Cəld bərpa diodları. Bu qrup diodların istehsalında əks bərpa müddətini azaltmaq üçün müxtəlif texnoloji üsullardan istifadə olunur. Xüsusilə, qızıl və ya platinin diffuziya üsulu ilə silisiumun dopinqindən istifadə olunur. Bunun sayəsində tərs bərpa müddətini 3-5 μs-ə qədər azaltmaq mümkündür. Bununla birlikdə, bu, irəli cərəyan və tərs gərginliyin icazə verilən dəyərlərini azaldır. İcazə verilən cərəyan dəyərləri 10 A-dan 1 kA-a qədər, əks gərginlik - 50 V-dan 3 kV-a qədərdir. Ən sürətli diodların bərpa müddəti 0,1-0,5 µs təşkil edir. Belə diodlar 10 kHz və daha yüksək tezlikli impuls və yüksək tezlikli sxemlərdə istifadə olunur. Bu qrupdakı diodların dizaynı ümumi təyinatlı diodların dizaynlarına bənzəyir.
Düz istiqamətdə diodun müqaviməti Rj = 0,1 ...100 Om, əks istiqamətdə isə Rd = 10...100 kOm olur. Sorğu kitablarında diodların istismar imkanlarını qiymətləndirmək üçün onların ətraf mühitin (20 ± 5)OC temperaturundakı parametrləri verilir.
Düzləndirici diodların universal və impuls diodları kimi növləri də var. Universal diodlar əsasən, azgüclü diodlar olub müxtəlif cür radioelektron qurğularda onlarla meqaherslərə qədər tezlik diapazonunda işləmək üçün nəzərdə tutulub.
İmpuls yarımkeçirici diodları əsasən impuls qurğularında və hesablama maşınlarının qovşaqlarında işləmək üçün nəzərdə tutulub. Bu diodların əsas xassəsi tətbiq olunan gərginliyin qütbü dəyişdikdə cərəyan keçirməyən halından keçirən hala və əksinə tez keçməsidir. İmpuls diodlarını mikro əritmə, yaxud, diffuziya texnologiyası üzrə hazırlayırlar.
3. Şоttki diоdları. Iş prinsipi metal–yarımkeçirici kоntaktının düzləndirici хassəsinə əsaslanmışdır. Metal kimi əsasən Al, yarımkeçirici оlaraq Si götürülür. Məlumdur ki, Fm>Fy.k. оlduqda kоntaktda düzləndirmə baş verir, Fmy.k. оlduqda isə kоntakt оmik
о U
lur (n növ yarımkeçirici üçün) Şоttki diоdlarının əsas хüsusiyyəti оdur ki, оnlarda qeyri–əsas yükdaşıyıcılar оlmur. Deməli, qeyri–əsas yükdaşıyıcıların kоntakt оblastına sоrulması baş vermir. Belə оlduqda diffuziya tutumu da yaranmır. Оdur ki, Şоttki diоdları çох yüksək tezliklərdə işləyə bilirlər. Məsələn, metal altlıq ilə epitaksial Si təbəqəsinin əmələ gətirdiyi Şоttki diоdları 500 kHs tezliklərdə istifadə оluna bilir. Şоttki diоdlarında düz gərginlik düşküsü adi düzləndirici diоdlara nisbətən kiçikdir. Maksimal düz cərəyan оnlarla amper, əks gərginlik isə yüzlərlə vоlt оla bilər.