MÖVZU 11
MS Excel cədvəl prosessoru və onun elementləri. Sadə cədvəllərin tərtibi və hesablamaların aparılması qaydaları
Plan :
Excel cedvel prosesorunun pəncərəsi
Funksiyalanın qiymetinin hesablanması
Diaqramlar
Müxtəlif hesablamaların aparılması, cədvəl verilənlərinin işlənməsi, müxtəlif fəaliyyət növlərinə uyğun məlumatların hesabatlar şəklində tərtibi xüsusi proqram vasitələrindən istifadə ilə xeyli asanlaşdırılır. Belə vasitələrdən biri də Excel cədvəl prosessorudur. Excel cədvəl prosessoru ofis proqramlarından olub, «Пуск» düyməsini basdıqdan sonra açılan siyahıdakı «Программы» bölməsinin seçilməsi və yeni açılan pəncərədə Microsoft Offise bəndinin açılmasından sonra ardıcıllıqdan Microsoft Office Excel-lə yüklənir. Yüklənmədən sonra ekranda Excel-in işçi pəncərəsi görünür. Pəncərənin birinci sətrində cədvəl prosessorunun və sənədin adı göstərilir. İlkin variantda sənədin adı «Книга 1» kimi verilir. Lakin istifadəçi istəyindən asılı olaraq bu ad dəyişdirilə bilər. Sonrakı sətirsə Excelin menyularının adları, formatlaşdırma və standart alətlər panelləri yerləşir. Word mətn redaktorundan fərqli olaraq növbəti sətid düsturlar sətridir. Belə ki, sətrin ilk sahəsində aktiv olan xananın ünvanı, sonrakı sahədə isə onun məzmunu göstərilir, daha sonra xanalardan ibarət olan Excel işçi cədvəli görünür.
Excel cədvəli rəqəmlərlə nömrələnmiş sətirlərdən və hərflərlə adlandırılmış sütunlardan ibarətdir. Belə sütunların sayı 256-dır. Hər bir xana sətir və sütunun kəsişməsi olduğundan şahmat taxtasındakı kimi A1, G5, İ45 və s. kimi adlandırılır.
Əslində bu görünən cədvəllər Excelin işçi vərəqləri adlandırılır. Ümumilikdə isə işçi vərəqlər Excel kitabında birləşdirilir. İşçi cədvəldən sonrakı sətirdə Excel cədvəl prosessorunun yüklənməsi ilə aktiv olan işçi vərəqlərin siyahısı verilir. Onlardan hər hansı birinin seçilməsi həmin işçi vərəqin ekrana verilməsini təmin edir.
İşçi vərəqin hər hansı xanasının üzərində Mous-un göstəricisini qoyaraq düymənin basılması onun seçilməsinin müəyyənləşdirir. İstənilən sətri seçmək üçün ona uyğun rəqəmin üzərində düyməni basmaq kifayətdir. Sütunu seçmək üçün ona uyğun hərfin üzərində düyməni basmaq lazımdır. Cədvəlin bir neçə xanası düyməni basılı saxlamaqla hərəkət etdirməklə yerinə yetirilir. Bu seçmədə seçilmiş hissəyə aid sol yuxarı küncdəki xananın rəngi digər seçilmiş xanalardan fərqlənir. Əgər istifadəçi bütün işçi vərəqi seçmək istəyirsə sadəcə olaraq yuxarı sol küncdəki adsız xanada düyməni basmaq kifayətdir.
İşçi vərəqin sətirlərini ölçülərini dəyişmək üçün onun aşağı sərhəddi olan xəttin üzərində duraraq, müəyyənləşdirici rəqəm olan xanada, düyməni basılı saxlamaqla aşağı çəkmək lazımdır. Sütunu ölçülərini də dəyişmək üçün sağ sərhəddə uyğun xəttin üzərində durmaqla sərhəddi çəkmək lazımdır.
İşçi vərəqə yeni xana, sətir və sütun əlavə etmək üçün «Вставка» menyusunun uyğun «Ячейки» ( xanalar), «Строки» ( sətirlər), «Столбцы» (sütunlar ) əmrlərindən istifadə olunur.
Əgər kitabın siyahıda verilən vərəqlərindən əlavə işçi vərəq lazım olarsa, onda yenə həmin menyunun «Лист» əmrindən istifadə edilir.
Sətir, sütun və ya xananın ləğvi üçün «Правка» menyusunun «Удалить» əmrindən istifadə edilir. İşçi vərəqin ləğvi üçün isə həmin menyunun «Удалить лист» əmri istifadə ediləcək. Bu menyunun «переместить/ скопировать лист» əmrindən istifadə etməklə aktiv işçi vərəqin siyahıdakı yerini dəyişmək və ya surətini həmin sıyahıya əlavə etmək mümkündür. İstənilən işçi vərəqin adını dəyişmək üçün onun adı üzərində düyməni ardıcıl olaraq iki dəfə basmaq və köhnə adı silərək, yenisini əlavə etmək olar.
Cədvəl xanalarına adi verilənlər klaviatura vasitəsilə əlavə edilir. İstənilən xananın formatlaşdırılması isə «Формат» menyusunun «Ячейки» əmri vasitəsilə yerinə yetirilir. Bu əmr verildikdən sonra açılan pəncərədə pəncərə başlığında olan birinci «Число» rejimini seçməklə xanada yazılmış ədədlərin formatı müəyyənləşdirilir. Yəni burada olan ədədlər ümumi təyinatlı, sırf ədədi, pul miqdarı göstəricisi, maliyyə göstəricisi, vaxt, tarix, faiz, kəsr, eksponensial, mətn tipli və digər tiplər ola bilər. Hər bir seçilən ədədi tip özünə uyğun formatlarda verilməlidir.
İkinci rejim «Выравнивание» rejimidir. Bu rejimdəki parametrlərlə xanada yazıların həm üfiqi, həm də şaquli yerləşmə qaydaları, məlumatların yazılma istiqaməti, eyni xanada yazı sətirlərinə keçid və s. müəyyənləşdirilir.
«Шрифт» rejimi xanada və ya seçilmiş xanalarda yerləşən verilənlərin əks etdiriləcək şrift, hərflərin ölçüsü, rəngi və s. müəyyənləşdirilir.
«Граница» rejimi xana və xanaların sərhədlərinin parametrlərini, xəttin tipi, qalınlığı, rəngi verilir.
«Вид» rejimi xana daxilinin formatını, rənginin, xana daxili veriləcək naxışların tipini müəyyənləşdirilir.
«Защита» rejimi xananın mühafizəsini təmin edir. Lakin bu mühafizə ümumi kitab mühafizə olunduqda aktivləşə bilər.
Tərtib olunmuş cədvəldə sütunların, sətirlərin ölçülərinin dəqiqləşdirilməsi də «Формат» menyusunun uyğun əmrlərindən istifadə olunur. Həmin menyunun «Условное форматирование» əmri ilə seçilmiş xanaların müəyyən şərtlər daxilində formatlaşdırılmasını da aparmaq mümkündür.
Sadə cədvəl hesablamalarını aparmaq məqsədilə toplama (+), çıxma (-), vurma (*), bölmə (/), qüvvətə yüksəltmə (^) əməliyyatlarını aparmaq lazımdır. Hesablama əməliyyatlarında riyaziyyatın ilkin qaydalarına riayət etmək lazımdır. Hər hansı xanada hesablama aparılacaqsa əvvəlcə “=” işarəsi qoyulur və daha sonra riyazi hesablamaya uyğun ifadə yazılır. İfadənin yazılışı qurtardıqdan sonra Enter düyməsinin basılması ilə nəticə hesablanaraq xanada yerləşdirilir. Lakin qeyd edək ki, nəticə olan xana seçildikdə hesablama düsturu işçi pəncərənin düsturlar sətrində verilir. Məhz buna görə də hesablama yazılışlarında düzəlişlərin aparılması məqsədilə həmin düsturlar sətrindən istifadə etmək lazımdır. Bunu misalla göstərək. Məsələn A1 xanasında 3, B1 xanasında 6, C1 xanasında 3 rəqəmləri yazılıb. D1 xanasında “=(A1+B1)/C1” yazıb Enter düyməsini bassaq D1 xanasında nəticə olan “3” yerləşəcək. xana seçildikdə isə düsturlar sətrində “=(A1+B1)/C1” ifadəsi görünəcək. Eyni hesablama prosesi A, B, C sütunlarının ardıcıl sətirləri üçün də aparılacaqsa yeni hesablama düsturlarını yazmağa gərək yoxdur. Bu halda D1 xanasını seçib onun üzərindəki düzbucaqlının aşağı sağ küncündəki qalın qara “+” işarəsinin üzərində düyməni sıxmaqla aşağı çəkmək lazımdır. Hesablamalar uyğun xanalara müvafiq hesablanaraq yerləşdiriləcək.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Excel cədvəl prosessorunda hesablamalar və əməliyyatlarda xanaların adlarından istifadə edilməsi onların məzmununun hesablama baxımından əhəmiyyətli olmadığına və beləliklə də prosesin xanalar üzrə aparılmasına imkan yaradır.
Əgər biz iki və daha çox yanaşı sütunda yerləşən ədədlərin həm sətirlər, həm də sütunlar üzrə cəmlərini hesablamaq istəyiriksə. Onda həmin xanalar həm sağdan bir boş sütun, həm də aşağıdan bir boş sətir saxlanmaqla seçilir. Daha sonra alətlər panelində olan “ ∑” işarəsini basmaq lazımdır. Bu halda cəmləmə avtomatik aparılaraq lazımi uyğun xanalara yerləşdiriləcək.
Əgər alınan nəticənin yuvarlaqlaşdırılması və ya vergüldən sonrakı rəqəmlərin dəqiqliyə görə sayının artırılması alətlər panelində olan düymələrlə, ya da ki, əvvəldə qeyd olunmuş «Формат» menyusunun «Ячейки» əmrinin «Число» rejimindən istifadə etmək olar.
Qeyd etmək lazımdır ki, hesablamaların nəticələrini bir yerdən başqa yerə apardıqda , əgər həmin xanada yekun nəticə varsa və həmin nəticə digər xanalardakı məlumatlardan asılıdırsa, onda həmin nəticə itir. Bu nəticənin itməməsi üçün nisbi ünvanlardan deyil, mütləq ünvanlardan istifadə edilməsi lazımdır. Bunun üçün, məsələn D1 xanasının məlumatını digər yerdə istifadə edərkən “=D1...” deyil “ =$D$1...” yazılışından istifadə edilməlidir.
Nəticənin itirilmədən istifadəsi üçün istifadə ediləcək ikinci qayda xanalara istifadəçi tərəfindən adların verilməsidir. Bunun üçün nəticə olan xana seçilir, sonra «Вставка» menyusunun «Имя» əmri seçilir. Həmin əmrin «Присвоит» bəndini seçməklə xanaya ad verilir: məsələn “NN”. Sonra istənilən xanada, hətta digər işçi vərəqdə həmin adın verilməsi, onun malik olduğu nəticənin istifadəsinə imkan verir. Yəni, əvvəlki misala qayıtsaq (nəzərdə tuturuq ki, D1 xanasına “NN” adını vermişik) yazılışın “=NN...” kimi verilməsi həmin nəticənin istifadəsinə imkan verəcək.
Ümumiyyətlə, Excel cədvəl prosessorunda istənilən işçi vərəqin, kitabın məlumatlarını digərində istifadə etmək mümkündür. Lakin bunun üçün istifadə mənbəyi olan fayl və ya kitabın adı, işçi vərəq. onun xanası mütləq göstərilməlidir. Bu belə göstərilir “=[kitabın adı] işçi vərəqin adı! xananın mütləq ünvanı”.
Excel cədvəl prosessorunda bəzən xanaların birləşdirilməsi tələb olunur. Belə halda, birləşdiriləcək xanalar seçilir və daha sonra alətlər panelində olan işarəsi basılır. əgər müəyyən mərhələdə həmin birləşdirilmiş xanaların yenidən əvvəlki vəziyyətə qaytarılması lazım olarsa, yenə də həmin xana seçilir və yuxarıdakı düymə basılır. Qeyd etmək lazımdır ki, xanaların birləşdirilməsi və əməliyyatların yerinə yetirilməsində xananın məzmununu tipini nəzərə almaq lazımdır.. Adətən müəyyən hesablama səhvlərinə və eləcə də məntiqi səhvlərə yol verildikdə bu haqda ekrana xəbərdarlıq verilir. Düzgün hesablama aprılmayan xanaların sol yuxarı küncündə kiçik yaşıl üçbucaq verilir. Həmin üçbucağın üzərində durub, sağ düyməni basmaqla açılan pəncərənin əmrlərinin köməyi ilə istənilən səhvin mənbəyini, prosesin yerinə yetirilmə ardıcıllığını müşahidə etmək olar ki, bu da sonda səhvin aradan qaldırılmasında yararlı olar.
Müxtəlif obyektlərin əlavəsi, görünüşlə əlaqədar rejimlərin seçilməsi, yaradılmış kitabın yaddaşda saxlanılması, müxtəlif düzəlişlərin aparılması qaydaları Word mətn redaktorundakı ilə analoji olduğundan onlarla işçləmə qaydaları ilə tanışıq.
Dostları ilə paylaş: |