AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN UNİVERSİTETİ
Sərbəst iş
Kafedra: “ İctimai Elimlər”
Fənn: Mülki Müdafiə
Mövzu: “İşıq şüalanması”
İxtisas: Sosial iş
Kurs:1
Qrup: 212807A
Müəllim: Mahmudov Cabbar
Tələbə: Aynur Bəxtiyarova
Bakı 2021
PLAN
1. Giriş
|
-3
|
2. İşıq şüalanması
|
-4-8
|
3. Nəticə
|
-9
|
4. Ədəbiyyat siyahısı
|
-10
|
Giriş
Bəşəriyyətin inkişafı təbii, texnogen, epidemioloji və sosial xarakterli fövqəladə hallarla sıx bağlıdır. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan - yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qazalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərə bilərik.
Nüvə qəzalarına-atom elektrik stansiyalarında baş verən qəzalar şamil olunur. Nüvə qəzaları zamanı ətraf mühitin radioaktiv çirklənməsi güclənir, bitki örtüyünün radioaktiv çirklənməsi nəticəsində heyvanat aləmi kütləvi surətdə məhv olur. Ekosistemdən bir sıra bitki va heyvan növləri sıradan çıxır və bunun nəticəsində biosenozun davamlığı azalır. Ətraf mühitin seziy-137 ilə çirklənməsi və yüksək şüalanma bir sıra nəsli xastaliklərin çoxalmasına, bunun nəticəsində eybəcərlik, kamağıllıq və digər nəsli çatışmazlıqlara gətirib çıxarır. Bununla yanaşı xərçəng xəstəliklərinin artması və immunitet sisteminin pozulması halları baş verir.
Nüvə partlayının işıq şüalanması—gözlə görünən işıq və spektrinə görə ona yaxın ultrabənövşəyi və infraqırmızı şüalardan ibarətdir. Mənbəyi—nüvə parlayışının yüksək dərəcəyə qədər qızmış nüvə sursatı maddələrindən, havadan və torpaqdan (yerüstü partlayış zamanı) ibarət olan işıqlanan sahəsidir. İşıqlanan sahənin hərarəti bir müddət günəş səthinin hərarətinə bərabər olur (maksimum—8000-10000° S və minimum 1800° S). İşıqlanma sahəsinin ölçüləri və hərarəti qısa vaxt ərzində dəyişir. İşıq şüalanmasının müddəti partlayışın növündən və gücündən asılıdır və onlarla sanıyəniyəyə qədər davam edə bilər. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsu ilə xarakterizə olunur. İşıq impulsu işıq enerjisinin işıq şüalarının yayılmasına perpendikulyar işıqlanma səthinə nisbəti ilə ölçülür.
Yüksək hündürlükdə nüvə partlayışı zamanı qızmış parlayış məhsulları tərəfindən şüalanan rentgen şüaları böyük hava qatları tərəfindən udulur. Ona görə də odlu kürəninin hərarəti aşağı olur. İşıq enerjisinin obyektə çatan miqdarı, həmin obyektin partlayış mərkəzindən hansı uzaqlıqda olmasından asılıdır. Yaxın məsafələrdə eyni gücə malik partlayışın işıq enerjisinin obyektə dörddən üç hissəsi, uzaq məsafədə isə yarısı çatır.
İşıq şüalanması demək olar ki, ani olaraq yayılır və parlayışın gücündən asılı olaraq 20-40 saniyə davam edir. Lakin qısa müddət təsir etməsinə bpxmayaraq effekti çox yüksəkdir. Partlayışın gücünün 35%-i onun payına düşür. İşıq şüalanma enerjisi şüalandırılan səthlər tərəfindən udulur və bu enerji həmin səthləri qızdırır. Qızdılırma hərarəti o qədər yüksək ola bilər ki, bu hərarət həmin səthləri ya kömürləşdirir, ya əridir, ya həmin səthlər alovlanır və ya buxarlanır. İşıq şüalanmasının parlaqlığı günəş şüalarından da güclüdür və bu zaman əmələ gələn odlu kürə yüzlərlə km məsafədə görünür.
İşıq şüalanması bədənin açıq səthlərinin yanığına, insanların və heyvanların korluğuna, müxtəlif materialların yanmasına və kömürləşməsinə səbəb olur. İşıq şüalanması yaşayış məskənlərində, meşələrdə, çöllərdə, əkin sahələrində kütləvi yanğınlar törədə bilər. Onun təsirindən mühafizə etmək üçün işıq buraxmayan bütün maneələr: sığınacaq, ağac gölgəsi, hasar və s. istifadə edilə bilər. Duman, yağış, qar işıq şüalanmasının intensivliyini azaldır, əksinə, təmiz və quru hava yanğınların və yanıqların əmələ gəlməsinə səbəb olur.
Odlu kürə əmələ gələn kimi işıq şüalanması, həmçinin, ultrabənövşəyi və infraqırmızı şüalanma yaymağa başlayır. İşıq şüalanmasının iki alışması baş verir: intensiv, lakin, qısa müddətli; sonradan ikinci alışma—daha az intensiv, lakin, daha uzun müddət davam edir—əsas insan itkilərinə səbəb olur. İşıq şüalanması düz xətt üzrə yayılır və odlu kürəninin görünən sərhədlərində təsir edir, lakin nüfuz edici qabiliyyətə malik deyildir. Hətta şəffaf parça – özü alışsa belə, ondan mühafizə edə bilər. Açıq rəngə boyanmış parçalar işıq şüalanmasını əks etdirə bilir, ona görə də tünd rəngli parçalara nisbətən, onların alışması üçün daha çox şüalanma enerjisi lazımdır. Birinci alışmadan sonra, dərhal hər hansı maneənin arxasında mühafizə olunmaq lazımdır. İnsanın işıq şüalanmasından zədələnmə dərəcəsi onun bədən səthinin nə qədər açıq olmasından asılıdır. İşıq şüalanmasının birbaşa təsiri materialların böyük dərəcədə zədələnməsinə səbəb olmur. Lakin alışmaya səbəb olduğundan ikincili effektlərə görə daha çox ziyan vurur. (Xirosima və Naqasakidə olduğu kimi).
Yeraltı və sualtı partlayışlar zamanı işıq şüalanması tamamilə udulur.
Obyektlərdə və yaşayış məskənlərində işıq şüalanmasının və zərbə dağasının ikincili faktorlarının təsirindən yanğınlar baş verir. Yanacaq materiallarının olması da böyük əhəmiyyət daşıyır. Xilasetmə işlərinin aparılması nöqteyi-nəzərindən yanğınların 3 zonası təsnif olnur: ayrı-ayrı yanğınlar zonası, başdan-başa yanğın zonası, yanma və tüstülənmə zonası.
1. Ayrı-ayrı yanğınlar zonası— ərazinin ayrı-ayrı binalarında, tikililərdə yanğınlar baş ıerir. Xilasetmə işləri mühafizə edici vasitələrsiz mümkün deyil.
2. Başdan-başa yanğın zonası—uçulub dağılmamış binaların çoxunda yanğınlar baş verir. Bu ərazidə yanğın əleyhi tədbirlər—yanğının söndürülməsi və ya məhdudlaşdırılaraq lokallaşdırılması aparılır. Bu zonada yanğın əleyhi vasitələrsiz keçinmək mümkün deyil.
3. Yanma və tüstülənmə zonası—bu ərazidə dağılmış binalar və tikililər də yanır. Dağıntıların uzun müddət yanması ilə xarakterizə olunur (bir neçə günə qədər).
İşıq şüalanmasının insanlara təsiri. İşıq şüalanmasının bilavasitə təsirindən bədənin açıq səthlərində yanıqlar əmələ gəlir, müvəqqəti korluq və ya gözün torlu qişasının yanığı yaranır. İnsan orqanizminə təsirinin ağırlıq dərəcəsinə görə 4 dərəcəsi ayırd edilir. Birinci dərəcəli yanıq zamanı dəri qızarır, şişkinləşir, ağrılı olur. Orqanizm üçün təhlükəli deyil, ağırlaşmadan sağalır. İkinci dərəcəli yanıqlar zamanı içi açıq rəngli məhlulla dolu suluqlar yaranır və xüsusi müalicə tələb olunur. Üçüncü dərəcəli yanıqlar zamanı dərinin daha dərin qatları zədələnir. Dördüncü dərəcəli yanıqlar zamanı dəri kömürləşir. Üçüncü və dördüncü dərəcəli yanıqlar ölümlə nəticələnə bilər.
Digər zədələyici faktorlarla müqayisədə işıq şüalanmasından mühafizə olunmaq daha asandır. İşıq şüalanması düz xətt üzrə yayıldığına görə hər hansı bir şəffaf parça ondan mühafizə edir. Çalalar, arxlar, təpələr, kurqanlar, pəncərədə ağ pərdələr, ağaclar və bu kimi vasitələr işıq şüalanmasından və zərərverici təsirindən etibarlı müdafiə edir. Tam mühafizəni sığınacaqlar və radiasiya əleyhi daldalanacaqlar təmin edir. İnsanın geyindiyi paltar da dərini yanıqlardan mühafizə edir. Yanığın dərəcəsi paltarın xarakterindən, rəngingən, sıxlığından və qalınlığından asılıdır (açıq rəngli sərbəst paltar və yun parçadan olan paltar daha yaxşı mühafizə edir).
Formalaşma mexanizmi
İşıq radiasiyası, yüksək temperaturda (~ 107 K) qızdırılan nüvə partlayışının məhsullarından çıxan termal radiasiyadır. Maddənin yüksək sıxlığı səbəbindən atəş topunun udma qabiliyyəti 1-ə yaxın olduğu üçün nüvə partlayışından gələn işıq şüası spektri tamamilə qara cismin spektrinə olduqca yaxındır. Spektrdə ultrabənövşəyi və rentgen şüaları üstünlük təşkil edir.
Mülki insanları qorunması
İşıq radiasiyası xüsusilə təhlükəlidir, çünki partlayış zamanı birbaşa hərəkət edir və insanların sığınacaqlarda sığınmaq üçün vaxtları qalmır.
Qeyri-şəffaf əşyalar - evlərin divarları, avtomobillər və digər avadanlıqlar, dərələrin və təpələrin dik yamacları - işıq radiasiyasından qoruya bilər. Dar geyim də qoruya bilər - ancaq bu vəziyyətdə alovlana bilər.
Nüvə partlayışı baş verərsə, dərhal partlayışdan sizi qoruyacaq hər hansı bir şeyin kölgəsində özünüzü qorumalısınız və ya gizlənəcək bir yer yoxdursa, partlayışa qədər ayaqlarınız arxa tərəfə olmaq şərti ilə arxası üstə uzanıb, üzünüzü əllərinizlə örtməlisiniz - bu yanıqları və xəsarətləri müəyyən dərəcədə azaltmağa kömək edəcəkdir. Nüvə partlayışının başlanmasına baxa bilməzsiniz və hətta başınızı da ona yönəldə bilməzsiniz, çünki bu, görmə orqanlarında ciddi korluğa səbəb olacaq qədər sizə ciddi ziyan vura bilər
Dostları ilə paylaş: |