Kafedra: “Biznesin təşkili və idarə olunması” Fənn: “İstehsalın təşkili və idarə edilməsi” Müəllim: Soltanov N. S


Dövriyyə fondları istehsal prosesində öz natural formasını



Yüklə 0,62 Mb.
səhifə2/10
tarix07.01.2017
ölçüsü0,62 Mb.
#4746
1   2   3   4   5   6   7   8   9   10

95. Dövriyyə fondları istehsal prosesində öz natural formasını:

A) Tam dəyişir

B) Dəyişmir

C) Qismən dəyişir

D) Qismən dəyişmir

E) Saxlayır



96. Əsas istehsal fondların orta dəyərinin işin həcminə nisbəti necə adlanır?

A) Məhsuldarlıq

B) Foindverimi

C) Fondla silahlanma

D) Rentabellik

E) Fondtutumu



97. Əsas istehsal fondların istifadə səviyyəsini xassələndirən göstəricilər hansılardır?

A) Maya dəyəri

B) Əmək məhsuldarlığı

C) Fondverimi və fondtutumu

D) Əmək haqqı

E) Gəlir


98. Istehsal yükünün və təbii amillərin təsiri nəticəsində əsas istehsal fodlarının faydalı istismar – texniki xassəsinin tədricən itirilməsi hansıdır?

A) Texniki aşınma

B) Mənəvi aşınma

C) Mənəvi aşınmanın bir formasıdır

D) Fiziki aşınma

E) Texnoloji aşınma



99. Müəssisənin balansında olan yaşayış binaları, poliklinika, klub, kitabxana, kommunal təsərrüfat və s. hansına aiddir?

A) Dövriyyə fondlarına

B) Əsas istehsal fondlarına

C) Qeyri - əsas istehsal fondlara

D) Qeyri – istehsal əsas fondlara

E) Dövriyyə vəsaitlərinə



100. Hər hansı məhsulun maya dəyərində iqtisadiyyatın hansı sahəsinin xidmətləri bir maddə kimi iştirak edir?

A) Kənd təsərrüfatı

B) Sənaye

C) Rabitə

D) Nəqliyyat

E) Tikinti



101. Məhsulun maya dəyərinin aşağı salınmasına hansı qulluq edir?

A) Əmək haqqının artması

B) Işçilərin sayının artırılması

C) Nəqliyyat xərclərinin artması

D) Material sərfi normalarının artması

E) Əmək məhsuldarlığının yüksəldilməsi



102. Inşaat materialları istehsalı iqtisadiyyatın hansı sahəsində təşkil olunur?

A) Nəqliyyat

B) Kənd təsərrüfatı

C) Tikinti

D) Sənaye

E) Rabitə



103. Hansı istehsalın idarə edilməsinə daxil edilmir?

A) Standartlaşdırma

B) Təşkil

C) Planlaşdırma

D) Normalaşdırma

E) Cavab yoxdur



104. Vaxt norması artdıqca, istehsal norması:

A) Artır


B) Eyni dərəcədə azalır

C) Qismən azalır

D) Qismən artır

E) azalır



105. Texniki vaxt normasının tərkibinə nə aid edilməməlidir?

A) Köməkçi vaxt

B) Hazırlıq – tamamlama vaxtı

C) Əsas vaxt

D) Cavab yoxdur

E) Iş yerinə xidmət vaxtı



106. Fəhlələrin sayını təyin etmək üçün hansı məlumatdan istifadə edilmir?

A) Müəssisənin iş rejimi və növbələrin saat hesabı ilə müddəti

B) Müəyyən plan dövrü üçün verilən istehsal proqramı

C) Işin əməktutumluğunu müəyyən edən vaxt normaları, istehsal normaları

D) Müəssisədə orta əmək haqqının səviyyəsi

E) Istehsal normalarının həqiqətdə nə dərəcədə yerinə yetirildiyi haqqındakı məlumat



107. Tətbiq dövrlərinə görə material sərfi noirmalarına hansı aid edilmir?

A) Aylıq


B) Illik

C) Rüblük

D) Fərdi

E) Operativ cari



108. Tətbiq miqyasından asılı olaraq material sərfi normələrına hansı aid edilir?

A) Aylıq


B) Illik

C) Rüblük

D) Toplu

E) Operativ cari



109. Normalaşdırma obyektindən asılı olaraq material sərfi normalarına hansı aid edilir?

A) Toplu


B) Illik

C) Fərdi


D) Rüblük

E) Məmulat üzrə



110. Hansı materialların qənaət edilməsinə xidmət etmir?

A) avadanlıqlardan istifadənin yaxşılaşdırılması

B) Istehsal tullantılarının azaldılması

C) Istehsalın kimyalaşdırılması

D) əvəzedici materiallardan istifadə

E) Istehsalın həcminin artırılması



111. Əsas istehsal fondlarına hansı cəhət xas deyil?

A) Bir çox istehsal tsikllərində iştirak edir

B) Öz dəyərini hazır məhsulun dəyərinin üzərinə tamlıqla keçirir

C) Öz dəyərini hazır məhsulun dəyərinin üzərinə hissə - hissə keçirir

D) Istehsal prosesində öz natural formasını saxlayır

E) Fiziki və kimyəvi xassələrini dəyişmir



112. Hansı cəhət dövriyyə fondlarına xas deyil?

A) Fiziki və kimyəvi xassələrinin dəyişir

B) Öz dəyərini hazır məhsulun dəyərinin üzərinə birbaşa keçirir

C) Istehsal prosesində öz natural formasını saxlamır

D) Bir çox istehsal tsikllərində iştirak edir

E) Hər yeni istehsal tsiklində tamamilə istehlak olunur



113. Istehsal gücünün ekstensiv istifadəsinin yollarına aid edilir:

A) Istehsalın və əməyin təşkilinin təkmilləşdirilməsi

B) Gün ərzində istehsal növlərinin sayının artırılması

C) Yeni istehsal sahələrin açılması

D) Kadrların ixtisasının artırılması

E) Əməyin iqtisadi cəhətdən həvəsləndirilməsi



114. Hansı istehsal gücünün intensiv istifadəsini təmin edir?

A) Yeni avadanlıqların alınması

B) Yeni iş yerlərinin açılması

C) Işçilərin sayının artırılması

D) Istehsalın texniki səviyyəsinin yüksəldilməsi

E) Yeni iş sahələrinin açılması



115. Əsas fondların mənəvi aşınmasına aid edilmir.

A) Qənaətli dəzgahların istifadəsi

B) Yeni məhsuldar dəzgahların istifadəsi

C) Daha da ucuz dəzgahların istifadəsi

D) Səmərəli dəzgahların istifadəsi

E) Avadanlığın dəmir hissələrinin paslanması



116. Tarif sisteminə aid edilmir.

A) Tarif əmsalları

B) Tarif – ixtisas arayış kitabçaları

C) Tarif cədvəli

D) Cavab yoxdur

E) Tarif dərəcələri



117. Əsas əmək haqqı formasına aid edilir.

A) On üçüncü əmək haqqı

B) Mükafatlar

C) Yardımlar

D) Vaxtamuzd əmək haqqı

E) Dividentlər



118. Qulluqçuların əsas əmək haqqı forması hansıdır?

A) On üçüncü əmək haqqı

B) Işəmuzd əmək haqqı

C) Işəmuzd – mükafatlı əmək haqqı

D) Mütərəqqi – işəmuzd əmək haqqı

E) Vaxtamuzd əmək haqqı



119. Fəhlənin əmək haqqı nəyə əsasən verilir?

A) Dünya görüşünə

B) Sərf edilən vaxta

C) Təhsil səviyyəsinə

D) Elmi – texniki hazırlığa

E) Tarif sisteminə



120. Müəssisədə idarə heyətinə kimlər aid edilir?

A) Əsas fəhlələr

B) Mühəndis texniki işçilər

C) Köməkçi fəhlələr

D) Xidmətçilər

E) Sürücülər



121. Kimlər bilavasitə məhsul istehsalı ilə məşğuldular?

A) Xidmətçilər

B) Mühəndislər

C) Texniklər

D) Qulluqçqlar

E) Fəhlələr



122. Əmək və əmək haqqı planına hansı göstərici aid edilməməlidir?

A) Fəhlələrin əmək haqqı

B) Işçilərin sayı

C) Mühəndislərin əmək haqqı

D) Qulluqçuların əmək haqqı

E) Rentabellik səviyyəsi



123. Əmək haqqı fondunun hesablanmasında hansı göstərici iştirak etmir?

A) Işçilərin sayı

B) Əmək məhsuldarlığının səviyyəsi

C) Istehsalın material tutumu

D) Məhsul istehsalının əməktutumluğu

E) Istehsalın həcmi



124. Tikinti məhsulunun maya dəyərində hansı maddə daha da yüksək xüsusi çəkiyə malikdir?

A) Nəqliyyat xərcləri

B) Əmək haqqı

C) Materiallar

D) Yanacaq

E) Enerji



125. Əmək haqqının artmasının əsas mənbəyi hansıdır?

A) Iş növbələrinin sayının artması

B) Işçilərin sayının artması

C) Yeni iş yerlərinin açılması

D) Əmək məhsuldarlığının yüksəldilməsi

E) Yeni istehsal sahələrinin açılması



126. Müəssisədə əmək haqqı əmək məhsuldarlığını qabaqlayanda nə baş verir?

A) Maya dəyəri aşağı enir

B) Maddi vəziyyət pisləşir

C) Rentabellik yüksəlir

D) Mənfəət artır

E) Səmərəlilik yüksəlir



127. Əməyin həvəsləndirilməsinin mexanizmi nədir?

A) Qiymət

B) Istehsal planı

C) Maya dəyəri

D) Əmək haqqı

E) Dəyər


128. Əlavə əmək haqqına nə aid edilmir?

A) On üçüncü əmək haqqı

B) Mükafat

C) Maddi yardım

D) Oklad

E) Mənfəətdə iştirak



129. Əmək məhsuldarlığının artmasına nə səbəb olmur?

A) Işçilərin peşəkarlığının artması

B) Istehsalın texniki səviyyəsinin yüksəldilməsi

C) Texnoloji proseslərin yaxşılaşdırılması

D) Işçilərin sayının artması

E) Əməyin təşkilinin yaxşılaşdırılması



130. Müəssisənin iqtisadi üsullarla idarə edilməsinə nə aid olunmamalıdır?

A) Əmək haqqı sisteminin təkmilləşdirilməsi

B) Əmək haqqının verilməsi

C) Mükafatların verilməsi

D) Mənfəətdə iştirak

E) Göstəricilərin verilməsi



131. Bazar iqtisadiyyatı şəraitində istehsalçının əsas məqsədi nədir?

A) Məhsul istehsal etmək

B) Mənfəət əldə etmək

C) Dövlətin sifarişlərini yerinə yetirmək

D) Əhalinin rifa halını yüksəltmək

E) Istehlakçıların sifarişlərini yerinə yetirmək



132. Bazarın təkanverici qüvvəsi nədir?

A) Beynəlxalq maliyyə qurumların yardımı

B) Dövlətin maliyyəsi

C) Iqtisadi rəqabət

D) Bank krediti

E) Yüksək mənfəət



133. Firmanın əsas məqsədi nədir?

A) Istehlakçıların tələblərini yerinə yetirmək

B) Məhsul istehsal etmək

C) Məhsulu reallaşdırmaq

D) Dövlət sifarişlərini yerinə yetirmək

E) Mənfəət əldə etmək



134. Idarəetmənin sadalanan prinsiplərindən hansı biri mövcud deyil?

A) Məqsədə çatmaq vasitələrinin hazırlanması

B) Məqsədin seçilməsi

C) Məqsədə çatmaq vasitələrinin seçilməsi

D) Cavab yoxdur

E) Nəticələrə nəzarət edilməsi



135. Sahibkar digər insanlardan nə ilə seçilir?

A) Qərar verməkdən çəkinir

B) Təşəbbüskarlaqla seçilmir

C) Mövqesiz və ideyasız adamdır

D) Yaradıcı, təşkilatçı, ağıllı, risk etməyə qadir olan adam

E) Novator deyil



136. Sahibkarlığın funksiyalarına nə aid deyil?

A) Yeni iş üsullarından və texnologiyalardan istifadə etmək

B) Bütün resurslardan səmərəli istifadə etmək

C) Əsas məsələlər üzrə qərar qəbul etmək

D) Cavab yoxdur

E) Riskə getməyi bacarmaq



137. Müəssisənin ixtisaslaşması nədir?

A) Müəssisədə istehsalın universallığı

B) Onun səyinin konkret məhsul istehsalına yönəldilməsi

C) Müəssisədə istehsal prosesinin çoxsahəliyi

D) Onun başqa müəssisələrlə kooperasiya əlaqlərinin yaradılması

E) Onun iriləşməsi



138. Müəssisənin kooperasiyalaşması nədir?

A) Müəssisədə bir neçə istehsalların təşkili

B) Onun başqa müəssisələrlə istehsal əlaqələrinin yaradılması

C) Onun səyinin konkret məhsul istehsalına yönəldilməsi

D) Müəssisənin iriləşməsi

E) Müəssisədə istehsalın həcminin məhdudlaşdırılması



139. Müəssisənin kombinələşməsi nədir?

A) Onun konkret məhsul istehsalında ixtisaslaşması

B) Müəssisədə bir neçə istehsalların təşkili

C) Digər müəssisələrdə istehsal əlaqələrinə girməsi

D) Müəssisənin təmərküzləşməsi

E) Müəssisədə istehsalın sıxlaşması



140. Müəssisənin təmərküzləşməsi nədir?

A) Onun iriləşməsi

B) Onun sıxlaşması

C) Onun ixtisaslaşması

D) Müəssisənin yeni əlaqələrinin yaradılması

E) Onun texniki səviyyəsinin yüksəldilməsi



141. Elmi – texniki tərəqqini necə başa düşmək lazımdır?

A) Istehsalın idarəedilməsinin təkmilləşdirilməsi

B) Istehsalın təşkilinin yaxşılaşdırılması

C) Əməyin təşkilinin yaxşılaşması

D) Istehsalın texniki və texnoloji səviyyəsinin yüksəlməsi

E) Əmək mədəniyyətinin səviyyəsinin yüksəldilməsi



142. Istehsal müasir dövrdə əsasən nəyə söykənir?

A) Bank kreditləşdirilməsinə

B) Texnikanın geniş istifadəsinə

C) Işçilərin sayının artırılmasına

D) Texnologiyanın təkmilləşdirilməsinə

E) Dövlət maliyyələşdirilməsinə



143. Müasir dövrdə istehsalın hansı amilinin rolu xeyli artıb?

A) Əmək alətlərinin

B) Əmək cisimlərinin

C) Məlumatın

D) Işçi qüvvəsinin

E) Istehsal vasitələrinin



144. Iqtisadiyyatın hansı sahəsi qeyri – istehsal sahələrə aid edilir?

A) Sənaye

B) Təhsil

C) Tikinti

D) Nəqliyyat

E) Rabitə



145. Inşaat materialları sənayesi iqtisadiyyatın hansı sahəsini materiallarla təmin edir?

A) Kənd təsərrüfatını

B) Sənayeni

C) Nəqliyyatı

D) Tikintini

E) Rabitəni



146. Nəyə görə istehsal müəssisəsi iqtisadiyyatın əsas özəyi sayılır?

A) Məşğulluğu təmin edir

B) Yeni texnika müəssisədə tətbiq edilir

C) Yeni texnologiya müəssisədə istifadə edilir

D) Məhsul bilavasitə müəssisədə istehsal edilir

E) Digər müəssisələrlə yanaşı ölkə iqtisadiyyatını formalaşdırır



147. Müəssisənin nizamnaməsində nələr göstərilmir?

A) Məsul şəxslər

B) Onun təyinatı

C) Onun məqsədi

D) Cavab yoxdur

E) Yerləşdiyi yer



148. Müəssisələrin özəlləşdirilməsi nə məqsədlə aparılır?

A) Məhsulun satışını çoxaltmaq üçün

B) Məşğulluqla təmin etmək üçün

C) Məhsul istehsalını artırmaq üçün

D) Iqtisadi səmərəliliyi yüksəltmək üçün

E) Istehsalın təyinatını dəyişdirmək üçün



149. Qiymətə hansı amil təsir etmir?

A) Məhsulun keyfiyyəti

B) Bazarda tələb və təklif

C) Istehsal xərcləri

D) Cavab yoxdur

E) Məhsulun əhəmiyyəti



150. Müəssisənin gəliri nədir?

A) Qazanc

B) Mənfəət

C) Məhsulun satışından əldə edilən vəsait

D) Məhsulun dəyəri

E) Məhsulun maya dəyəri



151. Istehsal nədir?

A Sahələr üzrə iqtisadi resursların bölüşdürülməsi

B) Iqtisadi resursların istifadəsi prosesi

C) Yeni iqtisadi resursların mənimsənilməsi prosesi

D) Insanların təbiəti dəyişmək istəyi

E) Insanın təbiətə təsiri iıə zəruri məhsulların yaradılması və xidmətlərin göstərilməsində iqtisadi resursların istifadəsi prosesi



152. Iqtisadiyyat nədir?

A) Cəmiyyətin üst qurumudur

B) Cəmiyyətin bölməsidir

C) Cəmiyyətin qurumudur

D) Cəmiyyətin əsasıdır, bünövrəsidir, bazisidir

E) Cəmiyyətin durumudur



153. Iqtisadi resurslar dedikdə nə başa düşülür?

A) Tələbatın bərpası üçün zəruri olan vasitələr

B) Tələbatın yaranması üçün zəruri olan vasitələr

C) Tələbatın inkişafı üçün zəruri olan vasitələr

D) Tələbatın ödənilməsi üçün zəruri olan vasitələr

E) Tələbatın azalması üçün zəruri olan vasitələr



154. Resurslara nə aid edilməməlidir?

A) Kapital

B) Təbii resurslar

C) Insan əməyi

D) Cavab yoxdur

E) Sahibkarlıq qabiliyyəti



155. Istehsalın təşkili nə deməkdir?

A) Istehsalın idarə edilməsi

B) Məhsul istehsalının əvvəlcədən müəyyən edilmiş qaydalarla həyata keçirilməsi

C) Istehsalın planlaşdırılması

D) Istehsalın standartlaşdırılması

E) Istehsalın normalaşdırılması



156. Müəssisənin daxili istehsal xərclərinə nəyi aid etmək lazımdır?

A) Fəhlələrin əməyi

B) Sahibkarın öz əməyi

C) Yanacaq və enerji

D) Xammal və materiallar

E) Nəqliyyat xərcləri



157. Müəssisənin xarici xərclərinə nə aid deyil?

A) Xammal və materiallar

B) Fəhlələrin əməyi

C) Yanacaq və enerji

D) Istehsal binası

E) Nəqliyyat xərcləri



158. “Sahibkarlıq fəaliyyəti” və “Biznes” anlayışları arasında fərq hansıdır?

A) Hər ikisinin reallaşdırılması bazar vasitəsi ilə baş verir

B) Sahibkarlıq daimidir, biznes müvəqqəti də ola bilər

C) Hər ikisinin bilavasitə məqsədi mənfəət əldə etməkdir

D) Hər ikisinin fəaliyyəti üçün zəruri iqtisadi mühit tələb olunur

E) Hər ikisində maddi marağın ödənilməsi, əmtəə istehsalı və ya xidmətlərin göstərilməsi ilə bağlıdır



159. Mülkiyyət baxımından müəssisənin hansı forması vardır?

A) Iri


B) Kiçik

C) Orta


D) Kollektiv

E) Təmərküzləşdirilmiş



160. Müəssisənin normal fəaliyyətinə nə mane ola bilər?

A) Əlverişli sosial – mədəni mühit

B) Əlverişli iqtisadi mühit

C) Mütərəqqi texnoloji mühit

D) Məmurların əsassız müəssisənin işinə müdaxiləsi

E) Normal təşkilati – texniki mühit



161. Müəssisənin strateji məqsədlərinə nə aiddir?

A) Satışın həcmini artırmaq

B) Perspektiv və fəaliyyət dairəsini müəyyənləşdirmək

C) Kapitalın quruluşunu dəyişdirmək

D) Bazarda payını artırmaq

E) Qoyulan kapitala nisbətən mənfəəti artırmaq



162. Istehsalın planlaşdırılmasının mənbələrinə hansı aid edilmir?

A) Tələb və təklif

B) Tələb

C) Təklif

D) Cavab yoxdur

E) Müəssisənin istehsal gücü



163. Hansı müəssisə növü dövlət planı əsasında fəaliyyət göstərir?

A) Şərikli müəssisə

B) Fərdi müəssisə

C) Şəxsi müəssisə

D) Kooperativ müəssisəsi

E) Dövlət müəssisəsi



164. Özəl müəssisələrin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin funksiyalarına nə aid deyil?

A) Bazarın səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin təmin edilməsi

B) Cavab yoxdur

C) Rəqabətin qorunub saxlanması

D) Gəlir və sərvətlərin yenidən bölünməsi

E) Milli məhsulunquruluşunu dəyişmək məqsədilə resursların bölgüsünün təkmilləşdirilməsi



165. Kredit anlayışına tərif necə verilməlidir?

A) Asudə pul vəsaitinin borc istəyənlərə verilməsi

B) Borc verənlər ilə borc alanlar arasında münasibətlərin məcmusu

C) Borc pulunun yaranması, bölüşdürülməsi və istifadəsi

D) Cəmiyyətin asudə pul vəsaitlərinin yaranması, bölüşdürülməsi və istifadəsi zamanı insanlar arasında yaranan münasibətlərin məcmusu

E) Bank – kredit təşkilatların pulu



166. Hansı bank növü pulun emisiyası ilə məşğul olur?

A) Investisiya bankı

B) Kommersiya bankı

C) Mərkəzi bank

D) Sığorta şirkəti

E) Əmanət bankı



167. Maliyyə anlayışına tərif necə verilməlidir?

A) Müəssisənin pul vəsaiti

B) Cəmiyyətin, müəssisələrin və fərdlərin pul vəsaitinin məcmusu

C) Pul vəsaitinin yaranmasının, bölüşdürülməsinin və istifadəsinin məcmusu

D) Cəmiyyətin pul vəsaitinin yaranması, bölüşdürülməsi və istifadəsi zamanı insanlar arasında yaranan münasibətlərin məcmusu

E) Dövlətin pul vəsaiti



168. Istehsal amillərinə nə aid edilmir?

A) Istehsal vasitələri

B) Işçi qüvvəsi

C) Təqaüdçülərin sayı

D) Məlumat

E) Texnologiya



169. Iqtisadi rəqabət nədir?

A) Müəssisələr arasında olan əlaqələr

B) Istehsalın təşkilinin üsulu

C) Istehsalın idarə edilməsinin forması

D) Istehsalın ən əlverişli şəraiti uğrunda müəssisələrin arasında mübarizə

E) Bazar münasibətlərinin məcmusu



170. Bazar subyektlərinə aid edilmir.

A) Firmalar

B) Dövlət

C) Həyətyanı sahə

D) Banklar

E) Sığorta kompaniyaları



171. Azərbaycanın bank sistemi neçə mərhələdən ibarətdir?

A) 1


B) 2

C) 3


D) 4

E) 5


172. “Əsrin kontraktı” sənədi nə vaxt qəbul olunmuşdur?

A) 1992


B) 1990

C) 1991


D) 1994

E) 2000


173. Azərbaycan iqtisadi sərbəstliyi neçənci ildə qazanmışdır?

A) 1989


B) 1990

C) 1992


D) 1993

E) 1991


174. Azərbaycan MDB ölkələri sırasına nə vaxt qəbul edilmişdir?

A) 1992


B) 1994

C) 1990


D) 1991

E) 1993


175. Tikinti ölkə iqtisadiyyatının nəyidir?

A) Şirkətidir

B) Sahəsidir

C) Əsasıdır

D) Müəssisəsidir

E) Qurumudur



176. Tikinti məhsulunun səciyyəvi cəhəti nədir?

A) Elmtutumludur

B) Materialtutumludur

C) Əməktutumludur

D) Enerjitutumludur

E) Xırdahəcmlidir



177. Özəl tikinti müəssisəsinin əsas mülkiyyət formasl hansıdır?

A) Fərdi


B) Dövlət

C) Xüsusi

D) Şəxsi

E) kollektiv



178. Dövlət tikinti müəssisəsinin əsas mülkiyyət forması hansıdır?

A) Xüsusi

B) Dövlət

C) Kollektiv

D) Şəxsi

E) Fərdi


179. Istehsalda planauyğunluq nədir?

A) Istehsalın normalaşdırılması

B) Istehsalın planlaşdırılması

C) Istehsalın razılaşdırılması

D) Istehsalın idarə edilməsi

E) Istehsalın standartlaşdırılması



180. Istehsalın idarə edilməsi nədir?

A) Istehsalın eyniləşdirilməsi

B) Istehsalın təşkili

C) Istehsalın planlaşdırılması

D) Istehsalın nəticələrini qoyulan məqsədlə uzlaşdırılması

E) Istehsalın normalaşdırılması



181. Müəssisədə materialların normallaşdırılması hansı məqsədi güdür?

A) Onların fiziki xassələrinin qorunması

B) Onlara qənaət etmə

C) Onların kimyəvi xassələrinin qorunması

D) Onların natural formasının saxlanılması

E) Məhsulun material titimluğunun artırılması



182. Əməyin normalaşdırılmasının məqsədi nədir?

A) Məhsulun material tutumluğunun artırılması

B) Vaxta qənaət etmə

C) Məhsulun material tutumluğunun azaldılması

D) Məhsulun enerji tutumluğunun artırılması

E) Məhsulun enerji tutumluğunun azaldılması



183. Istehsalın planlaşdırılması nə məqsəd güdür?

A) Istehsalı sıxlaşdırmaq

B) Istehsalı genişləndirmək

C) Onu bazarın tələblərinə uyğunlaşdırmaq

D) Istehsalın texniki səviyyəsini yüksəltmək

E) Istehsalın texnoloji səviyyəsini müasirləşdirmək



184. Planlaşdırma ilə planauyğunluq arasında əlaqə nədən ibarətdir?

A) Planlaşdırma və planauyğunluq eyni anlayışlardır

B) Planlaşdırma planauyğunluğun təzahürüdür

C) Planauyğunluq planlaşdırmanın mexanizmidir

D) Planauyğunluq planlaşdırmanın təzahürüdür

E) Planlaşdırma planauyğunluğun mexanizmidir



185. Planlaşdırma ilə idarəetmə arasında əlaqə nədən ibarətdir?

A) Planlaşdırma anlayışı idarəetmə anlayışından genişdir

B) Idarəetmə planlaşdırmanın alətidir

C) Planlaşdırma və idarəetmə eyni anlayışlardır

D) Planlaşdırma idarəetmənin alətidir

E) Idarəetmə planlaşdırma anlayışına nisbətən dar anlayışdır



186. Sənaye müəssisəsində fəhlələrə əmək haqqı hansı sistem üzrə verilir?

A) Vaxtamuzd – mükafatlı

B) Vaxtamuzd

C) Işəmuzd

D) Işəmuzd – mükafatlı

E) Oklad


187. Müəssisədə rəhbər işçilərə əmək haqqı hansı formada verilir?

A) Işəmuzd – akkord

B) Işəmuzd

C) Vaxtamuzd – mükafatlı

D) Işəmuzd – mükafatlı

E) Vaxtamuzd



188. Müəssisənin işinin tətbiqi hansı yol ilə aparılır?

A) Istehsal xərclərin uzaldılması

B) Müasir texnikadan istifadə

C) Müasir texnologiyalardan istifadə

D) Göstərilən xidmətlərin təkmilləşdirilməsi

E) Reklam işinin genişləndirilməsi



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin