229. Inzibati aparatın işçilərinin əmək haqqı maya dəyərinin hansı maddəsində öz əksini tapır?
A) Əsas və əlavə əmək haqqı
B) Idarəçilik xərcləri
C) Istehsaldan kənar xərclər
D) Material məsrəfləri
E) Enerji xərcləri
230. Məhsulun qiyməti iki hissədən ibarətdir:
maya dəyəri və:
A) Gəlir
B) Qazanc
C) Mənfəət
D) Dəyər
E) Tarif
1. Tikinti müəssisələrinin texniki silahlanmasını hansı sahə təmin edir?
A) kənd təsərrüfatı
B) nəqliyyat
C) rabitə
D) tikinti
E) sənaye
2. Məhsulun maya dəyərinin aşağı salınmasına hansı qulluq etmir?
A) əmək məhsuldarlığının yüksəldilməsi
B) işin təşkilinin təkmilləşdirilməsi
C) texniki tərəqqi
D) işçilərin sayının artırılması
E) materiallara qənaət
3. Sənaye müəssisəsinin təmir sisteminə hansı aid deyil?
A) müddətsiz
B) orta
C) cari
D) əsaslı
E) xırda
4. Müəssisənin kooperasiyalaşma səviyyəsinə hansı aid edilir?
A) istehsalların sayı
B) müəssisədə hazırlanan məmulatların nomenklaturası
C) məmulatların çeşidi
D) müəssisənin buraxdığı məhsulun ümumi həcmində ixtisaslaşdırılmış məhsulun xüsusi çəkisi
E) buraxılan məhsulun tərkibində kooperasiya sifarişləri üzrə alınan detalların, yarımfabrikatların xüsusi cəkisi
5. Müəssisənin kombiləşmə səviyyəsini hansı göstərici xarakterizə edir?
A) istehsalların sayı
B) müəssisədə işlədilən avadanlığın ümumi tərkibində xüsusi avadanlığın miqdarı və xüsusi çəkisi
C) buraxılan məhsulun tərkibində kooperasiya sifarişlər üzrə alınmış detalların, yarımfabrikatların xüsusi çəkisi
D) müəssisənin buraxdığı standart və eyniləşdirilmiş məmulatların xüsusi çəkisi
E) məmulatların nomenklaturası
6. Müəssisənin ixtisaslaşma səviyyəsini hansı göstərici xarakterizə edir?
A) kooperasiya yolu ilə başqa müəssisələr üçün yerinə yetirilən sifarişlərin miqdarı
B) kooperasiya əlaqələrinə daxil olan müəssisələrin sayı
C) istehsalların sayı
D) müəssisədə hazırlanan məmulatların nomenklaturası
E) istehsalın tərkibində kooperasiya yolu ilə alınan detalların xüsusi çəkisi
7. Istehsalın təşkilinin üsullarına hansı aid edilmir?
A) dəstəli
B) axınlı
C) fərdi
D) müddətli
E) dəyişən axınlı
8. Istehsalın təşkilinin hansı tipi yoxdur?
A) hissəvi
B) seriyalı
C) kütləvi
D) fərdi
E) kütləvi ixtisaslaşmış
9. Istehsalın təşkilinin əsas formalarına hansı aid edilmir?
A) planauyğunluq
B) təmərküzləşmə
C) ixtisaslaşma
D) kooperasiyalaşma
E) kombinələşmə
10. Istehsal prosesinin əsas cəhətlərinə hansı aid edilmir?
A) mütənasiblik
B) fasiləsizlik
C) ahəngdarlaq
D) kortəbiilik
E) düzaxınlılıq
11. Istehsal əməliyyatlarının hansı növü yoxdur?
A) Maşın
B) Əl
C) Cavab yoxdur
D) Maşın – əl
E) Avtomatik və apparatura
12. Istehsal prosesinin əsas amillərinə nə aid edilmir?
A) Məlumat
B) Istehsal vasitələri
C) Işçi qüvvəsi
D) Cavab yoxdur
E) Texnologiya
13. Məhsulun maya dəyərinin aşağı salınmasına hansı qulluq edir?
A) Əmək məhsuldarlığının yüksəldilməsi
B) Işçilərin sayının artırılması
C) Idarəçilik xərclərin artması
D) Material sərfi normalarının artması
E) Əmək sərfi normalarının artması
14. Əmək və əmək haqqı planına hansı aid edilmir?
A) Əmək haqqı planı
B) Maya dəyəri planı
C) Işçilərin sayının planı
D) Əmək məhsuldarlığı planı
E) Məhsulun əmək tutumluğu planı
15. Material və enerjidən istifadənin effektliyini müəyyən edən göstəricilərə hansı aid edılmir?
A) Məhsulun material tutumu
B) Reallaşdırılmış məhsulun həcmi
C) Materiallardan faydalı istifadə əmsalı
D) Məhsulun enerjitutumu və əməyin enerji ilə silahlanması
E) Enerjidən faydalı istifadə əmsalı
16. Kapital qoyulyşundan və əsas istehsal fondlarından istifadənin dərəcəsini xarakterizə edən göstəricilərə nə aid edilmir?
A) Istehsal güclərinin artımının və əmtəəlik məhsulun artımının hər manatına düşən kapital qoyuluşunun xüsusi çəkisi
B) Fondverimi
C) Məhsulun enerjitutumu və əməyin enerji ilə silahlanması
D) Kapital qoyuluşunun effektliyi və hərəkətdə olan obyektlərin dəyəri ilə kapitalqoyuluşunun məbləği arasında nisbət
E) fondtutumu
17. Elmi – tərəqqinin əmək resurslarından istifadəyə təsirini xarakterizə edən göstəricilərə hansı aid edilmir?
A) Əmək məhsuldarlığının artım tempi
B) Fondverimi və ya fondtutumu
C) Əmək məhsuldarlığının yüksəldilməsi hesabına istehsalın həcminin artan hissəsi
D) Bazis dövrünə nisbətən canlı əmək məarəflərinə qənaət
E) Əmək sərfi normalarının azalması
18. Texniki – inkişaf planına hansı aid deyil?
A) Təşkilati – texniki tədbirlər
B) Elmi – tədqiqat və layihə işləri
C) Standartlaşdırma, normalaşdırma və eyniləşdirmə
D) Yeni məhsulun hazırlanması və mənimsənilməsi
E) Əmək məhsuldarlığının hesablanması
19. Istehsalın texniki silahlanmasını xarakterizə edən göstəricilərə hansı aid edilir?
A) Istehsalın enerji ilə silahlanma əmsalı
B) Istehsalın və əməyin enerji ilə silahlanma əmsalı
C) Əməyin enerji ilə silahlanma əmsalı
D) Istehsalın mexanikləşdirilməsi (avtomatlaşdırılması) əmsalı
E) Əməyin enerjitutumu
20. Müəssisənin enerji bazasını xarakterizə edən göstəricilərə hansı aid edilmir?
A) Əməyin enerji ilə silahlanma əmsalı
B) Əməyin fondla silahlanma əmsalı
C) Istehsalın enerji ilə silahlanma əmsalı
D) Əməyin və istehsalın enerji ilə silahlanma əmsalı
E) Əməyin enerjitutumu
21. Istehsalın planlaşdırılması prosesində hansı proqnoz xarakter daşıyır?
A) Cari
B) 1 ilə qədər
C) 3 ilə qədər
D) 5 ilə qədər
E) 5 ildən yuxarı
22. Sənaye müəssisələrinin planlaşdırılmasında hansı növ yoxdur?
A) Uzun müddətli
B) Müddətsiz
C) Orta müddətli
D) Cari
E) Proqnoz
23. Bazar iqtisadiyyatı şəraitində dövlət müəssisələrinin işinə birbaşa müdaxilə.
A) Qismən edir
B) Edir
C) Etmir
D) Qismən etmir
E) Işlərini planlaşdırır
24. Ölkə iqtisadiyyatında hansı sahə istehsal sahələrə aid edilmir?
A) Nəqliyyat
B) Sənaye
C) Təhsil
D) Kənd təsərrüfatı
E) Tikinti
25. Iqtisadi səmərəlilik nədir?
A) Qazancı
B) Müəssisənin gəlirliyi
C) Rentabelliyi
D) Minimum xərcləri ilə əldə edilən maksimum gəlir
E) Mənfəət
26. Müəssisənin mənfəəti nədir?
onun:
A) Məhsulun satışından əldə edilən vəsait
B) Gəliri
C) Gəlirində istehsal xərclərinin çıxılmasından sonra əldə edilən vəsait
D) Məhsulun istehsalından əldə edilən vəsait
E) Qazancı
27. Müəssisə əmək haqqını planlaşdırarkən hansı nisbəti güdməlidir?
A) Əmək məhsuldarlığının artım tempi əmək haqqının artım tempi ilə bərabər olmalıdır
B) Əmək haqqının artım tempi əmək məhsuldarlığının artım tempini qabaqlamılıdır
C) Əmək haqqının artım tempi əmək məhsuldarlığının artım tempi ilə bərabər olmalıdır
D) Əmək məhsuldarlığının artım tempi əmək haqqının artım tempini qabaqlamalıdır
E) Əmək haqqının səviyyəsi əmək məhsuldarlığın səviyyəsindən asılı olmamalıdır
28. Işəmüzd əmək haqqı nədir?
A) Oklad
B) Sərf edilən vaxta görə verilən vəsait
C) Satılan məhsulun həcminə görə əldə edilən vəsait
D) Saat – hesabı əsasında müəyyən edilən vəsait
E) Görülən işin müqabilində alınan vəsait
29. Amorsizasiya norması nədir?
Əsas fondların:
A) Qalıq dəyəri
B) Bir ünsürünün dəyəri
C) Ilkin dəyəri
D) Ilkin dəyərinin bir hissəsi
E) Artan dəyəri
30. Amorsizasiya kapitalı nədir?
Əsas fondların:
A) Ləğv edilmə dəyəri
B) Ilkin dəyəri
C) Qalıq dəyəri
D) Istifadə müddətində amorsizasiya ayırmaları hesabına yığılan dəyər
E) Artan dəyəri
31. Dövriyyə fondlarına hansılar aiddir?
A) Qurğular
B) Dəzgahlar
C) Yanacaq və sürtgü yağları
D) Nəğliyyat vasitələri
E) Binalar
32. Əsas istehsal fondlarına hansı aid deyil?
A) Maşınlar
B) Binalar
C) Yanacaq
D) Ötürücü cihazlar
E) Nəqliyyat vasitələri
33. Müəssisənin ümumi quruluşuna nə aid deyil?
A) Xidmətçi sex və sahələr
B) Əsas sex və sahələr
C) Köməkçi sex və sahələr
D) Cavab yoxdur
E) Inzibati apparat
34. Hansı göstərici istehsal quruluşunun səviyyəsini xarakterizə etmir?
A) Məhsulun maya dəyəri
B) Əmək məhsuldarlığı
C) Rentabellilik səviyyəsi
D) Məhsulun çəkisi
E) Fondverimi
35. Istehsal quruluşa hansı amil təsir etmir?
A) Məhsulun konstruksiyası
B) Istehsalın həcmi
C) Idarəetmənin quruluşu
D) Texnoloji proses
E) Əmək məhsuldarlığı
36. Müəssisənin istehsal quruluşuna nə aiddir?
A) Tibbi məntəqə
B) Kommunal təsərrüfat
C) Yeməkxana
D) Inzibati apparat
E) Əsas sex və sahələr
37. Bilavasitə istehsal prosesinə nə aid edilmir?
A) Köməkçi proses
B) Əsas proses
C) Qeyri – istehsal proses
D) Xidmətçi proses
E) Əmək prosesi
38. Sənaye müəssisəsinin əsas əlamətlərinə nə aid edilmir?
A) Istehsal – texniki vəhdətlik
B) Hüquqi – istehsal vəhdətlik
C) Cavab yoxdur
D) Inzibati – təşkilati vəhdətlik
E) Iqtisadi – istehsal vəhdətlik
39. Müəssisənin nizamnamə kapitalına nə aid edilmir?
A) Müəssisənin sərəncamda olan nəğd pul vəsaiti
B) Əsas istehsal fondların dəyəri
C) Dövriyyə istehsal fondlarının dəyəri
D) Onun kredit vəsaitləri
E) Nəğdsiz pul vəsaiti
40. Müəssisənin mahiyyəti onun hansı sənədində göstərilir?
A) Müqavilə
B) Lisenziya
C) Nizamnamə
D) Bəyənnamə
E) Kontrakt
41. Müəssisədə inzibati aparatın qurulmasına hansı amil təsir etmir?
A) Istehsalın xüsusiyyətləri
B) Onun miqyası
C) Cavab yoxdur
D) Texniki səviyyəsi
E) Maliyyə imkanları
42. Idarəetmənin prinsiplərinə nə aid edilmir?
A) Maddi həvəsləndirmə
B) Təkbaşçılıq
C) Kadrların seçilməsi və yerləşdirilməsi
D) Cavab yoxdur
E) Idarəetmənin kompyüterləşdirilməsi
43. Müəssisənin idarə edilməsinin zəruriliyinə nəyin aidiyyəti yoxdur?
A) Məlumatın çoxluğundan
B) Onun mürəkkəbliyindən
C) Miqyasından
D) Onun əlaqəsinin çoxsahəli olduğundan
E) Cavab yoxdur
44. Özəl sənaye müəssisəsinin əsas mülkiyyət forması hansıdır?
A) Kollektiv
B) Dövlət
C) Şəxsi
D) Xüsusi
E) Fərdi
45. Bazar iqtisadiyyanının əsas mexanizmi hansıdır?
A) Istehsal gücü
B) Tələb
C) Təklif
D) Tələb və təklif
E) Qiymət
46. Özəl sənaye müəssisəsi hansı sənəd əsasında fəaliyyət göstərə bilər?
A) Bəyənnamə
B) Nizamnamə
C) Lisenziya
D) Müqavilə
E) Kontrakt
47. Dövlət sənaye müəssisəsinin fəaliyyətinin əlamətlərinə hansı aid deyil?
A) Planlaşdırma
B) Iqtisadi sərbəstlik
C) Tənzimləmə
D) Idarəetmə
E) inzibatçılıq
48. Müəssisənin təşkili və istehsalın idarə olunması fənninin funksiyalarına nə aid edilmir?
A) Nəzəri iqtisadi bilikləri sənaye müəssisələrinin fəaliyyət təcrübəsinə yaxınlaşdırır
B) Kənd təsərrüfatının iqtisadiyyatını təhlil edir
C) Yeni səmərəli təsərrüfatçılıq üsullarının tətbiqi yollarını göstərir
D) Sənaye müəssisələrinin işində yerli və xarici təcrübənin istifadəsinin zəruriliyini göstərir
E) Sənaye müəssisələrin işinin iqtisadi səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasının üsullarını əsaslandırır
49. Tikinti materialları sənayesi sənayenin nəyidir?
A) Şirkətidir
B) Sahəsidir
C) Müəssisəsidir
D) Yarımsahəsidir
E) firmasıdır
50. Sənaye – ölkə iqtisadiyyatının:
A) Firmasıdır
B) Müəssisəsidir
C) Şirkətidir
D) Birliyidir
E) Sahəsidir
51. Dövlət istehsal müəssisəsini qeydiyyata alarkən hansı sənədi tələb edir?
A) Müqavilə
B) Lisenziya
C) Tələbnamə
D) Nizamnamə
E) Kontrakt
52. Müddət baxımından krediditin hansı növü yoxdur?
A) Bir illik
B) Qısamüddətli
C) Ortamüddətli
D) Uzunmüddətli
E) Müddətsiz
53. Istehsal prosesinin neçə mərhələsi vardır?
A) 1
B) 2
C) 4
D) 5
E) 3
54. Məhsulun dəyərinin pul ilə ifadəsi necə adlanır?
A) Gəlir
B) Qiymət
C) Maya dəyəri
D) Qazanc
E) Dəyər
55. Idarəçilik xərclərinə hansı aid edilmir?
A) Qulluqçuların əmək haqqı
B) MTİ əmək haqqı
C) Əsas və əlavə fəhlələrin əmək haqqı
D) Baş rəhbər işçilərin əmək haqqı
E) Müdirin əmək haqqı
56. Məhsulun maya dəyərinin maddələrinə hansı aid edilmir?
A) Amorsizasiya
B) Xammal və materiallar
C) Yanacaq və enerji
D) Cavab yoxdur
E) Əsas və əlavə əmək haqqı
57. Əmək məhsuldarlığı hansı üsul ilə hesablanır?
A) Istehsal xərclərinin mənfəətə nisbəti ilə
B) Mənfəətin istehsal xərclərinə nisbəti ilə
C) Məhsulun həcminin işçilərin sayına nisbəti ilə
D) Işçilərin sayının işin həcminə nisbəti ilə
E) Mənfəətin kapitala nisbəti ilə
58. Iqtisadi səmərəlilik göstəricilərinə hansılar aid edilmir?
A) Rentabellik
B) Cavab yoxdur
C) Əmək məhsuldarlığı
D) Maya dəyərinin aşağı salınmasının səviyyəsi
E) Fondverimi və fondtutumu
59. Müəssisədə əmək və əmək haqqı planının göstəricilərinə hansı aid edilmir?
A) Əmək haqqı fondu
B) MTİ sayı
C) Məhsulun maya dəyəri
D) Əmək haqqının orta səviyyəsi
E) Qulluqçuların və xidmətçilərin sayı
60. Təmir sex və sahələrin funksiyalarına hansı aid deyil?
A) Bütün təmir və texniki xidmət işlərinə aid olan kompoleks əməliyyatların keçirilməsi
B) Istehsal planının tərtib edilməsi
C) Digər şirkətlərin avadanlığının texniki xidmətinin aparılması
D) Dəzgahların istehsala hazırlığının təmin edilməsi
E) Texniki xidmət sahələrinin planlarının tərtib edilməsi
61. Sənaye müəssisəsinin gəlirinin artırılmasına hansı amil təsir etmir?
A) Işçilərin sayının azaldılması
B) Istehsal xərclərinin azaldılması
C) Əmək haqqının artım tempinin əmək məhsuldarlığının artım tempinə nisbətən yüksək olması
D) Yeni iş növlərinin tətbiqi
E) Idarəçilik xərclərinin azaldalması
62. Əsas istehsal fondlardan alınan məhsulun onların orta dəyərinə olan nisbəti necə adlanır?
A) Enerjitutumu
B) Fondtutumu
C) Fondlasilahlanma
D) Rentabellik
E) Fondverimi
63. Kreditin hansı funksiyası yoxdur?
A) Zəmanətlidir
B) Faizlə qaytarılır
C) Müddətlidir
D) Təmənnasızdır
E) Biznesplana əsaslanır
64. Məhsulun maya dəyərinin aşağı salınmasının yollarına hansı aid deyil?
A) Yeni texnikanın tətbiqi və əmək məhsuldarlığlnln yüksəldilməsi
B) Işin yüksək keyfiyyətlə yerinə yetirilməsi
C) Dəzgahların maksimum dərəcədə yüklənməsi
D) Işçilərin sayının artırılması
E) Idarəçilik xərclərinini azaldılması
65. Maddi həvəsləndirmə fondlarının istifadə istiqamətlərinə hansı aid edilmir?
A) Göstərilən xidmətlərə görə başqa müəssisələrə verilən mükafatlar
B) Birtərəfli əmək haqqı
C) On üçüncü əmək haqqı
D) Birdəfəlik maddi yardımlar
E) Cavab yoxdur
66. Material ehtiyatlarının hansı növü yoxdur?
A) Sığortalı ehtiyat
B) Ümumi maksimum ehtiyatı
C) Cari ehtiyat
D) Texniki ehtiyat
E) Orta ehtiyat
67. Dövriyyə vəsaitinin istifadəsini xarakterizə edən göstəricilərə hansı aid edilmir?
A) Vəsaitlərin bir dövranının uzunluğu
B) Dövranlıq əmsalı
C) Fondverimi
D) Dövriyyə vəsautlərin bir manatına düşən məhsulun həcmi
E) Gəlirlərin bir manatına düşən dövriyyə vəsaitlərin həcmi
68. Sənaye müəssisəsinin planlarına hansı aid deyil?
A) Maya dəyəri planı
B) Müəssisənin ümumi planı
C) Əmək və əmək haqqı planı
D) Cavab yoxdur
E) Maliyyə planı
69. Sənaye müəssisəsinin məqsədlərinə hansı aid edilmir?
A) Istehsalın təşkili
B) Cavab yoxdur
C) Məhsul buraxılışı
D) Başqa müəssisələrə xidmətlərin göstərilməsi
E) Elmi – tədqiqat işlərinin aparılması
70. Bazar iqtisadiyyatı şəraitində sənaye müəssisələri fəaliyyətinin sərbəstliyi nədə özünü göstərmir?
A) Müəssisələr sərbəst şəkildə istehsal planlarını tərtib edir
B) Lisenziyaların verilməsi xeyli asanlaşır
C) Digər müəssisələr ilə sərbəst şəkildə müqavilələr bağlanır
D) Cavab yoxdur
E) Burada azad rəqabət mövcuddur
71. Illik planlar əsasında daha qısa (rüb, ay, dekada, həftə, növbə) müddət üçün işlənib hazırlanan plan növü hansıdır?
A) Uzunmüddətli
B) Proqnoz
C) Ortamüddətli
D) Operativ
E) Bir illik
72. Əgər müəssisənin hesablama hesabında pul vəsaitinin sərbəst qalığı varsa, ödənişlər üzrə vaxtı keçmiş borcları yoxdursa, müəssisənin maliyyə vəziyyəti:
A) Dəyişmir
B) Sabit deyil
C) Dəyişir
D) Sabitdir
E) Nisbətən sabitdir
73. Müəssisənin maliyyə vəziyyətinin mühüm amillərinə hansı aid deyil?
A) Tədiyyə qabiliyyəti
B) Cavab yoxdur
C) Dövriyyə vəsaitinin vəziyyəti
D) Mənfəət
E) Rentabellik
74. Rentabellik necə hesablanır?
A) Istismar mənfəətinin balans mənfəətinə nisbəti kimi
B) Istismar xərclərin gəlirə olan nisbəti kimi
C) Istehsal xərclərin cari xərclərə olan nisbəti kimi
D) Mənfəətin istehsal xərclərinə olan nisbəti kimi
E) Kapitalın mənfəətə olan nisbəti kimi
75. Məhsulun (işin, xidmətin) satışından daxil olan pul vəsaiti ilə istehsal xərcləri arasında fərq hansıdır?
A) Qazanc
B) Gəlir
C) Mənfəət
D) Rentabellik
E) Dəyər
76. Maliyyənin hansı funksiyası yoxdur?
A) Uçot
B) Istehsal funksiyası
C) Nəzarət funksiyası
D) Həvəsləndirmə funksiyası
E) Keyfiyyət funksiyası
77. Maliyyə planına aşağıdakılardan hansı daxil deyil?
A) Yuxarı təşkilatlar ilə qarşılıqlı pul münasibətləri
B) Gəlirlər və daxil olan vəsaitlər
C) Xərclər və ayrılan vəsaitlər
D) Vergi bəyənnaməsi
E) Kapital qoyuluşu
78. Müəssisənin maliyyəsi dedikdə aşağıdakı başa düşülür.
A) Tələb və təklif arasında olan asılılıq
B) Müəssisənin gəlirləri
C) Bazar konyukturasının mümkün olan dəyişməsi
D) Müəssisənin pul gəlirlərinin və yığımının formalaşması və istifadəsi ilə bağlı olan münasibətlərin məcmusu
E) Müəssisəyə verilən kredit
79. Avadanlığın iş tərzinə görə hansı avadanlıq növü yoxdur?
A) Mövsümi
B) Fasiləli işləyən
C) Fasiləsiz işləyən
D) Cavab yoxdur
E) Axınlı
80. Müəssisənin istehsal gücünü hesablayarkən hansı göstəricidən istifadə edilmir?
A) Avadanlığın iş vaxtı fondu
B) Avadanlığın miqdarı
C) Avadanlığın tərkibi
D) Cavab yoxdur
E) Avadanlığın növləri
81. Müəssisənin istehsal gücünə hansı göstərici təsir etmir?
A) Istehsal edilən məhsulun əmək tutumu
B) Avadanlığın miqdarı və tərkibi
C) Istehsal edilən məhsulun nomenklaturu
D) Cavab yoxdur
E) Avadanlığın iş vaxtı fondu
82. Istehsal gücünün hansı növü yoxdur?
A) Giriş
B) Cavab yoxdur
C) Çıxış
D) Orta illik
E) Cari
83. Müəssisənin istehsal gücü hansı göstərici ilə müəyyən edilmir?
A) Məhsulun miqdarı
B) Işçilərin sayı
C) Dəzgahların sayı
D) Cavab yoxdur
E) Məhsuldarlıq
84. Materialların istehsala buraxılmasında hansı sənəddən istifadə edilmir?
A) Limit kartaları
B) Cavab yoxdur
C) Material tələbnaməsi
D) Birdəfəlik tələbnamələr
E) Plan – xəritələr
85. Ambarın hansı növü yoxdur?
A) Açıq
B) Cavab yoxdur
C) Universal
D) Bağlı
E) Xüsusi
86. Ambarın hansı funksiyası yoxdur?
A) Maddi resursların qorunması
B) Maddi resursların qəbulu
C) Maddi resursları istehsala buraxmaq üçün hazır vəziyyətə gətirilməsi
D) Maddi resursların istehsala buraxılması
E) Cavab yoxdur
87. Material ehtiyatlarının artıq olması müəssisə üçün hansı mənfi tərəfləri ilə nəticələnir?
A) Ambar təsərrüfatənın işi pozulur
B) Materialların saxlanmasına çəkilən xərclər artır
C) Israfçılıq üçün şərait yaranır
D) Cavab yoxdur
E) Müəssisənin maliyyə vəziyyəti pisləşir
88. Iş vaxtının orta miqdarını hesablayarkən hansı növ vaxt fondu nəzərdə tutulmur?
A) Nominal vaxt fondu
B) Bayram və bazar günləri
C) Təqvim vaxt fondu
D) Cavab yoxdur
E) Faydalı vaxt fondu
89. Material sərfi normalarının hesablanmasının hansı üsulu yoxdur?
A) Texniki – analitik
B) Texnoloji
C) Hesabat – statiktik
D) Təcrübəvi – laboratoriya
E) Cavab yoxdur
90. Mənfəətin istehsal xərclərinə nisbəti hansı göstəricidir?
A) Qazanc
B) Gəlir
C) Rentabellik
D) Mənfəət
E) Qiymət
91. Müəssisənin xərclərindən hansı sabit məsrəflərdir?
A) Fəhlələrin əmək haqqı
B) Yanacağın və xammalın alınmasına çəkilən xərclər
C) Mənfəət vergisi
D) Idarəedici heyətin əmək haqqı
E) Yanacaq xərcləri
92. Xərc maddələri üzrə maya dəyərinin hesablanması necə adlanır?
A) Kalkulyasiya
B) Qruplaşdırma
C) Amorsizasiya
D) Renovasiya
E) Uçot
93. Əməyin ödənilməsində tarif stavkasına uyğun olaraq işlənmiş saatlara görə ödəniş hansıdır?
A) Mükafatlı vaxtamuzd
B) Işəmuzd əmək haqqı
C) Vaxtamuzd əmək haqqı
D) Mükafatlı – vaxtamuzd və işəmuzd sistemlərin birliyi
E) Akkord sistemi
Dostları ilə paylaş: |