Kadefra: "İctimai Elimlər" Fənn: Azərbaycan Tarixi


Babək Xürrəmi Vətən tarixşünaslığında



Yüklə 96,3 Kb.
səhifə2/3
tarix29.12.2021
ölçüsü96,3 Kb.
#48983
1   2   3
babek

Babək Xürrəmi Vətən tarixşünaslığında


Müasir dövrdə həyatın müxtəlif sahələrində baş verən qloballaşma ilə birlikdə milli dərketmə və milli kimlik ətrafında müzakirlərin daha intensiv şəkil aldığı müşahidə olunur. Milli kimliyin dərk edilməsi üçün zəruri faktorlardan biri Vətən tarixinin keçmiş səhifələrinin dərindən, şüurlu şəkildə öyrənilməsidir. Məhz bu baxımdan tariximizin bir sıra səhifələri daha dərindən öyrənilməli, bəzi hallarda əvvəlcədən uydurulmuş saxta konsepsiyalardan imtina edilməlidir. Azərbaycanın ayrı-ayrı tarixi şəxsiyyətlərin rolu ilə bağlı məsələlər də bu qəbildəndir. Bu baxımdan uzaq və yaxın keçmişdə tariximizin müxtəlif mərhələlərində mühüm rol oynamış, özündən sonra dərin iz buraxmış şəxsiyyətlərin fəaliyyəti konkret faktlar əsasında yenidən və daha dərindən araşdırılmalıdır.

Azərbaycan tarixinin ən mühüm mərhələlərindən biri onun Ərəb Xilafətinin tərkibində olduğu (VII – IX əsrlər) dövrdür. Bu dövrün özündən sonra ən böyük iz buraxmış şəxsiyyəti isə şübhəsiz, Xürrəmilər hərəkatının rəhbəri Babəkdir. Xürrəmilər, onların rəhbərləri Əbu İmran, Cavidan və Babək haqqında tarixi mənbələrdə bir sıra məlumatlara rast gəlinir. Bu hərəkat haqqında, xüsusilə onun ən məşhur rəhbəri sayılan Babək, və onun fəaliyyəti haqqında bir sıra Vətən və xarici ölkə tədqiqatçılar tərəfindən müəyyən fikirlər söylənilmiş, müxtəlif dövrlərdə fərqli mülahizələr irəli sürülmüşdür.

Azərbaycan tarixçilərindən Z.M.Bünyadov, N.M.Vəlixanlı və başqaları öz əsərlərində Xürrəmilər hərəkatının mahiyyəti və onu rəhbəri Babəkin fəaliyyəti haqqında xüsusi olaraq bəhs etmişlər.

Ədalət naminə qeyd etmək lazımdır ki, Babək haqqında araşdırmalar aparmış tədqiqatçların böyük əksəriyyətinin əsərlərinin ana xəttini Babəkin cəsur və yenilməz qəhrəman obrazı təşkil edir. Bununla, belə onların bir çoxlarının əsərlərində bir sıra sübyektiv yanaşmalara yol verilmiş, Babəkin fəaliyyətinin yalnız zahiri cəhətlərinə diqqət yönəldilmiş, mənbələrdə rast gəlinən məlumatlara tənqidi münasibət bildirilməmişdir.

Maraqlı cəhət budur ki, Sovet hakimiyyəti dövründə İslam dinini gözdən salmaq üçün Babək obrazından istifadə edilirdi və o, İslam dininin qatı əleydarı kimi qələmə verilirdi. Hal-hazırda isə əksinə, Babəki gözdən salmaq üçün onun yalnız İslam əleydarı olması kimi səthi yanaşmalar ön plana çəkilir. Əlbəttə, hər iki yanaşma tərzi kökündən yanlışdır və mənblərdə rast gəlinən faktların elmi şəkildə araşdırılmamasından qaynaqlanır. Digər tərəfdən bu ayrı-ayrı şəxslərin sırf ideoloji yanaşma tərzi ilə bağlıdır.

Babək və onun fəaliyyəti haqqında məlumatları əsasən, ərəbdilli mənbələrdən əldə etmək mümkündür. Lakin bu mənbələrdə bir sıra yalanlara və adi həqiqətlərin təhrifinə yol verilir. Digər tərəfdən ərəbdilli müəlliflərin özləri də bilmədən Babək və hərəkat iştirakçıları haqqında bəzi həqiqətləri etiraf edirlər. Babəki İslam dininin düşməni kimi tədqim edən həmin müəlliflər, nədənsə öz xalqının azadlığı uğrunda vuruşan Babəki "əxlaqsız", "quldur" əksinə, öz həyatını eyş-işrətlə keçirən, sərxoşluğu adi həyat normasına çevirən xəlifələri isə "möminlərin əmiri", "müdrik xəlifə" kimi tədim etməkdən çəkinmirlər. Həmin mənbələri süzgəcdən keçirmədən Babək haqqında əsərlər yazan bir çox tədqiqatçılar, eləcə də bəzi siyasətçilər onu bədnam etmək və gözdən salmaq üçün müxtəlif üsullara əl atırlar.

Bir sıra ərəb tarixçiləri Z.M.Bünyadovun qeyd etdiyi kimi, mümkün olmayan bir şeyi – xəlifələrin, onları əhatə edənlərin mənəvi təmizliyini və qüsursuzluğunu sübut etməyə, tarix qarşısında onların üzünü ağartmağa cəhd edərək, xəlifələrin əleyhinə çıxan hər kəsi, o cümlədən Babəki heç bir elmi təhlil vermədən gözdən salmağa çalışırlar.

Babəkin tarixi şəxsiyyət kimi həqiqi obrazını ilk dəfə Z.M.Bünyadov öz monoqrafiyasında əks etdirməyə çalışmış və buna böyük ölçüdə nail olmuşdur. O, yazır ki, tarix elmində Babəkilər hərəkatı Abbasilər dövlətinin parçalanmasına səbəb olan siyasi qüvvələrdən biri və möhtəşəm xalq hərəkatı kimi təqdim edilir. Lakin bu, Babəkin rəhbərlik etdiyi hərəkatın və Babəkin özünün tarixi rolunu yalnız təhrif edilmiş şəkildə göstərir. IX əsrdə Azərbaycan xalq kütlələrinin hərəkatını üsyan kimi qiymətləndirmək azdır. Bu, Azərbaycan xalqının qüdrətli azadlıq müharibəsi idi.

Nəticə:

Vəfatı:


Tarixi mənbələrin məlumatlarına istinadən söyləməliyik ki, Afşin Hidr ibn Kavusun razılığı ilə 837-ci il sentyabrın 15-i (hicri tarixlə 222-ci il şəvval ayının 11-i), Təbərinin yazdığına görə, aylı bir gecədə səhərə kimi Bəzz qalasının xarabalıqlarını, hələ də yanan evlərin tüstüsünü, həlak olanların cəsədlərini seyr edən Babək miladi tarixlə 838-ci il yanvar ayının 4-də (hicri tarixlə 223-cü il səfər ayının 3-nə keçən gecə) xilafətin o zamankı paytaxtı Samirə şəhərinə gətirilib və bir-iki gün Afşinin əl-Mətirədəki sarayında saxlanılıb (72, səh.338, 407-408). Xəlifənin sarayına aparılmazdan öncə, hələ Babək paytaxta yeni gətirilərkən əvvəlcə Abbasi dövlətinin baş qazısı, daha sonra isə xəlifə Mötəsim özü dözməyərək atını minib və tanınmaz biçimdə Babəki görmək üçün yola çıxıb. Babəkin üzünü gördükdən sonra xəlifə öz sarayına qayıdıb və Babəkin öz hüzuruna gətirilməsini gözləməyə başlayıb. Ertəsi gün bəzək-düzəkli bir filin üstündə oturdulmuş halda Babək Afşinin sarayından xəlifə Mötəsimin hüzuruna gətirilib, xəlifənin ona verdiyi müxtəlif suallara heç bir cavab verməyib susduğuna görə o, qəzəblənmiş xəlifənin zindanına atılmışdır. Mənbələr dəqiqliklə bildirir ki, Babək miladi tarixlə 838-ci il martın 14-cü günündə (hicri tarixi ilə 223-cü il rəbbi-ül-sani ayının 14-də) Samirə şəhərində edam edilmişdir. Hər halda hicri təqvimi ilə göstərilən tarixləri tutuşdurduğumuz və diqqətlə miladi tarixinə çevirdiyimiz zaman biz də bu nəticəyə gəlirik.

Mənbə məlumatları bizə bu fikri təlqin edir ki, Babək əl-Hürrəmi əsir alınıb Samirə şəhərinə gətirilənədək xəlifə Mötəsim-billahın onu öldürmək fikri var idisə də, böyük tərddüdlərlə müşayiət olunurdu. Qızıl möhürlü aman məktubu, Babəkin xüsusi bir təmtəraqla Samirəyə gətirilməsi (hər halda, Mötəsim onu bədnam etmək istəsəydi, Babəki bu sayaq təmtəraqla gətirtməz, alçaldılmış və bədnam edilmiş bir halda gətirilməsini əmr edərdi), Mötəsimin bu əsnada Afşinə Babəki əfv edib xilafət ordusuna qoşun sərkərdəsi təyin etmək istədiyini söyləməsi və bu kimi digər məqamlar Babəkin öldürülməklə cəzalandırılması kimi bir planın olmadığını təxmin etməyə əsas verir.



Ortaya maraqlı və indiyədək tarixçilərin cavabını verə bilmədikləri suallar çıxır: Babəkin iki ay on gün xəlifənin zindanında saxlanmasının səbəbi nə idi və xəlifə Babəki öldürtməkdə niyə tələsmirdi? Əgər Babək kafir birisi olmaqla islama qarşı çıxış etmişdisə, niyə Samirəyə gətirildikdən sonra dərhal edam edilməyib? Xəlifənin zindanında saxlanıldığı bu 2 ay 10 gün ərzində Babəklə hansı söhbətlər olub? Onun yanına kimlər gəlib-gedib? Xəlifə ondan nələri öyrənmək istəyirdi? Bu sualların cavablarını tapa bilmək üçün rəsmi tarixə, mənbə məlumatlarına müraciət etmək faydasızdır. Bu sualların cavabı, zənnimcə, dəmir məntiq və güclü intuisiyanın köməyilə, məxsusi tədqiqat aparılması yolu ilə üzə çıxarıla bilər. Hələlik bu haqda yalnız onu söyləmək mümkündür ki, Babək zindanda olduğu müddətdə məhz Abbasi sarayının ondan umduqlarını və istədiklərini vermədiyinə görə qəzəbdən ağlını itirən xəlifənin əmrinə əsasən edam kürsüsünə çıxarılmışdır.

Yüklə 96,3 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin