Kafedra: «İctimai elmlər»


İnikasın tarixən ikinci səviyyəsi bioloji inikasdır



Yüklə 448,49 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix12.05.2022
ölçüsü448,49 Kb.
#57728
1   ...   7   8   9   10   11   12   13   14   15
298 felsefe m N4shuur onun mensheyi ve mahiyyeti qiyabi

İnikasın tarixən ikinci səviyyəsi bioloji inikasdır. Canlı orqanizm xarici təsirlərə 

başqa  cür  cavab  verir,  o  mühitə  uyğunlaşır,  xaricdən  olan  müxtəlif  təsirlərə  müxtəlif 

cavablar verərək, mühitin əlverişli  və  zərərli  amillərini bir-birindən fərqləndirir. Xarici 

təsirlərin  nəticələrindən  fəal  istifadə  edilməsinə  əsaslanan  bu  inikası  funksional 

informasiya  inikası  adlandırmaq  olar.  Bu  halda  informasiya  geniş  mənada,  yəni 

orqanizmin  ətraf  aləmdə  fəal  oriyentasiyasına  imkan  yaradan  xassəsi  kimi  başa 

düşülməlidir.  İnformasiya  inikasına  məruz  qalan  sistem  xarici  təsir  ilə  öz  halını 

dəyişməklə  yanaşı,  həm  də  öz  hərəkətlərini  buna  müvafiq  qurur.  Məsələn,  günəş 

şüasının təsirinə məruz qalan daş öz hərəkətlərini bu təsir altında qura bilmədiyi halda, 

bitki  mühitdə  düzgün  oriyentasiya  götürə  bilmək  üçün  özünün  bütün  imkanlarından 

istifadə edərək günəşə doğru can atır. 

İnformasiyalı  inikas  maddi  aləmin  təkamülünün  canlı  təbiət  mərhələsində 

fəaliyyətə başlayır. Onun aşağıdakı növləri məlumdur:  

  birhüceyrəli sadə bitki və heyvanların qıcıqlanması;  



  heyvan  və  insanın  orqandaxili  reaksiyalarının  tənzimlənməsi  zamanı  əsəb 

toxumalarının həyacanlanmaları (neyrofizioloji inikas) ; 

  və nəhayət, psixi inikas. 




Yüklə 448,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin