İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə23/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
1   ...   19   20   21   22   23   24   25   26   ...   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

DİZARTRİYA VƏ ONUN KORREKSİYASI.

Plan:

1.Dizartriya haqqında məlumat.

2.Dizartiyanın korreksiyası.

1. Dizartriya haqqında məlumat. Dizartriya nitq aparatının kifayət qədər sinir toxumaları ilə təmin edilməməsi ilə şərtlənən,nitqin tələffüz tərəfinin pozulmasıdır.Dizartriya latın sözü olub “diz”əlamət və funksiyaların pozulması,”artryia” isə parçalanma sözlərindən əmələ gəlmişdir.Dizartriya zamanı əsas əlamətlərdən biri mərkəzi və periferik sinir sisteminin üzvi zədələnməsi ilə əlaqədar nitqin tələffüz tərəfinin pozulmasıdır. Dizartriya zamanı səs yaratma mexanizmi -nitqin ritm, sürət və intonasiyaların pozulması müşahidə olunur. Dizartriya zamanı səs tələffüzünün pozulması müxtəlif səviyyədə özünü göstərir.Bu əsasən sinir sisteminin zədələnməsinin ağırlıq dərəcəsindən,xarakterindən asılı olaraq özünü göstərir.Sinir sisteminin yüngül zədələnməsi zamanı ayrı-ayrı səslərin təhrif edilməsi,əvəzlənməsi və ya buraxılması müşahidə olunur.Yüngül formada nitqin sürəti ritmik modulasiya və ifadəliliyi müəyyən qüsurlara məruz qalır. Sinir sisteminin ağır zədələnməsi zamanı nitq hərəkət əzələlərinin tam iflici nəticəsində nitqi qeyri mümkün edir. Dizartriyalı nitq pozulmaları baş beyinin müxtəlif xəsarətləri zamanı müşahidə edilir Uşaqalrda dizartriya əsasən bətndaxili inkişafda gedən patoloji inkişaf səviyyəsində meydana çıxır.Qeyd etmək lazımdır ki, uşaq selifral iflici zamanı dizartriya daha çox özünü göstərir. Onun yaranma səbəblərindən biri doğuş travmasıdır.

Dizartriyanın potogenezi mərkəzi və periferik sinir sisteminin bətndaxili inkişaf mərhələsində müxtəlif ekzogen amillərin təsiri nəticəsində yaranan çatışmamazlıqlarla müəyyənləşdirilir.Bundan əlavə baş beyin şişləri,yoluxu xəstəliklər,sinir sistemi xəstəlikləri,irsi xəstəliklər dizartriyanın yaranma səbəblərindəndir.Dizartriyalı uşaqaları aşağıdakı şərti qruplara ayırırlar.



  1. Normal psixi –fiziki inkişaflı olan dizartriyalı uşaqlar.

  2. Selebral iflicli dizartriyalı uşaqlar.

  3. Oliqofren uşaqalrda dizartriya.

  4. Hidro sefliyalı uşaqlarda dizartriyaə

  5. Psixi inkişafı ləngiyaə uşaqalarda dizartriya.

Dizartriyanın əsas əlamətləri səs və tələffüz qüsurları və onlarla əlaqələnmiş artikulyasiya aparatının tələffüz pozulmalarıdır.Dizartriyanın bütün növlərində artikulyasıya aparatı pozulmuş olur.Belə hallarda əzələ tonusunun aşağı olması baş beyin zədələnməsi ilə sıx bağlıdır.Əzələ tonusunun pozulması artikulyasiya əzələlərinədə özünü müxtəlif cür göstərir. Spasfik əzələsi –dodaq,dil,üz və boyun əzələlərinin yüksək tonusudur. Əzələ tonusunun yüksəlməsi bəzən lokal xarakter daşıyır.Əzələlərin hamısı deyil bəzilərini əhatə edir.Dil əzələlərinin tonusu artarkən o daha çox ortaya dartılmış, dil arxası qalınlaşmış dil ucu isə normal vəziyyətdə olur.Dilin belə vəziyyəti yəni dil arxası gərginləşərək damağa doğru qalxması samit səslərin səslənməsində bir qədər yumşalır. Buna görədə əzələlərin spasfik vəziyyəti nitqin ümumi geriləməsinə gətirib çıxarır.Əzələlərin tonus çatışmamazlığından biri də hipotomiyadır. Hipotomiyada dil nazik, ağız boşluğu sərilmiş, dodaqlar süst və onların yumulma imkanları xeyli zəif olur.Hipotomiya zamanı artikulyasiya bir sıra xüsusiyyətlərə malik olur.Hava axını ağız boşluğundan deyil, burundan keçir.Ağız boşluğundan keçən hava isə xeyli zəif olur.

Qeyd etmək lazımdır ki, artikulyasiya əzələlərinin hərəkət pozulması səs tələffüzünü qüsurlu edir.Belə ki, dodaqların hərəkət məhdudluğu həm sait,həm də samit səslərin tələffüzünü çətinləşdirir.Xüsusilə də dodaqdəyən samitlər-p,m,b düzgün tələffüz olunmur.Dil hərəkət məhdudluğu əsasən dil altı siniri və çənə dil altı sinirinin innervasiyasının pozulması ilə əlaqədardır.Bunun nəticəsində həm sait,həm də samit səslər təhrif edilmiş tərzdə olur.



2.Dizartriyanın korreksiyası. Dizartriyalı uşaqların müayinəsi digər müayinə formalarından spesfikliyi ilə fərqlənir.Belə ki, müayinə zamanı uşaqaların həm nitqə hazırlıq dövrü, həm də nitq mərhələsi, uşaqaların yaş xüsusiyyətləri və ümumi mərhələsi müəyyən edilərək araşdırılır.Dizartriyanın ən erkən özünü göstərən formasını anadan olmuş uşaqda müəyyən etmək olar.Bu vaxt uşaq çıxırtısının zəifliyi və heç olmaması, sorma və udma reflekslərinin olmaması özünü göstərir.

Məlumdur ki,dizartriyalı uşaqların korreksiyası üçün mütləq onun intellektinin,sensor funksiyalarının və nitq inkişafının xüsusiyyətləri tam araşdırılmalıdır.Məhz bu araşdırmalar nəticəsində dizartriyanın düzgün korreksiya işini təşkil etmək olar.Dizartriya zamanı loqopedin təsir sistemi komleks xarakter daşıyır. Səs tələffüzünün korreksiyası səsin təhlil və tərkibinin formalaşması,nitqin leksik-qrammatik quruluşu və rabitəli ifadəsini özündə cəmləşdirir.Bununla yanaşı artikulyasiya gimnastikası və masajı, müalicəvi və sağlamlaşdırıcı idman,fizoterapiya və dərman müalicəsindən də istifadə olunur.Dizartriya zamanı loqopedik təsir bir neçə mərhələdə aparılır:




Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin