Üçüncü mərhələ ( 2012-2014 ) – VAHİD İNFORMASİYA MÜHİTİNİN FORMALAŞDIRILMASI
Təhsilin informasiyalaşmasının üçüncü mərhələsi 2012-2014-cw illəri əhatə edir və bu mərhələdə aşağıdakı əsas vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
təhsil sisteminin bütün subyektləri arasında məlumatötürmə şəbəkəsinin tam formalaşdırılması;
təhsilin vahid informasiya sisteminin yaradılması;
informasiya resursları və sistemlərinin inkişafı, onların əsasında təhsil xidmətlərinin göstərilməsi mexanizmləri;
informasiya-təhsil mühitinin dayanıqlı inkişafını təmin edən təşkilati infrastrukturun inkişafı;
informasiya-təhsil resursları və məhsullarının ixracı;
açıq təhsil sistemlərinin inkişaf etmiş şəbəkəsinin formalaşdırılması;
mövcud olan inkişaf proqramlarının təhlili və sonrakı fəaliyyətin tənzimlənməsi.