İxtisas: Tətbiqi geodeziya Fənnin adı: Tətbiqi fotoqrammetriya Qrup: M478a



Yüklə 451,86 Kb.
səhifə4/4
tarix16.11.2019
ölçüsü451,86 Kb.
#29592
1   2   3   4
Rəqəmli elektron xəritələrin tərtibində fotoqrammetrik üsullardan istifadə


GİS-də layların təşkili

Bu zaman coğrafi obyektlərin generasiyası və atribut məlumatların ötürülməsi baş verir.

Seçilmiş obyektlər üçün GİS-də semantik verilənlərin daxil etmək qabiliyyətini vektorlu nöqtəli, sahəvi, xətti obyektlərin modelləri təmin edir.

GİS-in xüsusi alətlərindən istifadə edərək, atributlar əsasında tematik kartoqramları qurmaq, qruplar, saylar, kateqoriyalar üzrə verilənləri təsnifatlaşdırmağa və ərazini təhli etmək olar.

Ərazinin təhlili relyefin vizuallaşdırılması və qurulması zamanı rahat və əlverişlidir.

Fotoşəkli plana çevirmək, ortofotoplanı hazırlamaq, topoqrafik xəritənin əslini hazırlamaq və digər məsələləri həll etmək üçün, bir çox nöqtənin koordinatlarını və yüksəkliklərini – koordinatların, parallaksların və sonrakı məkan koordinat hesablamalarını təyin etmək tələb olunan ərazinin relyefi haqqında məlumatlar vacibdir. Fotoşəkillərin analoq və analitik stereofotoqrammetrik cihazların köməyi ilə emalı zamanı məhs bu həll yolundan istifadə olunur. Rəqəmsal təsvirlərin analitik üsulla emalın istifadəsilə həyata keçirilmiş, texnoloji proseslərin avtomatlaşdırılması, yuxarıda adı çəkilən məsələlərin həlli üçün riyazi modelləşdirilməyə əsaslanan, daha ümumi bir yanaşmanın istifadəsini tələb edir.

Belə yanaşmanın həyata keçirilməsi, emal olunan ərazi modelinin, əsasən relyef modelinin yaradılmasını tələb edir.
Relyefin rəqəmsal modelinin təqdim etmə üsulları
Məlumdur ki, topoqrafik səth ümumi halda analoji formada təqdim olunduğu kimi, rəqəmsal formada da təqdim oluna bilər. Birinci halda, səthi horizontallar və yuma üsulu ilə təsviri nəzərdə tutulur, ikinci halda isə, müəyyən bir qaydada sıralanmış nöqtələrin koordinatlar siyahısı şəklində nəzərdə tutulur.

Bunlara əsaslanaraq, “relyefin rəqəmsal modeli” anlayışını vermək olar:



Relyefin rəqəmsal modeli (RRM) – üzərində yerləşən nöqtələr birləşməsini plan koordinatları əsasında, onların qarşılıqlı əlaqəsi, həm də modelləşdirmə sahəsinə mənsub, ixtiyari nöqtələr yüksəkliyinin təyini üsulu vasitəsilə, yer səthinin riyazi təsvirini təmsil edir.

Hal – hazırda nöqtələrin qəbul edilmiş yerləşmə sxemindən və riyazi modelin növündən asılı olaraq, istifadə olunan relyefin rəqəmsal modelinin qurulmasını şərti olaraq, iki qrupa bölmək olar:



I qrup – polinomlar, əyri xətlər, korrelyasiya funksiyaları və s. vasitəsilə hündürlüklərin qeyri – xətti interpolyasiyasına əsaslanan, istifadə olunan funksiyanın növü, çıxış məntəqələrin seçilməsi ilə fərqlənən üsulları birləşdirir.

İstifadə olunan riyazi modelin parametrlərini çıxış nöqtələrindən hesablayırlar, daha sonra isə, modelləşdirmə sahəsindəki müstəqil nöqtələr yüksəkliklərinin plan koordinatları əsasında, interpolyasiyası üçün istifadə edirlər.



Polinom üsulları – modelləşdirilən səthin görünüşünü ikinci və ya, üçüncü dərəcə polinom şəklində ehtiva edir:
Ai = Zi = a0 + a1 Xi + a2 Yi + a3 XiYi + a4 + a5 +... .
Polinomun məchul əmsalını tapmaq üçün, hər istinad nöqtəsinə məchul kimi a0....a5 polinom əmsalları qəbul edilən, xətaların tarazlaşdırılmasını təşkil edirlər. Məchullar üçün əmsalları tənliyinə əsasən, koordinat funksiyaları kimi təyin edirlər, lakin məlumları istinad nöqtələrin nişanları arasındakı fərq və məchulların ilkin qiymətində, onların hesablanmış qiyməti kimi təyin edirlər. Alınmış sistemi ardıcıl yanaşmalarla həll edirlər. Onların hər birində məchulları [pv2] =min şərti daxilində, ən kiçik kvadratlar üsulu ilə tapırlar. Bu üsulla tapılan a0....a5 əmsalları tənliyinə uyğun olaraq, modelləşdirmə sahəsində ixtiyari nöqtələr yüksəkliyinin interpolyasiyası üçün istifadə edirlər.

Hissə - hissə polinom üsulu modelləşdirmə sahəsinin hissələrə bölünməsini, hər sahə üçün öz kiçik polinom növünün seçilməsi və kiçik polinomların keçid tarazlaşdırmaları vasitəsilə, növbəti əlaqəsini ehtiva edir. Bütün hallarda approksimləşmiş və mövcud səthlərin yüksəklik nöqtələrinin uyğunsuzluqların kvadratlar cəmininin minimum şərti daxilində həllini ən kiçik kvadratlar üsulu ilə tapılan, yenidən təyin sistemlər əmələgəlir.

Eyni xüsusiyyətli həllər Furye sırasının (sferik harmonikalar üzrə parçalanmalar), müxtəlif növ splaynların (kublu, bikublu və s.) istifadəsinə əsaslanan üsullardan istifadə edirlər.



II qrup – elementləri ya müəyyən qaydada sıralanmış xətlər, ya da çoxbucaqlıların səthləri olan, həndəsi sıralanmış modelin qurulmasına əsaslanan üsulları cəmləşdirir.

İkinci halda səth həndəsi olaraq, düz fiqurların (üçbucaqların, dörtbucaqlıların və s.) təpələrində nöqtələrlə verilir. Fərziyyəyə əsasən, onlarla məhdudlaşan səth, eyni və oxşar mailliyə malikdir.



Üsullar arasındakı fərq, çıxış nöqtələrin yerləşmə vəziyyətinin sxemi və onların qarşılıqlı əlaqəsinin xüsusiyyəti ilə bağlıdır ( şəkillərdə modellər relyef təsvirinə horizontallarla tətbiq olunub).

Relyefin TİN modeli DEM modeli

struktur modeli

Ərazinin struktur modeli relyefin səciyyəvi nöqtələrində yerləşən – su hövzələrində, talveqlərdə, kiçik ektremum nöqtələrində nöqtələrlə ehtiva olunur. Belə model, nöqtələrin az sayı ilə səthi daha dəqiq əks etdirir, lakin onun istifadəsi çətindir.

Üçbucaqlar üzərində relyefin rəqəmsal modelinin ixtiyari forması səthi daha dəqiq təsvir edir . Belə model yustirlənməmiş adlanır və TİN model (Triangulated Irregular Network) və ya, yustirlənmiş şəbəkədə qurulmuş model kimi tanınır. Yeni nöqtələrin yüksəkliyini təyin etmək üçün TİN modelin istifadəsi kifayət qədər əlverişli deyil. Çünki, bunun üçün nöqtənin məlum üçbucağa mənsubluğunu təyin etməkdən əlavə, təpə nöqtələri əsasında hündürlüklərin xətti interpolyasiyasını yerinə yetirmək lazımdır. Praktiki istifadə üçün, tərəfləri XY oxuna paralel olan, yustirlənmiş şəbəkədə qurulmuş modellərin istifadəsi daha rahatdır. Belə model yustirlənmiş adlanır və DEM model və ya, hündürlüklər matrisi kimi tanınır.

Bu model məlum nişanlarıyla nöqtələr üzərində yustirlənməmiş qurula bilməz, ona görə də onun alınması üçün ya polinomial üsullardan, ya da əvvəlcədən istinad nöqtələri əsasında yaradılmış digər modellərdən – TİN, horizontallar və s. istifadə olunur.



ƏDƏBİYYAT SİYAHISI

  1. Озорнина, Н. Н., Попов Ю. П. Использование электронного тахеометра для сбора данных при создании ГИС // NovaUm.Ru. – 2018. – №12.

  2. Попов Ю. П., Белый А. В. Особенности разработки территориальной схемы обращения с отходами на основе региональной ГИС // Вузовская наука – региону. – Вологда: Вологодский государственный университет, 2016. – с. 117-119.

  3. Завгородняя Д. В. Преимущества аэрофотосъемки над наземными видами съемки // EUROPEAN RESEARCH Сборник статей XII Международной научно-практической конференции. – Пенза: Наука и Просвещение (ИП Гуляев Г.Ю.) , 2017. – с. 291-293.

  4. Гуляев Д. И. Использование открытых ГИС и Web-ГИС для экологического мониторинга // Экология и безопасность жизнедеятельности. Сборник статей XVII Международной научно-практической конференции. – Пенза: Пензенский государственный аграрный университет, 2017. – с. 42-44.




Yüklə 451,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin