Bu Konsepsiya çərçivəsində təhsilin informasiyalaşdırılmasının PRİORİTETLƏRİ aşağıdakılardır:
• İKT-nin tədris prosesinə tam inteqrasiyası;
• Yeni təhsil standartları, yeni tədris vəsaitləri və yeni tədris proqramlarının hazırlanması və təkmilləşdirilməsi;
• Pedaqoji kadrların hazırlanması istiqamətində müvafiq tədris müəssisələrində yeni tələblərə uyğun yenidənqurma və təkmilləşdirilmə işlərinin aparılması;
• Təhsilin informasiyalaşdırılmasında bütün sahələrin əhatə olunmasına nail olmaq;
• İnformasiya infrastrukturunun formalaşdırılması və gücləndirilməsi;
• Məsafədən tədris sistemlərinin və onların tədris-metodiki bazasının yaradılması;
• Yeni texnologiyalar vasitəsilə müxtəlif təhsil xidmətlərinin göstərilməsi.
6. Təhsilin informasiyalaşdırılmasında idarəetmə
Mövcud təhsil sistemində idarəetmə strukturu təhsilin informasiyalaşdırılmasına uyğun olaraq təkmilləşdirilməlidir. Bu proses aşağıdakı tədbirlərin gerçəkləşdirilməsini nəzərdə tutur:
• İdarəetmə sisteminin bütün səviyyələrində təhsilin informasiyalaşdırılması sahəsinə cavabdeh olan qurumların formalaşdırılması;
• İnformasiya-Metodiki Mərkəzlər infrastrukturunun qurulması;
• Müxtəlif Proqramların və Layihələrin əlaqələndirilməsi üçün müvafiq idarəetmə strukturunun formalaşdırılması;
• Konsepsiyanın reallaşdırılması üçün Proqramlar və konkret Layihələrin hazırlanması sisteminin qurulması. Konkret mərhələlər və bu mərhələlərdə gerçəkləşdiriləcək tədbirlər kompleksinin hazırlanması;
• Təhsildə İKT-nin tətbiqi ilə bağlı Layihələrin ekspertiza və Müsabiqə qaydalarının hazırlanması, onların effektivliyinin və nəticələrinin qiymətləndirilməsi üçün meyarların hazırlanması. Təhsildə İKT-nin tətbiqi istiqamətində həyata keçirilən bütün tədbirlərin şəffaf məlumatlandırma təminatı sisteminin qurulması;
• Büdcə vəsaiti ilə hazırlanmış məhsulların qəbulu sisteminin hazırlanması;
• Büdcə vəsaitlərindən səmərəli, məqsədyönlü və effektiv istifadə üçün nəzarət sisteminin qurulması.