Kafedra : İnformatika Fənn: İnformatika və təhsildə İkt ixtisas



Yüklə 0,68 Mb.
səhifə80/97
tarix28.01.2022
ölçüsü0,68 Mb.
#51728
1   ...   76   77   78   79   80   81   82   83   ...   97
İNFORMATİKA VƏ təhsildə İKT- tspx-3k

1.2.Əməkdaşlıq
• Təhsil Nazirliyinin BMT İnkişaf Proqramı ilə imzaladıqları “Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı” layihəsi çərçivəsində əlavə olaraq 70 məktəbə 1330 kompüter veriləcəkdir.
• 1 fevral 2006-cı ildə Təhsil Nazirliyi ilə Cisco Sistems şirkəti arasında “Təhsil sahəsində əməkdaşlığın inkişafı və anlaşma” memorandumu, 29 mart 2006-cı ildə Təhsil Nazirliyi və İNTEL Technologies şirkəti arasında “Təhsil sahəsində İKT-nin istifadəsinin məqsədləri və anlaşma” memorandumu imzalanmışdır.
• Təhsil Nazirliyi və Microsoft şirkəti respublikanın ümumtəhsil məktəblərinə veriləcək kompüterlərə güzəştli şərtlərlə lisenziyalı Windows XP əməliyyat sisteminin və Microsoft Office proqram paketinin yüklənilməsi barədə müqavilə imzalanmışdır. Microsoft şirkətinin Azərbaycan hökuməti və AZEL şirkəti ilə əməkdaşlığı nəticəsində Windows XP əməliyyat sisteminin və Microsoft Office proqram paketinin Azərbaycan versiyaları hazırlanmışdır.
• Asiya İnkişaf Bankı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin də iştirak etdiyi “Ümumi təhsildə informasiya və kommunikasiya texnologiyaları” Subregional Texniki Dəstək Layihəsini həyata keçirmişdir. Bu layihədə əsas məqsəd üzv ölkələrin (Azərbaycan, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) təhsil sistemində İKT-nin tətbiqi imkanlarının və istifadəsinin, elektron dərsliklərin hazırlığının, məktəblərin İnternetə çıxışının, İKT ilə bağlı aparılan təhsil islahatlarının vəziyyətini öyrənmək və bütün şagirdlər üçün təhsil almaq imkanlarını yaxşılaşdırmaq və təhsili əmək bazarının tələbləri ilə uyğunlaşdırmaq üçün təhsildə İKT-nin tətbiqinə investisiya qoyuluşunun effektivliyini artırmaq yollarını araşdırmaq və həmin ölkələrə lazımi tövsiyələr vermək idi. 

1.3. Multimedia (elektron tədris materialları) dərsliklərinin hazırlanması 
Azərbaycanda bir sıtra özəl və qeyri-kommersiya qurumları tərəfindən elektron dərsliklərin hazırlanması sahəsində müəyyən işlər görülüb.
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)”nın icra planında yeni nəsil tədris materiallarının nəşri ilə bağlı bölmə də vardır. Bu bölmədə yeni nəsil tədris materiallarının tərtibatı və hazırlanması, yayılması, tətbiqi mexanizmləri öz əksini tapmışdır. 
Hal-hazırda Proqram çərçivəsində dörd fənn üzrə – Azərbaycan tarixi, Fizika, Biologiya və Kimya fənləri üzrə elektron dərsliklər hazırlanıb və onlar məktəblərə paylanır.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin