K. S. Lebedinskaya etialoji prinsip əsasında psixi inkişafın ləngiməsini 4 qrupa ayırır və onların kliniki -pedaqoji təsnifatını belə verir


Psixi inkişafda ləngiməsi olan uşaqların pedaqoji xarakteristikası



Yüklə 19,69 Kb.
səhifə2/2
tarix13.11.2022
ölçüsü19,69 Kb.
#68944
1   2
mövzu 9-XTM

Psixi inkişafda ləngiməsi olan uşaqların pedaqoji xarakteristikası.
Psixi inkişafda ləngiməsi olan uşaqların pedaqoji öyrənilməsi onların inkişafının qanunauyğunluqlarını və özünəməxsusluğunu dərindən açmağa, bunun əsasında korreksiyaedici təlimin prinsip və yollarını müəyyən etməyə kömək edir.
T.A.Vlasova və M.S.Pevzner qeyd edirdilər ki, bu uşaqlar praktik və intellektual məsələləri öz yaş səviyyəsində həll edirlər, göstərilən köməkdən səmərəli istifadə edirlər, süjetli şəkilləri başa düşürlər. Eyni zamanda bu uşqalarda təlimi və inkişafı ləngidən dərketmə fəaliyyətinin çatışmazlığı, davamsızlıq və taqətsizlik müşahidə edilir. Davamsızlıq nəticəsində işgüzarlıq enir və uşaqlar dərs materialının mənimsənilməsində çətinlik çəkirlər: onlar məsələnin şərtlərini, cümlələri və s. yadda saxlaya bilmirlər, öz hərəkətlərinin nəticələrini qiymətləndirə bilmirlər, ətraf aləm haqda onların bilik və təsəvvürləri məhduddur. Bu uşaqlar məktəb qanun qaydalarına çətinliklə tabe olurlar. Bu kateqoriyaya aid olan şagirdlər xüsusi yanaşma tələb edirlər, onların korreksion təlimi müalicə-sağlamlaşdırıcı tədbirlərlə birgə həyata keçirilməlidir.
Psixi inkişafda yüngül ləngiməsi olan uşaqlara kömək ümumtəhsil məktəblərində göstərilə bilər. Lakin psixi ləngimənin ağır formaları zamanı isə təhsil xüsusi təşkil edilməlidir.

Psixi inkişafda ləngiməsi olan uşaqların normal dərs müddəti 20-30 dəqiqə təşkil edir, sonra isə işgüzarlıq aşağı enir, diqqət zəifləyir, hərəkətlər impulsiv olur, uşaqlar səhvlərə yol verirlər. Normal fəaliyyət zamanı əldə etdikləri biliklər elə bil ki, kənarda qalır və sonrakı material ilə əlaqəsiz olur. Lazımınca möhkəmləndirilmir, ümumi biliklər əlaqəsiz, qırıq-qırıq, sistemsiz olur.
Psixi inkişafda ləngiməsi olan uşaqlar mexaniki işə meyllidirlər, məsələn nümunə üzərində iş, hazır formaların doldurulması və s. Bu uşaqlar bir fəaliyyət növündən digərinə çətinliklə keçdiklərindən eyni hərəkətlər onları yorur. Məsələn, 2-3 həlli variantı olan məsələləri təkcə bir variantda həll edirlər.
Psixi inkişafda ləngiməsi olan 6-7 yaşlı uşaqlar çox çətinliklə dərsin iş rejiminə daxil olurlar. Onlar dərsi uzun müddət oyun kimi qəbul edirlər, dərs zamanı sinifdə gəzişirlər, yerlərindən cavab verirlər, dərsin işgüzar axarını pozurlar. Yorulanda onlardan bəziləri zəif və passiv olurlar, ümumi dərs fəaliyyətindən kənarlaşırlar, bəziləri isə əksinə həyəcanlı, əsəbi, konfliktli, psixomotor oyanıqlı olurlar. Müəllimlər uşaqları belə vəziyyətdən çıxarmaq üçün xüsusi metodlardan istifadə edirlər: məsələn, praktik fəaliyyətə, daha asan tapşırıqlara keçirlər.
Psixi inkişafda ləngiməsi olan uşaqlar təlim və ünsiyyət çətinlikləri səbəbindən kollektivə daxil ola bilmirlər. Özlərini təsdiqləmək üçün onlar başqa, özlərinə məxsus üsullara əl atırlar. Kiçikyaşlı məktəblilərdə müşahidə edilən bu xırda davranış pozulmaları, müvafiq tərbiyə tədbirləri görülməsə, gələcəkdə xasiyyətin dayanıqlı patoloji cizgiləri və davranışın ciddi pozuntuları kimi özünü biruzə verəcək.
Psixi inkişafda ləngiməsi olan uşaqların bir sıra xüsusiyyətləri onlara ümumi yanaşma nı, korreksion təlimin məzmun, sistem və metodlarını müəyyən edir. Əgər bu cür təlim şəraiti yaradılarsa, bu kateqoriyalı uşaqlrın potensial imkanları realizə olunar.
Psixoloji-pedaqoji planda aparılan diaqnostikada mərkəzi yer ənənəvi olaraq intellektual inkişafın qiymətləndirilməsinə ayrılır. Xüsusən də bu defektologiyaya aiddir, çünki burada dərketmə proseslərinin inkişafsızlığının dərəcəsi müəyyən diaqnozun əsasını təşkil edərək uşağın sosial statusunu və təlim formasının seçilməsini müəyyənləşdirir.

Yüklə 19,69 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin