Kafedra : İnformatika Fənn: İnformatika və təhsildə İkt ixtisas


) Təhsilin informasiyalaşdırılmasının tədris-metodiki bazasının yaradılması



Yüklə 0,68 Mb.
səhifə87/97
tarix28.01.2022
ölçüsü0,68 Mb.
#51728
1   ...   83   84   85   86   87   88   89   90   ...   97
İNFORMATİKA VƏ təhsildə İKT- tspx-3k

2) Təhsilin informasiyalaşdırılmasının tədris-metodiki bazasının yaradılması 
- Elektron tədris materiallarının və elektron metodiki vasitələrin yaradılması. Milli elektron tədris vəsaitləri təhsil prosesinin iştirakçılarının tələbatını ödəyəcək səviyyədə yaradılmalıdır. 
- Elektron vəsaitlərə qoyulan tələblər, onların hazırlanması və dövlət satınalınması ilə bağlı hüquqi-normativ bazanın formalaşdırılması. Bu zaman yeni texnologiyalardan istifadə edilməsi, bazis planları, təhsil səviyyələri nəzərə alınmalıdır. Yeni tədris vasitələrinin aprobasiya mərkəzlərinin yaradılması. Bu mərkəzlərin maddi-texniki və kadr təminatı daha güclü olmalıdır. 
- Elektron tədris vəsaitlərinin Təhsil Nazirliyinə təqdim olunması və qeydiyyatı Qaydaları hazırlanmalıdır. Elektron tədris vəsaitlərinə Təhsil Nazirliyinin qrifinin verilməsi mexanizmi yaradılmalıdır.
- Elektron tədris resurslarının ekspertizasının qaydaları və onların keyfiyyətinin qiymətləndirilməsi meyarları, ekspertizası hazırlanmalıdır. Ekspertiza 3 istiqamətdə aparılmalıdır: texniki ekspertiza, məzmun ekspertizası və dizayn-erqonomika ekspertizası.
- Məlumat-sorğu yönümlü, biliyin qiymətləndirilməsinə, testləşdirilməyə yönələn elektron vəsaitlərin, elektron xəritələrin, müxtəlif fənlər üzrə elektron əyani vəsaitlərin istehsalına xüsusi diqqət yetirilməsi. 
- Məktəblərdə elektron kitabxanalar və mediatekalar formalaşdırılması.
- Elektron vəsaitlərin hazırlanması istiqamətində potensial subyektlər üçün Təhsil Nazirliyi tərəfindən treninqlər keçirilməsi. Müəllimlərin, dizaynerlərin, psixoloqların bu prosesdə iştirakına nail olunmalıdır. Yalnız tam aprobasiyadan keçmiş elektron məhsulların çoxaldılmasına icazə verilməlidir.
- Ən zəruri olan elektron dərsliklərin siyahılarının hazırlanması;
- Elektron vəsaitlərdən istifadə ilə bağlı metodiki tövsiyələrin hazırlanması;
- Elektron metodiki-tədris materialları ilə təchizat sisteminin təşkili;
- Tədris televiziya proqramlarının yaradılması;
- Elektron kitabxanaların, media/video resurs bazasının və təhsildə İKT üzrə elektron bazanın yaradılması;
- Təhsil portalının yaradılması. Təhsil portalında elektron formada olan bütün hazırlanmış dərsliklər, elektron metodiki vəsaitlər, məlumat-sorğu sistemləri, inkişafetdirici oyunlar, elektron testlər və s. yerləşdirilməlidir. Hər bir fənn üzrə metodiki dəstəklə bağlı Portalda bölmələr yaradılmalıdır. Portalın sistematik olaraq yeniləşdirilməsi həyata keçirilməlidir;
- Əsas fənlər üzrə multimedia dərsliklər sisteminin yaradılması;
- Virtual laboratoriya stendlərinin yaradılması.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin