İxtisas: Tarix Qrup: 127 t kurs: Fənn: Tarixi tədqiqat metodları Müəllim: Nurlan Nəsirov



Yüklə 228,83 Kb.
səhifə3/3
tarix01.01.2022
ölçüsü228,83 Kb.
#50469
1   2   3
Nəzrin.Tarixi tədqiqat metodları

Tarixi faktlar


Tarixdə mürəkkəb faktların mövcudluğu tədqiqat prosesində onların düşünülmüş şəkildə seçilməsi prosesini doğurur. Söhbət faktlar toplusu içərisindən elə keyfiyyət müəyyənliyi seçməkdən gedir ki, həmin müəyyənlik bütün faktlar toplusunu təmsil etmiş olsun. Bu baxımdan qırılmaz, dinamik tarixi prosesləri əks etdirən mürəkkəb tarixi faktların əksi mühüm əhəmiyyət kəsb edir. Məs., sənaye çevrilişinin tarixdə necə böyük rol oynadığı hamıya bəllidir. Əslində bu çevriliş kapitalist istehsal üsulunun bərqərar olması və kapitalizmin genezisi probleminin başa çatması demək idi. Lakin bu prosesin hətta nisbi zaman sərhədlərinin müəyyən edilməsi belə olduqca çətin problemdir.

Tarixi faktların zaman-məkan, əşya-məzmun və qarşılıqlıəlaqə münsibətlərinə görə rəngarəngliyi mövcuddur. İstənilən tarixi fakt digər faktlarla qarşılıqlı əlaqə zəncirinə malikdir. Məhz buna görə əslində dəyişilməz olan hər bir fərdi tarixi fakt digər faktlarla əlaqədə müxtəlif məna kəsb edir, onları tədqiq edən tarixçilər tərəfindən müxtəlif cür mənalandırılır və izah olunur. Beləliklə, tarixi faktların əsl mahiyyəti və onların müasirlər tərəfindən anlanılması və qiymətləndirilməsi çox zaman üst-üstə düşmür. İctimai faktlarla təbiət faktlarının arasında olan fərqlərə gəldikdə isə qeyd etmək lazımdır ki, empirik məktəbin nümaynədələri onları eyniləşdirir, subyektivistlər isə qarşıqarşıya qoyurlar. Əslində bu iki növ faktın nə eyniləşdirilməsi, nə də qarşı-qarşıya qoyulması düzgün deyil.

Tarixi faktları araşdırarkən qarşıya çıxan mühüm problemlərdən biri də tarixi mənbələrdə əks olunmuş faktların obyektiv gerçəkliyə uyğunluğu məsələsidir. Problem bu faktların obyektivliyinin yoxlanılması mümkünlüyü, tarixi mənbələrin informasiya potensialının müəyyənləşdirilməsi, onda olan gizli informasiyanın qeydə alınması və s. ilə bağlıdır.

Müasir elmi tədqiqatlarda fəlsəfi metodların ən geniş tətbiq olunanları arasında metafizika və dialektik materializmi qeyd etmək olar. Lakin elmi tədqiqatların müvəffəqiyyətlə başa çatdırılması üçün ümumelmi və konkret elmi metodların tətbiqi zəruridir. Keçən əsrin əvvəllərində tarix elmində formalaşmış istiqamətlərdən olan dialektik materializm tarixi tədqiqatlarda imkan daxilində həm klassik, həm də qeyri-ənənəvi metodların istifadəsinin vacibliyi və zəruriliyini vurğuladı.

Tarixi faktların növləri. Tarixi fakta dialektik maetrialist baxış pozitivizm və subyketivizm konsepsiyalarından fərqli olaraq, daha mükəmməldir. Bu konsepsiya bütün tarixi faktları üç tipə bölür:

1) tarixi gerçəkliyin faktları;

2) tarixi mənbələrin faktları;

3) elmitarixi faktlar

Dialektik konsepsiyaya görə tarixi gerçəkliyin faktları həm mənbənin yaradıcısına, həm də tarixçiyə münasibətdə obyektivdir və onların faktlar haqqında fikirlərindən asılı olmayaraq, mövcuddurlar. Onlar dəyişməz, yəni invariant və sayagəlməzdirlər.

Tarixi mənbələrin faktları tarixi gerçəkliyin faktlarının mənbənin yaradıcısı tərəfindən təsviri və ya əksidir. Hər bir əksolunma prosesin nəticəsi kimi bu faktlar subyektivdir, çünki onu əks etdirən şəxsin zehni, təfəkkürü, və maraqları süzgəcindən keçərək, əks olunublar. Lakin bitmiş, tamamlanmış bir proses olaraq, bu faktlar da dəyişməz və invariantdırlar.

Tarixi faktların üçüncü tipi olan elmi-tarixi faktlar gerçəkliyin faktlarının mənbə faktları əsasında tarixçi tərəfindən bərpası və ya əksidir. Göründüyü kimi burada gerçəkliyin faktlarının ikiqat subyektivləşdirilməsi baş verir. Birinci dəfə gerçəklik mənbə yaradıcısı tərəfindən subyektivləşdirilir. İkinci dəfə isə tarixçi artıq subyektivləşdirilmiş gerçəkliyin, yəni faktların interpretasiyası ilə əldə etdiyi nəticəni təqdim edərək, tarixi gerçəkliyi subyektivləşdirmiş olur. Məhz bu baxımdan elmi-tarixi faktlar tamamlanmamış, inkişaf edən və dəyişkən faktlar hesab edilir.

Elm inkişaf etdikcə problemlərin mənbə bazası genişlənir, mənbələrin informasiya vermə qabiliyyəti artır və mənbələrin təhlili metodu təkmilləşir. Bu isə öz növbəsində faktlarındəyişməsinə, onların daha dolğun və mükəmməl olmasına gətirib çıxarır.



Tarixi gerçəkliyin faktlarından danışarkən, onları sadə və mürəkkəb olmaqla iki qrupa bölmək olar. Pozitivistlərin fikrincə tarixdə yalnız tək və sadə faktlar mövcuddur. Subyektiv konsepsiya da faktın sırf fərdi mövcudluğunu qəbul edir. Dialektik məktəbin fikrincə tarixi gerçəklikdə müxtəlif xarakterli faktlar mövcuddur. Rus alimi M.A.Barqın fikrincə “tarixi gerçəkliyin özü müxtəlif mürəkkəbliyə, məkana, dərinliyə malik faktlar düyünüdür.”

Ədəbiyyat siyahısı


  1. Ş.Məmmədova- Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş

  2. https://rsrub.ru/az/calculation/referat-metody-istoricheskogo-issledovaniya-obshchestvoznanie.html

  3. https://coppershop.ru/az/nuzhno-znat/referat-metody-istoricheskogo-issledovaniya-metody.html

  4. https://coppershop.ru/az/nuzhno-znat/referat-metody-istoricheskogo-issledovaniya-metody.html






Yüklə 228,83 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin