"Kafi" kitabından seçmələr بسم الله الرحمن الرحيم


Kafi”də üç səhabədən başqa hamının küfrdə ittiham edilməsi



Yüklə 100,42 Kb.
səhifə14/24
tarix26.12.2016
ölçüsü100,42 Kb.
#3704
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Kafi”də üç səhabədən başqa hamının küfrdə ittiham edilməsi
Kuleyni imam Baqirdən rəvayyət edir: “İnsanlar Peyğəmbər (s.a.s)-dən sonra üç nəfər xaric mürtəd oldular.”Bunlar Salman,Əbu Zərr və Miqdaddır.” (“Kafi”c.8,səh 245-246; hədis 341)

Kafi”də Quranın təfsiri
Kuleyni “Kafi” kitabında Əbu Abdullahdan rəvayyət edir: “Kafirlər deyəcəklər: "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb yerlə yeksan edək" (Fussilət 29) ayəsi haqqında Əbu Abdullahın: “O ikisidir,filan kimsə də şeytandır” dediyini bildirir.” (“Kafi”c.8,№ 523)
Məclisi “Miratul uqul” kitabında bu hədisin şərhində yazır: “O ikisi yəni Əbu Bəkr və Ömərdir.Filankəsdən qəsd olunan Ömərdir.Yəni,ayədə nəzərdə tutulan cin Ömərdir.Bu adla adlandırılmasının səbəbi onun şeytan olmasındadır.Ya vələdüz-zina olmaq baxımından şeytanın üzərində şərikliyi vardır,ya da aldadıb,azdırmaq səbəbi ilə şeytan kimidir.”Filan” adı ilə Əbu Bəkrin qəsd olunması da mümkündür.” (“Miratul uqul” 26/488)
Əbu Abdullahdan rəvayyət olunur ki,imam ”Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və tərifəlayiq Allahın yoluna yönəldilmişlər” ayəsini oxudu və dedi: ”Onlar Həmzə, Cəfər, Ubeydə,Salman,Əbu Zərr,Miqdad və Əmmardır.Onlar möminlərin əmirinə tabe olmuşdular. Digər ayəni: “Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır” oxudu və dedi: ”Bunun mənası möminlərin əmiridir və “küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır” haqqında isə dedi ki, ”bunlar Birinci,ikinci və üçüncüdür.” (“Kafi” 1/426)
(1/ 417): Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayə ilə nazil olmuşdu: “Əgər bəndəmizə Əli haqqında nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və doğru danışanlarsınızsa Allahdan savayı bütün şahidlərinizi gətirin.”

Əsl ayə belədir : “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!” (Baqara 23)


(1/414): Əbu Bəsir Əbu Abdullahdan rəvayyət edir: “(O) dedi: Ayə belə enib: “Hər kəs Allaha və Peyğəmbərinə Əli və imaların vilayət məsələsində itaət etsə, böyük bir səadətə nail olar.”

Əsl ayə belədir: “O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar.” (Əhzab 71)


(1/416) Abdullah ibn Sinan Əbu Abdullahdan rəvayyət edir: ”Bu ayə belə nazil olmuşdu. “Biz bundan əvvəl Adəmlə Muhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni və onların nəslini (unutmamağı) tövsiyyə etmişdik.Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” Sonra imam dedi: “Allaha and olsun ki, Muhəmməd (s.a.s)-ə ayə belə nazil olmuşdur.”

Əsı ayə belədir: “Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” (Taha 115)


(1/417) Əbu Cəfərdən: “Cəbrayil Muhəmməd (s.a.s)-ə bu ayəni belə nazil etmişdi: Öz lütfündən bəxş etməsinə həSədd aparmaq və Onun Əli haqqında nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir!”

Əsl ayə belədir: “Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həSədd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər kafirlərə alçaldıcı bir əzab vardır.” (Bəqara 90)


(1/417) Əbu Abdullah dedi: “Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayələri nazil etdi: “Ey Kitab verilmişlər! Bizim Əli barasində nazil etdiyimizə iman gətirin.”

Əsı ayə belədir: “Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.” (Nisa 47)


(1/420-421) İmam dedi: “Allaha and olsun ki,bu ayə onlar ikisi və onların davamçıları haqqında nazil olmuşdu.Cəbrayılın gətirdiyi bu ayə belə idi: “Bu ona görədir ki, onlar Allahın Əli barasində nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.”

Əsl ayə belədir: “Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.” (Muhəmməd 26)


(1/424) Əbu Cəfər dedi: “Bu ayə belə nazil olmuşdu: “Əgər onlar özlərinə verilən Əli haqqında öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.”

Əsl ayə belədir: “Əgər Biz onlara: "Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!"– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (Nisa 66)


Allah Təala İnşiqaq surəsində buyurur:

15. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.

16. And içirəm şəfəqə,

17. gecəyə və onun ağuşuna aldıqlarına,

18. bədirlənmiş on dörd gecəlik aya!

19. Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.

20. Onlara nə olub ki, iman gətirmirlər


(1/413) İmam Cəfər dedi: “Ey Zürarə! Məgər bu ümmət Peyğəmbər (s.a.s)-də sonra filan və filan mərhələləri keçmədimi?” O,bu sözləri Allahın bu ayəsi haqqında dedi: “Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.” Məclisi və Behbudi hədisi səhih hesab etmişlər.
Allah Təala Qasəs surəsində buyurur:

51. Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar.

52. Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.

53. Onlara Quran oxunduğu zaman: "Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!"– deyirlər.


(1/415) Kuleyni “Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar.” ayəsi haqqında imamın belə buyurduğunu nəql edir: “imam ardınca imam.”

Allah Təala Bələd surəsində buyurur:

1. And içirəm bu şəhərə (Məkkəyə)!

2. Sən də o şəhərin sakinisən.

3. And olsun valideynə və onun törəməsinə!
(1/414) Kuleyni bu ayələr haqqında imamın belə buyurduğunu nəql edir: “Burada möminlərin əmiri və onun övladları olan imamlar nəzərdə tutulur.”

Allah Təala Bəqara surəsində buyurur:

40.Ey İsrail oğulları! Sizə bağışladığım nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim Təkcə Məndən qorxun!

41. Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.

42. Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin.

(1/431) Kuleyni “Mənə verdiyiniz əhdə sadiq olun” ayəsi haqqında imamın,yəni “Əlinin vilayəti” dediyini nəql etmişdir.

Allah Təala Bəqara 245-də buyurur: “Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar? Allah kimisinin ruzisini azaldar, kimisinin ruzisini də artırar. Siz Ona qaytarılacaqsınız.”

(1/537) Kuleyni rəvayyət edir ki,bu ayədə yəni,malın imama verilməsi nəzərdə tutulur.


“De: Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!” (Kəfh 29) ayasi haqqında Feyz Kəşani yazır:
“Kafidə İmam Baqirdən hədisdə buyrulur: “Cəbrayil (ə) bu ayə ilə belə nazil oldu: “Əlini vilayəti haqqında haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz Muhəmmədin ailəsinə garşı zalımlar üçün elə bir Od hazırlamışıq ki...” (c.3, səh 241)
Allah Təala Əraf surəsində buyurur:
44. Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: "Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbimizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?" Onlar: "Bəli!"– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: "Allahın lənəti olsun zalımlara!

45. O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər".

46. Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: "Sizə salam olsun!" deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər.
Kuleyni imam Cəfərin 46-cı ayə haqqında belə dediyini nəql edir: “Biz Ərafda olacağıq və bizlərə yardım edənləri üzlərindən tanıyacağıq.” (“Kafi”səh 299, №469)
Allah Təala Bəqara surəsində buyurur:
269.Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.
Kuleyni imam Cəfərdən nəql edir: “Burada məqsəd Allaha itaət və imamı tanımaqdır.” (“Kafi” səh 300, №471)
Allah Təala Nəml surəsində buyurur:
89. Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar.

90. Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara deyilər: "Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?"


Kuleyni Əli ibn Əbu Talibin belə dediyini nəql edir: “Yaxşı əməllər”dən qəsd olunan vilayətin təsdiqi və bizə məhəbbətdir.”Pis əməllər” dən məqsəd isə vilayətin inkarı və bizə olan düşmənçilikdir.” (“Kafi” səh 300-301, №474)
Allah Təala Nisa surəsində buyurur:
51. Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: "Bunlar möminlərdən daha doğru yoldadırlar"– deyirlər.

52. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan.

53. Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin

bir qırıntısını belə verməzdilər.

54. Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz

İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.

Kuleyni ayədə olan “onlara böyük bir səltənət vermişdik” sözləri haqqında imam Əbu Cəfərin belə dediyini nəql edir: “Burada məqsəd budur: “İnsanlara imamlara itaət etmək fərz olunmuşdur. (“Kafi” səh 303, №478)
Əbu Abdullahdan: (Bu ayəni oxuyub)“Doğrusu, bundan əvvəl Adəmə də Muhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni və onların nəslini (unutmamağa) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu”-(sonra imam dedi): “Allah and olsun ki, Muhəmmədə (ayə) belə nazil olmuşdur” (“Kafi”c. 1,səh 416; Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 729)
Əbu Abdullahdan: “(O) dedi: Ayə belə enib: “Hər kəs Allaha və Peyğəmbərinə Əli və imaların vilayət məsələsində itaət etsə, böyük bir səadətə nail olar” (Əhzab 71) (“Kafi” c.1,səh 414; Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 724)
(Sənədi ilə) İmam Əbu Cəfər dedi: “Cəbrayıl bu ayə ilə belə nazil oldu: “Lakin insanların çoxu Əlinin vilayətinə küfrdən başqa bir şey qəbul etmədilər” (Və) dedi: “Cəbrayıl (ə) bu ayə ilə belə nazil oldu: “De: "Əlini vilayəti haqqında haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz Muhəmmədin ailəsinə qarşı zalımlar üçün elə bir od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir” (c.2,səh 326)

Əbu Həmzədən rəvayyət olunur ki,o imam Cəfərə dedi: “Sənə fəda olum.Tərəfdarların səndən bu ayənin təfsirini soruşuşur. “Onlar nə barədə bir-birindən soruşurlar? Böyük bir xəbər barəsində”


İmam Cəfər dedi: “Bunu istəyirsən onlara xəbər verim,istəmirsən də xəbər vermiyim. Amma,mən sənə bunun təfsirini deyəcəm.

“Bu Möminlərin Əmiri Əli haqqındadır.Əli (r.a) buyurur ki,Allahın məndən daha böyük bir ayəsi və məndən daha əzəmətli xəbəri yoxdur.” (“Kafi” c.1,səh 207)


“Kafi”də Səlimdən nəql olunan hədisdə Əbu Cəfərdən bu ayəni soruşdular. “Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.”

İmam dedi: “Öndə gedənlər” İmamlardır,”orta yolu tutanlar” İmamı bilənlər,”özünə zülm edənlər” isə İmamı bilməyənlərdir.” (“Kafi” c.1,səh 214)


“Kafi”də Əbu Abdullahdan “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.” ayəsi haqqında dedi ki,bu Muhəmməd (s.a.s)-in gətirdiyi imamların vilayətidir.Filankəsin vilayətinə filankəsinkini qarışdırmazlar.” (“Kafi” c.1,səh 413)
“Kafi”də Əbu Cəfərdən rəvayyət olunur: “Allah Peyğəmbərinə vəhy etdi: “Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan.” yəni,”sən Əlinin vilayəti üzərindəsən və Əlinin yolu doğru yolun özüdür.” (“Kafi” c.1,səh 417)
“Mufəddəl ibn Ömərdən nəql olunan rəvayyətdə deyilir: “Əbu Abdullahdan bu ayəni soruşdum. “Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz.”

Dedi: “Siz onların vilayətini (Əbu Bəkr,Ömər,Osman və s.) üstün tutursuz. “Axirət isə daha xeyirli və daha sürəklidir.” və ona dedi ki,Möminlərin Əmirinin yəni,Əlinin vilayətidir.” Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir,İbrahimin və Musanın səhifələrində.” (“Kafi” c.1,səh 418)


Əbu Abdullahdan: “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.” ayəsi və buna təfsir olaraq dedi ki,yəni vilayətdə əgər başqasını ona şərik qoşarsan əməlin boşa gedər.” (“Kafi” c.1,səh 427)


Yüklə 100,42 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin