Taxilaliya tibbi yolla aradan qaldırılır,yəni dərman və fizoterapiya tədbirləri vasitəsilə.
Vaxtında təşkil edilmiş loqopedik məşğələ. Loqopedik məşğələ zamanı diqqətin,məntiqi fikrin,nitqin fasilə,ritm və melodik tərəfinin normallaşdırılması üzərində məqsədyönlü korreksiya işi aparılır.
Müalicəvi tibbi idman. Bu zaman uşaqların ümumi sağlamlığını artırmaq,möhkəmləndirmək üçün xüsusi gimnastik hərəkətlər edilir.
Loqopedik ritmika. Bu məşğələ musiqi sədası altında aparılaraq hərəkətlərin sürət və ritmini, nitqin normallaşdırılmasını təşkil etmək olar.
Korreksiya zamanı uşaqlarda aramla,hətta normadan aşağı sürətdə danışımaq tələb edilir. Belə nitq sürəti uşaqlarda çox çətin alındığından loqoped əlavə vasitələrdən istifadə edir.Yəni lazım olduqda uşaqlarda nitqin sürətini azaltmaq məqsədilə loqoped əl çalır, stola əlini vurur, dirijorluq edir.Uşaqlar sözləri,hecaları, söz birləşmələrini oyun zamanı əl çalmaqla, topu yerə atmaqla deyirlər. Bu vasitələr bütün məşğələ ərzində lazım olan sürəti saxlamağa imkan verir. Musiqili ritmika məşğələlərdə uşaqlar musiqi sədası altında nağıl danışır,ser söyləyir və addımlayırlar.Aparılan tədbirlər nəticəsində nitqin sürəti aşağı düşür.
Göstərmək lazımdır ki, taxilaliya zamanı çox vaxt nitqin ardıcıllğı və rabitəliliyi pozulur. Belə hallarda müəyyən bir hekayəni planlı şəkildə hissələrə bölüb,onun yenidən tətbiqi üzərində iş təşkil edir və ya loqoped əvvəlcə müəyyənləşdirilən bir fikri ortaya atıb onu genişləndirməyi uşaqlara tapşıra bilər.Məşğələ qurtardıqdan sonra uşaqların nitqinə azı bir il nəzarət etmək lazımdır.Əgər bu müddətdə uşağın nitqində pozğunluq lomazsa,deməli qüsur tamamilə aradan qaldırılır.
Dostları ilə paylaş: |