Kafedra : İnformatika Fənn: İnformatika və təhsildə İkt ixtisas



Yüklə 0,68 Mb.
səhifə61/97
tarix28.01.2022
ölçüsü0,68 Mb.
#51728
1   ...   57   58   59   60   61   62   63   64   ...   97
İNFORMATİKA VƏ təhsildə İKT- tspx-3k

Окно (Window) menyusu: Bu menyunun əmrləri ilə işçi pəncərə ilə iş təşkil olunur. Menyunun əmrləri aşağıdakılardır:

Новое- Yeni pəncərənin açılması;

Упорядочить все- Açılmış bütün pəncərələrin sıralanması;

Сравнить рядом с- Aktiv pəncərəni yanındakı digər pəncərə ilə müqayisə etmək;

Разделить- Pəncərənin istifadəçi istədiyi yerdən bölünməsi;

Son aktivləşdirilmiş pəncərələr.


  1. Справка (Help) menyusu: Bu menyunun əmrləri istifadəçiyə redaktor və onun ayrı-ayrı menyuları və əmrləri haqqında sorğulara cavab tapmasına, eləcə də İnternetdən yeni əlavə məlumatların alınmasına kömək edir. Bu menyunun əmrləri ilə həm xüsusi köməkçinin, həm də sorğu materiallarından istifadə ilə müxtəlif problemləri aradan qaldırmaq olar.

Qeyd edək ki, istifadəçi istəyi ilə yeni menyular əlavə edilə və ya mövcud olanlar silinə də bilər.

MS Word mətn redaktorunda sənədin yaradılması üçün redaktorun işçi pəncərəsi açıldıqdan sonra «Файл» menyusunun «Создать» əmrini veririk. Sağ tərəfdə işçi oblastın yuxarı hissəsində yeni açılan pəncərədə yaradılacaq sənədin növü seçilir( yeni sənəd, XML-sənədi, Veb səhifə və ya artıq mövcud olan sənəd əsasında yaradılacaq sənəd). Bundan sonra «Файл» menyusunun «Параметры страницы» əmrini veririk. Bu əmrin köməyi ilə tərtib olunacaq sənədin gələcəkdə yerləşəcəyi və çap olunacağı səhifənin parametrləri verilir. Əmr verildikdən sonra açılan pəncərənin yuxarı hissəsindəki bəndlər ardıcıl seçilərək parametrlər müəyyən edilir. Buradakı «Размер бумаги» bəndinin seçilməsi ilə ekranda açılan pəncərədən kağızın ölçüləri və səhifənin vəziyyəti (kitab səhifəsi kimi, ya da albom səhifəsi kimi) müəyyənləşdirilir. Bundan sonra «Поля» bəndini seçərək səhifənin kənarlarından (yuxarı, aşağı, sağ, sol) mətnə qədər olan məsafə, səhifə kənarlarının tikiləcəksə məsafəsi, səhifələrin təyinatı (adi səhifə şəklində, güzgü əksli səhifələr, bir vərəqdə iki maşın səhifəsi olmaqla, braşura səhifəsi kimi) verilir. Növbəti addımda «Источник бумаги» bəndini seçməklə parametrləri verilmiş ilkin yazı bölməsinin hansı səhifədən başlayacağını (cari səhifədən, yeni səhifə sütunundan (əgər səhifə sütunlara bölünübsə), yeni səhifədən, tək və ya cüt səhifədən) müəyyənləşdirirlər. Eyni zamanda bu bənddə səhifənin xüsusi başlıqlarının (kolontitulların) fərqləndirilməsi və səhifə kənarlarından onlara qədər olan məsafə müəyyənləşdirilir. Burada həmçinin yazının şaquli vəziyyətinin səhifənin yuxarı kənarına, mərkəzinə, umumi hündürlüyünə və ya aşağı kənarına görə düzləndidilməsi müəyyən edilir. Qeyd etmək lazımdır ki, hər üç bənddə müəyyənləşdirilmiş parametrləri bütün səhifələr üçün, seçilmiş cari bölmə üçün və ya kursor durduğu mövqedən sənədin sonuna qədər tətbiq ediləcəyi təyin olunur.

Sonuncu bənd seçilərkən pəncərənin aşağı hissəsində olan «Нумерация строк» əmri vasitəsilə sənəd sətirlərini müxtəlif qanunauyğunluqla nömrələmək, «Границы » əmri vasitəsi ilə isə mətn hissəsini, səhifəni müxtəlif çərçivələrə almaq və mətn fonunu rəngləmək mümkündür.

Bu parametrlər müəyyənləşdirildikdən sonra «Формат» menyusunun «Шрифты» əmri vasitəsilə sənədin yığılması məqsədilə istifadə olunacaq şrift, hərflərin ölçüsü, rəngi, altından xəttin çəkilib-çəkilməməsi və bu xətlərin tipi, hərflərin ekranda görünmə və sətrə nisbətən yerləşmə mövqeyi (indeks və ya dərəcəni göstərməsi) verilir. Açılan pəncərənin «Интервал» bəndi vasitəsilə yazının miqyası, hərflər arasındakı məsafə (adi, sıxlaşdırılmış və ya genişləndirilmiş) , sətrə görə yazının yuxarı və ya aşağı sürüşdürülmüş olması verilə bilər. Həmin pəncərədə olan «Анимация» bəndinin əmrləri sənədin müxtəlif ekran görünüşlərinin təyininə xidmət edir.

Növbəti mərhələdə «Формат» menyusunun «Абзац» əmri vasitəsilə yazının üfiqi vəziyyətinin düzləndirilməsini (sol kənara görə, mərkəzə görə, sol kənara görə, səhifə eninə görə), abzasın birinci sətrinin və digər hissəsinin başlanğıcdan məsafəsini, abzaslar arasındakı məsafəni və abzasların ekranda yerləşməsinə aid digər parametrləri vermək olar.

Qeyd edək ki, bu parametrləri sənəd yığıldıqdan sonra da yerinə yetirmək mümkündür. Bu məqsədlə sənədi və ya sənəd hissəsini seçməklə (bloka almaqla) parametrlərin verilməsi mümkündür. Lakin parametrlərin sonradan təyini istifadəçi üçün sənəddə olan cədvəllərin, obyekt və təsvirlərin yerləşməsində problemlər və arzuolunmaz nəticələr yarada bilər.

Bu parametrlər təyin olunduqdan sonra mətn yığılır.Mətn yığıldıqdan sonra o, istifadəçi istəyindən asılı olaraq, lazımi yaddaş qurğusuna və bu qurğudakı qovluğa ad verilərək yazılır. Yaradılmış sənədin yaddaşda saxlanması üçün «Файл» menyusunun «Сохранить как» əmrindən istifadə edilir. Əmrin verilməsindən sonrs açılan pəncərədə «Папка» sözü qarşısındakı xüsusi sahədə sənədin saxlanalacağı qurğu və qovluq seçilərək müəyyənləşdirilir. Sonra həmin pəncərənin aşağı hissəsində olan «Имя файла» sözü qarşısındakı sahəyə sənədin saxlanacağı faylın adı verilir və növbəti sətirdə onun tipi də müəyyən edilə bilər. Qeyd edək ki, faylın tipi susmaya görə kompüter tərəfindən müəyyən oluna da bilər. Adətən fayla ad verilmədikdə birbaşa «Сохранить» əmrindən istifadə etdikdə ona «Документ 1» adı verilir. Bu pəncərədə pəncərə başlığında yerləşən «Сервис» əmri vasitəsilə yeni açılan bəndlərdən birini seçməklə yaradılacaq faylın xüsusiyyətlərini («Свойства»), saxlanmanın təhlükəsizlik parametrlərini («Параметры безопасности»), yəni faylın açılması və ya açıldıqdan sonra yalnız oxumaq üçün təyin olunmasını və digər parametrləri vermək olar.

Yaradılmış sənədin redaktəsi dedikdə sənəddə düzəlişlərin aparılması və onun tələbata uyğun olaraq tərtibatı nəzərdə tutulur. Redaktə məqsədilə «Правка » menyusunun əmrlərindən istifadə edilir. Əgər sənədin hər hansı hissəsini ekrandan silərək xüsusi yaddaş olan buferə yazılması tələb olunarsa, onda qeyd olunan menyunun «Вырезать» əmrindən istifadə edilir. Bəzən mətn hissəsinin təkrarlanması və ya digər sənədə köçürülməsi tələb olunur. Belə halda həmin hissə seçilərək (bloka alınaraq) menyunun «Копировать» əmri ilə buferə yazılır. Sonra isə həmin sənəddə və ya istifadəsi nəzərdə tutulan digər sənəddə kursor lazımi mövqedə yerləşdirildikdən sonra «Вставить» və ya «Буфер обмена» əmrindən istifadə edilir. Qeyd edək ki, bu əmrlərin fərqi ondan ibarətdir ki, «Вставить» əmri vasitəsilə buferə göndərilmiş yalnız sonuncu məlumatı əlavə etmək mümkündür. «Буфер обмена» əmri vasitəsilə isə buferə göndərilmiş son 24 məlumatdan istənilənini seçib əlavə etmək mümkündür. Bu əmr verildikdə ekranın sağ tərəfində xüsusi pəncərədə buferdəki məlumatların siyahısı verilir. Onlardan istənilənini seçdikdə, həmin hissə sənədə əlavə olunur.

«Правка» menyusunun «Специальная вставка» əmrinin köməyi vasitəsilə sənədə buferin məzmunu istifadəçi istəyindən asılı olaraq Word obyekti kimi, RTF formatlı mətn kimi, formatlaşmamış mətn kimi, şəkil kimi, Windows metafaylı kimi, HTML forrmatda və ya Yunikod mətli kimi əlavə edilə bilər. Menyunun digər bir «Вставить как гиперссылку» əmri ilə mətn və ya seçilmiş obyekt sənədə hipermüraciət kimi əlavə edilir.

Əgər faylın və ya sənədin hər hansı elementi və ya hissəsinin silinməsi lazım olarsa (buferə yerləşdirilmədən) onda «Очистить» əmrindən istifadə edilir. Bu əmrin iki variantından birinə uyğun olaraq seçilmiş element və ya hissənin ya məzmunu, ya da formatı ləğv edilə bilər.

«Правка» menyusunun «Выделить все» əmrindən istifadə edilərək işçi pəncərədə aktivolan sənəd bütünlüklə seçilir (bloka alınır).

Bəzən istifadəçiyə sənədin hansısa elementinin (hərfin, sözün, söz birləşməsinin, cümlənin və s.) tapılması və dəyişdirilməsi tələb olunur. Bu məqsədlə «Правка» menyusunun uyğun olaraq «Найти» (tapmaq) və «Заменить» (əvəz etmək) əmrlərindən istifadə edilir. Hər hansı elementə keçid isə «Перейти» (keçmək) əmrindən istifadə olunur. Qeyd edək ki, redaktəyə faylların müxtəlif elementləri arasında əlaqələrin yaradılması (menyunun «Связи» əmri) və sənəddə olan obyektlərin (şəkil, təsvir, xüsusi qaydada yazılışlar və s.) redaktəsi («Объект») də mümkündür.

Sənədin əsas hissəsi ilə bərabər. xüsusi səhifə başlıqlarının (kolontitulların) da redaktəsi mümkündür. Bu məqsədlə «Вид» menyusunun « Колонтитулы» əmrindən istifadə edilir. Əmr verildikdən sonra ekrana verilən alətlər panelinin alətlərindən istifadə etməklə kolontitullar üçün ayrılmış hissədə müxtəlif verilənlərin əlavəsi və dəyişdirilməsini ( avtomətnlərin əlavəsini, səhifə nömrəsi, sənəd səhifələrinin cəmi sayını, cari tarixi və vaxtı və s.) yerinə yetirmək mümkündür.

Əgər sənəddə haşiyələr verilərsə onları da redaktə etmək mümkündür. Bu məqsədlə «Вид» menyusunun «Сноски» əmrindən istifadə edilir. Bu həm mətn daxilində haşiyəyə müraciətə, həm də haşiyənin məzmununa aid edilir.

«Вид» menyusunun digər əmrləri də sənədin redaktəsinə birbaşa da olmasa qismən aid edilə bilər. Bu menyunun əmrləri vasitəsilə əsasən sənədin ekran və istifadə görünüşü (adi, Web-sənəd, nişanlanmış şəkildə, oxunuş üçün və s.). onun strukturu, sxemi, sənəd üzrə hərəkət üçün əlverişli olan eskiz görünüşü və s. verilə bilər.

Word mətn redaktorunda tərtib edilmiş və hazır olan sənədin çapının təşkili məqsədilə əvvəlcə sənəd «Файл» menyusunun «Предварительный просмотр» əmrinin köməyi ilə baxışdan keçirilir. Bu sənədin quruluşunun, onun obyektlərinin yerləşməsinin düzgünlüyünə əmin olmağa imkan verilir. Daha sonra isə sənədin çapı məqsədilə «Файл» menyusunun «Печать» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərədə «Имя» sahəsində sənədin çap ediləcəyi printer seçilir. Printer seçildikdən sonra avtomatik olaraq sahədən sonrakı sətirlərdə printerin cari vəziyyəti (cari halda məşğul olub olmaması), adı. qoşulduğu portun adı və varsa qeydlər göstərilir.

Daha sonra istifadəçi tərəfindən sənədin hansı hissəsinin çap olunacağı müəyyənləşdirilir (bütün sənəd, kursor duran cari səhifə, nömrələri göstərilmiş səhifələr və ya sənədin seçilmiş hissəsi). Burada sənədin surətlərinin sayı və surətlərin çap ardıcıllığı da göstərilir. Pəncərənin xüsusi sahələri vasitəsilə artıq müəyyən edilmiş səhifələrin bütün hamısı, cüt və ya tək nömrəli səhifələrin çap edilməsi də müəyyənləşdirilir.

Burada təkcə sənəd deyil, sənəd haqqında məlumatlar, sənəddə edilən düzəlişlər, düzəlişlərin siyahısı, sənədin yaradılma üslubu və sənəddə istifadə edilən avtomətnlərin elementləri də çap edilə bilər. Çap üçün təyin edilmiş bu pəncərədə olan imkanlarla bir vərəqdə yerləşəcək maşın səhifələrinin sayını və istifadə ediləsək səhifənin formatını (A4, A5, Letter, Legal və s.) vermək olar.

Bütün qeyd olunan parametrlərlə bərabər çap üçün açılmış ilkin pəncərənin «Свойства» əmrinin köməyi ilə istifadə olunacaq vərəqin tipi, növü, mürəkkəbdən istifadə rejimi, səhifələrin çap ardıcıllığı, çap keyfiyyəti müəyyənləşdirilə bilər. Bu pəncərənin «Найти принтер» əmri isə adətən, lokal (yalnız istifadə edilən kompüter tərəfindən istifadə edilən) printerlərə aid deyil. Bu əmrdən xüsusi xidmətlərin malik olduğu və şəbəkə printerlərindən yaralanma üçün istifadə edilir.

MS Word mətn redaktorunda yaradılmış sənədə müxtəlif obyektlərin əlavəsi məqsədilə «Вставка» menyusunun əmrlərindən istifadə edilir. Bu əlavələrdən birincisi sənədə müəyyən böş aralığın verilməsidir. Menyunun «Разрыв» əmrini verdikdən sonra açılan yeni pəncərədən ilkin üç rejimlə aralığın bir səhifə, bir sütun və ya bir sətir olacağı variantlarından biri seçilir və yerinə yetirilir. Bu pəncərədə sonrakı variantlarla yeni bölmənin haradan başlayacağını müəyyənləşdirmək olar. Yeni bölmə cari səhifədən. yeni səhifədən, cüt və ya tək səhifədən başlaya bilər.

Sənədə səhifə nömrələrini əlavə etmək məqsədilə «Вставка» menyusunun «Номера страниц» əmrindən istifadə olunur. Əmr verildikdən sonra açılan pəncərədə səhifə nömrəsinin səhifənin aşağısında və ya yuxarısında yerləşəcəyi, secimdən asılı olaraq onun səhifənin solunda, sağında, mərkəzində və ya güzgü əksli vərəqlərdə daxildə və ya xaricdə veriləcəyi müəyyənləşdirir. Sonra həmin pəncərədə olan «Формат» düyməsini basmaqla növbəti səhifəyə keçilir. Bu səhifədə nömrələrin formatı (adi rəqəmlə, rum rəqəmləri ilə, hərflərlə verilməsi), aktivləşmədən sonra başlıq və alt başlıqların nömrələnməsi qaydası və nömrənin neçədən başlayacağı müəyyənləşdirilir və əmrin yerinə yetirilməsi ilə nömrələr səhifəyə əlavə edilir.

Sənədə cari tarix və vaxtın əlavəsi məqsədilə «Вставка» menyusunun «Дата и время» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərədə tarix və vaxtın veriləcəyi dil və onun formatı seçilir. Xüsusi sahənin aktivləşdirilməsi ( həmin sahəyə işarənin əlavəsi) tarix və vaxtın avtomatik yenilənməsini təmin edir.

«Вставка» menyusunun «Автотекст» əmri ilə sənədə avtomatik olaraq müxtəlif mətn­lərin (salamlama, xüdahafizləşmə, müraciət və s.) əlavəsi seçilmiş bəndə uyğun olaraq həyata keçirilir. Qeyd edək ki, istifadəçi özü də tez-tez istifadə olunan avtomatik mətn yarada bilər. Adətən belə yaradılmış avtomətn «Обычный» bəndində yerləşdirilir.

Yaradılmış sənədə xüsusi sahələrin əlavəsi məqsədilə «Поле» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərədən sahənin kateqoriyası seçilir. Bu kateqoriyalar yerinə yeti­rilən əməliyyatların avtomatlaşdırılmasına, vaxt və tarixə (cari vaxt və tarix, sənədin yara­dıl­ması, dəyişdirilməsi, çapı və s. tarix və vaxtlar), nömrələməyə (səhifınin nömrəsi, abza­sın nömrəsi, bölmənin nömrəsi və s.), sənəd haqqında məlumatlara (müəllif, xüsusiy­yətlər, sənəd yerləşən faylın adı və həcmi, sənəddəki sözlərin, simvolların, səhifələrin sayı və s.), istifadəçi haqqında məlumatlara (istifadəçinin ünvanı, inisialları, adı), əlaqə və müraciətlərə uyğun məlumatlara (başqa fayldan olan mətn hissəsi və ya şəkil, müxtəlif hipermüraciətlər və s. onla­ra müraciətlər), müxtəlif mənbələrdən götürülərək sənəd hissələrinə birləşdirmələrə uyğun məlumatlara, göstəricilərə (mündəricat və sənəd elementlərinin nömrələri və ya siyahı əlamət­ləri), düsturların və xüsusi simvolların qoyulmasına uyğun sahələrin sənədə əlavəsinə imkan verir. Sahə adətən sənədin digər hissəsindən fon və ola bilər ki. yazılışına görə fərqli olsun. İş zamanı əlavə edilmiş sahə xüsusi obyekt kimi qəbul edilir.

Sənədə klaviaturada olmayan simvolların əlavəsi məqsədilə «Вставка» menyusunun «Символ» əmrindən istifadə edilir. Əmrdən sonra açılan pəncərədən şriftlər yığımı və şriftin özü seçilir. Daha sonra verilmiş cədvəldən simvol götürülür, «Вставить» düyməsini basdıqda həmin simvol sənədə əlavə edilir. «Символ» əmrini verdikdə açılan pəncərənin köməyi ilə xüsusi təyinatlı işarələri (ticarət markası, mühafizə, paraqraf işarələri və s.) də sənədə əlavə etmək, eləcə də seçilmiş simvolun sənədə əlavəsini hər hansı düymələrin kombinasiyasına da həvalə etmək, avtomatk olaraq onların digəri ilə əvəzlənməsini müəyyən etmək mümkündür.

«Вставка» menyusunun «Примечание» əmrindən sənədin kursorun durduğu mövqeyinə xüsusi qeydlərin qoyulması mümkündür. Qeydlərin ekranda istifadəçi istəyinə uyğun görünüb-görünməməsinin təmini məqsədilə «Вид» menyusunun «Разметка» əmrindən istifadə edilməsi lazımdır. Qeydlərin ləğvini isə qeydin kontekst menyusunun ləğvetmə əmri ilə həyata keçirmək mümkündür.

Müxtəlif müraciətlərin sənədə əlavə edilməsi üçün «Вставка» menyusunun «Ссылки» əmrindən istifadə edilir. Əmr verildikdən sonra müraciətin forması seçilir. Bu haşiyələr (сноски), adlandırma (название), qarşılıqlı müraciət(перекрестная ссылка), mündəricat və göstəricilər(оглавление и указатели) ola bilər.

Hər bir seçilən varianta uyğun pəncərə açılır. Haşiyələr üçün açılan pəncərədə haşiyənin mətnə və ya sənədə aid olması, onun mətnin, səhifənin və ya sənədin sonunda verilməsi, haşiyələrin nömrələnmə qaydası və formatı və s. müəyyən edilir.

Adlandırma üçün pəncərə açıldıqda burada hansı obyektin cədvəlin, şəkilin və ya düsturun adlandırılması müəyyənləşdirilir. Əgər adlandırılacaq obyekt başqadırsa «Создать» düyməsini basmaqla onun adını siyahıya əlavə etmək olar. Burada adlandırmada nömrələ­mənin də aparılması müəyyənləşdirilir.

Müraciətlərdən növbətisi qarşılıqlı müraciətlərin verilməsidir. Əvvəlcə müraciət olunacaq element abzas, şəkil, cədvəl və ya başqa element siyahıdan seçilir və sonra parametr­lər verilərək müraciət müəyyənləşdirilir.

Burada olan sonuncu bənd (оглавление и указатели) mündəricatların verilməsi, cədvəl, şəkil və ya istifadə olunan ayrı-ayrı sənəd tərkibinin elementlərinin yerləşdiyi bölmə və ya səhifələrin siyahısını almaq olar. Qeyd edək ki, mündəricatın avtomatik verilməsi üçün əvvəlcədən fəsil başlıqları birinci səviyyəli (заголовок 1), paraqraf başlıqları ikinci səviyyəli (заголовок 20, alt paraqraflar üçüncü səviyyəli başlıqlar (заголовок 3) kimi və s. , əsas mətn hissəsi isə əsas mətn (основной текст) kimi elan edilməlidir.

Word mətn redaktorunda hazırlanmış sənədə şəkillərin və müxtəlif təsvirlərin əlavəsi üçün «Вставка» menyusunun «Рисунок» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərədə şəkilin və ya təsvirin hansı mənbədən götürüləcəyi müəyyənləşdirilir. Bu mənbələr aşağıdakılardır:



    • Картинки- Bu mənbə seçildikdə sağ tərəfdə yeni işçi oblast və ya pəncərə açılır. Bu pəncərədən əvvəlcə axtarış kolleksiyası seçilir və «Начать» düyməsi basılır. Ekranda şəkillər kolleksiyası görünür. Seçilən şəkil avtomatik olaraq sənədə kursor durduğu mövqedən əlavə edilir;

    • Из файла- əmr verildikdən sonra açılmış yeni pəncərədən əlavə olunacaq şəklin yerləşdiyi faylın olduğu qovluq seçilir. Lazımi fayl tapılır və həmin fayla daxil olaraq şəkil götürülür, götürülmüş şəkil sənədə əlavə edilir;

    • Со сканера или камеры- Bu bənd kompüterə qoşulmuş skaner və ya veb kamera vasitəsilə götürülmüş hər hansı şəkili sənədə əlavə etməyə imkan verir;

    • Создать рисунок- Müxtəlif mənbələrdən alınmış şəkil və təsvirlərin birləşdirilməsi, bəzi elementlərin, xətlər və həndəsi fiqurların əlavəsi ilə. müəyyən hissələrin silinməsi və görünüşünün dəyişdirilməsi və s. əməliyyatlarla yeni təsvirlər yaradılır;

    • Автофигуры- Kompüterdə mövcud olan (düymə basıldıqdan sonra ekrana verilən alətlər panelinin elementləri) xətlər, əyrilər, həndəsi və digər fiqurlardan istifadə etməklə təsvirlərin yaradılması imkanları verilir;

    • Объект Word Art- əmr verildikdən sonra açılan yeni pəncərədən yazılş forması müəyyənləşdirilir. Növbəti pəncərədə yazının şrifti, hərflərin ölçüsü və yazılış üslubu təyin olunur və yazılış sənədə əlavə edilir.

    • Организационная диаграмма- təşkilatı dioqramların qurulması üçün bu bənd seçilir. Seçimdən sonra ekranda ilkin maket və uyğun alətlər paneli görünür. Bu maketə panelin ayrı-ayrı alətləri ilə müxtəlif səviyyələr seçildikdən sonra yeni element əlavə etmək (eyni səviyyəli, tabe olan, köməkçi element), hər bir elementi aktivləşdirərək onun daxilindəki yazını dəyişmək, maketin formasını dəyişmək (adi, ikitərəfli, sağtərəfli, soltərəfli), maketin digər stilini təyin etmək, mətn daxilində yerləşmə vəziyyətini müəyyənləşdirmək, görünüş miqyasını vermək mümkündür;

    • Диаграмма- sənədə Excel cədvəlində verilənlərlə birlikdə uyğun diaqramı verir. Həmin verilənləri dəyişməklə və uyğun olanları daxil etməklə yeni diaqram qurmaq və sənədə əlavə etmək olar.

Qeyd edək ki, redaktorun adətən işçi pəncərənin aşağısında yerləşən «Рисование» alətlər panelinin alətləri ilə yuxarıda qeyd olunan təsvirlər xüsusiyyətlərinə uyğun olaraq dəyişdirilə və başqa formaya salına bilərlər.

«Вставить» menyusunun «Схематическая диаграмма» əmri vasitəsilə sənədə sxematik əlaqə və münasibətləri əks etdirən diaqramlar əlavə etmək olar. əmr verildikdən sonra ekranda görünən 6 diaqram tipindən uyğun gələni seçilir və əmrin verilməsi ilə ekranda görünən alətlər panelindən istifadə etmələ təşkilatı diaqramlarda olduğuna analaoji əməliyyatları yerinə yetirmək mümkündür.

Tərtib edilmiş sənədə xüsusi çərçivələrdə yerləşdirilmiş və hərəkət imkanına malik yazıların əlavəsi üçün «Надпись» əmrindən istifadə edilir.

Sənədə bütöv bir faylın əlavəsi üçün həmin menyunun «Файл» əmri verilir. Açılan pəncərədən fayl seçilir və sənədə kursor durduğu mövqedən əlavə olunur.

Bəzən yaradılmış sənəddə redaktə işinin və ya digər düzəlişlərin edilməsi ilə əlaqədar müəyyən mövqeyin tez tapılmasını müəyyənləşdirən əlamətin olması tələbatı yaranır. Belə əlamət «Закладка» (əlfəcin ) qoyulması ilə həyata keçirilir. Bu əlfəcinin yerinin müəyyənləşdirilməsi üçün «Правка» menyusunun «Перейти» əmrindən istifadə edilir.

Sənədə Word redaktorunda və ya digər redaktorda yaradılmış faylın məzmununun deyil adının qoyularaq istənilən vaxt onun xüsusi əlaqə ilə gətirilməsini təmin etmək məqsədilə «Вставка» menyusunun «Гиперссылка» əmrindən istifadə edilir. Bu cür əlavə edilmiş hipermüraciətin işləməsinin təmini üçün klaviaturanın “Ctrl” düyməsini basılı saxlayaraq müraciətin üzərində MOUS-un düyməsini iki dəfə basmaq tələb olunur. Hipermüraciət sənədin əsas mətnindən rənginə görə fərqlənir.

Windows əməliyyatlar sisteminin bütün proqramları qarşılıqlı işləmə qabliyyətinə malikdirlər. Bundan istifadə edərək Word mətn redaktorunda da yaradılmış istənilən sənədə digər proqramların obyektlərini əlavə etmək mümkündür. Bu məqsədlə «Вставка» menyusunun «Объект» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərənin yuxarı hissəsindəki iki rejimdən biri seçilir. Əgər «Создание из файла» seçilərsə onda obyekt müəyyən olunmuş fayldan seçilərək ya obyelt, ya da xüsusi işarə kimi əlavə edilir. Bu əlavədə ilkin faylla əlaqəni də təmin etmək olar. Bu əlaqə hər dəfə ilkin faylda olan dəyişikliklərin sənəddəki obyektdə də avtomatik dəyişiklik edəcəyinə imkan verir. «Создание» rejimi seçildikdə xüsusi oblastda əlavə olunacaq obyektin aid olduğu proqramın seçilməsi təklif olunur. Seçimdən sonra ekran dəyişərək seçkiyə uyğun proqramın işçi pəncərəsini yükləyir. Obyekt hazırlandıqdan sonra düymənin basılması ilə yenə də sənədə qayıdılır və obyekt əlavə olunur. Əlavədən sonra obyektdə hər hansı dəyişikliklər etmək üçün onun üzərində sağ düyməni basaraq kontekst menyunun açılması təmin olunur.

Bu proqramlardan ən çox istifadə edilənlərdən biri də riyazi və digər düsturların və yazılışların aparılması üçün istifadə edilən Microsoft Equation-dur. Onun seçilməsi ilə ekranda xüsusi yazılış pəncərəsi və alətlər paneli görünür. Bu alətlər panelinin alətləri indekslərin, üstlərin qoyulmasına, yunan hərflərini yazılışına, matrislər, müxtəlif cəmlər və hasillər, inteqrallar və s. yazılışı imkanını yaradır.

Word mətn redaktorunda yaradılmış sənədin formatlaşdırılması məqsədilə «Формат» menyusunun əmrlərindən istifadə edilir. Bu əmrlərin köməyi ilə siyahıların tərtibi («Список» əmri) mümkündür. Əmr verildikdən sonra adi markalanmış siyahılar, nömrələnmiş müxtəlif səviyyəli siyahılar yaratmaq mümkündür.

Sənəd hissəsinin və ya səhifənin çərçivəyə alınması və mətn hissəsinin fonunu rənglənməsi məqsədilə «Границы и заливки» əmrindən istifadə olunur. Bu əmr verildikdən sonra açılan pəncərənin imkanları ilə qoyulacaq çərçivənin forması. Çərçivə xətlərini tipi, qalınlığı, rəngi və s. müəyyənləşdirilir. Fon rəngi də həm rəng. həm də naxışlar baxımından müxtəlif cür seçilə bilər.

«Формат» menyusunun «Колонки» əmri vasitəsilə sənədin yerləşdiyi səhifələr sütunlara bölünə bilər. Əmr verildikdən sonra açılan pəncərədəki parametrlərin verilməsindən asılı olaraq sütunların sayı, onların eni, aralarındakı məsafə, sütunlaşmanın sənədin aid olduğu hissə müəyyənləşdirilə bilər.

Bu menyunun «Табуляция» əmri kursorun klaviaturanın Tab düyməsi vasiitəsilə hərəkətini və hər hərəkət sıçrayışının məsafəsini, tabulyasiya məsafəsinin düzləndirilmə tərəfini və məsafənin doldurulacağı işarəni müəyyənləşdirə bilər.

«Формат» menyusunun «Буквица» əmri seçilmiş hərf və ya hərlərin xüsusi obyekt kimi forma almasına, ölçülərini dəyişdirilməsi və əsas mətndən məsafənin müəyyənləşdirilməsinə imkan verir. Menyunun «Направление текста» əmri vasitəsilə bu cür formaya salınmış hərf və ya hərflərin, eləcə də cədvəl xanalarındakı sözlərin yazılış istiqamətlərini müəyyənləşdirir.

Menyunun «Регистр» əmri seçilmiş mətn hissəsinin cümlədəki kimi, kiçik hərflərlə, baş hərflərlə, hər bir sözün baş hərflə başalması ilə, sözlərin ilk hərflərinin kiçik, qalanların baş hərflərlə yazılması rejimlərinin verilməsini təmin edir.

«Формат» menyusunun «Фон» əmri vasitəsilə sənəd yerləşən sənifənin bütövlükdə fonunun tərtibatı həyata keçirilir. Belə ki, əmr verildikdən sonra açılan yeni pəncərədə verilən istənilən rənglə fonu rəngləmək olar. Eyni zamanda açılan pəncərədəki «Способы заливки» rejiminin seçilməsi ilə fon yalnız bir rənglə deyil şəkillə, müxtəlif rənglərin qarışığı ilə, əvvəlcədən hazırlanmış xüsusi tərtibatlı təsvirlə doldurula bilər. Burada verilən «Подложка» rejimi isə səhifə fonuna müxtəlif şəkil və yazıların dioqonal, üfiqi və ya digər formalarda solğun rəngdə fon şəkili kimi verilməsinə imkan yaradır.

Bu menyunun digər əmrləri ilə redaktorun mövcud standart mövzulara («Тема») uyğun format tərtibatının istifadəsinə, sənəd olan pəncərədə müxtəlif tərəflərdə yerləşən cərcivələrdə («Рамки») eyni sənədin müxtəlif variantlarını görməklə işləmə imkanlarını, mövcud formatlaşma parametrlərinin tətbiqi imkanlarını («Автоформат») , yazılış və tərtibat üçün yeni formatlaşma stillərini yaradılmasını («Стили и форматирование»), tərtib edilmiş sənədin və ya sənəd hissəsinin formatlaşma parametrlərinin araşdırılmasını («Показать форматирование») da həyata keçirə bilər. Eyni zamanda menyunun «Объект» əmri vasitəsilə seçilmiş sənəd obyektini də əmrin verilməsi ilə ekranda görünən xüsusi alətlər panelinin alətlərinin köməyi ilə formatlaşdırmaq olar.

MS Word mətn redaktorunda sadə düsturların yazılmasını adi hərflər və «Формат» menyusunun «Шрифты» əmrinin açılan pəncərəsindəki «Видоизменеия» effeklərindən olan sətirüstü və sətiraltı rejimləri vasitəsilə yazmaq olar. Lakin ümumiyyətlə, düsturların yazılması üçün xüsusi redaktorun imkanlarından istifadə edilir. Bu məqsədlə «Вставка» menyusunun «Объект» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərədən «Тип объекта» oblastından Microsoft Equation( və ya alətlər panelindən ) redaktoru seçilir. Seçmədən sonra adətən ekranda xüsusi sahə, yəni düsturun yerləşəcəyi sahə və əmrin verilməsi ilə bərabər ekrana xüsusi, bu redaktora aid alətlər paneli verilir. Panel alətlərinin hər birinin seçilməsi, hər hansı yazılışa uyğun müxtəlif variantları təklif edir. Yazılacaq düstura uyğun olaraq yazılışda istifadə ediləcək yunan hərfləri, müxtəlif şəkilli indekslər və üstlər, münasibət işarələri, məntiqi işarələr, cəmlərin və hasillərin müxtəlif variantları, müəyyən, qeyri-müəyyən və əyrixətli inteqrallar, matrislər və ardıcıllıqların yazılışı, kəsrlər və s. seçilə bilər. Qeyd edək ki, düstur yazılışı rejimində adətən probel işarəsini ekrana vermək olmur. Açılan pəncərənin menyuları redaktorun işini tənzimləməyə imkan verir. Belə ki, MS Equation-a aid olan menyuların bəzilərinin əmrləri digər proqram vasitələri ilə eyni olsa da fərqli olanlar da var. Bunlar «Стиль» və «Размер» menyularıdır. Birinci menyunun əmrləri ilə müxtəlif tipli daxil edilən işarə və ifadələrin yazılış üslubları təyin olunur. İkinci menyu isə daxil edilən simvol və işarələrin ölçülərinin müəyyənləşdirilməsinə imkan verir. Qeyd edək ki, bu təyinet­mədə hər iki menyunun «Определитель» əmrinin xüsusi əhəmiyyəti vardır. Belə ki, həmin əmr verildikdən sonra açılan pəncərədəki sahələrin məzmunu istifadəçi istəyi və tələbata uyğun olaraq dəyişdirilə və lazımi effektlər əldə oluna bilər.

Qeyd edək ki, düstur sənədə xüsusi obyekt kimi əlavə olunur. İş qurtardıqdan sonra yenidən Word redaktorunun işçi pəncərəsinə qayıdılır. Əgər düsturda hansısa dəyişikliyin aparılması lazım gələrsə, düstur olan obyekt aktivləşdirilir və kontekst menyunun əmrlərindən uyğun olanı seçilərək lazımı düzəlişlər, əlavələr və ya hansısa elementin dəyişdirilməsi həyata keçirilir.

MS Word mətn redaktorunda digər obyektlərlə yanaşı cədvəllərin tərtibi və onlardan istifadə edilməsi imkanları da mövcuddur. Cədvəllərin yaradılması iki üsulla: alətlərin köməyi ilə (qələm, pozan və s.) və əmrlərlə yerinə yetirilə bilər. Birinci halda adətən «Таблица» menusunun «Нарисовать таблицу» əmri verilir. Ekrana əgər yoxdursa alətlər paneli gəlir. Paneldəki qələmdən istifadə etməklə cədvəl xətlərinin tipi, qalınlığı, rəngi seçilərək ekranda cədvəlin ümumi konturu, daha sonra sətir və sütunlar çəkilir. Cədvəlin hər hansı xəttinin silinməsi məqsədilə paneldəki pozandan istifadə edilir.

İkinci halda cədvəlin ekrana əlavəsi üçün həmin menyunun «Вставить» əmri­nin «Таблица» bəndi seçilir. Əmr verildikdən sonra ekranda açılan yeni pəncərədəki uyğun sahələrdə sütun və sətirlərin sayı, sütunların eninə uyğun parametrlər, dəyişməyən en, daxil ediləcək məzmuna görə en, pəncərənin aktiv hissəsinin görə en variantlarından biri verilir. Parametrlərə uyğun cədvəl kursor duran mövqeyə əlavə edilir.

Cədvəl xanalarına yazılar daxil edilərkən yazıların xanada üfiqi yerləşməsi adi sənəd yazılarında olduğu kimi həyata keçirilir. Lakin yazıların şaquli yerləşməsini müəyyənləşdirmək üçün yerləşməsinin «Таблица» menusunun «Свойства таблицы» əmrindən istifadə etmək lazımdır. Bu əmrin «Ячейка» bəndində verilən parametrlərlə yazının xanada yerləşməsini təyin etmək olar. Qeyd edək ki, menyunun bu əmrindən həm də sətir və sütunların da dəqiq ölçülərini vermək mümkündür.

Cədvəlin sətir və sütunlarının ölçülərinin nizamlanması üçün kursotu lazımi sərhəd xəttinin üzərinə qoymaq, ikitərəfli ox şəkli alındıqdan sonra düyməni basılı saxlayaraq xətti hərəkət etdirməklə lazımi ölçünü əldə etmək olar.

Cədvələ yeni sətir, sütun, xana əlavə etmək üçün «Таблица» menyusunun «Вставить» əmrinin uyğun bəndlərindən istifadə etmək lazımdır. Qeyd edək ki, xana əlavə edildikdə sürüşdürülmə istiqaməti də soruşulur.

Cədvəlin və onun elementləri olan sətir, sütun və xananın silinməsi «Таблица» menyusunun «Удалить» əmrinin uyğun bəndləri vasitəsilə həyata keçirilir. Əlbəttə, ləğv etmə seçmə olmadıqda kursorun içərisində durduğu cədvələ, sətirə, sütuna və ya xanaya aid edilir. Əgər bir neçə elementin ləğvi və ya ölçülərinin dəyişdirilməsi nəzərdə tutularsa, onda onları seçmək lazımdır. Bu adi mətn seçildiyi kimi də həyata keçirilə bilər, ya da menyunun «Выделить» əmrinin bəndlərinə uyğun da həyata keçirilə bilər.

Əgər cədvəlin bir neçə xanasını birləşdirmək lazımdırsa onda birləşdiriləcək xanalar seçildikdən sonra «Таблица» menyusunun «Объединить ячейки» əmrini veririk. Əgər bir xananın bölünməsi gərək olarsa, həmin xanada kursoru yerləşdirərək menyunun «Разбить ячейки» əmrini veririk. Əmr verildikdən sonra xananın bölünəcəyi sətir və sütunların sayı verilir və əmr yerinə yetrilir.

Cədvəlin özünü də bölmək olar. Bu məqsədlə cədvəl daxilində kursoru yerləşdirərək «Таблица» menyusunun «Разбить таблицу» əmrini veririk. Cədvəlləri birləşdirmək üçün isə onlar arasındakı məsafənin seçilərək ləğvi kifayətdir.

Cədvəlin formatlaşdırılmasının mövcud cədvəl formalarından hər hansı birinə uyğun yerinə yetirilməsi üçün menyunun «Автоформат» menyusundan istifadə edilir. Əmrin verilməsindən sonra ekranda müxtəlif formatda olan cədvəllərin variantları verilir. İstifadəçi istəyinə uyğun variantı seçir, onun dəyişəcək və dəyişməz qalacaq parametrlərini müəyyənləşdirərək yerinə yetirmə verilir.

Cədvəl sütunlarını və sətirlərini ölçülərinə görə eyniləşdirilməsi məqsədilə «Таблица» menyusunun «Автоподбор» əmrindən istifadə edilir. Bu əmrin variant­larına görə eyniləşdirmə məzmuna, aktiv pəncərənin eninə, qeyd olunmuş enə, seçil­miş elementlərin ümumi ölçülərinin elementlərin sayına bölünməsi ilə alınacaq.

Menyunun «Загаловки» əmri ilə adətən seçilmiş sətir və ya sütun (adətən birinci sətir və ya birinci sütun) başlıqlar sətri və ya başlıqlar sütunu kimi qəbul edilir. Bunun mahiyyəti ondan ibarətdir ki, menyunun əmrlərindən istifadə edərək seçmə, müəyyən hesablamaların aparılması və digər uyğun əməliyyatlarda başlıqlar nəzərə alınmır.

«Таблица» menyusunun «Переобразовать» əmrinin köməyi ilə seçilmiş cədvəli mətnə və seçilmiş mətni təyin olunmuş şərtlərlə cədvələ çevirmək müm­kündür.

Menyunun « Сортировка» əmri cədvəlin daxilindəki verilənlərin seçilməsini və ya çeşidlənməsini həyata keçirir. Belə ki, əgər cədvəl məlumatları hərflərdən ibarət­dirsə, onlar ya əlifba sırası, ya da əks sıra ilə düzülür, əgər məlumatlar rəqəmlərdən ibarətdirsə onda məlumatlar artma və ya azalma sırası ilə düzüləcək. Əmr verildikdən sonra əvvəlcə seçmə aparılacaq sütun müəyyən edilir, daha sonra seçmə obyektinin mətn və ya ədəd olduğu müəyyənləşdirilir və nəhayət seçmə əlaməti (artma və ya azalma) verilir. Qeyd edək ki, bu seçmə ardıcıl bir necə sütuna görə də aparıla bilər. Lakin şərtlərin hər biri əvvəlkini inkar etməməlidir.

Əslində Word mətn redaktorunda sənədə əlavə olunan cədvəllər hesablanan cədvəllər olmurlar. Lakin bəzən cədvəllərdə bəzi sadə hesabatların aparılması tələbatı yaranır. Bu məqsədlə menyunun «Формула» əmrindən istifadə edilir. Əvvəlcə nəticə yerləşdiriləcək xana müəyyənləşdirilir. Bu adətən ya sonuncu sətrin, ya da sonuncu sütunun xanası olur. Sonra əmr verilir. Açılan pəncərədə istifadə ediləcək funksiya «Вставить функцию» sahəsində verilən variantlar içərisindən seçilir. Nəticənin adətən ədəd olduğunu nəzərə alaraq «Формат числа» sahəsindən ədədin formatı müəyyənləşdirilir. Bundan sonra «Формула» sahəsində “=” işarəsindən sonra yazılmış funksiyanın arqumenti göstərilir. Əməliyyatları əksəriyyəti cədvəl diapazonları üçün aparıldığından burada adətən xanalar diapazonu göstərilir. Məsələn, C1:C6 və ya B1: D1. qeyd edək ki, diapazonların göstərilməsində sütunların fikrən latın hərfləri ilə əlifba sırası ilə nömrələndiyi, sətirlərin isə rəqəmlərlə ardıcıl olaraq nömrələndiyi nəzərdə tutulmalıdır.

İstifadə edilən funksiyalara gəldikdə, burada makimumun, minimumun tapılması, diapazonda elementlərin sayı, ədədin yuvarlaqlaşdırılması, cəmin hasilin hesablanması, mütləq qiymətin və tam hissənin, qalıq hissənin verilməsi və s. funksiyalar vardır.

Cədvəldə cədvəl torunun ekranda görünüb-görünməməsinin «Таблица» menyusunun «Отображать сетку» əmri ilə yerinə yetirmək olar. Lakin qeyd edək ki, bu məqsədə nail olmaq üçün, daha döğrusu cədvəl torunun ekranda görünməməsi üçün onun xətlərinin, yəni çərçivə xətlərinin əvvəlcədən seçilərək rəngsizləşdi­rilməsini həyata keçirmək lazımdır. Bu halda cədvəl xətləri böz rəngdə olacaq. Belə halda cədvəl torunun ekranda görünməməsini təmin etmək olar. Bütün bu qeyd olunanların həyata keçirilməsi üçün menyunun «Свойства таблицы» əmri verilərkən açılan pəncərədəki «Границы и заливки» əmrindən istifadə etmək lazımdır.

Qeyd edək ki, «Свойства таблицы» əmrini verərkən açılan pəncərənin aşağı­sında olan «Параметры» əmri vasitəsilə cədvəl daxilində xanalarda işlək sahə­lərin, verilənlər sahələrinin cədvəl xanalarının kənarlarına görə yerləşməsini də müəyyən­ləşdirmək mümkündür.



  1. 1. V.B.Müslümov, Ə.Ə.Əliyev və b. İnformatika. Dərs vəsaiti. Bakı, 2015

  2. KərimovS.Q, Həbibullayev S.B və b. İnformatika, Bakı, 2012.

  3. 3.Э. Таненбаум. Современные операционные системы. Изда­тель­ский дом «Питер», 2010.

  4. И.Г.Семакин, Л.А.Залогова и др. Информатика и ИКТ. Изд.ЛВЗ, 2009.

  5. Н.Д.Угринович. Информатика и ИКТ. Изд. БИНОМ, 2009.

  6. Q.Əfəndiyev, N.Rüstəmov. Kompyuter və İKT-nin əsasları. Bakı, 2006.

  7. Александр Левин, Работы на компьютере Питер,2004

  8. Mübariz Xəlilov, Nazlı Həsənova, İnformatika , Bakı 2014

  9. Komputеr və informasiya  texnologiyaları əsasları - O. Gündüz, Q. Əfəndiyev, N. Rüstəmov

  10. İnternet - O.Gündüz

  11. İnformatika - Ə.M.Rüstəmov


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin