bütün formalarını, habelə inikasın insan psixikasının, şüurun fəaliyyəti ilə bağlı olan
İnikasın canlı təbiət üçün səciyyəvi olan ilk forması qıcıqlanmadır. Qıcıqlanma
orqanizmin müəyyən qıcıqlandırıcıların təsirinə sadə, spesifik cavab reaksiyasıdır.
12
Orqanizmin psixikayaqədərki forması olan qıcıqlamna zamanı onun xarici təsirlərə
cavab reaksiyası bütünlüklə orqanizmin daxili enerjisi hesabına baş verir. Bu halda
xarici qıcıqlandırıcının enerjisi orqanizmdə yalnız daxili proseslər törədir.
Canlı təbiətdə inikasın inkişafının növbəti mərhələsi həssaslıq, duymaq qabiliyyəti
olmuşdur. Canlılar üçün səciyyəvi qıcıqlanmadan fərqli olaraq duyğu yalnız heyvan və
insan üçün xarakterikdir. Duyğuda xarici qıcıqlandırma enerjisi şüur faktına çevrilir.
Qıcıqlanma kimi duyğu da xarici aləmin orqanizmə təsirinin nəticəsidir. Həm də bu
halda orqanizmin cavab verdiyi xarici qıcıqlandırıcılar dairəsi xeyli genişdir. İndi
orqanizm rənglərə, qoxulara, səslərə reaksiya göstərir, dadı duyur, istini, soyuğu,
rütubəti qavrayır və başqa mexaniki, fiziki təsirlərə cavab verir. Orqanizmdə yalnız
müəyyən xarici təsirləri qavraya bilən orqanlar yaranır. Orqanizm inkişaf etdikcə onun
duyğuları da get-gedə zəngin və rəngarəng olur, ətraf mühitə uyğunlaşmaq qabiliyyəti
artır, mühitlə xüsusi əlaqə orqanı - mərkəzi əsəb sistemi meydana gəlir. İnikas
formalarının təkamülü ilə yanaşı, onun gerçəkliyə adekvatlıq dərəcəsi də artır. O
getdikcə differensiallaşaraq orqanizmə ətraf mühit haqqında daha çox informasiya verir.
Heyvan psixikasının yüksək inkişaf səviyyəsi və inkişafın yüksək adekvatlıq dərəcəsi
inikasın ali forması olan insan şüurunu yaratmışdır.
Dostları ilə paylaş: