Diş sağlamlığı ilə bağlı doğru bildi-
yimiz səhvlər, səhv bildiyimiz doğrular
nələrdir?
İ.M.:
Bəzən insanlar müəyyən yaş
dövrlərində dişlərini itirmələrini nor-
mal proses kimi qəbul edirlər. Bunun
səbəbi isə dişlərə qulluğun düzgün hə-
yata keçirilməməsidir. Əgər dişlər və
dişarası sahələr düzgün təmizlənərsə,
dişlər uzun illər sağlam qalmış ola-
caq. Dişlərin fırçalanması horizontal
istiqamətdə deyil, 45 dərəcə bucaq al-
tında süpürülərək həyata keçirilməlidir
və dişlər boyu fırçanı dairəvi hərəkət
etdirərək təmizlənməlidir. Bəzi insanlar
sərt fırçanın daha yaxşı təmizlədiyini
düşünürlər. Bu isə belə deyil. Diş fırça-
sının tükcükləri elastik olmalı və diş əti-
ni zədələməməlidir. Fırçanın sərtliyi ən
çox orta (medium) ola bilər.
Dostları ilə paylaş: |