Ixtisas: tspx kurs: II fənn: Orfoqrafiya və orfoepiynın əsasları



Yüklə 335 Kb.
səhifə10/22
tarix20.06.2023
ölçüsü335 Kb.
#132986
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
Orfoqrafiya-və-Orfoepiyanın-əsasları-TSPX-2-kurs

Ixtisas: TSPX

  • Kurs: II

  • Fənn: Orfoqrafiya və orfoepiynın əsasları

  • Mövzu: 8. Böyük və kiçik hərflərin orfoqrafik mahiyyəti.

  • Ədəbiyyat siyahısı:

    1.N.Abdullayev. Ədəbi tələffüz təliminin metodikası Bakı-1966.
    2.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi tələffüzü haqqında, Bakı-1969.
    3.Ə.Dəmirçizadə.Müasir Azərbaycan dili, Bakı, 2007.
    4.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.Bakı 2003.
    Əlavə:
    1.Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı, 2005.
    2.Şəhla Fətəliyeva. Orfoqrafiya və orfoepiyanın təlimindən praktik məşğələ (Dərs vəsaiti). Naxçıvan.2016
    3.A.M.Ağalarov, S.Z.Həsənova. F.İ.Cəfərova. Ana dilindən praktik məşğələ (dərs vəsaiti). Naxçıvan. 2014.
    Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com

    Dünya yazılarının hamısında hərflərin böyük forması yoxdur. Buna görə də bəzi sözlər eyni hərflərlə, yəni hərfin kiçik forması ilə yazılır. məs: gürcü yazısında böyük hərf olmadığından, hətta xüsusi isimlər də kiçik yazılır. Azərbaycan yazısında hərflərin həm kiçik, həm də böyük forması işlənir. Yazımızda sözlərin baş hərflərinin böyük yazılması heç də formal xarakter daşımayıb müəyyən vəzifəyə malikdir. Xüsusi ilə böyük hərflərdən semantik əsasda istifadə olunması bu və ya başqa omonim sözlərin fərqləndirilməsinə xidmət edir;


    Məs: Qacar-başım ildırım töksə də fələk,
    Qanlı qılıncla hökm edəm gərək
    Qacar-Tutaq ki İldırım, Teymur, Çingiz xan
    Hamısı mənəmmiş, nə olsun sonu?
    (S.Vurğun)
    Müasir Azərbaycan yazısında aşağıdakı hallarda sözün ilk hərfi böyük yazılır.
    Mətnin və ya abzasın əvvəlində.
    Misraların əvvəlində Mənzum əsərlərdə misraların əvvəlində gələn sözün ilk hərfi böyük yazılır:
    Payız ömrümüzün xəzan çağıdır.
    Bu çağın özünün gözəlliyi var.
    Şeirin formasından asılı olaraq bəzən misraların birinci hərfi böyük yazılmır.
    Durğu işarələrindən sonra
    Nöqtə işarəsindən sonra
    Sual işarəsindən sonra

    Çox nöqtədən sonra. Çox nöqtədən sonra gələn szün birinci tərəfi böyük yazılır.
    Çox nöqtədən sonra sözün birinci hərfi hər yerdə böyük yazılmır. Əgər nöqtə cümlənin ortasında işlənirsə, onda çox nöqtədən sonrakı söz kiçik hərflə yazılır.
    Xüsusi şəxs adları və təxəllüslər.
    Xüsusi astronomik adlar.
    Xüsusi coğrafi adlar. Bunlar iki cür yazılır:

    • İki sözdən ibarət olan mürəkkəb coğrafi adlarda ikinci söz coğrafi adı bildirirsə, onda hər iki sözün birinci hərfi böyük yazılır: Yaxın Şərq, Şimali Amerika və s.

    • İki sözdən ibarət olan mürəkkəb coğrafi adların tərkibində olan okean, ada, dəniz və s. sözlərin baş hərfi kiçik yazılır: Saki okean.

    Küçə, prospekt və meydan adları. Bu zaman birinci hərfi böyük yazılır. Belə adların tərkibində olan küçə, meydan sözləri kiçik yazılır. Vaqif küçəsi, Gənclər meydanı və s.
    Tarixi hadisə və sülalə adları.
    Tarixi sənədlərin və yazılı abidələrin adları.
    Tarixi gün adları. Bu zaman birinci hərf sözün ilk hərfi böyük yazılır.
    Dövlət, respublika və vilayət adları. Bu zaman bütün sözlərin baş hərfi böyük yazılır.
    Təşkilat, idarə və müəssisə adları. İlk hərfləri böyük yazılır. Belə mürəkkəb adlarda köməkçi söz işlənərsə, həmin söz kiçik hərflə yazılır: Nəsimi adına Dilçilik İnstitutu.
    Vəzifə və fəxri adlar.
    Dırnaqda göstərilən adlar.

  • 1   ...   6   7   8   9   10   11   12   13   ...   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin