3. Təhsildə İKT-nin tətbiqində əsas məqsəd və vəzifələr Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsəd və vəzifələri. Ölkənin təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitinin formalaşdırmaqdır. Bu mühit yeni informasiya texnologiyalarından istifadə etməklə aşağıdakıları təmin etməlidir:
• Ölkədə təhsilin keyfiyyətinin artırılması,
• Yeni informasiya mədəniyyətinin formalaşdırılması,
• Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi
• Ölkənin təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına inteqrasiyasının təmin edilməsi.