Informasiyanın ölcü vahidləri
İnformasiyanın kəmiyyətcə ölçülməsi üçün ən kiçik ölçü vahidi bitdir (ingilis dilində binary digit- ikilik rəqəm sözündən götürülüb). Kompüterin daxilində elektrik siqnalları iki vəziyyətdə ola bilər: siqnal var (gərginlik var)-1; siqnal yoxdur (gərginlik yoxdur)-0. Məhz bu səbəbdən də kompüter öz işində ikilik məntiqdən istifadə edir.
Müasir kompüterlərin klaviaturasında olan simvolların ikilik kodlarla verilməsi üçün 7 bit kifayət edir. Bir bit isə təsdiq üçün əlavə olunur. Məhz bu səbəbdən də 8 bit=1 bayt ən kiçik yaddaş vahidi kimi qəbul edilir. İnformasiya yaddaşda saxlanıldığından bayt həm də informasiya ölçü vahididir. Daha böyük informasiyaölçü vahidləri aşağıdakılardır:
8 bit= 1 Bayt
1024 Bayt= 1 KiloBayt (KB)
1024KB=1 Meqa Bayt(MB)
1024 MB=1QiqaBayt (QB)
1024 QB=1 TeraBayt(TB)
1024 TB=1 Petabayt (PB)
Kompüterlərdə bir Bayt (yəni 8 bit) maşın yarımsözü adlanır. 2 Bayt və ya 16 bit 1 maşın sözü, 4 bayt və ya 32 bit ikiqat söz, 8 bayt və ya 64 bit dördqat söz adlanır.
1. V.B.Müslümov, Ə.Ə.Əliyev və b. İnformatika. Dərs vəsaiti. Bakı, 2015
KərimovS.Q, Həbibullayev S.B və b. İnformatika, Bakı, 2012.
3.Э. Таненбаум. Современные операционные системы. Издательский дом «Питер», 2010.
И.Г.Семакин, Л.А.Залогова и др. Информатика и ИКТ. Изд.ЛВЗ, 2009.
Н.Д.Угринович. Информатика и ИКТ. Изд. БИНОМ, 2009.
Q.Əfəndiyev, N.Rüstəmov. Kompyuter və İKT-nin əsasları. Bakı, 2006.
Александр Левин, Работы на компьютере Питер,2004
Mübariz Xəlilov, Nazlı Həsənova, İnformatika , Bakı 2014
Komputеr və informasiya texnologiyaları əsasları - O. Gündüz, Q. Əfəndiyev, N. Rüstəmov
İnternet - O.Gündüz
İnformatika - Ə.M.Rüstəmov
Dostları ilə paylaş: |