1.5.İnternetə qoşulma
ABŞ-ın Dövlət Departamenti nəzdində “Project Harmony” təşkilatının köməyi ilə respublikanin 72 məktəbi, AzNET şirkətinin xətti ilə 50-dək məktəb, Rabitə Nazirliyi xətti ilə isə XX XX məktəb İnternetə qoşulmuşdur.
1.6. Təhsilin İdarə olunmasının Məlumat Sistemləri Təhsil Sektorunun İnkişafı Layihəsinin bu alt komponentin əsas məqsədi rəhbərlərin cavabdeh olduqları sistemin monitorinqini həyata keçirmək, dəqiq cari məlumatlar əsasında strategiya və fəaliyyət planlarını hazırlamaq üçün geniş əhatəli TİMS-in yaradılmasında Təhsil Nazirliyinə yardım etməkdir. Proqram çərçivəsində Təhsil Nazirliyində rayon təhsil şöbələri ilə əlaqələndirilən geniş əhatəli TİMS-in yaradılmasının dəstəklənməsinə baxmayaraq, birinci mərhələ Təhsil Nazirliyində, seçilmiş üç pilot rayonunda (Əli-Bayramlı, Ucar və İsmayıllı) və bir qrup təhsil şöbələri (Bakı şəhəri üzrə 11 rayon təhsil şöbəsi, Sumqayıt şəhər təhsil şöbəsi, Bakı şəhər Baş Təhsil İdarəsi) daxilində TİMS-in seçilmiş 4 prioritet alt sisteminin planlaşdırılması, sınaqdan keçirilməsi , quraşdırılması və işə salınıb fəaliyyət göstərməsində Təhsil Nazirliyinə yardım göstərəcəkdir.
Qeyd edək ki, Proqramın icrasının iki illik nəticəsinə görə respublika üzrə hər 43 şagirdə 1 kompüter düşürdü. Bakıda isə bu göstərici 27 şagirdə 1 kompüter idi. 2007-ci ilin sonuna hər 25 şagirdə 1 kompüter göstəricisi proqnozlaşdırılır.