Ixtisaslaşdirilmiş TİBBİ yardim və onun təŞKİLİ. GİRİŞ. HÜCeyrəLƏr və toxumalar. HƏRƏKƏt-dayaq aparati,qan və Lİmfa sistemləRİ



Yüklə 27,38 Kb.
tarix29.12.2021
ölçüsü27,38 Kb.
#48542
9 vereq


IXTISASLAŞDIRILMIŞ TİBBİ YARDIM VƏ ONUN TƏŞKİLİ.GİRİŞ.HÜCEYRƏLƏR VƏ TOXUMALAR.HƏRƏKƏT-DAYAQ APARATI,QAN VƏ LİMFA SİSTEMLƏRİ

İxtisaslı tibbi yardımda məqsəd - mexaniki, termiki və qarışıq zədələnmələrin, ağırlaşmaların qarşısını almağa, daha inkişaf etmiş olan ağırlaşmalarla mübarizəyə yönəlmiş müdaxilələrin həyata keçirilməsi, habelə zədələnənlərin tezliklə sağalması və əlverişli funksional nəticələrin əldə edilməsi üçün mümkün olan yaxşı şəraitin yaradılmasıdır.

Ixtisaslaşdırılmış tibbi yardım mütəxəssis həkimlər tərəfindən xəstəxanalar bazasının müalicə müəssisələrində göstərilir.

Ixtisaslaşdırılmış tibbi yardım dəstələri MM səyyar idarələrindəndir. O xəstəxanalar və elmi - tədqiqat institutları hesabına yüksək keyfiyyətli ixtisaslaşdırılmış həkimlərlə təmin olunur. Bu dəstələrin əsas vəzifəsi zədələnmiş şəxslərə şəhərdənkənar zonada (tibbi köçürmənin ikinci mərhələsində) ixtisaslaşdırılmış tibbi yardım göstərməkdən ibarətdir. Bəzi hallarda ixtisaslaşdırılmış həkimlər ilk tibbi yardım dəstələrində də kömək göstərə bilərlər, ancaq bu kömək şəraitdən asılı olaraq ixtisaslaşdırılmış həkimlərin biliyini və bacarığını tam istifadə olunmasına imkan verməyəcək. Tibb dəstələri 8 - dən 14-ə qədər ixtisaslaşdırılmış briqadadan təşkil olunur. Bu briqadalar ixtisaslaşdırılmış həkimlərdən və orta tibb işçilərindən ibarətdir.

Ixtisaslaşdırılmış tibbi dəstəyə aşağıdakı briqadalar daxildir:

Növlərə ayıran;


2. Ümumi cərrahiyyə briqadası;
3. Travmatoloji briqadası;
4. Sinir cərrahi briqadası;
5. Döş - qarın cərrahiyyəsi briqadası;

6. Göz xəstəlikləri briqadası;

7. Çənə - üz briqadası;

8. Qulaq və burun, boğaz briqadası;

9. Daxili və yolxucu xəstəliklər briqadası;

10. Qanköçürmə briqadası;

11. Radioloji briqada.

Briqadalar xüsusi yeşiklərdə qablaşdırılmış, lazımi dərman və alətlərlə təchiz olunurlar


Tibbi səyyar müəssisələrdən başqa, MM tibb xidmətinə stasionar müəssisələr aiddir. Bu müəssisələr şəhər kənarı zonada yerləşdirilir.Zədələnmiş şəxslər ilk tibbi yardım məntəqəsində kömək aldıqdan sonra) ikinci mərhələyə xəstəxana bazasına köçürülür və burada sağalana qədər müalicə olunur

Tibbi köçürmənin ikinci mərhələsini təşkil edən xəstəxana bazasının müalicə müəssisələri birləşərək xəstəxana kollektoru təşkil edir.

Xəstəxanalar kollektoru - baş xəstəxananın və ya qruplaşdırma - köçürmə qospitalların rəhbərliyi altında işləyən bir qrup müxtəlif ixtisaslı və çox ixtisaslı xəstəxanalardan ibarətdir.Hər xəstəxana kollektoru 5-6 ixtisaslaşdırılmış xəstəxanadan təşkil olunur. Xəstəxana kollektoruna daxil edilmiş tibb müəssisələri adətən 1 kənd rayonunun ərazisində yerləşdirilir. Belə xəstəxanalar açmaq üçün rayon və sahə xəstəxanalarının binalarından əlavə digər binalarda (məktəb, klub, mehmanxana, pansionat binaları və s.) ayrılır.

Bu məqsəd üçün həmçinin tibb işçiləri, lazımi qədər tibb avadanlığı və əmlakı ayrılır. Vahid rəhbər orqana tabe olan bir neçə xəstəxana kollektoruna xəstəxana bazası deyilir.

Zədələnmiş şəxslərin əksər faizi kütləvi qırğın silahının ilk 2-3 günü ərzində xəstəxana bazasına daxil olur. Xəstəxana təklikdə ancaq bir tipli zədələnmiş şəxsləri qəbul edib müalicə aparır.
Yüngül yaralıları qəbul və müalicə etmək üçün hər bir xəstəxana kollektorundan yüngül yaralıların yığılması üçün məntəqə təşkil edilir.Hər xəstəxana kollektorundan baş xəstəxana ayrılır.

Baş xəstəxanalar və qruplaşdırma köçürmə qospitalları xəstəxana kollektoruna gətirilən yaralı və xəstələrin qəbul edilməsini, qruplaşdırılmasını və ixtisaslı xəstəxanalar üzrə bölüşdürülməsini təmin edir, onlara ixtisaslaşdırılmış tibbi yardım göstərilməsini, habelə ağır yaralıların xəstəxanalarda yerləşdirilməsini təşkil edir.

İxtisas xəstəxanalarında bura göndərilən yaralı və xəstələr qəbul olunur,qruplaşdırılır(zədələnmənin ağırlığına görə), yaranın və ya xəstəliyin xarakterinə habelə xəstəxananın ixtisasına müvafiq olaraq, onlara ixtisaslaşmış tibbi yardım göstərilir və onlar müalicə edilir

Bu vəzifələri yerinə yetirmək üçün xəstəxanalarda qəbul, növlərə ayırma şöbəsi, əsas müalicə şəbələri, yardımçı müalicə diaqnostika şöbələri açılır və xidmətçi bölmələr yaradılır. Xəstəxanaların: yanıq xəstəxanası - yanıq yarası almış xəstələr üçün, zəhərlənmə - daxili xəstəliklər xəstaxanası, şüa xəstəliyinə tutulan, zəhərli maddələrlə zədələnən, daxili xəstəlikləri olan xəstələr üçün, infeksion xəstəxana - yoluxucu xəstəliyə tutlmuş şəxslər üçün və s. kimi növləri ola bilər.

Konkret şəraitdən asılı olaraq ixtisaslaşdırılmış yardım müxtəlif həcmdə və hədd daxilində təşkil edilir. Belə ki, qospitallar, xəstəxanalar qrupu xəsarətə uğrayanlarla dolduğu dövrdə ixtisaslaşdırılmış yardım, minimum olaraq, ilk növbədə başdan, boyundan və onurğadan yaralananları, budu və qonşu oynaqları zədələnmiş yaralılar əhatə edir.

Xəstəxanalar qrupu tibbi köçürmə sistemindən sonra ixtisaslaşdırılmış yardım xəstəxanaların şöbələrinin və yardım xəstəxanaların profilləndirilməsi və həmin xəstəxana qrupu daxilində xəsarətə uğrayanların təkrar köçürülməsi hesabına olaraq daha tam inkişafını tapır. Əksər xəsarətə uğrayanlar axını çox böyük olmazsa hələ başlanğıcdan xəstəxanaların ixtisaslaşdırılması geniş miqyasda həyata keçirilir.

Canlı orqanizm mikroskopik quruluşa malik çoxlu kiçik hissəciklərdən - hüceyrələrdən və hüceyrə quruluşuna malik olmayan canlı maddədən təşkil olunmuşdur. İlk dəfə 1665-ci ildə ingilis alimi Robert Huk mikroskopun böyümə dərəcəsini təkmilləşdirmək üzərində işləyərkən, nazik mantar qatına mikroskopla baxdıqda onun çoxlu hüceyrələrdən ibarət olduğunu müşahidə etmiş və bunlara "hüceyrə"adını vermişdir.
XVIII əsrdə Levenhuk və Malpigi ilk dəfə mikroskopda eritrositləri, eninəzolaqlı əzələləri, dilin quruluşunu və billuru müşahidə etmişdir.

XIX əsrdə isə Şvann canlı orqanizmin hüceyrələrdən təşkil olunduğunu kəşf etmişdir.


Sonralar hüceyrə nəzəriyyəsi bir sıra alimlər tərəfindən inkişaf etdirilir. Belə ki, çex alimi Purkinye sümük hüceyrələrini, ürəkdə xüsusi lifləri (Purkinye lifləri) və yumurta sarısında rüşeym qovuqcuğunu (rüşeymin ilk fazasını) kəşf edir və bir sıra toxuma və orqanların mikroskopik quruluşunu təsvir edir.

Sübut olunmuşdur ki, orqanizm sadəcə hüceyrələrin yekunu olmayıb hüceyrə və hüceyrəli quruluşa malik olmayan elementlərdən əmələ gəlmiş canlı sistemdir. Hər bir hüceyrə tam orqanizmə, tam orqanizm isə hər bir hüceyrəyə, toxumaya və orqana təsir göstərir.

Müasir hüceyrə nəzəriyyəsinə görə hüceyrə canlı maddənin bir hissəsi olub kiçik hissəcikdir. Orqanizmdə hüceyrədən başqa hüceyrə quruluşuna malik olmayan canlı maddə də var. Bu canlı məddəyə sinsiti, simplastlar və bir də hüceyrəarası və ya ara maddə aiddir.
XIX əsrdə heyvan orqanizmində cinsi hüceyrələrin olduğu da kəşf olundu. Bununla da sübut olundu ki, bütün orqanizm öz inkişafını müəyyən cinsi hüceyrələrdən başlayır.

Orqanizmin yaşayış şəraiti, irsiyyət və dəyişkənlik qanunları bir-biri ilə sıx əlaqədardır. Canlı orqanizm onu əhatə edən mühitdən asılı olaraq dəyişir. Lakin dəyişkənlik nəticəsində əmələ gəlmiş yeni əlamətlər möhkəmlənərək nəsildən nəslə keçir ki, bu da irsiyyəti təşkil edir. 


Təbiətdə eyni tipli hüceyrələr çoxdur, onlar öz formalarına və xarici görünüşlərinə görə və daxili quruluşlarına görə bir-birindən fərqlənirlər.

Hüceyrələr 3 hissədən ibarətdir:


1. Sitoplazma
2. Nüvə
3. Qılaf
Qılaf hüceyrəni xaricdən əhatə edən membran pərdədir. Membran külli miqdarda məsaməciklərdən ibarətdir ki, bunların vasitəsilə də maddələri udur. Bərk maddələrin udulması faqositoz, duru maddələrin udulması isə sitoz adlanır.

Hüceyrə özü mürəkkəb kimyəvi tərkibə malikdir. Onun tərkibinə üzvi və qeyri-üzvi maddələr daxildir. Üzvi maddələrə zülallar, yağlar və karbohidratlar aiddir. Qeyri-üzvi maddələrə isə mineral duzlar və su aiddir. Hüceyrənin tərkibinə atmosferdə olan bütün elementlər daxildir. İnsanın bədən çəkisinin 96%-ni 4 element təşkil edir: oksigen, hidrogen, karbon və azot; 3-4%-ni isə kalsi, fosfor, kalium, kükürd və az miqdarda maqnezium və marqanes daxildir.

Hüceyrənin çox hissəsini su təşkil edir. Hüceyrədə hər saniyə həyat prosesinin getməsi susuz mümkün deyildir. Su bütün kimyəvi maddələrin yaxşı həlledicisidir, hüceyrədə baş verən bütün kimyəvi reaksiyaların getməsi üçün su vacibdir. İnsan orqanizminin çox hissəsi sudan ibarətdir. Böyük adamların bədən çəkisinin 60%-i, uşaqlarda isə 70%-i sudan təşkil olunmuşdur. Məsələn, qan 92% sudan, 8-10% isə bərk maddələrdən ibarətdir.

Əgər canlı orqanizm 20% su itirərsə, ölüm baş verər, insan 48-50 gün ac qala bilər, susuz isə bir neçə sutka qala bilər. 


Hüceyrənin tərkibində yuxarıda qeyd etdiyimiz kimi zülallar, yağlar və karbohidratlar vardır.
Hüceyrənin 75%-ni zülallar təşkil edir.

Zülal həyat davamçısı hesab edilir. Zülalın molekulları çox böyük olur, ona görə də orqanizmdə amin turşularına qədər parçalanır və amin turşuları şəklində mənimsənilir. Amin turşularının həyatda 20-yə qədər növünə rast gəlinir. Bu turşular müxtəlif hüceyrələrdə müxtəlif cür olur: məsələn, eyni anadan doğulmuş uşaqlar zülal tərkibi etibarı ilə eyni deyildir, hətta zülal tərkibinə görə öz analarından belə fərqlənirlər.

Zülallar protein adlanır, yunan sözü olub, protos - birinci, əsas mənasındadır, yəni orqanizmin əsası deməkdir. 
2) Zülallar orqanizmdə bütün hərəkət proseslərinin icrasında iştirak edir.
3) Müdafiə funksiyası daşıyır
4) Zülal orqanizmdə ötürücü nəqliyyat vəzifəsini yerinə yetirir
5) Zülal orqanizmdə qurulma məhsuludur.
Zülallar sadə və mürəkkəb olur.

Karbohidratlar - orqanizmdə enerji mənbəyi hesab olunur. Karbohidratların (mono- və polisaxaridlərin) yanmasından orqanizmdə çoxlu istilik ayrılır.

Yağlar isə orqanizmdə enerji mənbəyi, qurulma materialı kimi, həm də müdafiə reaksiyasında iştirak edir.

Qılaf hüceyrəyə müəyyən forma verir. Bitki hüceyrəsinin qılafı sellüloz maddəsindən təşkil olunduğu üçün aydın görünür.

Heyvani hüceyrənin qılafı isə zərif olduğu üçün ancaq elektron mikroskopla görünməsi mümkündür, heyvani hüceyrənin qılafı 3 qatdan ibarətdir. Bunlardan ikisi tünd rəngli olub kənarda, üçüncü isə şəffaf olub ortada yerləşmişdir. Orqanizmdə elə hüceyrələr vardır ki, təkamüllə əlaqədar olaraq qılafları olmur, məsələn, ağ qan cisimcikləri - leykositlərin qılafı yoxdur.

Protoplazma tərkib etibarı ilə üzvi və qeyri-üzvi maddələrdən ibarətdir. Üzvi maddələrdən zülallar amin turşuları şəklindədir. Ümumiyyətlə, protoplazma yarımmaye olub tərkibcə 90% sudan, zülallardan, yağlardan, karbohidratlardan, lipoidlərdən və duzlardan ibarətdir. Canlı sitoplazmanın əsas xassələri onun dəyişilməsi, daim hərəkətdə olması, qıcıqlanması, böyüməsi və törəməsidir.

Protoplazmanın tərkibində müvəqqəti hissəciklər və onun əsas həyat proseslərində iştirak edən törəmələri - orqanoidlər vardır.
Orqanoidlərə xondrosomlar, Holci tor aparatı, hüceyrə mərkəzi - sentrosoma və s. aiddir.
Xondrosomlar yaxud mitoxondrilər lipoidlərlə zəngin çöplər şəklində törəmələr olub somatik hüceyrələrdə təsadüf olunur və sərbəst hərəkətlidir. Xondrosomlar hüceyrədə maddələr mübadiləsində iştirak edir.

Holci tor aparatı qalın atmalar torundan ibarət olub sinir hüceyrələrində bütün nüvəni əhatə edir. Holci tor aparatı hüceyrənin ən mühüm quruluş hissəciklərindəndir. 


Hüceyrə mərkəzi yaxud sentrosoma mərkəzdə yerləşən 1-2 dənəcikdən - sentrioldan ibarət olub hüceyrənin mitoz bölünməsində iştirak edir.

Nüvə hüceyrənin əsas tərkib hissəsini təşkil edir və kürəvi, oval, bəzən də nalabənzər və s. formasında olur. Nüvə hüceyrənin bölünməsində iştirak edən ən əsas hissədir. İnsan və heyvanların qırmızı qan hüceyrələrindən başqa bütün hüceyrələrin nüvəsi var. Hüceyrənin nüvəsi 1931-ci ildə ingilis alimiBraun tərəfindən öyrənilmişdir. Nüvə protoplazmadan iki - daxili və xarici nüvə pərdəsi vasitəsilə ayrılır.

Nüvə pərdəsində çox kiçik məsaməciklər yerləşmişdir ki, buradan da zülal, nuklein, amin turşuları asanlıqla sitoplazma və nüvəyə keçir.
Nüvənin tərkibində nazik sap şəkilndə törəmələr ayırd edilir ki, bunlardan zəif boyananlar axromatin maddə, yaxşı boyananlar xromatin maddə adlanır. Xromatin maddə hüceyrənin böyüməsində iştirak edir.

Hüceyrənin çoxalması iki üsulla gedir:


1. Sadə və ya düz bölünmə, yaxud amitoz
2. mürəkkəb bölünmə, yaxud mitoz

Sadə bölünmədə nüvə və sitoplazma sadəcə olaraq iki yerə bölünür. 


İnsan orqanizmində ən çox mürəkkəb mitoz bölünməyə təsadüf olunur.
Mitoz bölünmə zamanı hüceyrə bölünməmişdən əvvəl onun sitoplazma və nüvəsində müəyyən dəyişikliklər gedir. Bu dəyişikliklər 4 fazaya bölünür:

  1. profaza,

  2. metafaza,

  3. anafaza,

  4. telofaza.

1-ci fazada nüvə qişasını itirir, böyüyərək şişməyə başlayır və xromatinlə zənginləşir, xromatin maddəsi qarışıq saplardan ibarət yumaqcıq əmələ gətirir, sonra xromatin sapları xromosomlara bölünür.

Profaza zamanı xromosomların spiral şəklində yığılması baş verir, qısa və qalın olur. Nüvə və nüvəciyin pərdəsi həll olur və bu proses 30 dəqiqədən 60 dəqiqəyədək davam edir.

İkinci fazada metafaza zamanı xromosomların spirallaşma dövrü qurtarır. Bu onların 25 dəfə qısalmasına səbəb olur və 2 dəqiqədən 6 dəqiqəyədək davam edir. 
Üçüncü fazada - anafaza zamanı əmələ gələn xromosomlar öz qütblərinə çəkilir və bu proses 3 dəqiqədən 15 dəqiqəyədək davam edir.

Dördüncü fazada - telofaza zamanı xromosomlr bir-birinə yaxınlaşır və bir-birinə bitişir, görünməz olur. Nüvənin ətrafında qişa və daxilində nüvəcik meydana çıxır və protoplazma tamamilə iki hissəyə bölünür. Beləliklə də, hər bir hüceyrə iki hüceyrəyə bölünmüş olur. Bu proses 30 dəqiqədən 60 dəqiqəyədək davam edir.

Ümumiyyətlə, mitoz bölünmə 1-2 saat davam edir. Mitozun ən böyük əhəmiyyəti ondadır ki, nüvədə qalmış irsi xüsusiyyətlər qanunauyğun bölünür. Çoxalma sayəsində yer üzündə nəsildən-nəslə həyat fasiləsiz olaraq davam edir. 
Toxumaların növləri.
Morfoloji, fizioloji və inkişaf cəhətcə bir-biri ilə rabitədə olan histoloji törəmələrə toxuma deyilir. Hər bir toxuma hüceyrə, hüceyrəarası və ya ara maddədən təşkil olunmuşdur.

Ara maddə toxumaların daşıdığı vəzifədən asılı olaraq müxtəlif quruluşda olur. Mexaniki vəzifə daşıyan toxumalarda ara maddə artıq dərəcədə inkişaf edir. 


Morfoloji və fizioloji xüsusiyyətlərinə görə toxumalar 4 əsas qrupa bölünür:

1. Epitel toxuması


2. Birləşdirici toxuma
3. Əzələ toxuması
4. Sinir toxuması

Epitel toxuması ara maddənin az olması ilə xarakterizə olunur. Bu toxuma bədənlə xarici mühit hüdudunda yerləşdiyi üçün hüdudi toxuma da adlanır.


Epitel hər 3 rüşeym vərəqindən əmələ gəlir:

1. ektodermadan - epitel dərinin üzərini örtür


2. endodermadan - epitel daxili orqanların üzərini örtür
3. mezodermadan - epitel seroz qişanın üzərini örtür.

Vəzifə cəhətcə epitel toxuması iki yerə bölünür:


a) örtük epiteli
b) vəzi epiteli
Örtük epitelində hüceyrələrinin yerləşməsinə görə təkqatlı və çoxqatlı epitel olur.

Təkqatlı epitel bədəndə olan boşluqların divarını, tənəffüs yollarını, həzm orqanlarını, böyrək kanalcıqlarını örtür. 


Çoxqatlı epitel gözün buynuz qişasını, ağız boşluğunu, udlağın selikli qişasını örtür.
Vəzi epiteli sekresiyaya malik olması ilə, yəni şirə ifraz etməsi ilə fərqlənir. Bu epiteldən vəzilər əmələ gəlir.

Birləşdirici toxuma ara maddəsinin çox inkişaf etməsi ilə başqa toxumalardan fərqlənir. Bu toxuma ayrı-ayrı orqanların, həmçinin orqanizmin istinadını təşkil etdiyinə görə və orqanlar arasında qalan sahəni tutduğu üçün daxili mühit toxuması da adlanır. 


Bu toxuma bədəndə trofik, qoruyucu və mexaniki vəzifə daşıyır.

Trofik və qoruyucu vəzifə daşıyan toxumalara embrional birləşdirici toxuma, qığırdaq və sümük toxumaları, qan, limfa, torbirləşdirici toxuma aiddir.


Embrional birləşdirici toxuma mezodermadan əmələ gəlir və rüşeymin inkişafının erkən dövrlərində təsadüf olunur. Başlıca olaraq trofik vəzifə daşıyır, hüceyrə və ara maddədən ibarətdir.

Tor birləşdirici toxuma quruluşca mezenximə yaxın olub yalnız ara maddəsinin quruluşu ilə ondan fərqlənir. Tor toxumada hüceyrələr arasında hərəkətli toxuma mayesi və müxtəlif sərbəst hüceyrələrə təsadüf edilir. Tor toxuma başlıca olaraq qanyaradıcı orqanlarda, sümük iliyində, dalaqda, limfa düyünlərində, qaraciyərdə, xüsusən həzm kanalının selikli qişasında təsadüf olunur. 


Sümük iliyində tor toxumadan qırmızı qan cisimcikləri - eritrositlər və qranulositlər əmələ gəlir.

Tor toxuma ilgəkləri arasında limfositlər yerləşərsə, belə toxuma limfoid toxuma adlanır.


Qan - tünd qırmızı rəngdə maye toxuma olub tərkibcə başqa toxumalar kimi hüceyrə formalı elementlər və ara maddədən plazmadan ibarətdir. 
Plazmanın tərkibinin 90%-ni su təşkil edir, plazmanın tərkibində olan zülallara albumin, qlobulin və xüsusən yüksək dərəcədə qanı laxtalandırmaq qabiliyyətinə malik olan xüsusi zülal - fibrinogen aiddir.
Yüklə 27,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin