K önüllü qanvermə aksiyası Fevralın 28-də «Savab dünyası»



Yüklə 9,1 Kb.
Pdf görüntüsü
tarix01.05.2017
ölçüsü9,1 Kb.
#16398

K

önüllü qanvermə aksiyası 

 

Fevralın 28-də «Savab dünyası» Talassemiya Assosiasiyasının təşkilatçılığı ilə Vergilər Nazirliyinin 



əsas binasında könüllü qanvermə aksiyasına start verilmişdir. Aksiya mart ayının 7-dək nazirliyin 

yerli strukturlarında davam etdiriləcək. Dünən 222 nəfər vergi xidməti əməkdaşı qan vermişdir və 

aksiya çərçivəsində toplanılan qan talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara 

bağışlanılacaq.  

Talassemiya irsi qan xəstəliyidir və ölkəmizdə hər il 300-ə yaxın uşaq bu xəstəliklə doğulur.  2005-

ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 

«Talassemiyasız həyat naminə» proqramı həyata keçirilməyə başlanmış və ölkənin birinci xanımı 

hər kəsi talassemiyalı uşaqlara yardım etməyə çağırmışdır. Bu proqram çərçivəsində 2009-cu ildə 

talassemiya  xəstəliyindən əziyyət çəkənlərin diaqnostikası və müalicəsi məqsədilə Talassemiya 

Mərkəzi açılmışdır. Bundan başqa, talassemiya xəstəliyinin müalicəsi baha başa gəldiyi üçün 

xəstələr Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq lazımi müayinə, müalicə və dərmanlarla, 

o cümlədən dəmirqovucu preparatlarla təmin olunurlar.    

Azərbaycanda talassemiya probleminin həll edilməsi və uşaqlara yardım göstərilməsi üçün təşkil 

edilmiş «Savab dünyası» Talassemiya Assosiasiyasının əsas məqsədlərindən biri ölkəmizdə qan 

donoru ilə bağlı təbliğatın gücləndirilməsidir. Talassemiya xəstələrinin davamlı olaraq qana 

ehtiyacları olduğundan, kütləvi keçirilən qanvermə aksiyalarının mühüm əhəmiyyəti vardır. 

Korporativ donorluq təşkilatda sosial məsuliyyətin formalaşmasına və güclənməsinə, korporativ 

mədəniyyətin inkişafına xidmət edir.  

Həkim Könül Muxtarlı: «Heç bir əməl xeyirxah iş qədər insanları bir-birinə yaxınlaşdırmır. 

Donorluğun inkişaf dərəcəsi hər bir cəmiyyətin mədəniyyət səviyyəsinin göstəricisidir. Belə 

aksiyalarda Vergilər Nazirliyi dövlət orqanları arasında örnək ola biləcək fəallıq göstərir. Bu, sayca 

6-cı qanvermə aksiyasıdır və nazirliyin əməkdaşları bu xeyirxah işdə fəal iştirak edirlər».  

Vergilər Nazirliyinin şöbə rəisi Elçin Bəylərov: «Aksiyanın əsas devizi, «Donorluq - bir dəyərdir» 

tezisi, sözsüz ki, həyatı bizdən asılı olan insanlara qan hədiyyə etmək kimi nəcib bir işin mahiyyətini 

dəqiq əks etdirir. Biz «Donor günü» adlanan tədbirdə fəal iştirak etməklə xəstə insanların qana olan 

ehtiyaclarını ödəyərək onlara, qismən də olsa, mənəvi dəstək vermiş oluruq. Qeyd etməliyəm ki, 

nazirlik tərəfindən, hər il olduğu kimi, bu il də qanvermə kampaniyası çox yüksək səviyyədə təşkil 

olunmuş, hər bir struktur üzrə qrafik müəyyən edilmişdir ki, bu da cari işlərimizin ahəngdarlığını 

pozmadan kütləvi şəkildə aksiyada iştirakımıza şərait yaradır. Bu işdə əməyi olan bütün insanlara 

təşəkkürümü bildirir və ümid edirəm ki, verdiyimiz qan xəstə uşaqların müalicəsinə öz müsbət 

töhfəsini verəcək».  

Maliyyə-təsərrüfat idarəsinin əməkdaşı Nərgiz Bədəlova: «Bu cür aksiyalara qatılmaq insanda 

mənəvi rahatlıq duyğusu yaradır - bir körpənin həyatını xilas etmək, bir ürəkdə yaşamaq ümidi 

yaratmaq həqiqətən də savab işdir. Nazirliyin əməkdaşlarının talassemiyalı uşaqlara qan hədiyyə 

etmək aksiyasında fəal iştirak etmələri həm də xalqımızın xeyirxahlıq ənənələrinin ləyaqətlə davam 

etdirildiyini əyani təsdiq edir». 



Arzu İBRAHİMOVA 

Yüklə 9,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin