İxtisas: Sosial İş Kurs: I qrup: 823 Fənn: Sosiologiya Mövzu


SOSİAL MOBİLLİYİN İNKİŞAF KANALLARI



Yüklə 40,85 Kb.
səhifə3/3
tarix27.12.2023
ölçüsü40,85 Kb.
#199096
növüReferat
1   2   3
Elminaz Sosiologiya

3. SOSİAL MOBİLLİYİN İNKİŞAF KANALLARI
Yeni sosial vəziyyətə çatmış fərdin gəliri daha yüksək mənsəbli sosial təbəqənin nümayəndələri ilə bərabərləşdikdə sadəcə pul qazanıb çoxlu pul xərcləməsi kifayət deyildir. Yeni vəziyyətin dərəcəsini qavramaq məqsədilə bu dərəcəyə uyğun yeni maddi ölçü təyin etməlidir. Yüksək vəziyyətə uyğun ev, kitab, avtomobil, televizor və s. olmalıdır. Maddi məişət mədəniyyəti yüksək vəziyyət dərəcəsinə qoşulmaq üçün əhəmiyyətli vasitələrdən biri olsa da, mədəniyyətin başqa komponentləri ilə uyğun gəlməməsi nəticəsində həmin vasitə öz əhəmiyyətini itirir. Mobillikdə şaquli istiqamət götürən şəxsin daha yük-sək statuslu sosial-sinfı təbəqəyə daxil olması mütləq həmin təbəqənin davranışını özündə əks etdirməlidir. Məsələn, əməliyyat müvəkkili bölmə rəisi keçdikdə yeni şəraitə uyğun dəyişməlidir və s. Bir sıra hallarda nikah sosial mobillik üçün mühüm inkişaf kanallarından biridir. Belə ki, nikah həmişə sosial mobillik zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasına köməklik göstərir. Birincisi, maddi imkan fərdin şəxsi bacarığını göstərməsi üçün yaxşı imkanlar yaradır. İkincisi, fərdə bir çox vəziyyətləri maneəsiz irəliləməyə imkan yaranır. Üçüncüsü, yüksək statuslu təbəqənin nümayəndəsi ilə nikahda olmaq həmin təbəqənin mədəniyyətini tez öyrənmək problemlərini həll edir. Belə nikahlar adətən, bir çox cəmiyyətlərdə insanlara sosial maneələri dəf etməkdə böyük imkan verir və onların elit təbəqəyə keçməsini şərtləndirir. Əgər fərd tez bir zamanda yeni sosial vəziyyətin mədəniyyətini öyrənə bilmirsə, onda bu nikah ona mobil olmaqda heç bir köməklik göstərə bilməyəcəkdir. Çünki belə olan halda yuxarı mənsəbli təbəqənin nümayəndələri onu «özününkü» [145 - 146] hesab etməyəcəklər.İstənilən müasir demokratik cəmiyyətdə sosial mobillik imkanının olması əhəmiyyətlidir, lazımdır və mədəniyyətin ayrılmaz hissəsidir. Qapalı sinifli cəmiyyətlər sosial qrupların istedadlı insanlarına sosial həyatda daha fəal iştirak etmək imkanı vermir. Yüksək statuslu sosial mobillik yalnız mürəkkəb strukturlu cəmiyyətlərdə əhəmiyyətli və münasibdir.Cəmiyyətin mobil sürətinin dəyişməsi aydındır ki, liderdən təkcə mexaniki olaraq müəyyən qaydaların yerinə yetirilməsini tələb etmir. Bundan başqa texniki nailiyyətlər əldə etmək məqsədilə cəmiyyətdə çoxlu sayda yüksək ziyalı, ali təhsil almış peşəkar ekspertlərin olması lazımdır. Belə cəmiyyətlər lazımi yerlərdə «beyinsiz» keçinə bilməzlər. Buradan aydındır ki, açıq sinfi sistem müasir cəmiyyət üçün zəruridir. Lakin açıq sistemin mobilliyi ona daxil olan bəzi fərdlər üçün arzuolunmaz nəticələr verə bilər.


NƏTİCƏ
Aydın olur ki,bir çox insanlar şaquli mobilliyə meyllidirlər və valideynlərindən fərqli olaraq onlar daha yüksək sosial vəziyyətə nail olurlar. Məsələn, əgər fərdin valideynləri fəhlə sinfinə mənsubdurlarsa, o isə ziyalı təbəqəsinə daxil olmuşdursa, onda fərd ilə valideynlər müxtəlif mədəniyyət səviyyələrində çalışmalı olurlar. Fərd valideynləri ilə söhbətdə bir sıra hallarda ümumi mövzu tapmaqda çətinlik çəkir; ətrafdakı hadisələrə müxtəlif nöqteyi-nəzərdən yanaşmaları onları bir-birindən xeyli uzaqlaşdırır. Uşaqlarının yuxarı qalxması üçün çalışmış valideynlər başa düşürlər ki, onlar arasında mənəvi ayrılıq yaranmışdır.Mobilliyin deqradasiyası fərdlər üçün daha pis nəticələr verə bilər. Bu zaman fərd öz dostlarını, yaxın qohumlarını itirə bilir, onun ailəsi dağıla bilir və s.

ƏDƏBİYYAT SİYAHISI
1. Сорокин П. А. Человек, Цивилизация, Общество, Мockвa, 1992.
2. V.İsmayılov "Sosial mobillik demokratik cəmiyyətin göstəricisidir"Bakı 2016
3. Ağayev T.B., Vahidov F.Q. Sosiologiya. Dərs vəsaiti. Bakı, 2008


Yüklə 40,85 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin