maraqlı
Ofis
Düzgün oturacaq
Yaşıl bitkilər
İşıqlandırma
Aromaterapiya
ƏGƏR SİZ ÇALIŞIRSINIZSA VƏ GÜNÜ-
NÜZÜN ÜÇDƏ BİRİNİ OFİSDƏ KEÇİRİR-
SİNİZSƏ, İŞ MÜHİTİNİZ EVİNİZDƏKİ
QƏDƏR ƏHƏMİYYƏTLİDİR. ÇALIŞ-
DIĞIMIZ BİNADA BİZƏ TƏSİR EDƏN
PROBLEMLƏRİ BİLMƏYİMİZ MÜDAFİƏ
TƏDBİRLƏRİ GÖRMƏYİMİZİ TƏMİN
EDİR, MÜDAFİƏEDİCİ VƏ İLHAMVERİ-
Cİ MÜHİT YARATMAĞIMIZA YARDIM
GÖSTƏRİR.
ÖZ SAĞLAMLIĞINIZ VƏ SAĞLAM İŞ
MÜHİTİ ÜÇÜN FAYDALI MƏSLƏHƏTLƏRİ
TƏQDİM EDİRİK:
işində çalışanların sağlamlığı üçün məsləhətlər
Əyləşdiyiniz kürsü rahat, qolları və hün-
dürlüyü tənzimlənən olsun. Kompüterdə
yazarkən qollarınızın bucağı 90 dərəcə ol-
sun. Kompüterə çatmaq üçün gərilmək la-
zım olarsa, o zaman kürək və çiyin bölgənizə
stress yüklərsiniz. Bu cür kürsülər bahalı
olsa da, uzunmüddətli rahatlıq və məhsuldar
zaman keçirməyinizi təmin etmiş olar.
Bitkilər yalnız mühiti gözəlləşdirmək
üçün deyil, həm də oksigen və nəmişliyin
nisbətini artırır, havanı təmizləyir. Aparılan
araşdırmada maraqlı nəticələr əldə edilib.
İki il davam edən bir araşdırma nəticəsində
məlum olmuşdur ki, saxsı qablarda istifadə
etdiyimiz bir çox çiçəklər havanı kirlədən
kimyəvi maddələri zərərsizləşdirir. Ən kiçik
saxsı çiçəklərindən olan sarmaşığın havada-
kı toksinlərin təmizlənməsində böyük rolu
var. Ofisinizdə bir çox bitkilər becərməklə
təmiz hava kokteyli hazırlaya bilərsiniz.
Araşdırmalara görə, gün işığı məhsul-
darlığı artırır, yorğunluğu və stresi azal-
dır. Uzun illər ərzində aparılan tədqiqat-
lara əsasən, tam spektrli işıqlandırma
yalnız canlı rəngləri deyil, eyni zamanda
göz yorğunluğunu da aradan qaldırır,
stress səviyyəsini azaldır və gözbatmala-
rını yox edir.
Aromaterapiya əhvalınıza müsbət təsir
edir. Stresi azaltmağa və yaxud müvəqqəti
olaraq aradan qaldırmağa yardımçı olur.
Ofisdə lavanda yağından istifadənin kom-
püter səhvlərini ən azı 25 faiz nisbətində
azaltdığı deyilir. Ofisinizdə bu qarışığı is-
tifadə etməyin sizə müsbət təsiri olacaq:
2 damla limon, portağal və ya berqamot;
2 damla qreypfrut, 1 damla ilanq, gül və
ya portağal çiçəyi. Yağlarınızı tünd rəngli
şüşəyə qoyun və şüşəni əllərinizin arasın-
da yuvarladaraq yaxşıca qarışdırın.
60
say 25 |
EcoVision
maraqlı
Havanın keyfiyyəti
Musiqi
Fasilə
Rənglər
Elektromaqnetik sahələrdən qorunma
Bağlı məkanlarda havanın keyfiyyəti ən
əhəmiyyətli ekoloji sağlamlıq problemlə-
rindən biridir. Aparılan araşdırmaya görə,
otağı ionlu etmək havadakı çirklənmənin
52 faiz azalmasına səbəb olur və havada
bakteriyaların 95 faizini yox edir. Ofisinizə
mənfi ion hava filtri ala bilərsiniz.
Bununla yanaşı, ofisinizin havalandırıl-
masına da davamlı olaraq fikir verməlisiniz.
Musiqi romantik və fiziki sağlamlığa,
ictimai funksionallığa, ünsiyyət bacarıqla-
rına və zehni qabiliyyətə təsir edir. Musiqi
ofisdəki stress səviyyəsinə də müsbət təsir
göstərir. Həzin musiqilər ofis mühiti üçün
daha uyğundur.
Ən diqqətli insanların belə gündə 2 dəfə fa-
siləyə ehtiyacı var. Stresi aradan qaldırmağın
və yenidən enerji toplamağın ən yaxşı yolla-
rından biri çölə çıxaraq 10 dəqiqə gəzməkdir.
Ətrafınıza diqqət yetirin və dərin nəfəs alın.
Bu, enerjinizi yeniləmək və eyni zamanda D
vitamini almaq imkanı yaradır. Tək gəzməyə
və zehninizi boşaltmağa çalışın.
Rənglər nəinki xəstəliklərdən, insanın
xüsusiyyətlərindən xəbər verir, eyni zaman-
da xəstəlikləri sağalda da bilir. Bunu hələ
qədim dövrlərdən aşkar ediblər. Məsələn,
Qədim Misirdə məbədlərdə xəstələri yaxşı-
laşdırmaq məqsədilə hər otağı başqa rəngə
boyayıblar. Çinlilər də 2000 il əvvəl rəng
müalicəsindən istifadə ediblər. Rənglərin
əhəmiyyəti araşdırılaraq satış, ev dekorasi-
yası, iş mühiti, sənaye, bitki yetişdirilməsi,
qidalanma, fizika, psixologiya, sosiologiya
və sənətdə istifadə edilir. Əslinə baxsaq,
rəng həyatımızın bir hissəsidir. Rənglər-
dən ofislərdə də faydalanmaq olar: narıncı
– yaradıcılığı hərəkətə keçirir, sarı – zehni
sıxlaşdırır və motivasiyanı artırır, qırmızı
– enerji verir, mavi – sakitləşdirir, fiziki və
mental gərginliyi aradan qaldırır.
Elektromaqnetik sahələrdən gələn
zərərli enerji yüksək gərginlikli kabellər,
elektrik cərəyanı, kompüterlər, cib tele-
fonları, televizorlar və digər elektrik alət-
lərindən yayılır. Bu zərərli enerjilər men-
tal və fiziki sağlamlıq üçün təhlükəlidir.
Bir insan elektromaqnit tezlik olan yerdə
yatarsa və ya çalışarsa, bu enerjilər yor-
ğunluq, gərginlik və xəstəliyə səbəb olan
stress mənbəyi yaradır.
Elektromaqnetik sahədən qorunmaq
üçün ofisdə kaktus kimi təbii vasitələrdən
istifadə edə bilərsiniz.
61
say 25 |
EcoVision
Beynəlxalq
sərgilər
“INDIA PHARMA-2016” və
“INDIA MEDICAL EXPO-2016”
adlı səhiyyə sərgiləri təşkil
olunacaq
Nyu Dehli şəhərində 2-ci
Beynəlxalq Xidmətlər Sərgisi
keçiriləcək
“Qara Dəniz 2016” sərgisi
keçiriləcək
26-cı Vyetnam Beynəlxalq
Ticarət Sərgisi təşkil olunacaq
7-9 yanvar 2016-cı ildə Hindistanın Banqalor şəhə-
rində “INDIA PHARMA-2016” və “INDIA MEDICAL
EXPO-2016” adlı səhiyyə sərgiləri təşkil olunacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş-
güzar dairələr tədbirlərdə iştiraka dəvət olunur. Sər-
gilər haqqında daha ətraflı məlumat əldə etmək üçün
aşağıdakı link və ünvana müraciət edə bilərsiniz:
Dostları ilə paylaş: