6. Təhsildə İKT-nin resurs təminatı Ölkənin təhsil sisteminin informasiyalaşdırılmasını təmin edən əsas resurslar aşağıdakılardır:
• Maliyyə resursları
• Kadr resursları
• Elmi-texniki potensial
• İnformasiya resursları
• Maddi-texniki vasitələr
Maliyyə resursları aşağıdakı vəsaitlərin istifadəsini şərtləndirir:
- Təhsil sistemi üçün nəzərdə tutulan büdcə vəsaitləri;
- Dövlət proqramlarında nəzərdə tutulan vəsaitlər;
- Beynəlxalq təşkilatların yardımı;
- Müxtəlif qurumların və əhalinin sponsorluq yardımı;
- Təhsil müəssisələrinin öz vəsaitləri;
- Ölkə qanunvericiliyinə zidd olmayan başqa mənbələr.
Qeyd : Bu sənəddə “Təhsilin informasiyalaşdırılması” və “Təhsildə İKT-nin tətbiqi” eyni məzmunlu terminlər kimi istifadə olunur.