial institutlar və təşkilatlardır. Sosial mobilliyin əksər cəmiyyətlərdə mövcud olan ən mühüm kanalları ordu, kilsə, məktəb, siyasi, iqtisadi, mədəni və həmkarlar təşkilatlan, ailə və nigahdır. Şübhəsiz ki, bu kanallardan başqa ayrı yollar da vardır, lakin onlar az əhəmiyyətlidir.

Yüklə 40,85 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin