Kafedra : İnformatika Fənn: İnformatika və təhsildə İkt ixtisas


Təhsil müəssisələrinin İKT avadanlığı ilə təmin olunma prosesi aşağıdakıları nəzərdə tutur



Yüklə 0,68 Mb.
səhifə90/97
tarix28.01.2022
ölçüsü0,68 Mb.
#51728
1   ...   86   87   88   89   90   91   92   93   ...   97
İNFORMATİKA VƏ təhsildə İKT- tspx-3k

Təhsil müəssisələrinin İKT avadanlığı ilə təmin olunma prosesi aşağıdakıları nəzərdə tutur:
- Təhsil müəssisəsinin İKT avadanlığını qəbul etməyə hazır olması;
- Kompüter sinifləri (müəllim və şagird yerləri nəzərə alınmaqla);
- İKT avadanlığı (printer, skaner, rəqəmsal kamera, proyektor və s.) və effektivliyin artırılmasına xidmət edən digər texniki vasitələr;
- Təhsilin idarə edilməsi prosesinin qurulması üçün lazım olan avadanlıq;
- Şəbəkə avadanlığı;
- İKT üçün nəzərdə tutulan mebel;
- Təhsil sahəsinin bütün istiqamətləri üzrə proqram-metodiki təminat;
- Kompüter siniflərinin sayca artırılması;
- Rəqəmsal fənn laboratoriyalarının yaradılması;
- Müvafiq lisenziya və sertifikatları olan proqram məhsulları ilə təminat;
- Mövcud avadanlığa proqram-texniki xidmət infrastrukturunun qurulması;
- Təhsil müəssisəsindəki bütün kompüterlərin şəbəkəyə qoşulması (şəbəkəyə qoşulmamış ayrıca kompüterlərin mövcudluğu məqsədəuyğun hesab olunmur);
- Məktəblərdəki istifadə müddəti başa çatmış, fiziki olaraq yararsız olan avadanlığın müntəzəm olaraq yeniləşdirilməsi.

Müxtəlif fənlərin tədrisinin gerçəkləşməsi üçün nəzərdə tutulan kompüter sinifləri məktəbin əsas informasiya özəyinə çevrilməlidir. Odur ki, müxtəlif fənlərin tədrisində İKT-dən mütəmadi surətdə və səmərəli istifadə üçün məktəblər lazımı sayda kompüter sinifləri ilə təchiz olunmalıdır. Kompüter siniflərindən bütün gün ərzində maksimum istifadə üçün şərait yaradılmalıdır. Dərsdən kənar vaxtlarda kompüter sinfinin imkanlarından səmərəli istifadə mexanizmi hazırlanmalıdır. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin